AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
82
partiya sisteminin böhranında ortada yalnız lider postu
böyük göründüyü üçün siyasətçilər bu zirvəyə can atırlar.
Liderlik həm də onların siyasi ömürlərinin uzadılmasına
xidmət edir. Bu tendensiya davam etsə, bir çox partiyalar və
liderləri get-gedə sıradan çıxacaq. Azərbaycanda getdikcə
siyasi dairə daralmaqdadır” (P.Sadayoğlu //http://almaqe-
zeti.com/index.php?mod=view&id=1348).
Məsələyə digər prizmadan yanaşanlar bu meyli parti-
yadaxili demokratiyanın möhkəmlənməsi və nizamnaməyə
əməl edilməsi kimi dəyərləndirir, liderlərin uzun müddət
postda qalmasının qarşısını alan vasitə qismində şərh edirlər.
Parlament seçkilərinin keçiriləcəyi 2010-cu ildə siyasi
müxalifət hansı iddiaları, şüar və tələbləri irəli sürür? Yal-
nız tələb və bəyanatlara deyil, ötən seçkilərin yekunları-
nın dərin tənqidi təhlilinə də rast gəlmək olurmu? Bu kimi
suallara yeganə cavab kimi Ümid Partiyasının sədri İqbal
Ağazadənin qeyd olunan məqaləsini göstərmək olar. Yeri
gəlmişkən, müxalifət düşərgəsində həmin məqaləyə hər
hansı bir reaksiya verildiyini hələlik müşahidə etmək müm-
kün olmamışdır.
Seçkilərlə bağlı ən çox səslənən tələb müxalifətin pro-
porsional seçki sisteminin bərpa olunması məsələsini
gündəmə gətirməsidir. Artıq “Ölkədə referendum
keçirilməlidir”, “Müxalifət hakimiyyət qarşısında tələb qoy-
du”, “Proporsional seçki sistemi bərpa olunsun!” başlıqları
müxalifət KİV-lərinin dəyişməz mövzusuna çevrilib.
Politologiya elminə müraciət etsək, majoritar seçki sis-
teminin üstünlüyünü qəbul edən tanınmış partoloqlar (Dü-
verje, Bordo və b.) qeyd edirlər ki, bu sistem çoxpartiyalılı-
ğın təkamülünə, böyük müstəqil partiyaların yaranmasına,
AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
83
zəiflərin rəqabətdə aradan çıxmasına, seçicilərə istənilənə
deyil, real imkanlara malik partiyalara səs verməyə imkan
yaradır. Proporsional sistem isə partiya çoxluğunu, böyük
partiyaların parçalanması ehtimalını artırır. Bu da yeni par-
tiya yaratmaq üçün həqiqi liderlik potensialı və qabiliyyəti
olan yeni siyasətçilərin əsl məramına kölgə salır, onların
seçki xatirinə partiya yaratdığı təəssüratını oyadır.
İspaniyalı senator Luis Fraqa, Qərbi Avropada seçki
modelləri və İspan modelini təhlil edərkən proporsional
model barədə qeyd edir: “Siyahıda kimin qalacağına, kimin
gedəcəyinə qərar verən siyasi partiyaların əlində çox bö-
yük hakimiyyət toplanır. Nəticədə demokratiyanın əvəzinə
“Partitokrasiya” təhlükəsi artır. Əgər parlament demokrati-
yasında (parlament olduğunu unutmayaq) ən vacib institut
(partiyalar)zəif olarsa, bu xüsusilə doğrudur. Siyasi partiya-
lar həddən çox siyasi hakimiyyət əldə edərək institusional
quruluşu korlanmış vəziyyətə gətirirlər. Namizədə yox par-
tiyalara səs verən hər bir seçki dairəsinin seçiciləri əslində
kimə səs verdiklərini hər zaman bilmirlər. Nəticə: seçicilər
və onların seçdiyi parlament üzvü arasında məsafə artır. Bu-
nun nəticəsində əhalidə institutların möhkəmliyi və sağlam
olması barədə şübhələr artır. Biz hamımız bilirik ki, cavab-
dehlik və məsuliyyət demokratiyanın əsas məsələləridir. Bu
hər yerdə daima xatırlanmalıdır.”
Müxalifətin seçki taktikasında artıq 4-cü dəfə bəyan
etdiyi birləşmə şüarlarının reallaşması perspektivləri, ötən
illərin təcrübəsi nəzərə alınarsa, yenə də uğursuzluğa dü-
çar olacaq. Lakin bu dəfə birləşmənin həyata keçməsi siyasi
müxalifətin, sözün əsl mənasında, “ölüm-dirim ”məsələsidir,
son fürsətidir. Bu barədə İqbal Ağazadənin adı çəkilən
məqaləsində deyilir: “Azərbaycan müxalifətinin ən böyük
AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
84
problemi birlik modelinin müəyyən olunmaması ilə bağlıdır.
Bu müddətə qədər çoxsaylı birliklər yaradılsa da, ömürləri
uzun olmayıb. Qarşılıqlı ittihamlar təşkilatları bir-birindən
uzaqlaşdırıb. Nəticədə nə demokratik cəmiyyət quru-
culuğuna layiqli töhfə verilib, nə də xalqın müxalifətdən
gözləntiləri özünü doğruldub. Bu baxımdan 2010-cu il də
çox önəmli ildir. Yenə də birlik sədaları eşidilir. Ayrı-ayrı
təşkilatların açıq və ya gizli şəkildə parlament seçkiləri üçün
planlar cızdığı aydın olur. Parlament seçkilərinə cəmi bir il
qalsa da, hələ ortada real birlik yoxdur, hazırlıq mərhələsi
olduqca aşağıdır. Təəssüflə qeyd etmək istərdim ki, yenə
də birliyin və ya parlament seçkilərində uğurun ənənəvi
motivləri axtarılır, daha məhdud çevrə cızılmaqla prosesdən
daha çox hansı partiyanın uğur qazanması üzərində baş
sındırılır. Təfərrüatlara varmaq istəmirik. Qısaca olaraq
onu deyə bilərik ki, ənənəvi 2003-cü il, 2005-ci il modelləri
parlamentdə təmsil olunan partiyaların adını dəyişə bilər. Nə
deputat sayı, nə də keyfiyyət dəyişəcək. Əvvəlcədən bunu
bilə-bilə yenidən köhnə modellərə qayıtmaq nə dərəcədə
məqsədəuyğundur?!”(www.mediforum.az).
Birləşmə şüarlarına indiyədək verilən ən kəskin reaksi-
ya da İsa Qəmbərə məxsusdur. O, birləşmənin formala-
rı barədə səslənən fikirlərə münasibət bildirərkən deyib:
“Siyasətçi həmkarlarımızdan biri deyir ki, bütün müxalifət,
demokratik qüvvələr bir araya gəlməlidir. Hamının sevdiyi
gözəl şüardır. Ancaq o da bəllidir ki, “bütün müxalifət” çox
yayğın ifadədir. Bütün müxalifət dedikdə bunların bir ara-
ya gəlməsi mümkündürmü? Əgər bu qüvvələrin bir hissəsi
Moskva tərəfindən, digər hissəsi Tehran, başqa hissəsi də
hakimiyyət tərəfindən idarə olunursa, bu qüvvələr nə cür
bir araya gələ bilər? Heç bir prinsipial mövqe tutmağa qa-
dir olmayan, müxtəlif qüvvələr tərəfindən idarə olunan kiçik
Dostları ilə paylaş: |