Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə34/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   30   31   32   33   34   35   36   37   ...   91

 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycanın  “Qırmızı  Kitabı”.  1989;  Azər-
baycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008; Azərbaycanın 
nadir  və  nəsli  kəsilməkdə  olan  oduncaqlı  bitkilərinin  in  situ  və  ex  situ 
şəraitində bioekoloji xüsusiyyətlərinin reproduksiyasının, reproduksiyası-
nın və repatriasiyasının elmi əsasları, b.e.d. alimlik dərəcəsi almaq üçün 
dissertasiya. Bakı. 20 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Fagaceae Dumort. 
Fıstıq fəsiləsi                                                        
Genus: Quercus L. – Palıd cinsi  
Species:  Quercus  macranthera  Fisch.  &  C.A.Mey.  ex  Hohen.  –  ġərq 
palıdı 
Byull. Moskovsk. Obshch. Isp. Prir., Otd. Biol. 2: 259 1838
 
Ümumi  yayılması:  Rusiya  (Dağıstan),  İran  və  Türkiyədə  təbii  halda 
yayılmışdır. 
Azərbaycanda yayılması: Quba, Naxçıvan MR və  Lənkəran dağlarında 
təbii arealı vardır. 
Statusu:Azərbaycanın nadir bitkisidir. LC. 
Bitdiyi yer: Qarışıq meşələrdə, dərə, çay kənarlarında, dağ yamaclarında, 
1400-1600 m yüksəkliklərdə rast gəlinir.  
Təbii ehtiyatı: Çoxda geniş ərazidə yayılmamışdır. 
Bioloji  xüsusiyyətləri:  Hündürlüyü  30  m-ə,  diametri  60  sm-ə  çatan 
ağacdır.  Gövdələrinin  qabığı  qalın,  bozumtul-qəhvəyi  rəngdədir. 
Budaqları sarımtıl-boz tüklü, sıxdır. Yarpaqları 8-12 sm uzunluqda, 3-12 
sm enində, tərs  yumurtavarı və  ya uzunsov, sıx, dərivarı, qaidəsi pazvarı 
və  ya  ürəkşəkilli,  kənarları  dalğavari,  iri,  8-12  dilimlidir  və  qışda  tökü-
ləndir.  Yarpaqaltlıqları  1,5  sm  uzunduqda  olub  tüklü,  tökülməyəndir, 
Uclardan  qısa,  küt  dilimli,  hər  tərəfdən  8-12  ədəd  dilimli  olub,  küt 
tamkənarlı  dərin,  uzunsov  və  ya  iri  oyuqlu  dilimlərə  malikdir.  Ust 
tərəfdən  tünd-yaşıl,  çılpaq,  alt  tərəfdən  boz  və  ya  bozumtul  sarı,  sıx 
tüklüdür. Yarpaqların saplağı 1-2 sm uzunluqdadır. Dişicik çiçəkləri çiçək 
yanlığı dərin bölümlüdür. Erkəkcik çiçəkləri düzünə uzanan sütuncuqdan  


 
ibarətdir.  Zoğları  və  tumurcuğu  sıx 
tükcüklüdür  və  bu  əlamətinə  görə 
başqa  palıd  növlərindən  fərqlənir. 
Qozalar 2-2,5 sm uzunluqda olub, 4 
mm uzunluqda qısa, sıx tüklü meyvə 
saplağında yerləşir. Çanaqcıq yarım-
şar  formalı  olub,  qozanı  1-3  sm-ə 
qədər  əhatə  edir.  Çiçəklənməsi  yar-
paqlanması ilə bir vaxtda gedir, may 
ayında çiçəkləyir, meyvəsi sentyabr-oktyabr aylarında yetişir. 
Çoxalması: Təbiətdə toxum vasitəsilə çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliyyə-
tinin təsiridir. 
Becərilməsi: Mədəni şəraitdə becərilir. 
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur. 
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qirmızı Kitabı”na daxil edil-
məsi tövsiyə olunur. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.2.  1951;  Флора 
Азербайджана.  т.3.  1952;  Azərbaycanın  ağac  və  kolları.  II  cild.  1964; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycanın  “Qırmızı  Kitabı”.  1989;  Azər-
baycan  florasının  konspekti.  I-III  cildlər.  2005;  2006;  2008;  Naxçıvan 
Muxtar Respublikası florasının taksonomik spektri. 2008; Naxçıvan MR-
nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011. 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Fagaceae Dumort. 
Fıstıq fəsiləsi                                                          
Genus: Qurcus L. – Palıd cinsi 
Species: Quercus longipes Steven – Uzunsaplaq palıd 
syn: Quercus robur subsp. pedunculiflora (K.Koch) Menitsky  
Byull. Moskovsk. Obshch. Isp. Prir., Otd. Biol. 30: 387 1857
 
Ümumi  yayılması:  Qafqaz  (Gürcüstan)  və  Qərbi  Avropada  təbii  halda 
yayılmışdır. 
Azərbaycanda  yayılması:  Samur-Dəvəçi,  Kür-Araz  düzənliyi,  Alazan-
Əyriçay dərəsi, Lənkəran və Kür düzənliklərində rast gəlinir. 
Statusu: Azərbaycanın nadir bitkisidir. LC. 
Bitdiyi  yer:  Dağ  yamaclarında  qarışıq  meşələrdə  çay  sahillərindən  kə-
narda rast gəlinir. 
Təbii  ehtiyatı:Arealı  genişdir,  ancaq  fərdərin  populyasiyada  yerləşməsi 
seyrəkdir. 
Bioloji xüsusiyyətləri: Hündürlüyü 40 m olan geniş çətirli ağacdır. Yar-
paqları qalın dərivıarı, uzunsov olub, kənarları oyuqvarı qeyri-bərabər də-
rin dilimlidir. Zoğları çılpaq, bozumtul-qəhvəyi rəngdədir. 
Yarpaqlarının uzunluğu 5-15 sm, eni 5-9 sm, tərs yumurtavarı, uzun-
sov olub, uc tərəfdən sıxılmış (daralmış), dərivarı, bərk, üst tərəfdən tünd-
yaşıl,  çılpaq  və  ya  nazik  sıx  tüklərlə  örtülmüş,  oturacaqdan  çox  da  iri 
olmayan  qulaqcığa  malik  olub,  ürəkvarı  və  ya  zəif  pazvarıdır.  Kənarları 
oyuqvarı qeyri-bərabər dərin dilimlidir Üç tərəfdən enli, küt, gödək, dilimli, 
hər  tərəfdən  3-7,  enli,  küt,  gödək  və  ya  uzun,  forma  və  ölçücə  bir-birinə 
oxşamayan dilimlərə malikdir. Oyuqların arası yarpaqların eninə görə 1/4-
dən 3/4-ə qədər çatır. Yarpaqların saplağı 0,5-1,5 sm uzunluqdadır.  


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə