Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə32/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   28   29   30   31   32   33   34   35   ...   69

68 
 
millətindən  və  dinindən  asılı    olmayaraq,  bütün  fəhlələrə  əmək  haqqını  artırmaq, 
müəssisələrdə üçnövbəli iş gününə keçmək, ayda 4 istirahət günü, illik məzuniyyət, 
mükafatlar vermək və başqa yollarla  kömək etməyə çağırırdı.   Müstəmləkəçilərin     
fəhlələrə  münasibətdə  milli  ayrı-seçkilik  siyasətinə  cavab  olaraq,  işçi  qüvvəsinin 
yarıya  qədərini  təşkil  edən  azərbaycanlılara  özlərinin  fəhlə  təşkilatlarını  təşkil   
etməyi məsləhət görürdü. 
1905-ci il avqustun 15-də Ə. M. Topçubaşovun təşəbbüsü və rəhbərliyi ilə 
Nijni-Novqorodda  yarmarka  zamanı,  Oka  çayındakı  gəmilərdən  birində  Rusiya 
müsəlmanlarının gizli surətdə I qurultayı açıldı. Qurultayda Qafqaz, Krım, Qazan, 
Türküstan,  Ural  və  Sibirdən  150  nəfərə  yaxın  nümayəndə  iştirak  edirdi. 
Topçubaşovun  yazdığı  və  qurultayda  cüzi  dəyişikliklərlə  bəyənilən  qətnamədə 
Rusiya  müsəlmanlarının  bütün  siyasi  və  mədəni məsələlərdə, həmçinin  Rusiyanın 
hazırkı  vəziyyətindən  irəli  gələ  biləcək  məsələlərdə  həmrəy  olmasının  zəruriliyi 
qeyd edilirdi. 
Qurultayda 
«İttifaqi-müslimin»  (Ümumrusiya  müsəlman  ittifaqı) 
partiyasını təşkil etmək  qərara alındı. Bu partiyanın  məqsədi müstəmləkəçilərə və 
beynəlxalq  imperializmə  qarşı  mübarizədə  Rusiya  müsəlmanlarını  vahid  cəbhədə 
birləşdirmək idi.  «İttifaq»a rəhbərlik etmək üçün daimi yeri Bakıda olan mərkəzi 
komitə yaratmaq qərara  alındı. 
Xalq  kütlələrinin  təzyiqi  altında  çar  1905-ci  il  oktyabrın  17-də  manifest 
verməyə məcbur oldu. Burada söz, mətbuat, yığıncaq, ittifaq azadlıqları elan edilir 
və qanunverici duma çağırmaq vəd olunurdu. 
Ə.  M.  Topçubaşov  17  oktyabr  manifesti  üzrə  «elan  edilmiş  azadlıqlarla 
xüsusən... Qafqaz işlərindəki asılı vəziyyət» arasında böyük uçurum olmasını qeyd 
edərək  göstərirdi    ki,  burada    hökumətin  özbaşınalığı,  satqınlıq  və  rüşvətxorluq, 
qanunsuzluq  hökm  sürməkdə  davam  edir,  yerli  idarə  orqanlarının  tərkibi 
dəyişilməz  qalmaqdadır.  O,  Qafqaz  əhalisinin  nümayəndələrindən  ibarət  «ölkəni 
mülki  və  siyasi  azadlıqlara  hazırlayan  orqan»ın  təşkili,  Qafqazda  «ölkənin  daxili 
həyat  məsələləri  üzrə  qanunvericilik  funksiyaları  olan  seymin»  yaradılması 
ideyasını irəli sürürdü. 
Ə.  M.  Topçubaşov  17  oktyabrda  verilmiş  vədlərin  səmimiliyinə 
inanmırdı.  O,  hələ  dekabrın  əvvəlində  irticanın  hücumunun  əlamətləri,  «vətənin, 
şübhəsiz, təhlükədə olması» haqqında qabaqcadan xəbərdarlıq edirdi. Əksinqilabın 
hücumunun  qarşısını  alıb,  «17  oktyabr  azadlıq  aktı»nı  qorumaq  məqsədilə,  hətta 
sağ partiyalar da daxil olmaqla, bütün siyasi partiyaları birləşməyə çağırırdı. 
Birinci  ruc  inqilabı  dövrünün  mübarizə  vasitələrinə  münasibətini 
bildirərkən,  Ə.  M.  Topçubaşov  silahlı  üsyan  və  barrikada  döyüşlərinə  «dövrü 
keçmiş inqilabi priyomlar» kimi baxırdı. O, həmin dövrün konkret şəraitində siyasi 
tətillərə tərəfdar çıxaraq göstərirdi ki, belə tətillər «müasir ictimai-dövlət quruluşu 
üçün paytaxtın tutulub müvəqqəti hökumət təşkili qədər qorxulu və təhlükəlidir». 


69 
 
17 oktyabr manifestindən sonra Bakıda və başqa şəhərlərdə bir sıra qəzet 
və  jurnallar  nəşr  olundu,  müxtəlif  adda  kitablar  buraxıldı,  məktəblər  açıldı,  yeni 
mədəniyyət ocaqları yaradıldı. 
İlk dəfə olaraq xeyriyyə cəmiyyətləri və siyasi təşkilatlar meydana gəldi. 
Xeyriyyə cəmiyyətləri içərisində ən görkəmliləri və uzun müddət fəaliyyət 
göstərənləri  «Cəmiyyəti  xeyriyyə»  (1905—1917-ci illər),  «Nəşr  maarif»  (1906— 
1917-ci  illər),  «Nicat»  (1906—1917-ci  illər)  idi.  Bu  cəmiyyətlərə  çoxlu  vəsait 
verənlərdən  H.  Z.  Tağıyev  və  M.  Muxtarov  «Nəşr  maarif»in  fəxri  sədrləri 
seçildilər. 
Yelizavetpolda,  əsasən,  «Müsəlman  xeyriyyə  cəmiyyəti»,  «Müsəlmanlar 
içərisində  maarifi  yayan  cəmiyyət»  fəaliyyət  göstərirdi.  Xarkov  Universitetinin 
tibb  fakültəsini  bitirmiş  gənc  həkim  Xudadat  bəy  Rəfibəyov  xeyriyyə  işlərinin 
təşkilində mühüm rol oynayırdı. 
Xeyriyyə  cəmiyyətlərinin  fəaliyyətinə,  başlıca  olaraq,  ana  dilini  inkişaf 
etdirmək,  məktəb,  kitabxana,  qiraətxana,  savadsızlığın  ləğvi  üçün  axşam  kursları, 
həmçinin  teatrlar  açmaq,  müəllimlər  hazırlamaq,  aktyorlar  yetişdirmək, 
kimsəsizlərə,  qaçqınlara  yardım  göstərmək  və  başqaları  daxil  idi.  Cəmiyyətlərin 
ayrı-ayrı şəhərlərdə  filialları, özlərinin qəzetləri, məktəbləri, teatr truppaları vardı. 
Dövrün  görkəmli  ziyalıları  bu  cəmiyyətlərin  işində  yaxından  iştirak  edirdilər. 
Cəmiyyətlər  tərəfindən  xeyriyyə  konsertləri  verilir,  teatr  tamaşaları  göstərilir, 
müxtəlif mövzularda məruzələr oxunurdu və i. a. 
Xeyriyyə cəmiyyətləri xalqın milli  dirçəlişində mühüm rol oynamışlar. 
1905-ci ilin axırlarında Gəncədə «Difahi» partiyası təsis edildi. Bu siyasi 
təşkilatın  başçıları  Əhməd  bəy  Ağayev,  Məmmədhəsən  Hacınski  idilər.  Müxtəlif 
təbəqələrin  nümayəndələrinin,  xüsusən  qabaqcıl  ziyalıların  daxil  olduğu  bu 
partiyanın başlıca məqsədi həmin dövrdə Yelizavetpol quberniyasında  son dərəcə 
kəskin  şəkil  almış  erməni-daşiak  təcavüzünə  və  onların  havadarlarına  qarşı 
mübarizə aparmaqdan ibarət idi. «Difahi»nin bəyannaməsində deyilirdi: «Daşnak» 
firqəsi  əmin  olsun  ki,  heç  bir  vaxt  millətimizin  xarabazarlığı  və  gülü  üzərində 
erməni millətinin səadət və xoşgüzəranlıq qurmasına yol vermərik». «Difahi» adlı 
müdafiə  dəstələri  yaradılırdı.  «Difahi»nin  fəaliyyəti  nəticəsində  Zaqafqaziyada 
millətlərarası münaqişələrin əsas təşkilatçısı olan rus çarizminə qarşı hərəkat xeyli 
gücləndi.  «Difahi»nin  başçıları  çarizmin  bu  riyakar  siyasətini  ifşa  etmək 
məqsədilə, hətta, «Daşnaksütyun» partiyasının liderləri ilə danışıqlar da aparırdılar. 
Həmin  dövrdə  Gəncədə  başqa  bir  siyasi  təşkilat—  «Müdafiə»  partiyası 
yaradıldı.  Təşkilatın  başında  İsmayıl  xan  Ziyadxanov  dururdu.  Yelizavetpol 
quberniyasında, başlıca olaraq, liberal ruhlu mülkədar-burjua ünsürlərinə arxalanan 
bu  partiyanın əsas  məramı müstəmləkə  üsul-idarəsinə  qarşı  mübarizə  aparmaq  və 
müsəlmanları erməni millətçilərinin hücumlarından müdafiə etmək idi. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə