28
hissənin əyilən yerində tələb olunan en kəsik forması bərpa olunur. Çox
zaman emal edilən hissəni
əydikdə eyni vaxtda onu çəkiclə də emal edirlər. Burada iki iş eyni vaxtda aparılır: emal olunan hissənin
əyilməsi və əyilən yerdə en kəsiyi formasının saxlanılması.
Əyiləcək hissənin uzunluğu müəyyən olunur. Bu, onun neytral qatının uzunluğuna əsaslanaraq
çertyojda təyin edilir.
Emal olunan hissəni əydikdə deformasiyaya uğrayır. Hissənin en kəsiyinin deformasiyasına təsir
göstərən əsas göstəricilər var. Bunlara aşağıdakılar daxildir:
- Əyilmə radiusu;
-
Əyilmə bucağı;
-
Materialın qalınlığı.
Əyilmə radiusu və bucağı az, materialın qalınlığı çox olduqda yaranan
deformasiya da böyük
olur.
Aşağıdakı əsas xassələr hissənin əyilməsinə müəyyən təsir göstərir:
- Əymə zamanı möhkəmlik həddi;
- Elastik uzanma;
- Plastik deformasiya.
Əyiləcək hissənin materialı əyilməyə qarşı nə qədər çox müqavimət göstərərsə, əyilmə işi bir o
qədər çətin olur. Buna görə də əyilmə işini asanlaşdırmaq, yəni hissənin materialının müqavimətini
azaltmaq üçün onu qızdırırlar.
Metal
hissəni əyən zaman o, yaranan hər hansı
deformasiyaya qarşı müqavimət göstərir. Əhissəniən sonra isə
əvvəlki formasını almağa çalışır. Buna metalın elastikliyi deyilir
və materialın elastikliyi uzanma həddindən asılı olur.
Emal olunan hissənin müəyyən qədər plastikliyi
olduqda onu əymək olur. Plastiklik çox olduqda material yaxşı
deformasiya olunur. Polad material soyuq halda yaxşı
deformasiya olunmur. Buna görə
də polad materialdan olan
hissələri əymək üçün onun əyiləcək yeri qızdırılır.
Əyilmiş və ya əzilmiş hissələri əvvəlki formaya gətirmək
üçün düzəltmə işləri yerinə yetirilir.
Düzəltmə işləri zamanı hissə və materialların səthləri üzərindəki kələ-kötürlüklər kənar edilir.
Metalın bu və ya digər hissələrinə təzyiqlə təsir edib düzləndirilməsinə düzəltmə deyilir. Düzəltmə
işləri üçün zından və metal lövhədən istifadə olunur. Hissənin əyilmiş hissəsinin düzəldilməsi üçün
zindan və ya metal lövhə üzərinə qoyulur. Sonra çəkic sağ əllə tutulur. Hissənin qabarıq yerlərinə əvvəlcə
zəif, sonra isə güclü zərbələr endirilir.
2.3.2. Tələbələr üçün fəaliyyətlər
Metalkəsən əl qayçıları ilə metalkəsmə işlərinin yerinə
yetirilməsinə dair başqa
mənbələrdən axtarışlar aparın və təqdimat üçün hazırlayın
Metalkəsən lobziklərlə metalkəsmə işlərinin yerinə yetirilməsinə dair axtarışlar aparın
və təqdimat üçün hazırlayın
Lingli qayçılarla metal təbəqələrin kəsilməsinə dair axtarışlar aparın, müvafiq
qeydlərinizi edin və təqdimatını hazırlayın
Əl mişarı ilə metal təbəqələrin kəsilməsində dair axtarışlar aparın, müvafiq qeydlərinizi
edin və təqdimatını hazırlayın
Mişarların kəsiləcək hissənin forma və ölçülərindən, habelə materialın bərkliyindən asılı
olaraq seçilməsinə dair axtarışlar aparın, mişar növlərinin təhlilini edin və təqdimat üçün
hazırlayın
Şəkil 2.19 Metal səthin dəldilməsi
29
Nazik təbəqəli metalların əyilməsinə dair başqa mənbələrdən axtarışlar aparın və
təqdimat üçün hazırlayın
Silindrik formalı metal hissələrin əyilməsinin axtarışlarını edin və əldə etdiklərinizin bir-
biri ilə müqayisəli təhlilini aparın və təqdimat üçün hazırlayın
Qalın metal təbəqələrin əyilməsi əməliyyatının başqa mənbələrdən axtarışını aparın və
əməliyyatın ardıcıllığını təqdimat üçün hazırlayın
Metalların düzəlidilməsi əməliyyatına dair məlumat toplayın və təqdimata yönləndirin.
2.3.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: