Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə29/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   25   26   27   28   29   30   31   32   ...   112

60 
 
ermənilər  onun  çoxlu  qan  qardaşlarını,  əməl  dostlarını,  «əmi»lərinin  —  Leninin 
köməyi ilə qanına qəltan edəcəkdilər. 
Bakı faciəsinə içəridən inildəyir, ağrıyırdı. 
ġikayət  səsi.  Hadisədən  çox  illər  keçəcək.  Günlərin  bir  günü  Məmməd 
Əmin  Rəsulzadəni  tanıyanları  soraqlayıb  yaşlı  qocalarla  söhbət  edəndə  dəhşətli 
heyrət  içində  qalacağam:  bu  adamlar,  ömrünün  qürub  çağını  yaşayan  qocalar 
həmin  o  mart  faciəsindən  nələr  danışacaqlar!  Danışdıqca  da  ömürlərinin  bu  ahıl 
çağlarında 
hönkür-hönkür 
ağlayacaqlar. 
İçərim 
dağlanacaq, 
ürəyimdə 
fikirləşəcəyəm  ki,  xəyanətkar  ermənilərin  diləgəlməz  vəhşiliklərinin  ağrısını 
yetmiş-səksən  ildir  ki,  bu  qocalar  yaddaşlarından  silə  bilmir,  eyni  zamanda 
məcburiyyətdən susurlar. Çünki «əmi»ləri Leninin qurduğu hökumət həmişə onları 
qoruyub, iyrəncliklərinin üstünü örtməyibmi? 
ġahid sözü. Əlisəttar Babayev, 84 yaşında: 
«—Russko-tatarskoda  4-cü  sinifdə  oxuyurdum.  Mart  davası  düşdü.  Martın 
17-də  gecə  saat  10-da  qəfildən  atışma  başlandı.  Zaman  adlı  birisi  «Qarantiynı» 
küçədə evinin damına çıxıb pulemyotnan ermənilərin qabağını almışdı. Ermənilər 
arxadan  dama  çıxıb  onu  vurdular.  Arvad-uşağını  öldürdülər.  Uşaqlarından  biri 
qaçıb  zibil  qabına  girdi.  Bəlkə  də  indi  sağdır...  Əbdül  vardı.  Ermənilərlə  atışdığı 
yerdə  Məşədibəy  (Əzizbəyov)  gəldi  və  başladı  qışqırmağa  ki,  atışmayın.  Sonra 
Məşədibəy həyətimizdən bir ağ balışın üzünü göyə qaldırıb dedi: «Mir, mir!» (yəni 
sülh, sülh). Ermənilər ona fikir vermədilər, o isə qışqırırdı: Mən komissaram, mən 
komissaram...  Gecəni  qaçıb  «Edisson»  kino-teatrında  gecələdik...  Tatarskidə 
ermənilər  neçə  ev  yandırmışdılar,  içində  də  adamlar.  Yanmış  adamları 
qoymuşdular  Təzə  Pirin  qabağına,  arxası  üstə,  böyrü  üstə,  bir  halda  idilər  ki... 
(Əlisəttar kişi bu sözləri deyəndə hönkürüb ağladı). 
Qırğın qurtaranda Şaumyan məmnun halda yazırdı: «Biz döyüşlərdə parlaq 
nəticələr əldə etmişik. Düşmən tamamilə darmadağın edilmişdir». 
Sonra xainlik və qəddarlıqla bildirir: «Əgər onlar Bakıda üstün gəlsəydilər, 
şəhər  Azərbaycanın  paytaxtı  elan  edilərdi,  bütün  qeyri-müsəlman  ünsürləri 
tərksilah edilib qırılardı». 
Şaumyan  bu  sözləri  qırğından  on  üç  gün  sonra  yazmışdı.  Şad  xəbəri 
yuxarıya—Leninə  də  çatdırmışdı.  «Əmi»sindən  isə  belə  bir  cavab  məktubu 
almışdı: 
«Əziz yoldaş Şaumyan! 
Sizin möhkəm və qəti siyasətiniz bizi sevindirir...» 
Minlərlə  insan  qırğınına  sevinən  Lenin  Şaumyana  bu  siyasəti  davam 
etdirməyi  məsləhət  görür.  Amma  bu  dəfə  şeytan  hərəkətlərini  «ehtiyatlı  bir 
diplomatiya» ilə birləşdirməyi lazım bilirdi. 
Azərbayсanlı  bolşeviklər  isə  başda  Nəriman  Nərimanov  olmaqla  Leninin, 
Şaumyanın  birgə  qurduqları  bu  qanlı  çarpışmanın  mahiyyətini  anlamır,  hələ  də 
dostluqdan,  birlikdən  danışırdılar.  Nərimanov  yazırdı:  «Erməni-müsəlman 


61 
 
davasının  biabırçı  qanlı  səngərləri  dağıdılıb  üzərində  bütün  xalqların 
zəhmətkeşlərinin səmimi birliyi yaradılsın»!  
Məmməd  Əmin  Rəsulzadə  bolşevik  əqidəli  azərbaycanlıları  başa  sala 
bilmirdi ki, Şaumyan kimdir və onun məqsədi Azərbaycanı işğal edib, torpaqlarını 
Ermənistana  verməkdir.  Bu  adamlar  Məmməd  Əmin  Rəsulzadə  ilə  çəkişmələr 
aparır,  onu  «millətçi»,  «müsavatçı»  adlandırırdılar.  Özləri  isə  adlarını 
beynəlmiləlçi  qoyub  gözlərini  Leninin,  Şaumyanın  ətəyinə  dikmişdilər.  Hətta 
bəziləri  müsavatçıları  məzəmmət  edir,  qırğının  səbəbkarı  sayırdılar.  Belə  qorxulu 
bolşeviklər  ermənidən  təhlükəli  idi.  Çünki  erməninin  erməni  olduğunu  bilirsən, 
amma öz içərindən olanı tanımaq çox müşküldür. 
Məmməd  Əmin  Rəsulzadəni  ən  çox  ağrıdan  elə  bu  içəridən  olan  «milli 
əqidəsizlər» idi. 
Bakıda  isə  ermənilər  sağa,  sola  at  çapır,  qırğından  qazandıqlarını  toy-
bayram edirdilər.  
Ah,  kimsəsiz  vətən.  Gedirdi,  içərisində  ağrı  yükü  dolaşa-dolaşa    gedirdi.  
Ürəyi,  qəlbi  parçalana-parçalana    ağlayırdı.  Göz  yaşı  içərisinə  axırdı.  Axan  göz 
yaşları  acı  olduğundan  içərisini  göynədirdi.  Tar-mar  olurdu  yurdu,  qırılırdı  xalqı, 
öldürülürdü adamlar. Vətəni kimsəsiz, yiyəsiz, zavallı bir  günə düşmüşdü. 
 
Düşünürdü. İçərisində qəm atəşi yana-yana düşünürdü. Yazıq vətən! Yadlar 
ayağı  altında  tapdalanıb  bağrı  qan  olan  vətən!  Həqiqətlərinin  boğulub, 
zülmətlərinin  gurlaşdığı  vətən!  Hürriyyətinin  əlindən  alınıb,  əsarət  və  istibdada 
hədəf  seçilən  vətən!  Qanı  axıdılıb,  cinayətlərlə  ölümə  sürüklənən  vətən!  Bütün 
səadət qapıları üzünə bağlanıb qaranlıq vəhşətləri içərisində inildəyən vətən! Kədər 
və  qüssəsinə,  qəm  və  səfalətinə,  şikayət  və  sızıltılarına  məhəl  qoyulmayıb  ədavət 
qılıncları ilə başı kəsilən vətən! 
Vətən  möhnət  və  səfalətlər  məzarlığına  dönmüşdü.  Vətənin  oxuyan 
bülbülünü  susdurub  yerində  bayquş  uladırdı  ermənilər.  Xain  bolşevik  niqabını 
üzünə taxan bu qatillər yalnız Bakını deyil, Şamaxını, Qubanı, Zəngəzuru, Vedini, 
azərbaycanlıların yaşadığı yüzlərlə kəndi talayıb dağıdırdılar. Minlərlə adamı qətlə 
yetirib öldürürdülər. 
Vətəni  viran  olurdu,  xalqı  günahsızcasına  qırılırdı,  Ağrı-acı  içində  bu 
bəladan xilas yolu axtarırdı. 
Bir  tanışının  söylədiyini  xatırlayanda  isə  bədəni  gizildəyirdi:  erməni 
süngüsü  ilə  öldürülüb  zibilliyə  atılmış  bir  zavallı  cocuğu  ac  köpəklər  parçalayıb 
yeyirmiş. 
Neçə gün idi ki, bu dəhşətlərin ağrısı altında yaşayırdı. Düşünürdü ki, belə 
gedə  bilməz.  Bu  bəladan  xilas  olmaq  yolunu  axtarıb  tapmaq  lazımdır.  Rusiyadan 
heç bir ümid gözləmək olmaz! Nərimanlardan, Əzizbəyovlardan kar aşmaz! Onlar 
xalqın  düçar  olduğu  bu  faciənin  hələ  də  qorxulu  oyun  kimi  ortaya  atıldığını 
anlamırlar.  Qırılan  xalqının,  inildəyən  cocuqların  əsl  qatilləri  gözləri  önündə 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə