Аzərbaycanda iNŞaat və memarliq



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə9/20
tarix26.01.2018
ölçüsü0,71 Mb.
#22495
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

№2. 2017 

АZƏRBAYCANDA   İNŞAAT  və  MEMARLIQ

 

17 



 

Bu  halların  araşdırılması  və  layihələndirilmədə  nəzərə  alınması  təkcə  binanın  yeraltı  və 

yerüstü  mərtəbələrinin  sayının  (hündürlüklərin)  dəqiqləşdirilməsi  yox,  eləcə  də,  bünövrənin 

qoyulma dərinliyinin müəyyənləşdirilməsi baxımından əhəmiyət kəsb edir. Məlum olduğu kimi, 

seysmik tələblərə görə binanın qoyulma dərinliyinin yer səthindən təxminən (1/10) H (H-yerüstü 

hissənin  hündürlüyüdür)  qəbul  edilməsi  məqsədəuyğun  hesab  edilir.  Deformasiya  tikişi  ilə 

ayrılmış qonşu binaların bünövrələrinin qoyulma dərinliyinin yer səthindən hesablanması düzgün 

olmur, yəni (1/10) H şərtini təmin etmək praktiki olaraq mümkün olmayacaqdır. 

Mərtəbələrin  sayının  təyini  də  əlavə  fikir  ayrılığına  səbəb  olur.  Xüsusi  ilə  zirzəmi 

mərtəbəsinin bir hissəsinin yer səthindən yuxarıda yerləşdiyi, yaxud kürsü mərtəbəsinin mövcud 

olduğu  hallarda  yeraltı  və  yerüstü  mərtəbələrin  sayının  təyini  mübahisə  yaradır.  Maraqlıdır  ki, 

bəzi  halda 

± 0,00  səviyyəsinin  başlanğıc  kimi  qəbul  edilməsi  təklif  olunur.  Halbuki,  0,00 

səviyyəsi  nisbi  və  ixtiyarı  bir  səviyyədir  və 

±0,00  kimi  1-ci,  yerə  yaxın  döşəmənin  yox,  hər 

hansı mərtəbənin, məsələn yaşayış mərtəbəsinin başladığı 2,3-cü və s. mərtəbənin də səviyyəsi 

qəbul edilə bilər. 

Beləliklə seysmik təsirlərin nəzərə alınması baxımından bina və qurğuların yeraltı və yerüstü 

hissələrinin  hündürlüyü  və  bu  hissələrdə  mərtəbələrinin  sayı,  habelə  bünövrənin  oturdulma 

səviyyəsi  mövzusunda  mübahisə  doğuran  əsas  suallar  şərh  edilmiş  oldu.  Göründüyü  kimi, 

mübahisəni doğuran əsas səbəb hündürlük və mərtəbə sayı üçün başlanğıc (aşağı) və son (yuxarı) 

səviyyələrin konkretləşməməsindədir. 

Son səviyyə olaraq 

??????


n

 seysmik çəkinin tətbiq olunduğu son 

?????? nöqtəsinin səviyyəsinin qəbul 

edilməsi təklif olunur. 

??????  nöqtəsi isə bir qayda olaraq sonuncu mərtəbə örtüyü ilə üst-üstə düşür. 

Belə  ki,  daha  yuxarıda  yerləşən  və  adətən  sərtliyi  və  kütləsi  birtipli  mərtəbələrə  nisbətən  kiçik 

olan çardağın,  yüngül konstruksiyalı mansarda mərtəbəsinin günbəz və digər çıxıntıların çəkisi 

də 


?????? nöqtəsinə tətbiq edilir (şəkil-2).  

 

Şəkil 2. 


18 

АZƏRBAYCANDA   İNŞAAT  və  MEMARLIQ

 

№2. 2017 

 

Lakin  daha  yuxarıda  yerləşən  və  kifayət  qədər  sərtliyə  malik  olan  konstruksiyalar  texniki, 



mansard  mərtəbələrinin  digər  çıxıntılarının  olduğu  hallarda  həmin  hissələrin  karkası 

modelləşdirilir  və  kütlələri  öz  düyün  nöqtələrində  tətbiq  edilir  (şəkil-3).  Bu  hallarda  yerüstü 

hissənin son səviyyəsini kütlənin tətbiq edildiyi son mərtəbə qəbul etmək daha düzgündür.  

Bir qədər də dəqiqləşdirmə apararaq son səviyyə olaraq aşağıdakı 2 halı təklif etmək olar: 



1-ci  hal  (şəkil-2)-  son  nöqtənin  axırıncı  əsas  mərtəbə  örtüyü  səviyyədə  qəbul  edildiyi  hal. 

Axırıncı əsas mərtəbə örtüyü üzərində yüngül və az sərtlikli konstruksiyalardan ibarət çıxıntıların 

olduğu  halları  buraya  daxil  etmək  olar  (ağac  və  metal  konstruksiyalı  çardaqlar,  əsas  karkasa 

oynaqlı birləşdirilmiş metal və ağac karkaslı mansard mərtəbələri, şaquli elementlərinin ümumi 

sərtliyi  axırıncı  əsas  mərtəbələrin  şaquli  elementlərinin  sərtliyinin    0,3-dən  az  olan  mərtəbə 

hissələri (liftin maşın şöbəsi, kiçik ölçülü qazanxana, havalandırma və s. texniki mərtəbə və bu kimi)). 



2-ci  hal  (şəkil-3)–  son  nöqtənin  axırıncı  əsas  mərtəbə  örtüyü  səviyyəsindən  daha  yuxarıda 

yerləşən mərtəbə səviyyəsində qəbul edildiyi hal.  

Sonuncu əsas mərtəbə üzərində dəmir-beton karkaslı mansard texniki mərtəbələr yerləşdiyi 

və  bu  mərtəbələrdə  karkasların  şaquli  elementlərinin  ümumi  sərtliyi  axırıncı  əsas  mərtəbənin 

şaquli  elementlərinin  sərtliyinin  0,3-dən  çox  olduğu  halda  sonuncu  nöqtəni  həmin  üst 

mərtəbələrin örtükləri səviyyəsində qəbul etmək olar.  

Eyni  qaydada,  1-ci  halda  yerüstü  mərtəbələrin  sayına  axırıncı  əsas  mərtəbədən  sonrakı 

çıxıntılar (artırmalar) daxil edilmir, 2-ci halda isə daxil edilir.  

 

Şəkil 3. 

Yerüstü hissə üçün aşağı başlanğıc səviyyənin qəbulu daha mürəkkəbdir. Yenə də müxtəlif 

hallara baxaq: 

1-ci  hal.  Bina  ətrafında  onunla  deformasiya  tikişləri  ilə  ayrılmış  tikili  yoxdur  (şəkil-1,2,3)  

və ya kiçik ölçülü belə yeraltı tikili əsas bina ilə birlikdə həll edilmişdir (şəkil-4). Bu halda aşağı 

başlanğıc səviyyə olaraq aşağı planlaşdırma səviyyəsini qəbul etmək olar. Lakin 

1

 məsafəsinin 



(bax şəkil 4) həddi qiymətinin dəqiqləşdirilməsinə ehtiyac vardır. 


№2. 2017 

АZƏRBAYCANDA   İNŞAAT  və  MEMARLIQ

 

19 



 

Aşağı planlaşdırma səviyyəsindən 

2

3

??????



z

 qədəri  yer altında olan mərtəbəni  zirzəmi mərtəbəsi 

saymaq olar. Burada 

??????


- planlaşdırma səviyyəsi ilə görüşən mərtəbənin hündürlüyüdür. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 4. 

2-ci hal. Bina onunla eyni səviyyədə oturdulmuş, ətrafındakı binalarla deformasiya tikişi ilə 

ayrılmışdır  (şəkil-5).  Əslində  baxılan  iş  prinsipi  baxımından  bu  hal  şəkil  6-da  göstərilən 

vəziyyətlə anlojidir və aydındır ki, aşağı başlanğıc səviyyə olaraq bünövrə tavasının üst səviyyəsi 

qəbul edilməlidir. Yəni, bina faktiki olaraq yerə  sancılmamış hesab edilir, zirzəmi mərtəbəsi də 

yerüstü mərtəbə kimi sayılır.  

 

Şəkil 5. 

 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə