Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə66/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   62   63   64   65   66   67   68   69   ...   208

148 

 

Bəllidir,  xanəndəlikdə  səs  əsasdır,  həlledici  amildir.  Xanəndənin  məlahətli 



bəmi  könül  oxşamalı,  zili  könül  ovsunlamalıdır.  Ürəkdən  süzülən  məlahətli  səs 

boğazda qaynadılar, dildə oynadılar. Üstəlik, nəfəs də, həvəs də. O da  həqiqətdir ki, 

xanəndə səsinin qədir-qiymətini bilməli, onu müdam qorumalı, qeydinə qalmalıdır. 

Xanəndə təkcə səsi, sözü deyil, həm də ədəb-ərkanı, davranışı, oturuşu-duruşu 

ilə  ad-san  qazanır,  el  ağsaqqalı,  el  sənətkarı  səviyyəsinə  yüksəlir.  Xanəndə 

ağayanalığı, ərkənyanalığı, gülərüzlüyü, sadə və səmimiliyi ilə seçilməlidir. Şübhəsiz,

 

xanəndənin libası, geyim dəsti və xüsusi görkəmi də təsir gücünə malikdir. 



"...Çalan və çağıran xoşsurət və xoşsima və şirin dilə malik olsun ki, baxanların 

və eşidənlərin şadlığına səbəb olsun"[45]. 

Xanəndə  çalğıçı,  xüsusilə  tarzənlə  həmfikir,  həmsöz  olmalıdır.  Xanəndə 

tarzənin  sehrli  barmaqlarını,  tarzən  xanəndənin  sehrli  ürəyini  duymalıdır.  Tarzən  öz 

çalğısı  ilə  xanəndənin  oxusu  arasında  körpü  yaradır,  onu  ilhamlandırır.  Xanəndənin 

yaxşı qaval çalması da mütləq şərt sayılır. 

Xanəndə  daim  öz  üzərində  işləməli,  çalışqanlığı,  zəhmətsevərliyi  ilə  diqqəti 

cəlb  etməlidir.  Sənətinə  vurğunluq,  oxuyub  öyrənmək  də  öz  qaydasında.  Xanəndə 

musiqi  tarixinə,  öz  sələfləri  və  müasirlərinin  əməllərinə  yaxından  bələd  olmalıdır. 

Geniş bilik, hazırcavablıq və xalqın adət-ənənəsinə dərin ehtiram da əsas şərtlərdəndir. 

Xanəndə  məclisi ələ  almağı,  şənliyə  sahib olmağı bacarmalıdır. Dinləyici  ilə  təmasa 

girməli, ürəklərə körpü salmalıdır. Oxuduğu muğama uyğun şeir seçməlidir. Muğamın 

məzmunu şerin ruhu ilə qoşalaşmalıdır. Sözlər açıq-aydın tələffüz edilməlidir. 

Həqiqətdir  ki,  muğamlarımızın  mətnində  aparıcı  yeri  klassik  qəzəllər  tutur. 

Deməli,  muğamlarımız  qəzəl  üstə,  qəzəllərimiz  muğamat  üstə  köklənib.  Muğamat 

qəzəlin bəxti, taleyi, qəzəl muğamatın pərvanəsi, dəli-divanəsi. Kövrək sözlərin, ecazi 

səslərin vüsəti qoşa vuran ürəklər, qoşa döyünən qəlblərdir. Bu birlik, bu qoşalıq hər 



149 

 

iki mənəvi sərvətin inkişaf mənbəyi, kamillik məbədgahı, ruhi qidasıdır. Dahi Füzuli, 



böyük Vahidin qəzəllərində muğamlarımız nə qədər də gözəl və ülvi səslənir! 

Qəzəlin  məzmunu  muğamın  mənasıyla  qoşalaşmalı,  dinləyicini  sehrə 

salmalıdır.  Öz  ovsunu  ilə  dinləyicinin  qəlbini  oxşamalı,  layla  çalıb,  laylalanmalıdır. 

Yeri gələndə qəmin gözünə bir az sevinc qatmalı, məclis əhlini haldan-hala salmalıdır. 

Eşq-məhəbbət muğamlarında Məcnun olmalı, Leyli ülviyyətinə səcdə qılmalı, hamını 

yandırıb-yaxmalıdır... 

Son  iki  əsrdə  xalqımızın  böyük  muğam  ustalarının  səsi  Şərqin  və  Qərbin 

musiqi ocaqlarının bəzəyinə çevrilmişdir. Bu dövr xanəndələrinin hər birinin öz dəsti-

xətti, oxu tərzi, səs diapazonu. Hərəsinin də öz qədir-qiyməti, öz şan-şöhrəti. Onların 

böyük 


əksəriyyəti 

haqqında 

az 

yazılmamışdır[46].  Oxucularda  muğam  və 



mahnı  sənəti  haqqında  tam  təsəvvür  yaratmaq 

məqsədilə  bəzi  məşhur  xanəndələri

 

yada 


salmaq,  onların  haqqında  müxtəsər  məlumat 

vermək istərdik. 

XIX  əsrin  birinci  yarısında  Şuşada 

anadan olan Hacı Hüsü Niftalı oğlu zil və könül 

oxşayan səsi ilə seçilmişdir. O, "Orta mahur"u, 

"Çahargah"ı  özünəməxsus  tərzdə  ifa  edərmiş. 

"Rast",  "Şur"  və  "Mahur"  muğamlarını  yeni 

xallar, guşələrlə  zənginləşdirmişdir. Bəzi təsnif 

və  mahnıların  yaranmasında  onun  da  rolu 

vardır. Böyük xanəndə 1896-cı ildə Aşqabadda 

dünyasını dəyişmişdir[47]. 

Xanəndə  Səttar  qədim  Azərbaycan 

şəhəri Ərdəbildə dünyaya gəlsə də, onun doğum 

və  vəfatı  tarixi  hələlik  qaranlıq  qalır.  Lakin 

onun  XIX  əsrin  birinci  qərinəsində  anadan  olması  təxmin  edilir.  Bir  müddət 

Məhəmməd  Mirzə  şahın  sarayında  oxusa  da  taleyi  onu  1844-cü  ildə  Naxçıvanla 

bağlayır[48]. 

Səttar tezliklə təkcə vətənində deyil, qonşu ölkələrdə də sevilir. Onun ipək kimi 

yumşaq,  qeyri-adi,  qəlbə  nüfuzedici  səsi  çoxlarını  valeh  etmiş,  şəninə  şeirlər 

yazılmışdır.  Bu  baxımdan  Y.Polonskinin  xanəndəyə  həsr  etdiyi  şeri  çox  qiymətli  və 

maraqlıdır: 

Səttar! Səttar! Nə zaman qəhərlidir, ah-vayın,  

O boğuq fəryadından göy kişnər, bulud ağlar... 

Kamanın iniltisi, qavalın qəm harayı  

Sinəmə dağlar çəkər, qəlbimdə yuva bağlar... 

 

Qul ayrı cür oxumaz - duyuram bu nəğməni – 




150 

 

Yanğısı təranəndən qopan zəncir səsidir. 



Səttar! Səttar! Hönkürtün təşvişə salır məni –  

Bu insan taleyinin qəmidir, qüssəsidir[49]. 

Sənətkarın Tiflis həyatı və onun  sehrli səsi daha geniş meydan almışdır. O bu

 

şəhərdə  yaşayan  başqa  millətlərin  də  dilində  məclislər  aparır,  mahnılar  oxuyur. 



Sənətkar  bir  sıra  muğamları,  xalq  mahnılarını  özünəməxsus  tərzdə  oxuyur,  hamını

 

heyrətə salırdı. 



XIX-XX əsr xanəndələri arasında Cabbar Qaryağdı oğlu daha çox şöhrətlənən

 

və xalqına başucalığı gətirən təkrarsız sənətkardır. O, haqlı olaraq Azərbaycan vokal 



sənətinin  banilərindən  biri,  böyük  el  nəğməkarı  və  görkəmli  musiqişünas

 

kimi 



tanınmışdır.  Şuşa  torpağının  istəkli  övladı  olan  Cabbar  Qaryağdıoğlu  1861-ci  ildə 

Seyidlər  məhəlləsində  boyaqçı  ailəsində  dünyaya  göz  açmışdır[50].  Gənc  yaşlarında 

səsini sınamış, məclislərdə ustadları dinləmiş və fürsət düşəndə oxumuş, tanınmışdır. 

Tezliklə  onun  ad-sanı  demək  olar  ki,  Azərbaycanın  hər  guşəsində  ehtiramla  yad 

edilmişdir.  Çox  keçmədən  müğənninin  qeyri-adi  səsi  Qafqazın  bir  sıra  bölgələrində, 

İran və Orta Asiyada eşidilmişdir.

 

 

Əsrin 



əvvəllərində 

xanəndənin 

şöhrəti  daha  da  artmış,  xalqın  böyük 

müğənnisi  kimi  adı  dillər  əzbəri  olmuşdur. 

Onun  bənzərsiz  səsi  güclü,  zil,  geniş 

diapazonlu  və  şux,  oynaq  olması  ilə 

seçilirdi.  Onun  ifasında  "Bayatı  Qacar", 

"Dəşti",  "Çahargah",  "Heyratı",  "Kürdü-

şahnaz"  və  s.  muğamlar  (51)  sanki  yenidən 

yaranmış, təsirini, məlahətini artırmışdır. 

Cabbar  Qaryağdı  oğlunun  səsinin 

Kiyev,  Moskva  və  Varşavada  qrammofon 

valına yazılması dövrünə görə böyük hadisə 

olmuş və onun şöhrətini daha da artırmışdır. 

Xanəndəni  dünya  şöhrətli  İtaliya  müğənnisi 

E.Karuzo  ilə  müqayisə  etmələri  və 

S.Yeseninin 

onu 


"Şərq 

musiqisinin 

peyğəmbəri" 

adlandırması 

fərəh 

doğurur[52]. Opera  sənətimizin inkişafı,  xalq  muğam  və  mahnılarının toplanması və 



XIX əsr musiqisi haqqında tədqiqatı xalqına əvəzsiz yadigar, qiymətli töhfədir. 

Musiqimizin    beşiklərindən    biri    olan  Cənubi  Azərbaycanda  çox  xanəndələr 

olmuş,  çox  ürəkləri  fəth  etmişlər.  Lakin  onların  yaradıcılığı  və  taleləri  layiqincə 

işıqlandırılmamışdır.  Bəziləri  haqqında

 

olan  məlumatlar  kifayətedici  deyildir. 



Belələrindən  biri  Əbdülhəsən  xan  Azər  İqbal  Soltandır.  Əbülhəsən  xan  1871-ci  ildə 

Təbrizdə  ziyalı  ailəsində  dünyaya  gəlmişdir.  Tezliklə  onun  heyrət  doğuran  səsi 

eşidilir. Muğamların daxili aləminə bələd olur, onları mahiranəliklə ifa edir. Qəzvində, 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə