Əymə məftil və plastik kütlədən hazırlanmış şinalar



Yüklə 1,09 Mb.
tarix08.01.2022
ölçüsü1,09 Mb.
#82707
Презентация1


Əymə məftil və plastik kütlədən hazırlanmış şinalar.

Mövzu 10


Müəllim: A. Əliyeva

Ortopedik müalicənin ən geniş yayılmış üsulu dişüstü məftil şinalamadır. Əsası I dünya müharibəsi dövründə (1916) S.S. Tigerştedt tərəfindən qoyulmuşdur.

Alüminium məftildən əyilmiş şinalar hamar (birçənəli) və çənəarası dartılma üçün ilgəkli olmaqla 2 qrupa bölünür.

Hamar şinalar sınıq yarığının diş cərgəsi nahiyyəsində yerləşməsi zamanı hissələrin yerini dəyişməmiş vəziyyətdə və hər sınıq hissəsi üzərində 2-3- dən az olmayaraq sağlam diş olmaq şərtilə hazırlanılr. Belə şinanın hazırlanması zamanı itirilmiş dişlər nahiyyəsində “П” şəkilli əyri yaradılır.

İlgəkli şinalar sınıq hissələrinin yerdəyişməsi zamanı, eləcə

də aşağı çənə bucağı və şaxəsi nahiyyəsindəki sınıqlarda tətbiq olunur. Şina diş qövsünü eynilə təkrar etməli və hər dişin tacına sıx oturmalıdır. İlgək 3-4 mm uzunluqda olub, 45⁰-li bucaq altında əyilir ki, bu da rezin halqaların bərkidilməsinə şərait yaradır. Şina hər dişə məftil liqaturanın köməyilə bərkidilir.

Əymə məfftil şinaların tətbiq edilməsinə göstərişlər.

Alüminium məftildən hazırlanmış hamar qövsün tətbiqinə üst və alt çənələrin alveol çıxıntısının sınığı, alt çənənin orta sınıqları, eləcə də diş sırası hədlərində, fraqmentlərin şaquli istiqamətdə yerini dəyişmədiyi digər lokalizasiyalı sınıqlar zamanı göstəriş vardır. Dişlərin bir hissəsi çatışmadıqda retension ilgəyi olan hamar şina-dayaqlı qövs tətbiq edilir.

Fraqmentlərin şaquli yerdəyişməsini qarmaqlı ilgəkləri olan məftil şinalar və rezin halqalar vasitəsilə çənəarası dartma yolu ilə aradan qaldırırlar. Çənə fraqmentləri eyni zamanda yerinə salınmışsa, məftil şinanı dərhal hər iki fraqmentdəki dişlərə bərkidirlər.

Çətin hərəkət edən və yerini dəyişmiş fraqmentləri yerinə salmaq mümkün olmadıqda məftil şinanı liqaturalar vasitəsilə əvvəlcə ancaq bir (uzun ) fraqmentə bərkidilir, şinanın ikinci ucunu isə yalnız diş sıralarının normal qapanması bərpa olunduqdan sonra liqaturalar vasitəsilə dişlərə bərkidirlər. Dişləmin korreksiyasını tezləşdirmək üçün qısa fraqmentdəki dişlərlə antoqanistləri arasına rezin qat qoyurlar.

Alt çənənin diş sırası arxasında sınığı zamanı dartma ilə məftil şınaların tətbiqi metodunu seçirlər. Alt çənə fraqmenti iki (şaquli və üfüqi) müstəvidə yerini dəyişmişsə, çənəarası dartmaya göstəriş vardır.

Alt çənənin bucaq nahiyəsində sınığı və uzun fraqmentin sınıq tərəfə üfüqi yerdəyişməsi zamanı sürüşən şarniri olan şinadan istifadə etmək məqsədəuyğundur. O, bununla fərqlənir ki, çənə fraqmentlərini bərkidir, onların üfüqi yerdəyişməsini aradan qaldırır və gicgah-çənə oynaqlarında azad hərəkətlərə şərait yaranır.

Alt çənənin ikitərəfli sınığı zamanı orta fraqment, bir qayda olaraq, əzələlərin dartı qüvvəsinin təsirindən yerini aşağıya, bəzən isə həm də arxaya doğru dəyişdirir. Belə hallarda çənə fraqmentlərini iki mərhələdə immobilizasiya etmək əlverişlidir. Birinci mərhələdə yan fraqmentləri aralayıb, diş sıralarının düzgün yumulduğu vəziyyətdə məftil qövs vasitəsilə bərkidirlər.

Ikinci mərhələdə orta fraqmenti çənəarası dartma vasitəsilə yuxarıya doğru çəkirlər. Orta fraqmenti düzgün dişləm vəziyyətinə gətirib ümumi şinaya bərkidirlər.Alt çənənin sınığı zamanı bir dişsiz fraqment olduqda onu ilgəkli alüminium məftildən hazırlanmış şina və stens ara qatı vasitəsilə bərkidirlər.

Dişsiz alt çənənin sınıqları zamanı, xəstənin diş protezləri varsa, onlardan çənə fraqmentlərinin immobilizasiyası üçün şına kimi istifadə edib, eyni zamanda çənə sapandı qoymaq olar. Protezi və sapandı fraqmentlər bitişənədək saxlamaq lazımdır. Qida qəbuluna imkan vermək üçün alt protezdə kəsici dişin hamısını kəsib çıxarıt və əmələ gəlmiş dəlikdən xəstəni uzun lüləkli qab vasitəsilə yedirirlər.

Protezlər olmadıqda dişsiz çənə fraqmentlərinin müvəqqəti immobilizasiyası üçün Raroq üsulu ilə ilgəkli məftil şina tətbiq edilir. Selikli qışanın travmasının aradan qaldırmaq üçün ilgəklərin altına tənzif salfetlər qoyurlar.

Plastik kütlədən düzəldilmiş şinalar.

Şüa zədələnmələri ilə birgə çənə sınıqları zamanı metal şinaların tətbiqinə əks-göstəriş vardır, çünki metallar ikincili radiasiya mənbəyinə çevrilib diş ətinin selikli qişasında nekroz törədə bilər. Plastik kütlədən şinalar hazırlamaq daha məqsədəuyğundur.

M.R.Marey şinanı bərkitmək üçün liqatura məftil əvəzinə kapron saplardan istifadə etməyi, alt çənənin sınıqları zamanı şinanı isə qabaqcadan hazırlanmış qövsşəkilli alüminium nov tez üzrə tez bərkiyən plastik kütlədən düzəltməyi məsləhət görür. Novu təzə hazırlanmış plastik kütlə ilə doldurub onu diş qövsünün vestibulyar səthinə çəkirlər. Plastik kütlə bərkidikdən sonra alimünium nov asan çıxarılır, plastik kütlə isə kapron saplara möhkəm birləşib, çənə fraqmentlərini təsbit edir.

Plastik kütlədən düzəldilmiş şina qoyulması metodu prof. Q.A.Vasilyevin klinikasında modifikasiya edilmişdir. Hər dişə dişin vestibulyar səthində plastik kütlədən düzəldilmiş kiçik muncuğu olan kapron sap bağlanır. Bu, liqaturaları şinada daha etibarlı surətdə təsbit edir. Sonra şinanı M.R.Mareyin təsvir etdiyi metodla qoyurlar.

Çənə fraqmentlərini çənəarası dartı üsulu ilə təsbit etmək lazım olduqda, müvafiq sahələrdə yumru burğac vasitəsilə dəliklər açmaq və əvvəlcədən plastik kütlədən hazırlanmış milləri onlara yeritmək məsləhət görülür. Millər təzə hazırlanmış tez bərkiyən plastik kütlə ilə təsbit edilir. Millər təzə hazırlanmış tez bərkiyən plastik kütlə ilə təsbit edilir. Millər çənə fraqmentlərini çənəarası üsulla dartmaq və təsbit etmək üçün rezin halqaları bağlamaqdan ötrüdür.

R.M.Friqof alt çənə fraqmentlərini təsbit etmək üçüç plastik kütlədən şina hazırlamağın aşağıdakı metodunu təklif etmişdir. Bu metod diş qövsü boyunca xətti sınıqlar zamanı hər iki fraqmentdə dişlər olduqda və fraqmentlərin əllə yerinə salınması mümkün olduqda tətbiq edilə bilər.

Çənə fraqmentlərin dişlər düzgün okklüziya vəziyyətə gətirildikdən sonra liqatura sarğısı vasitəsilə bərkidirlər. Sarğı sınıq xəttindən vestibulyar və dil tərəfdən onlarla qonşu olan 2 dişi əhatə etməlidir. (birinci liqatura). Məftilin uclarını qonşu dişlərin dişarası sahələrindən xaricə çıxarırlar. Ikinci liqatura məftili dil tərəfdə sınıq xəttində duran 2 dişi əhatə edir.

Hər iki liqaturanın uclarını burur, uzunluğu 1 sm olanadək kəsir və yanlara çəkirlər. sonra tez bərkiyən plastik kütləni qarışdırır, qalınlığı 1 sm və uzunluğu 4 sm olan yastıq şəklində xəmir əmələ gətirir və onu sınıq xəttindən yanlara doğru (hər tərəfdə 3 diş əhatə etməklə) dişlərin çeynəmə və kəsici səthlərinə çəkirlər. dişləri vestibulyar və oral tərəfdən plastik kütlə ilə sıxırlar və xəstə ağzını diş sıralarının mərkəzi okklüziya vəziyyətində örtərək, plastik kütlə bərkiyənədək 4-5 dəqiqə ərzində çənələrini yumulmuş vəziyyətdə saxlayır.



Selikli qişanın və ağız boşluğunun yanığının qarşısını almaq üçün plastik kütlə blokunun ətrafına soyuq suda isladılmış pambıq tamponlar düzürlər. Bu metodun üstünlüyü çənə fraqmentlərinin yaxşı təsbit olunmasından və gicgah-çənə oynaqlarında sərbəst hərəkətlərin mümkünolmasından ibarətdir.

Diqqətinizə görə təşəkkürlər!
Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə