Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə12/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   8   9   10   11   12   13   14   15   ...   40

 
köməklik göstərmək, sovet Rusiyası ilə qardaşlıq ittifaqı yarat-
maq haqqında müraciətləri dərc olunmuşdur. 
N.Nərimanov Azərbaycanın tezliklə və hərtərəfli inkişafı, 
xalq təsərrüfatının bütün sahələrinin dövlətin əlində cəmlənməsi 
məqsədilə bir sıra dekretlər vermişdir: neft sənayesinin, Xəzər 
ticarət donanmasının, bankların, balıq sənayesinin, 
H.Z.Tağıyevin toxuculuq fabrikinin və s. milliləşdirilməsi. 
1920-ci il sentyabrın 1-7-də Bakıda Şərq xalqlarının I qu-
rultayı çağırılmışdır. Qurultayda Avropa və Asiya ölkələrindən 
gəlmiş 1900-ə yaxın nümayəndə  iştirak etmişdir. N.Nərimanov 
qurultayı Kommunist Beynəlmiləli  İcraiyyə Komitəsi adından 
açaraq demişdir: «Yoldaşlar,  Şərq xalqlarının dünyada 
görünməmiş, eşidilməmiş birinci qurultayını açmaq səadəti bu 
gün mənə nəsib olmuşdur… 
Bu gün burada iki dünya görüşür: istismar olunanlar və 
istismar edənlər dünyası. Şübhə yoxdur ki, əgər istismar edənlər 
dünyasının nümayəndələri burjua sinfinin nümayəndələri olsay-
dılar, onda Qocaman Şərqin göz yaşları, bəlkə də təsirsiz qalar-
dı. Lakin xoşbəxtlik bundadır ki, burada iştirak edən 
nümayəndələr məhz burjua ölkələrinin fəhlə sinfini təmsil 
edirlər, onlar başa düşürlər ki, bizə imkan verərlər ki, yaxın 
vaxtlarda III Beynəlmiləlin ümumdünya hakimiyyətini təntənəli 
surətdə elan edək». Qurultay özünün daim fəaliyyət göstərəcək 
icraiyyə orqanını – Təbliğat və  Fəaliyyət  Şurasını seçdi. Onun 
tərkibinə M.Hüseynov, S.Kirov, S.Orconikidze, M.Sübhi, 
Heydər Əmioğlu, Y.Stasova və b. yanaşı N.Nərimanov da daxil 
olmuşdur. 
1920-ci il sentyabrın 30-dan oktyabrın 4-dək N.Nərima-
novun başçılığı altında partiya, dövlət rəhbərlərindən və  fəhlə 
nümayəndələrindən ibarət komissiya Azərbaycanın Ucar, 
Göyçay, Gəncə, Qazax, Tovuz, Yevlax, Ağdam, Bərdə,  Şuşa, 
Şəki, Kürdəmir və s. yerlərinə getmiş,  şəhər  əhalisi və 
kəndlilərlə görüşmüşdür. O, getdiyi yerlərdə  əhalinin vəziyyəti 
ilə tanış olmuş, çıxış edərək kəndlilərə Azərbaycanda
 
37


 
ümumiyyətlə, bütün dünyada baş verən siyasi məsələlər 
haqqında məlumat vermişdir. N.Nərimanov kəndliləri sovetlər 
ətrafında birləşməyə, sovet hökumətinin onlara verdiyi torpağı 
vaxtı-vaxtında 
əkib-becərməyə, 
əsil sahibi olmağa, 
əksinqilabçılardan qorumağa, çanaq toplanmasında fəal iştirak 
etməyə, kənd məhsulları ilə Bakı  fəhlələrinə yardım etməyə, 
sovet Rusiyası ilə dostluğa və qardaşlığa çağıraraq demişdir: 
«Sovet Rusiyası ilə birləşdikdən sonra biz neft anbarlarını 
boşaltmağa, istehsalatımızı artırmağa, fəhlələri saxlamaq üçün 
vəsait  əldə etməyə… və azad sovet Rusiyasının və azad sovet 
Azərbaycanının qarşılıqlı köməyi nəticəsində imkan tapdıq». 
1920-ci il dekabrın 22-29-da Moskvada VIII Ümumrusiya 
sovetlər qurultayı oldu. Qurultay məşhur QOELRO (Rusiyanı 
elektrikləşdirmək üçün Dövlət komissiyası) planını  qəbul etdi. 
Qurultayda ilk dəfə olaraq başda N.Nərimanov olmaqla 
Azərbaycan nümayəndələri də  iştirak etmiş  və o, qurultayda 
Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinə üzv seçilmişdir. 
1921-ci il yanvar ayının əvvəllərində N.Nərimanov Mosk-
vada olarkən sovet Rusiyasında yaşayan müsəlman xalqları 
kommunistlərinin müşavirəsi keçirilmişdir. Müşavirədə  iştirak 
edən N.Nərimanov müşavirənin rəyasət heyətinə seçilmişdir. 
1921-ci il mayın 6-19-da keçirilən I Ümumazərbaycan 
sovetlər qurultayını giriş nitqilə N.Nərimanov açmışdır. O, 
qurultayın rəyasət heyətinə seçilmiş, bir neçə iclasına sədrlik və 
çıxış etmişdir. Eyni zamanda qurultay N.Nərimanovun bir il 
ərzində Azərbaycan SSR hökumətinin fəaliyyəti və beynəlxalq 
vəziyyət haqqında məruzəsini dinləmişdir. Qurultay Azərbaycan 
SSR Mərkəzi İcraiyyə Komitəsini, 9 üzv və 3 namizəddən ibarət 
onun rəyasət heyətini seçdi. N.Nərimanov M.Hacıyev, 
S.Ağamalıoğlu və b. birlikdə onun tərkibinə seçilmişdir. 
Azərbaycanın ilk konstitusiyasını  təsdiq edən qurultay rəsmi 
olaraq N.Nərimanov başda olaraq Azərbaycan SSR Xalq Ko-
missarları Sovetinin tərkibini müəyyənləşdirmişdir. Mayın 21-
də Azərbaycan MİK I plenumunun I sessiyası keçirildi. N.Nəri-
 
38


 
manov iclası açarkən demişdir ki, fəhlə və kəndlinin üstünlüyü 
ilə sovet respublikasının ali orqanını seçərək biz bütün 
Azərbaycan qarşısında, bütün Şərq qarşısınla nəzərə çatdırırıq 
ki, burada hakimiyyət zəhmətkeşlərin öz əlindədir. Sessiya 
qurultay tərəfindən seçilmiş Azərbaycan MİK rəyasət heyətini 
və N.Nərimanov başda olmaqla Azərbaycan XKS təsdiq etmiş-
dir. 
1921-ci il iyulun 19-da Azərbaycan MİK rəyasət heyətinin 
iclası oldu. İclas N.Nərimanovun sədrliyi ilə keçmiş  və onun 
Zaqafqaziya respublikaları nümayəndələrinin Azərbaycan, 
Gürcüstan və Ermənistan arasında sərhədlərin 
müəyyənləşməsinə həsr edilmiş konfransının yekunları haqqında 
məruzəsi müzakirə edilmişdir. 
N.Nərimanov Azərbaycanın hərtərəfli inkişafı ilə  məşğul 
olduğu bir vaxtda Azərbaycanın «sol kommunistləri» Bakı 
komitəsini  ələ keçirərək ona maneçilik törədirdilər. Bu işdə 
onları S.Orconikidze müdafiə edirdi. Bunu hiss edən N.Nəri-
manov yığıncaqlarda, iclaslarda, plenumlarda, konfranslarda
hətta qurultaylarda «sol kommunistləri» kəskin tənqid edir və 
onları partiyanın qarşıya qoyduğu məsələlərlə  məşğul olmağa 
çağırır. Dediklərinin nəticəsiz olduğunu görən N.Nərimanov 
1921-ci ilin avqustunda S.Orconikidzeyə  məktub yazır. O, bu 
məktubda göstərirdi: «Hörmətli Serqo! Mən 1918-ci ildə Bakıda 
sovet hakimiyyəti üçün düzgün olmayan və  məhvedici siyasət 
aparılmasında, yol. Şaumyana tarixi məktubumu yazmışam. 
İkinci tarixi məktubu indi sənin adına göndərmək lazım gəlir… 
Mən həmişə demişəm və deyirəm: biz Bakını bütün 
Azərbaycansız saxlaya bilmərik, buna görə  də vahid birlik 
yaratmaq lazımdır… 
Qafbürodan başqa mən özümü və  səni belə bir çətin 
şəraitdə sovet Rusiyası qarşısında cavabdeh sayıram. 
Bu xəbərdarlıqdan sonra əgər sənin tərəfindən Bakı 
komitəsinin sağlamlaşdırılması üçün tədbir görülməsə  mən 
bütün məsuliyyəti öz üzərimdən götürürəm». 
 
39


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə