Azərbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə31/69
tarix21.07.2018
ölçüsü1,91 Mb.
#57614
1   ...   27   28   29   30   31   32   33   34   ...   69

66 
 
Bu  müharibədə  azərbaycanlı  topçu  zabitləri  polkovnik  Səməd  bəy 
Mehmandarov  (1855-1931-ci illər),  kapitan  Əliağa  Şıxlinski  (1863-1943-cü illər), 
süvari  alayı  komandiri  Hüseyn  xan  Naxçıvanski  (1863-1919-cu  illər),  mayor 
İbrahim ağa Usubov (1872-1920-ci illər), poruçik Ağababa Sadıqov (1875-1905-ci 
illər),  poruçik  Zülfüqar  Bağırbəyov  (1874-1916-cı  illər)  və  başqaları  iştirak 
etmişlər.  Topçu  zabiti  Ağababa  Sadıqov  Port-Artur  uğrunda  gedən  döyüşlərdə 
qəhrəmancasına həlak olmuşdur. 
Döyüşlərdə, xüsusən Port-Arturun müdafiəsi zamanı göstərdikləri şücaətə 
görə  S.  Mehmandarov,  Ə  Şıxlinski,  H.  Naxçıvanski  bir  sıra  orden  və  üstü  yazılı 
qızıl  qılıncla  təltif  edildilər.  S.  Mehmandarova  general-mayor,  Ə.  Şıxlinskiyə 
polkovnik, İ. Usubova podpolkovnik rütbəsi verildi. 
Müharibədə  çarizmin  dalbadal  məğlubiyyətə  uğraması  Rusiyada,  o 
cümlədən Azərbaycanda inqilabi böhranı daha da dərinləşdirdi. 
 
 
§ 2. MĠLLĠ-DEMOKRATĠK HƏRƏKATIN VƏ ĠNQĠLABĠ  
MÜBARĠZƏNĠN YÜKSƏLMƏSĠ. MĠLLƏTLƏRARASI  
MÜNAQĠġƏLƏR 
 
Milli siyasi mübarizənin qüvvətlənməsi: 1905-1907-ci illərin birinci rus 
inqilabı mütləqiyyətin dayaqlarını kökündən sarsıtdı, müstəmləkə xalqlarının milli-
azadlıq  hərəkatına  güclü  təkan  verdi.  Başlanmış  inqilabla  əlaqədar  olaraq 
Rusiyanın siyasi həyatında baş verən dönüş bütün sinif, siyasi qrup və cərəyanları 
öz  xətt-hərəkətlərini  yeni  şəraitə  uyğunlaşdırmağa,  mütləqiyyət  quruluşuna  yeni 
münasibətlər müəyyənləşdirməyə məcbur etdi. 
1905-1907-ci illər inqilabi zamanı rus proletariatı və zəhmətkeş kəndliləri 
çar  istibdadına  qarşı  sinfi  mübarizəyə  qalxmışlarsa,  müstəmləkə  xalqları,  o 
cümlədən  Azərbaycan  xalqı  üçun  bu  inqilab,  hər  şeydən  əvvəl,  milli-azadlıq 
mübarizəsi idi. 
Rus inqilabının təsiri ilə Azərbaycanda milli hərəkat xeyli canlandı. Milli-
demokratlar  hazırkı  dövrdə  çarizmin  hələ  kifayət  qədər  güclü  olduğunu  və 
özlərinin  real  imkanlarını  nəzərə  alaraq,  əsasən,  dinc  mübarizə  vasitələrindən 
istifadə etməklə hökumətdən bir sıra əhəmiyyətli sosial-siyasi güzəştlər qoparmağı 
qarşıya məqsəd qoymuşdular. 
1905-ci  ilin  yaz  və  yayında  ərz-hal  (petisiya)  kampaniyası  genişləndi. 
Aprel  ayında  burjuaziyanın,  liberal  mülkədarlar  və  ziyalıların  nümayəndələri 
tərəfindən  bütün  Qafqaz  müsəlmanları  adından  hazırlanan  ərz-hal  Nazirlər 
Kabinetinin  sədri  Vitteyə  və  Qafqaz  canişini  Vorontsov-Daşkova  göndərildi.  Bu 
ərz-halda  müsəlmanların  dövlət  idarələrində  xidmətə  qəbul  edilməsi  və  irəli 
çəkilməsində,  onların  şəhər  özünüidarəsində  iştirak  etməsində  mövcud 
məhdudiyyətlərin  aradan  qaldırılması, andlı iclasçılar məhkəməsinin müsəlmanlar 


67 
 
yaşayan ərazilərdə də tətbiq edilməsi, məhkəmə işlərinin xalqın başa düşdüyü dildə 
aparılması, müsəlmanlara yığıncaq, ittifaq, vicdan, söz, rus və ana dillərində təhsil, 
mətbuat  azadlıqları  verilməsi,  hökumətin  yardımı  ilə  pay  torpaqlarının  kəndlilər 
tərəfindən  məcburi  surətdə  satın  alınması,  boş  qalan  xəzinə  torpaqlarından 
torpaqsız  və  aztorpaqlı  kəndlilərə  pay  verilməsi,  dövlətin  ixtiyarına  keçmiş  vəqf 
torpaqlarının müsəlman ruhanilərinə qaytarılması və din xadimlərinin hüquqlarının 
genişləndirilməsi, rus kəndlilərinin Azərbaycana köçürülməsinin dayandırılması və 
başqa tələblər vardı. 
Həmin  ərz-halla  əlaqədar  olaraq,  aprelin  17-də  verilmiş  «ali  fərman»da 
müsəlmanlara  ən  çox  özlərinin  mənəvi  və  maddi  qüvvələrinin  inkişafı  qayğısına 
qalmağı  riyakarcasına  «məsləhət»  görən  mütləqiyyət  onlara  yalnız  müfti,  qazı  və 
məhəllə  ruhanisi  seçmək,  həmçinin  istədikləri  dini  etiqada  qail  olmaq  hüququ 
verməklə kifayətləndi.  
Sonralar  da  yuxarı  hökumət  dairələrinə  bir-birinin  ardınca  ərz-hallar 
göndərildi.  Azərbaycan  müəllimlərinin  yolladıqları  ərz-halda  ana  dilində  təhsil, 
azərbaycanlı  müəllimlərinə  başqa  millətlərdən  olan  müəllimlərlə  eyni  hüquq 
verilməsi,  azərbaycanlı  muəllimlər  hazırlamaq  üçun  seminariyalar  açılması  və 
başqa tələblər vardı. 
1905-ci  ilin  iyununda  Ə.  Ağayev  və  Ə.  Hüseynzadənin  redaktorluğu  ilə 
Azərbaycan  dilində  ilk  qəzet  «Həyat»ın  nəşrinə  başlandı.  Bu  qəzet  milli 
burjuaziyanın siyasi cəhətdən təşkilinə xeyli kömək etdi. 
Həmin  ilin  yayında  Yelizavetpolda  Azərbaycan  mülkədarları  və 
burjuaziyanın  «Qeyrət»  adlı  partiyası  yaradıldı.  Hələ  dəqiq  məramnaməsi  və 
mükəmməl təşkilat əsasları olmayan bu partiya Azərbaycanda ilk siyasi təşkilat idi. 
Onun Bakıda və Şuşada şöbələri təşkil edilmişdi. 
Birinci rus inqilabı dövrünün ideoloqlarından və siyasi xadimlərindən biri 
Əlimərdan  bəy  TopçubaĢov  (1862—1934-cü  illər)  idi.  O,  milli  zəmində  baş 
verən mühüm ictimai-siyasi hadisələrin hamısında yaxından iştirak etmişdi. 
Ə. M. Topçubaşov Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdi. 
Redaktoru  olduğu  «Kaspi»  qəzetində  və  başqa  mətbuat  orqanlarında  onun  milli-
azadlıq,  ədəbiyyat,  mədəniyyət  və  s.  məsələlərə  dair  çoxlu  məqaləsi  dərc 
olunmuşdu. 
Xalqın adından yuxarılara göndərilən aprel ərz-halını Topçubaşov yazmış, 
milli  məsələlərlə  əlaqədar  olaraq  dəfələrlə  Qafqaz  canişininin,  hətta  hökumət 
başçısının  yanında  olmuşdur.  «Həyat»  qəzetinin  nəşrinə  icazənin  alınması  onun 
xidmətinin nəticəsi idi. 
Ə. M. Topçubaşov sosial ədalətsizliyin əleyhinə çıxırdı. Xüsusən 1905-ci 
ilin mayında ümumbakı tətilindən sonra azərbaycanlı  fəhlələrin şüurluluğunun və 
fəallığının  artmasına  böyük  əhəmiyyət  verən  Topçubaşov  sahibkarlara  xatırladırdı   
ki,  «məzlum  və  unudulmuş  azərbaycanlı  fəhlələr  artıq  onların  ucuz  əməyindən  
istifadə  edildiyi  kor-koranə  mütilik  dövründən  çıxmışlar».  O,  kapitalistləri   


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə