Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə33/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   29   30   31   32   33   34   35   36   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
70 
 
 
Saxlanma tarixi: 05 oktyabr 2012-ci il 
 
İttiham: CM-in 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə 
və  ya  bu  cür  hərəkətlərdə  fəal  iştirak  etmə)  və  315.2-ci  (xidməti  vəzifələrini  yerinə 
yetirməsi  ilə  əlaqədar  hakimiyyət  nümayəndəsinə  qarşı  həyat  və  sağlamlıq  üçün 
təhlükəli olan zor tətbiq etmə) maddələri  
 
Saxlandığı yer: Vərəmli məhkumlar üçün 3 saylı Müalicə Müəssisəsi 
 
İş üzrə qısa arayış: Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2013-cü il qərarı ilə 
il  müddətinə  azadlıqdan  məhrum  edilib.  Bakı  Apellyasiya  Məhkəməsi  2013-cü  il 
dekabrın 19-da bu qərarı qüvvədə saxlayıb.  
 
 
(3) 2012-ci ildə Masallı rayonunda həbs edilən inanclı fəallar  
 
Jurnalist  Araz  Quliyevlə  birgə  həbs  edilən  bu  şəxslərin  hamısı  Masallı  rayonunun 
inanclı  sakinləridir.  Onların  bəziləri  A.Quliyevin  dostları,  bir  nəfəri  -  Nicat  Əliyev 
jurnalistin qohumu, qalanları isə tanışlarıdır. Bu şəxslərin bir neçəsi A.Quliyevə onun 
baş  redaktoru  olduğu  saytda  materialların  yayılması  üçün  xəbərlərin  toplanmasında 
kömək  ediblər,  bir  neçəsi  isə  2010-cu  ilin  sonunda  məktəblərdə  hicaba  qadağa 
qoyulduqdan sonra keçirilmiş dinc aksiyalarda iştirak ediblər. Jurnalistin həbs edildiyi 
gün bu şəxslərdən yalnız Ziya Tahirov onunla birlikdə olub, qalan şəxslərdən yalnız 
Rza  Ağalı  (o,  A.Quliyevlə  sentyabrın  6-da  saxlanılıb)  eyni  gündə,  digərləri  isə 
sonradan  başqa  tarixlərdə  həbs  edilib.  Bununla  belə  onların  hamısını  Masallı 
rayonunda  folklor  festivalı  çərçivəsində  keçirilən  diskoteka  zamanı  insanlara  daş 
atmaqda  və  A.Quliyevə  qarşı  irəli  sürülən  başqa  ittihamlarda  təqsirli  biliblər.  Bu 
şəxslərin  A.Quliyevə  yardımçı  olduqları  iddiasıyla  həbsinin  ondan  qisas  almağa  və  
ittihamı daha da ağırlaşdırmağa (cinayəti mütəşəkkil dəstənin törətdiyini iddia etmək 
üçün) xidmət etdiyi şübhə doğurmur.  
 
Məhkəmə  prosesi  zamanı  təqsirləndirilən  şəxslərin  xeyrinə  verilmiş  ifadələr  deyil, 
şübhəli və suallar doğuran ifadələr daha mötəbər sübut kimi qiymətləndirilib.  
 
 
101.
 
Rza Qorxmaz oğlu 
AĞALI
 
 
Saxlanma tarixi: 9 sentyabr 2012-cü il                                     
 
İttiham: CM-in 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə 
və  ya bu cür  hərəkətlərdə  fəal  iştirak etmə), 315.2 (hakimiyyət  nümayəndəsinə  qarşı 
müqavimət  göstərmə  və  ya  zor  tətbiq  etmə)  və  324-cü  (Azərbaycan  Respublikasının 
Dövlət  bayrağı  və  ya  Azərbaycan  Respublikasının  Dövlət  gerbi  barədə  təhqiredici 
hərəkətlər) maddələri 
 
Saxlandığı yer: Vərəmli məhkumlar üçün 3 saylı müalicə müəssisəsi  
 
İş  üzrə qısa  arayış:  05 aprel 2013-cü ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 
qərarı ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 09 yanvar 
2014-cü  ildə  Şirvan  Apellyasiya  Məhkəməsi  bu  qərarı  dəyişdirmədən  qüvvədə 
saxlayıb.   
 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
71 
 
 
102.
 
Surac Valeh oğlu 
AĞAYEV
 
 
Saxlanma tarixi: 15 sentyabr 2012-ci il                                    
 
İttiham: CM-in 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə 
və  ya bu cür  hərəkətlərdə  fəal  iştirak etmə), 315.2  (hakimiyyət  nümayəndəsinə  qarşı 
müqavimət  göstərmə  və  ya  zor  tətbiq  etmə)  və  324-cü  (Azərbaycan  Respublikasının 
Dövlət  bayrağı  və  ya  Azərbaycan  Respublikasının  Dövlət  gerbi  barədə  təhqiredici 
hərəkətlər) maddələri 
 
Saxlandığı yer: Qobustan Qapalı Həbsxanası 
 
İş  üzrə qısa  arayış:  05 aprel 2013-cü ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin  
qərarı ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 09 yanvar 
2014-cü ildə  Şirvan  Apellyasiya  Məhkəməsi,  04  iyul  2014-cü ildə  isə  Ali Məhkəmə 
bu hökmü dəyişdirmədən qüvvədə saxlayıb.   
 
 
103.
 
Xalid Nofəl oğlu 
KAZIMOV
 
 
Saxlanma tarixi: 14 sentyabr 2012-ci il                                   
 
İttiham: CM-in 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə 
və  ya  bu  cür  hərəkətlərdə  fəal  iştirak  etmə),  234.4.3  (satış  məqsədi  ilə  qanunsuz 
olaraq  narkotik  vasitələri  və  ya  psixotrop  maddələri  əldə  etmə  və  ya  saxlama, 
hazırlama,  istehsal  etmə,  emal  etmə,  daşıma,  göndərmə,  yaxud  qanunsuz  olaraq 
narkotik  vasitələri  və  ya  psixotrop  maddələri  satma,  külli  miqdarda  törədildikdə)
315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 
324-cü 
(Azərbaycan 
Respublikasının  Dövlət  bayrağı  və  ya  Azərbaycan 
Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri 
 
Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi 
 
İş  üzrə qısa  arayış:  05 aprel 2013-cü ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 
qərarı ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 09 yanvar 
2014-cü  ildə  Şirvan  Apellyasiya  Məhkəməsi  bu  qərarı  dəyişdirmədən  qüvvədə 
saxlayıb.   
 
 
104.
 
Ziya İbrahim oğlu 
TAHİROV
 
 
Saxlanma tarixi: 9 sentyabr 2012                                           
 
İttiham: CM-in 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə 
və  ya bu cür  hərəkətlərdə  fəal  iştirak etmə), 315.2 (hakimiyyət  nümayəndəsinə  qarşı 
müqavimət  göstərmə  və  ya  zor  tətbiq  etmə)  və  324-cü  (Azərbaycan  Respublikasının 
Dövlət  bayrağı  və  ya  Azərbaycan  Respublikasının  Dövlət  gerbi  barədə  təhqiredici 
hərəkətlər) maddələri 
 
Saxlandığı yer: 5 saylı Cəzaçəkmə Müəssisəsi 
 
İş  üzrə qısa  arayış:  05 aprel 2013-cü ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 
qərarı ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 09 yanvar 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə