Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə33/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   29   30   31   32   33   34   35   36   ...   208

74 

 

ilə mövcud olmuşdur. 



XIX  əsr  və  XX  əsrin  əvvəllərində  Azərbaycanda  əkinçiliklə  bağlı  qarşılıqlı 

yardım formalarından biri də "şəriklik" olmuşdur. Qarşılıqlı yardımın başqa formaları 

kimi şərikliyin mənşəyi də ibtidai icma quruluşunun dağılması dövrünə aiddir. Torpaq 

üzərində 

xüsusi 

mülkiyyətin 



meydana 

çıxmasından 

sonra 

hərə 


öz 

torpağını əkib-becərsə də, insanların kollektivçilik ruhu birdən-birə aradan çıxmır və 

şəriklik  formasında  uzun  müddət  davam  edir.  "Şəriklik"  torpağın  birgə  şumlanması, 

malalanması,  toxumun səpilməsi, biçin və döyüm kimi əkinçiliyin bütün  sahələrində 

özünü göstərməklə bərabər uzunmüddətliliyi ilə fərqlənirdi. Şərikliyin üzvləri arasında 

səmimilik və mehribanlıq olanda məhsulun bölüşdürülməsindən sonra da, yəni sonrakı 

təsərrüfat illərində də şəriklik davam edirdi. Şəriklik, bir qayda olaraq, eyni tavanalı, 

bir-birini  yaxşı  tanıyan  və  əkin  sahələri  eyni  kəndin  eyni  səmtində  yerləşən  ailələr 

arasında təşkil edilirdi[55]. 

>

;



 

Şərik  üzvləri  işə  başlamazdan  öncə  öz  aralarında  razılığa  gəlirdilər  ki,  kim 

birlikdə  nə  ilə  iştirak  edəcək.  Şuma  kimin  torpağından  başlayıb  kimin  torpağında 

şumu  qurtaracaq,  kim  hansı  işi  görəcək  və  məhsul  hansı  şərtlərlə  bölüşdürüləcəkdir. 

Şərikliyin təşkilindəki bu qaydalar - "Şərti şumda kəsək, xırmanda davamız düşməsin" 

zərbi-məsəlində öz ifadəsini tapmışdır. 

Azərbaycan  xalqının  məhəlli  xarakter  daşıyan  qarşılıqlı  yardım  formaları 

sırasında  "ziyanlıq"  adətinin  də  öz  yeri  vardır.  "Ziyanlıq"  qarşılıqlı  yardım  forması 

Şirvan  bölgəsinin  kənd  icmalarında  əsasən  əkinçiliklə  məşğul  olan  əhali  arasında 

meydana gəlmiş və yayılmışdı[56]. Çünki əkinçiliklə məşğul olan əhali arasında çoxlu 

mal-qarası  olan  adam  az  tapılardı.  Yalnız  kənd  icmalarının  yuxarı  təbəqəsini  təşkil 

edən  ailələrin  ixtiyarında  çoxlu  miqdarda  qaramal  və  qoyun  sürüsü  olardı.  Kənd 

icmalarının  əksəriyyətini  təşkil  edən  yoxsul  və  ortabab  kəndli  ailələrinin  ixtiyarında 

isə yalnız ailənin daxili tələbatını ödəmək üçün lazım olan miqdarda inək və ya camış 

olurdu. Bəziləri 10-15 baş qoyun saxlayırdı. Yoxsul kəndlilərin əksəriyyətinin öküz və 

kəl kimi qoşqu heyvanı olmurdu. Odur ki, öz əkin sahələrini şumlamaq üçün 5-6 ailə 

öz  qoşqu  heyvanları  ilə  birlikdə  bir  kotan  ətrafında  birləşib  şəriklik  təşkil  edirdilər. 

Əhalinin belə təbəqəsi üçün bir baş mal-qaranı itirmək böyük itki hesab olunurdu və 

onun təsərrüfatına böyük zərər vura bilərdi. Ona görə də kənd icmasının üzvləri, bəzən 

də  yalnız  bir  patronimiyaya  daxil  olan  ailələr  bu  itkiyə  şərik  olmaqla  öz 

həmkəndlilərinin  ziyanını  yüngülləşdirirdilər.  Birinin  inəyi,  öküzü,  kəli  və  hətta 

qoyunu  yıxılıb  qıçı  sındıqda,  zəhərləndikdə  və  canavar  parçaladıqda  kəndlilər  onun 

"murdar"  olmaması  üçün  əllərindən  gələni  əsirgəmirdilər.  Heyvan  sahibi  onu  kəsirdi 

və  ətini  hissələrə  bölüb,  qonşulara  və  bəzən  də  yalnız  qohumlara  göndərirdi. 

"Ziyanlığa" kəsilmiş əti heç bir ailə geri qaytarmazdı. Yerli adətə görə bu həmin ailə 

üçün biabırçı hal hesab edilərdi və onlar icmanın etimadını  itirə bilərdilər. Bəzən elə 

olurdu ki, bir ailənin həmin vaxt ətə ehtiyacı olmurdu və ət gətirən adama bildirirdi ki, 

onun ətini ala bilməyəcəkdir. Lakin bildikdə ki, ət "ziyanlığa" kəsilmişdir, öz dediyinə 

peşman olur və gətirən adamı geri çağırır və ya heyvan kəsilən həyətə gedir, üzrxahlıq 



75 

 

edib əti götürürdü. Çox vaxt heyvan sahibi bu işə qarışmırdı. Qonşular heyvanın ölə 



biləcəyini  görüb  onu  tez  kəsir  və  öz  aralarında  bölüşdürürdülər.  Bəzən  də  kəsilmiş 

heyvanın  əti  yeməyə  yararlı  olmurdu.  Lakin  icma  üzvləri  onu  itə  atmalı  olsalar  da 

götürürdülər və haqqını ziyan dəymiş ailəyə verirdilər. "Ziyanlığa" yığılmış vəsait ilə 

yeni  heyvan  alınırdı.  Beləliklə,  dəymiş  ziyanı  bütün  kənd  icmasının  və  ya 

patronimiyanın  üzvləri  öz  üzərlərinə  götürməklə  həmin  ailənin  təsərrüfatına  dəymiş 

ziyanın əvəzini müəyyən qədər çıxırdılar. Xalq arasında yayılmış "El sınığı eldə bitər" 

atalar sözü də bu adət ilə əlaqədar işlədilir. 

"Ziyanlıq" qarşılıqlı yardım forması kənd icmaları şəraitində meydana çıxsa da, 

yalnız həmin icmalar daxilində qalmamışdır, sonralar öz sərhədlərini genişləndirərək 

maldar əhali arasında da yayılmışdı. Buna səbəb maldar elat icmaları daxilində ictimai 

təbəqələşmənin  sürətlənməsi  nəticəsində  böyük  mal-qara  sürülərinin  yalnız  bir  ovuc 

varlı  maldarın  əlində  toplanması  və  icma  üzvlərinin  əksəriyyətinin  yoxsullaşıb  az 

miqdarda heyvana malik olmaları idi. 

Bəzi hallarda "ziyanlıq" anlayışı evi yanana, uçulana, evini sel aparana, yaxud 

ildırım  vurana  qonşuların  yardım  etməsi  adəti  üçün  də  işlədilirdi.  Bu  zaman  Şirvan 

bölgəsində kəndin əli iş tutan bütün adamları evsiz qalmış ailənin köməyinə gəlib ona 

yeni ev tikirdilər. 

 Məlumdur  ki,  ev  tikilməsi  üçün  təşkil  olunan  qarşılıqlı  yardım  Azərbaycanın 

bir  çox  bölgələrində  "hoy"  adı  ilə  məşhur  olmuşdur.  İki  halda  kəndlilər  ev  tikmək 

üçün "hoya" çağırılırdılar: yeni ev tikiləndə və bədbəxt hadisə baş verməsi nəticəsində 

evsiz  qalmış  ailə  üçün  sığınacaq  tikəndə.  Birinci  halda  ev  tikən  adam  bütün  tikinti 

materiallarını hazırlayır və yalnız tikinti işinə köməyə çağırırdı. "Hoy"un bu variantı, 

əlbəttə,  "ziyanlığa"  aid  edilə  bilməz.  İkinci  halda  isə  "hoy"a  çağırılanlar  özləri 

müxtəlif  vasitələrlə  tikinti  materialları  hazırlayır  və  evsiz  ailənin  sığınması  üçün, 

kəndlilərin  dedikləri  kimi,  bir  "daxma  qaraldırdılar".  Ona  görə  də  "hoy"un  bu 

variantını Şirvan bölgəsində "ziyanlıq" adlandırırdılar. 

Bir sıra qarşılıqlı yardım formaları icma münasibətlərindən təşəkkül tapdıqları 

halda,  sonrakı  mərhələlərdə  hakim  siniflər  patriarxal  tayfa  münasibətlərinin 

qalıqlarına,  xalq  adət-ənənələrinə  əsaslanaraq  həmin  qarşılıqlı  yardım  formalarından 

öz  məqsədləri  üçün  istifadə  edə  bilirdilər.  Kəndlilərin  çətinliyə  düşdükləri  vaxt 

istifadə etdikləri "ziyanlıq" köməklik adətinin xüsusiyyəti isə heç kəsə ondan istismar 

vasitəsi  kimi  istifadə  etməyə  imkan  vermirdi.  "Ziyanlıq"  köməklik  adəti  zəhmətkeş 

kütlənin  həmişə  bir-birinin  qayğısına  qaldığını,  dərdinə  şərik  olduğunu  göstərən 

amillərdən biri olmuşdur. Bu köməklik adəti əsrlərlə  yaşamış, nəsildən-nəslə  keçmiş 

və  müasir dövrə qədər gəlib çıxmışdır. Qarabağ bölgəsində maldar əhali arasında bu 

köməklik  adəti  "alışma"  adı  ilə

 

məlum  olmuşdur.  El  adətinə  görə,  kəndlinin 



güzəranında böyük rol oynayan dəvə, kəl, yaxud inək müəyyən səbəblər üzündən zədə 

aldıqda  və  onu  müalicə  etmək  mümkün  olmadıqda  kəndin  ağsaqqalının  iştirakı  ilə 

həmin  heyvanı  kəsərək  ətini  kəndin  evləri  arasında  bərabər  bölüşdürürdülər.  Hər 

alışma payının üzərinə heyvanın dərisindən bir çarıqlıq zolaq kəsib qoyardılar. Bu ətin 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə