“qeydiyyata alinib”



Yüklə 42,7 Kb.
tarix06.05.2018
ölçüsü42,7 Kb.
#42101

“QEYDİYYATA ALINIB” “TƏSDİQ EDİLMİŞDİR”

Azərbaycan Respublikası Təsisçilər:

Ədliyyə Nazirliyi Teymurova Gülarə Əli qızı

Qeydiyyat№ 1105-Q5-1881 Hüseynova Zoya Numan qızı

28 sentyabr 2005 il Muradova Dilarə Əli qızı

Hüquqi şəxslərin dövlət Xəlilova Vüsalə Etibar qızı

Qeydiyyatı idarəsinin rəisi

Fazil Məmmədov



Dan”

Beynənmiləlçi Gənclər İctimai Birliyinin

N İ Z A M N A M Ə S İ



  1. Ümumi müddəalar.




        1. “Dan” kimsəsiz uşaq, yeniyetmə və beynəlmiləlçi gənclər ictimai birliyi, ata- ana himayəsindən məhrum olmuş gənc, uşaq, yeniyetmə Azərbaycan Respublikasının vətəndaşlarının ümumdünyəvi mənafe, könüllülük, hüquq bərabərliyi, üzvlərinin özünü idarəetmə əsasında yaradılmış qeyri- hökumət təşkilatıdır.

        2. Birlik qeyri- kommersiya və aeyri- siyasi təşkilatdır.

        3. Birlik öz fəaliyyətində, əsas məqsəd kimi bilavasitə maddi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə etdiyi gəliri öz üzvləri arasında bölməyən, qeyri- hökümət təşkilatıdır.

        4. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konustitusiya, qüvvədə olan qanunları və bu nizamnamə əsasında qurur.

        5. Birlik Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alındığı hüquqi şəxs statusu qazanır.

        6. Birlik müstəqil balansa, möhürə, ştampa, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabına və digər rekvizitlərə malik təşkilatdır.

        7. Birlik öz adından müxtəlif hüquqi və fiziki şəxslərlə müqavilələr bağlaya, əmlak və qeyri- əmlak hüquqları əldə edə, vəzifələr daşıya, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

        8. Birliyin bütün orqanlarına seçkilər, birlik üzvlüyünə qəbul və onun sıralarından xaric edilmə gizli səsvermə yolu ilə həyata keçirilir.

        9. Birliyin həqiqi ünvanı: Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 65, mənzil 30.




  1. Birliyin məqsədi və fəaliyyət predmeti.




  1. Birliyin məqsədi Respublikamızda yaşayan dinindən, dilindən, milliyətindən, irqindən asılı olmayaraq kimsəsiz uşaq, yeniyetmə və gənclərin dotluq, həmrəliyinə əsaslanmaqla fəaliyyət göstərmək;

  2. Müxtəlif ölkələrdə yaşayan xalqların kimsəsiz uşaq, yeniyetmə və gənc nümayəndələrinin hüquqlarının müdafiəsində iştirak;

  3. Kimsəsiz uşaq, yeniyetmə və gənclərin ümumbəşəri prinsiplər üzrə tərbiyə olunmasına şərait yaratmaq və kömək etmək;

  4. Valideyn himayəsindən məhrum olmuş uşaq, yeniyetmə və gənclərə maddi və mənəvi yardım, hüquqlarının müdafiəsi, onların yaşayış və iş yerləri barədə dövlət qarşısında vəsadət qaldırmaq;

  5. Azadlıqdan məhrum edilmiş uşaq, yeniyetmə və gənclərə islah yerlərində və azad olduqdan sonra psixoloji, mənəvi, maddi yardım göstərmək;

  6. Seksual azlıqlara mənsub gənclərin hüquqlarının müdafiəsi, onlara pulsuz tibbi və hüquqi məsləhətlər verilməsinin təşkili;

  7. Norkomaniya və alkoqolizmə sürüklənib bundan əziyyət çəkən kimsəsiz uşaq, yeniyetmə və gənclərə mütəmadi hüquqi, tibbi və pedaqoji yardım göstərmək;

  8. SPİD- ə yoluxmuş kimsəsiz uşaq, yeniyetmə və gənclərin hüquqlarının müdafiəsinin təşkili, onlara tibbi psixoloji yardım göstərmək;

  9. Dünyanın istənilən ölklərində yerləşən müxtəlif narkomaniya, əxlaqsızlıq yuvalarının ifşa edilməsində hüquq müdafiə orqanlarına yardım göstərmək;

  10. Müxtəlif təhsil müəssisələrində sağlam həyat tərzinin təbliğinə dair kvalifikasiyalı mütəxəssislərin seminarlarını təşkil etmək;

  11. Birliyinin məqsədi və fəaliyyət predmeti yolunda, dünyanın bütün ölkələrində olan gənclərtəşkilatları ilə sıx əlaqə və təcrübə mübadiləsi

  12. Birliyin və onun filialınının əhatə etdiyi yaşayış massivlərində ildə bir dəfədən az olmayaraq sanitarik- gigiyenik iş aparılmasının təşkil etmək;

  13. Zorakılıqdan əziyyət çəkmişç gənclrə psixoloji yardım təşkil etmək;

  14. Ətraf mühitin təbiətin qorunması üçün təşkilatın aktiv üzvlərinin iştirakı ilə aparılan yoxlamalar, reydlər və bunların əsasında tərtib olunmuş materialların müvafiq orqanlara təqdim edilməsi;

  15. Lokal konfliktlərin mənasızlığın və perspektivsizliyinin gənc nəslə çatdırılması və bu istiqamətdə iş aparılması;

  16. Terrorizmlə, ekstremizmlə, irqçiliklə mübarizə yollarının gənc nəslə öyrədilməsi, gənclər arasında beynəlxalq terrorizmə qarşı kütləvi aksiyaların keçirilməsi.




  1. Birlik üzvlərinin hüquq və vəzifələri.




    1. Azərbaycan Respublikaının siyasi mənsubiyyəti olmayan, yaşı 14- n yuxarı olan fiziki şəxsləri, habelə hüquqi şəxs birliyə üzv ola bilərlər;

    2. Dost ölkələrdən olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər birliyə üzv ola bilərlər;

    3. Birliyə üzvlərin qəbulu İdarə Heyəti tərəfindən həyata keçirilir;

    4. Birliyin yetkinlik yaşına çatmamış üzvləri Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən müvafiq hüquqlar əldə edir və vəzifələr daşıyırlar;

    5. Birliyə daxil olmaq istəyən şəxs İdarə Heyətinə yazılı şəkildə müraciət edir, ərizəyə təqdim edildiyi gündən bir ay müddətində baxılır və İdarə Heyəti üzvlərinin yarıdan çoxunun razılığı ilə ərizəçi Birliyinin üzvlüyünə qəbul edilir.

    6. Birlik üzvləri bərabər hüquqludurlar;

    7. Birlik üzvlərinin aşağıdakı hüquqları var:

  • Bu nizamnamədə və başqa sənədlərdə nəzərdə tutulmuş Birliyin idarəçiliyindəiştirak etmək;

  • Birliyin fəaliyyəti ilə bağlı təkliflər vermək;

  • Birliyin idarəetmə prqanlarına seçmək və seçilmək;

  • Birliyin hər hansı orqanının işində məşvərətçi səslə iştirak etmək;

  • Onun hüquq da vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, izahat vermək, etiraz bildirmək, şikayət etmək;

  • Birliyin təşkil etdiyi tədbirlərdə iştirak etmək;

  • Birliyin seçkili orqanlarının və vəzifəli şəxslərin fəaliyyəti barədəməlumat almaq;

    1. Birliyin üzvü yalnız Birliyin ümumi yığınacağı və ya idarə heyətinin sədri səlahiyyət verdikdə Birliyi təmsil edə və ya onun adından bəyanətlə çıxış edə bilər;

    2. Birliyin üzvü eyni zamanda həmin Birliyin iki seçkili orqanın üzvü ola bilməz;

    3. Birliyin üzvü Birlik daxilində və xaricində siyasi iş apara, siyasi əlaqələr qura bilməz;

    4. Birlik üzvlərinin aşağıdakı vəzifələri var:

- Nizamnamənin tələblərinə, daxili qaydalara əməl etmək;

- Birliyin təşkil etdiyi tədbirlərdə iştirak etmək;

- Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;

- Birliyin qarşısında duran digər vəzifələri həyata keççirmək.

3.12. Birlik üzvlüyünə aşağıdakı hallarda xitam verilir

- Birlik ləğv edildikdə;

- Könüllü olaraq Birlik üzvlüyündən çıxarıldıqda;

3. 13. Birlik üzvü istənilən zaman İdarə Heyətinə məlumat verməklə Birlik

üzvlüyündən çıxmaq hüququna malikdir

3. 14. Birlik üzvü Nizamnamənin tələblərini pozduqda, birliyin məqsədlərinə zidd fəaliyyətlə məşğul olduqda İdarə Heyətinin qərarı ilə Birlik üzvlüyündən xaric edilə bilər. Birlik üzvlüyündən xaric edilmə haqqında İdarə Heyətinin qərarından ümumi yığıncağa və ya məhkəməyə şikayət verə bilər.



IV. Birliyin strukuru və idarə olunması.


  1. Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan ümumi yığıncağıdır;

  2. Ümumi yığıncağa İdarə Heyətinin, təsisçilərindən birinin və üzvlərin 1\3 hissəsinin təşəbbüsü ilə çağırılır;

  3. Ümumi yığncağın səlahiyyətlərinə aşağıdakı məsələlərin həlli aiddir;

- Birliyin Nizamnaməsinə əlavə və dəyişiklik etmək;

- Birliyin əmlakının formalaşmasına və istifadə qaydalarını müəyyən etmək;

- Birliyin İdarə Heyətini və Sədri seçmək, onların səlahiyyətlərini vaxtından əvvəl dayandırmaq;

- Birliyin illik hesabatlarını təsdiq etmək;

- Birliyin yenidən təşkil və ləqv edilməsi haqda qərar qəbul etmək

- Başqa təşkilatlarda iştirakı məsələsini həll etmək;



  1. Birliyin təsisçilərinə və üzvlərinə Ümumi yığıncağın keçirilmə yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir.

  2. Ümumi yığıncaq Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.

  3. Ümumi yığıncaqda bütün qərarlar iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir.

  4. Ümumi yığıncağın yazılı protokolu aparılmalıdır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır. Yığıncağın protolu lazım gəldikdə Birlik üzvlərinə zaylana işdük.

  5. Növbədənkənar Ümumi yığıncaqlar idarə heyətinin üçdə iki səs çoxluğu və ya Birliyin Sədrinin təşəbbüsü ilə çağırıla bilər;

  6. Ümumi yığıncaqlar arası dövrdə Birliyin fəaliyyətinə İdarə Heyəti rəhbərlik edir.

  7. İdarə Heyəti Birliyin Sədrindən cə ndbfjdb yığıncağın seçdiyi üzvlərdən ibarətdir. İdarə Heyətinin say tərkibini ümumi yığıncaq müəyyən edir.

  8. İdarə Heyətinin yığıncaqları ayda bir dəfədən az olmamaq şərtilə zərurət müvafiq çağırılır.

  9. İdarə Heyəti:

- Birliyin büdcəsini, ştat cədvəlini, vəzifəli şəxslərin maaşlarının məbləğini təsdiq edir;

- Birliyin filiallarını və nümayəndəliklərini yaradır, əsasnamələrini təsdiq edir, rəhbərlərini təsdiq edir;

- Müstəsna olaraq ümumi yığıncağın hnjfdjdkjddk aid edilmiş məsələrdən başqa bütün digər məsələlər üzrə qərarlar qəbul edir.


  1. İdarə Heyətinin yığıncaqlarında qərarlar sadə səs çpxluğu ilə qəbul edilir.

  2. İdarə Heyətinin səlahiyyət müddəti 4 (dörd) ildir. İdarə Heyəti ildə bir dəfədən az olmayaraq öz fəaliyyəti haqqında hesabat verir.

  3. Birliyin cari fəaliyyətinə rəhbərliyi onun Sədri həyata keçirir. Sədri ildə birdəfədən az olmayaraq ümumi yığıncağda gizli səsvermə yolu ilə 4 (dörd) il müddətinə (yenidən seçilmək hüquqi ilə) seçilir;

  4. Birliyin sədri:

- Birliyi təmsil edir, Birliyin adından müqavilələr bağlayır, pul vəsaitləri daxil olmaqla Birliyin əmlakı qzərində sərəncam verir;

- İdarə Heyətinin işinə rəhbərlik edir;

- Birliyin cari fəaliyyətinə aid məsələlər üzrə əmr və sərəncam verir;

- İşçiləri işə qəbul və işdən azad edir;



- Ümumi yığıncağın müəyyən etdiyi başqa funksiyaları həyata keçirir.

  1. Birliyi Sədri olmadıqda, onun səlahiyyətlərini Sədr müavini həyata keçirir. Sədr müavini Birliyin Sədrin təqdimatı ilə Birliyin İdarə Heyəti öz üzvləri arasından seçir;

  2. Yerli və əcnəbi təşkilatlarla işi Sədr müavini Birliyin Sədrinin nəzarəti ilə aparır

  3. Birliyin Nəzarət Təftiş Komissiyası Birliyin seçkili orqanlarının, vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olub-olmamasına Birliyin maliyyə fəaliiyətinə nəzarəti keçirir. NTK- nın say tərkiblərini ümumi yığıncaq müəyyən edir.

  4. NTK birliyin orqanlarından və üzvlərdən daxil olan ərizələrə 1 ay ərzində baxıb cavab verməlidir.


V. Birliyin əmlakı.


  1. Birliyin mülkiyyətində qanunvericilikdə qadağan olmayan istənilən əmlak ola bilər.

  2. Birlik öhdəliklərinə görə öz əmlakı ilə savabdehdir.

  3. Birlik öhdəliklərinə görə təsisçilər və üzvlər məsuliyyət daşımır. Birlik öz təsisçilərinin və üzvlərinin öhdəliklərinə görə məsuliyyət daşımır.

  4. Birliyin əmlakı pul və digər şəkoldə formalaşdırma mənbələri aşağıdakılardır:

  • üzvlük haqqı;

  • ayrı- ayrı hüquqi və fiziki şəxslərin könüllü verdikləri ianələr və əmlak haqqı;

  • xeyriyyəçilik məqsədilə keçirilən tədbirlərdən və sərgilərdən əldə edilən gəlir;

  • bu Nizamnamədə nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsindən əldə edilən gəlirlər;

  • Birlik tərəfindən yaradılan müəssisələrin fəaliyyətindən daxil olmalar;

  • Birlik tərəfindən nəşr edilən qəzet, mətbuat və digər məhsulların jdjd əldə edilən gəlirlər;

  • Malların satışından, xidmətlər göstərməsindən, işlər görülməsindən daxil olmalar;

  • Səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividentlər mü gəlirlər;

  • Birliyin əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;

  • Qrantlar;

  • Qanunvericiliklə qadağan olmayan gəlirlər.


VI. Yekun müddəalar.


  1. Fiziki və hüquqi şəxslər könüllü ianələr vermək, Birliyin istifadəsinə əvəzsiz əmlak vermək, habelə təşkilati və başqa yardım göstərmək, könüllü iş görmək və xidmətlər göstərmək yoluilə Birliyi dəstəkləyə bilərlər; belə şəslər birliyin köməkçiləri hesab olunur. Birliyin köməkçilərinin uçotu ayrıca kdhfkdh aparılır.

  2. Birliyin köməkçiləri birliyin bütün tədbirlərində iştirak edə, Birliyin imkanları və qanunvericilik çərçivəsində onun müdafiəsindən istifadə edə bilərlər. Onlar Birliyin Nizməmnaməsinə ciddi əməl etməli, Birliyin məqsədlərinə ziyan vura biləcək hərəkətlərə yol verməməlidirlər.

  3. Birliyin köməkçiləri istənilən zaman öz fəaliyyətlərinə xitam verə bilərlər.

  4. Birlik qanunvericilklərlə müəyyən edilən qaydada mühasibt uçotu aparır.

  5. Birlik qanunvericiliklə nəzərdə tutulan qaydada ümumi yığıncaqda iştirak edən üzvlərin 2\3 hossəsinin səs çoxluğu ilə qəbul edilən qərarla yenidən təşkil edilə bilər.

  6. Birlik Ümumi yığıncaqda iştirak edən üzvlərin 3\4 hissəsinin səs çoxluğu ilə qəbul edilən qərar əsasında, yaxud qanunvericilikdə nəzərdə tutlan hallarda və qaydada məhkəmə tərəfindən ləğv edilə bilər.

  7. Birlik ləğv edildikdə onun qalan əmlakı xeyriyyəçilik məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə keçir.

  8. Bu Nizamnamə Birliyin ümumi yığıncağı tərəfindən iştirak edən üzvlərin 2\3 hissəsinin səs çoxluğu ilə qəbul edilən qərarla dəyişdirilə bilər.



Yüklə 42,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə