Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə35/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   31   32   33   34   35   36   37   38   ...   91

 
Meyvələr 3-8 sm uzunluqda, yoğun saplaqlar üzərindədir. 
Qozalar 3-4 sm uzunluqda, dar silindr formalı, çanaqcıqlardan çölə 
çıxandır. Çanaqcıqlar kasa formalı, yoğun və dərindir. Pulcuqlar qısa, küt, 
enli  üçbucaqşəkilli  və  ya  dairəvi  olub,  çanaqcıqların  ətrafına  düzülmüş-
dür.  Çanaqcıqlar  və  pulcuqlar  sıx  qonur  tüklərlə  örtülmüşdür.  Çiçək-
ləməsi yarpaqlanma ilə birgə mart-aprel ayında başlayır. Qozası oktyabr-
noyabr aylarında yetişir. 
Çoxalması:Təbiətdə toxumla çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir.  
Becərilməsi: Mədəni şəraitdə becərilir. 
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur. 
Zəruri  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na  daxil 
edilməsi tövsiyə olunur. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.2.  1951;  Флора 
Азербайджана.  т.3.  1952;  Azərbaycanın  ağac  və  kolları.  II  cild.  1964; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycanın  “Qırmızı  Kitabı”.  1989;  Azər-
baycan  florasının  konspekti.  I-III  cildlər.  2005;  2006;  2008;  Naxçıvan 
Muxtar Respublikası florasının taksonomik spektri. 2008; Naxçıvan MR-
nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Fagaceae Dumort
Fıstıq fəsiləsi                                                           
Genus: Quercus L. – Palıd cinsi 
Species: Quercus pubescens Willd. – Tüklü (Anadolu) palıd   
Syn.: Quercus anatolica Sosn. ex Bandin 
Berlin. Baumz. 279 1796
 
Ümumi  yayılması:  Qafqaz  (Gürcüstan),  Qərbi  Avropa,  Rusiya  (Krım), 
İran və Türkiyədə təbii arealı vardır. 
Azərbaycanda  yayılması:  Samur-Dəvəçi,  Kür-Araz  düzənliyi,  Alazan-
Əyriçay dərəsi, Lənkəran və Kür düzənliklərində yayılmışdır. 
Statusu: Azərbaycanın nadir bitkisidir. NT. 
Bitdiyi  yer:  Dağ  yamaclarında  qarışıq  meşələrdə  çay  sahillərindən  kə-
narda əhəngli daşlıq yamaclarda rast gəlinir. 
Təbii  ehtiyatı:Arealı  genişdir,ancaq  fərdərin  populyasiyada  yerləşməsi 
seyrəkdir. 
Bioloji  xüsusiyyətləri:  Təbiətdə  hündürlüyü  10  m-ədək  olan,  yarpağı 
tökülən,  çox  vaxt  əyilmiş  gövdəli,  enli,  çətirşəkilli  çətirli  kiçik  ağacdır. 
Zoğları  sarımtıl-boz  tükcüklərlə  sıx  örtülmüş,  tumurcuqları  küt,  oval, 
tükcüklü-pulcuqludur. Qabığı bozumtul-qara, dərin şaquli yarıqlıdır.  
Yarpaqlarının  uzunluğu  5-10  sm,  eni  6  sm-ədək,  lələkvari-qanadlı, 
4-8  cüt  küt  və  ya  ucu  biz,  iri  dişli  qanadları    çox  vaxt  formaca  dəyişir. 
Yarpağın kənarları tükcüklü və bir az burulmuşdur. Cavan yarpaqları hər 
iki tərəfdən sıx tükcüklüdür. Tozluq çiçək qrupları sıx tükcüklü, uzunluğu 
15  sm-ədək;  dişicik  çiçəkləri  oturaq,  1-5  ədəddir.  Qozaları  oturaq  və  ya 
qısa  meyvə  saplağında  yerləşir;  uzunluğu  2-2,5  sm,  diametri  2  sm-ədək 
olan  yarımşarşəkilli  kasaya  daxil  olmuşdur.  Kasanın  pulcuqları  orta  və 


 
yuxarı hissələrdə möhkəm yapışmış, aşağıda bir az əyilmiş, boz tükcüklü, 
qonur,  çılpaq  ucludur.  Mart  ayında  çiçəkləyir,  oktyabr  ayında  isə  to-
xumları yetişir. 
Çoxalması: Təbiətdə toxumla çoxalır. 
Becərilməsi: Mədəni şəraitdə becərilir. 
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur. 
Zəruri  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na  daxil 
edilməsi tövsiyə olunur. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.2.  1951;  Флора 
Азербайджана.  т.3.  1952;  Azərbaycanın  ağac  və  kolları.  II  cild.  1964; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki formasiyaları. 1996; Azərbaycanın “Qırmızı Kitabı”. 1989; Azərbay-
can florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008; Naxçıvan Muxtar 
Respublikası florasının taksonomik spektri. 2008; Naxçıvan MR-nın flora 
müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011. 
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia:Fagaceae Dumort. 
Fıstıq fəsiləsi                                                           
Genus:Quercus L. – Palıd cinsi 
Species:Quercus iberica Steven ex M.Bieb.– Gürcü palıdı  
Syn.: Quercus petraea subsp. iberica (Steven ex M.Bieb.) Krassiln. 
 Fl. Taur.-Caucas. 2: 402 1808
 
 Ümumi yayılması: Gürcüstanda təbii arealına rast gəlinir. 
Azərbaycanda  yayılması:  Samur-Dəvəçi  düzənliyi,  Böyük  Qafqaz 
(Quba), Böyük Qafqazın qərb-şərq hissəsi, Kiçik Qafqazın şimali, cənubi 
və mərkəzi hissəsində, Naxçıvav MR və Lənkəranda geniş yayılmaşdar. 
Statusu: Azərbaycanın nadir bitkisidir. DD. 
Bitdiyi  yer:  Qarışıq  meşəliklərdə  dağ  yamaclarında,  kolluqlarda  təsadüf 
edilir. 
Təbii ehtiyatı: Təbii ehtiyatı çox deyildir. 
Bioloji  xüsusiyyətləri:  Təbiətdə  hündürlüyü  32  m-ədək  olan  ağacdır. 
Zoğları  qırmızımtıl-qəhvəyi  rəngdə  olub,  çılpaqdır.  Yarpaqlarının  uzun-
luğu 5-14 sm, eni isə 3-7 sm olan uzunsov, tərs  və  ya uzunsov oval for-
malıdır.Yarpaqları dərivari olub, üst tərəfdən yaşıl parıldayan, alt tərəfdən 
açıq yaşıl tüklərlə örtülmüşdür. Yarpaqları qaidə hissəsindən azca pazvarı, 
nadir  hallarda  uc  tərəfdən  sıxılmış  dilimlərə  malikdir.  Yarıqlar  kiçik  ol-
duqda, yarpaq ayasının yuxarı və aşağı hissələrinə  daha yaxın olur. Yar-
paqların  saplaqları  1-3  sm  uzunluqdadır.  Meyvələri  oturan  və  qısa  sap-
laqlıdır.  
Dişicik  çiçəyi  mayalandıqdan  sonra  erkəkcik  sırğaları  bir  müddət 
budaqda  qalır,  sonra  quruyub  tökülür.  Yarpaqlamadan  sonra  may  ayında 
çiçəkləyir,noyabr ayında qozaları yetişir. 
 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə