Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və
bitki formasiyaları. 1996; Azərbaycanın “Qırmızı Kitabı”. 1989; Azər-
baycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008; Azərbaycanın
nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in situ və ex situ
şəraitində bioekoloji xüsusiyyətlərinin reproduksiyasının, reproduksiyası-
nın və repatriasiyasının elmi əsasları, b.e.d. alimlik dərəcəsi almaq üçün
dissertasiya. Bakı. 20
Familia: Fagaceae Dumort.
Fıstıq fəsiləsi
Genus: Quercus L. – Palıd cinsi
Species: Quercus macranthera Fisch. & C.A.Mey. ex Hohen. – ġərq
palıdı
Byull. Moskovsk. Obshch. Isp. Prir., Otd. Biol. 2: 259 1838.
Ümumi yayılması: Rusiya (Dağıstan), İran və Türkiyədə təbii halda
yayılmışdır.
Azərbaycanda yayılması: Quba, Naxçıvan MR və Lənkəran dağlarında
təbii arealı vardır.
Statusu:Azərbaycanın nadir bitkisidir. LC.
Bitdiyi yer: Qarışıq meşələrdə, dərə, çay kənarlarında, dağ yamaclarında,
1400-1600 m yüksəkliklərdə rast gəlinir.
Təbii ehtiyatı: Çoxda geniş ərazidə yayılmamışdır.
Bioloji xüsusiyyətləri: Hündürlüyü 30 m-ə, diametri 60 sm-ə çatan
ağacdır. Gövdələrinin qabığı qalın, bozumtul-qəhvəyi rəngdədir.
Budaqları sarımtıl-boz tüklü, sıxdır. Yarpaqları 8-12 sm uzunluqda, 3-12
sm enində, tərs yumurtavarı və ya uzunsov, sıx, dərivarı, qaidəsi pazvarı
və ya ürəkşəkilli, kənarları dalğavari, iri, 8-12 dilimlidir və qışda tökü-
ləndir. Yarpaqaltlıqları 1,5 sm uzunduqda olub tüklü, tökülməyəndir,
Uclardan qısa, küt dilimli, hər tərəfdən 8-12 ədəd dilimli olub, küt
tamkənarlı dərin, uzunsov və ya iri oyuqlu dilimlərə malikdir. Ust
tərəfdən tünd-yaşıl, çılpaq, alt tərəfdən boz və ya bozumtul sarı, sıx
tüklüdür. Yarpaqların saplağı 1-2 sm uzunluqdadır. Dişicik çiçəkləri çiçək
yanlığı dərin bölümlüdür. Erkəkcik çiçəkləri düzünə uzanan sütuncuqdan
ibarətdir. Zoğları və tumurcuğu sıx
tükcüklüdür və bu əlamətinə görə
başqa palıd növlərindən fərqlənir.
Qozalar 2-2,5 sm uzunluqda olub, 4
mm uzunluqda qısa, sıx tüklü meyvə
saplağında yerləşir. Çanaqcıq yarım-
şar formalı olub, qozanı 1-3 sm-ə
qədər əhatə edir. Çiçəklənməsi yar-
paqlanması ilə bir vaxtda gedir, may
ayında çiçəkləyir, meyvəsi sentyabr-oktyabr aylarında yetişir.
Çoxalması: Təbiətdə toxum vasitəsilə çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliyyə-
tinin təsiridir.
Becərilməsi: Mədəni şəraitdə becərilir.
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qirmızı Kitabı”na daxil edil-
məsi tövsiyə olunur.
Məlumat mənbələri: Деревья и кустарники СССР. т.2. 1951; Флора
Азербайджана. т.3. 1952; Azərbaycanın ağac və kolları. II cild. 1964;
Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və
bitki formasiyaları. 1996; Azərbaycanın “Qırmızı Kitabı”. 1989; Azər-
baycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008; Naxçıvan
Muxtar Respublikası florasının taksonomik spektri. 2008; Naxçıvan MR-
nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.
Familia: Fagaceae Dumort.
Fıstıq fəsiləsi
Genus: Qurcus L. – Palıd cinsi
Species: Quercus longipes Steven – Uzunsaplaq palıd
syn: Quercus robur subsp. pedunculiflora (K.Koch) Menitsky
Byull. Moskovsk. Obshch. Isp. Prir., Otd. Biol. 30: 387 1857.
Ümumi yayılması: Qafqaz (Gürcüstan) və Qərbi Avropada təbii halda
yayılmışdır.
Azərbaycanda yayılması: Samur-Dəvəçi, Kür-Araz düzənliyi, Alazan-
Əyriçay dərəsi, Lənkəran və Kür düzənliklərində rast gəlinir.
Statusu: Azərbaycanın nadir bitkisidir. LC.
Bitdiyi yer: Dağ yamaclarında qarışıq meşələrdə çay sahillərindən kə-
narda rast gəlinir.
Təbii ehtiyatı:Arealı genişdir, ancaq fərdərin populyasiyada yerləşməsi
seyrəkdir.
Bioloji xüsusiyyətləri: Hündürlüyü 40 m olan geniş çətirli ağacdır. Yar-
paqları qalın dərivıarı, uzunsov olub, kənarları oyuqvarı qeyri-bərabər də-
rin dilimlidir. Zoğları çılpaq, bozumtul-qəhvəyi rəngdədir.
Yarpaqlarının uzunluğu 5-15 sm, eni 5-9 sm, tərs yumurtavarı, uzun-
sov olub, uc tərəfdən sıxılmış (daralmış), dərivarı, bərk, üst tərəfdən tünd-
yaşıl, çılpaq və ya nazik sıx tüklərlə örtülmüş, oturacaqdan çox da iri
olmayan qulaqcığa malik olub, ürəkvarı və ya zəif pazvarıdır. Kənarları
oyuqvarı qeyri-bərabər dərin dilimlidir Üç tərəfdən enli, küt, gödək, dilimli,
hər tərəfdən 3-7, enli, küt, gödək və ya uzun, forma və ölçücə bir-birinə
oxşamayan dilimlərə malikdir. Oyuqların arası yarpaqların eninə görə 1/4-
dən 3/4-ə qədər çatır. Yarpaqların saplağı 0,5-1,5 sm uzunluqdadır.
Dostları ilə paylaş: |