Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ


Qəbul edilmiĢ qoruma tədbirləri



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə31/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   27   28   29   30   31   32   33   34   ...   91

 
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur. 
Zəruri  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na  daxil 
edilməsi tövsiyə olunur. 
Məlumat mənbələri: Флора Азербайджана. т.5. 1954; Флора Kaвkaзa. 
т.5. 1954; Azərbaycanın ağac və kolları. I cild. 1961; Azərbaycan flora-
sının  konspekti.  I-III  cildlər.  2005;  2006;  2008;  Naxçıvan  Muxtar  Res-
publikası  florasının  taksonomik  spektri.  2008;  Naxçıvan  MR-nın  flora 
müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011. 
 
Familia: Leguminosae Juss
Paxlalılar fəsiləsi                                                
Genus: Cytisus L. – Nəfəsotu cinsi  
Species: Cytisus caucasicus Grossh. – Qafqaz nəfəsotu 
Syn. : Cytisus ruthenicus Wol.  
Grossheim & Schischkin, Sched. Pl. Or. Exsicc. Fasc. X. 10 (1928) 
.  
Ümumi yayılmasıŞərqi Avropada, Zaqafqaziyada, Qazaxstanda, Şimali 
Qafqazda və Qərbi Sibirin cənubunda yayılmışdır.  
Azərbaycanda yayılması: Qarabağda (Xanbulaqda) yayılmışdır.  
Statusu: Azərbaycanın nadir bitkisidir. CR B1ab(ı,ıı,ııı,)+2ab(ı,ıı,ııı). 
Bitdiyi yer:  Quru  kasıb  şamlıqlarda, çöllərdə,  yamaclarda,  yolların  ətra-
fında rast gəlinir.  
Təbii ehtiyatı: Çox deyildir. 
Bioloji  xüsusiyyətləri:  Təbiətdə  hündürlüyü  80  sm-ə 
qədər  olan  koldur.  Budaqları  düz  və  ya  əyilən,  bozumtul-qonur  və  ya 
bozdur.  Zoğları  ipəkvari,  ağımtıl-boz  tükcüklüdür.  Yarpaqları  üç 
hissəlidir;  xırda  yarpaqlarının  uzunluğu  2  sm-ədək,  lansetvarı-ellipsvarı, 
ucu  yumru  və iynəli, üstü boz-yaşıl, alt tərəfi sıx tüklüdür. Çiçəkləri 3-5 


 
ədəd  yarpaqların  qoltuqlarında  az  çiçəkli,  sünbülvarı-salxımvarı  çiçək 
qrupu əmələ gətirir. Kasacığı boruvari, tükcüklü, uzunluğu 10-15 mm-dir. 
Çiçək tacı sarı, uzunluğu 2-3 sm-dir. Yarpaqladıqdan sonra mayda-iyulda 
25  gün  ərzində  çiçəkləyir,  bəzən  avqust-sentyabr  aylarında  təkrar 
çiçəkləyir. Meyvələri – uzunluğu 3 sm-dək olan, qaramtıl və ya tünd boz, 
sıx  boz  tükcüklərlə  örtülmüş  hamar  paxlalardır,  sentyabrda  yetişir. 
Paxlanın  içərisində  oval,  hamar,  parlaq,  uzunluğu  3  mm-ədək  olan 
sarımtıl toxumları vardır.  
Çoxalması: Təbiətdə toxum vasitəsilə çoxalır. 
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca ola-
raq insan fəaliyyətinin təsiridir. 
Becərilməsi: Becərilməsi haqda məlumat yoxdur. 
Qəbul  edilmiĢ  qorunma  tədbirləri:  Qəbul  edilmiş 
qorunma tədbiri yoxdur. 
Zəruri qorunma tədbirləri: Azərbaycanın “Qırmızı 
Kitabı”na daxil edilməsi tövsiyə olunur. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники 
СССР.  т.4.  1958;  Azərbaycanın  ağac  və  kolları.  III 
cild.  1970;  Azərbaycan  florasının  konspekti.  I-III 
cildlər.  2005; 2006; 2008.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Leguminosae Juss. 
Paxlalılar fəsiləsi                                              
Genus: Colutea L.  – ġaqqıldaq cinsi  
Species: Colutea komarovii Takht. – Komarov Ģaqqıldağı  
Zametki Sist. Geogr. Rast. 9: 22. 1940; cf. Shapar. 
 in Fl. URSS, ed. Komarov, 11: 323. 1945. ; Not. Syst. (Tbilisi)  
 
Ümumi yayılması:Azərbaycan 
Azrbaycanda  yayılması:  Naxçıvan  MR-in  Ordubad  rayonu  (Kotam 
kəndi) ərazisində təbii halda yayılmışdır.  
Statusu: Azərbaycanın endem bitkisidir. CR A1ab;
 
B1b (i,iii,iv).  
Bitdiyi yer: Daşlı-qayalı dağ yamaclarında rast gəlinir. 
Təbii ehtiyatı: Azərbaycanda dar bir arealda yayılmışdır. 
Bioloji  xüsusiyyətləri:  Boyu  1,5  metr  olan  tikanvarı  budaqcıqları  olan 
koldur.  Budaqlarının  qabığı  hamardır,  budaqcıqları  tikanvarıdır.  Yarpaq-
ları 1, bəzən də 2 cütdür. Yarpaqcıqları dəyirmi və ya yumurtavarı dəyir-
midir, küt ucludur, uzunluğu 4-5, eni 3-4 mm-dir, qalıntəhərdir, incə qırış-
lıdır,  seyrək,  sıx  tüklüdür.  Kasacığı  zəngvarı,  dişicikləri  itidir.  Yarpaq-
cıqları 2 cütdür. Çiçəkləri salxımlara toplanmış və yarpaqların qoltuğunda 
yerləşmişdir. Erkəkcikləri bitişikdir. Paxlası 20-22 sm uzunluğunda olur. 
Paxla  saplaq  üzərində  olub  çılpaqdır,  uzunluğu  18-  20,  eni  15  mm-ə  qə-
dərdir.  Meyvəsi  yetişən  zaman  uc  hissəsindən  açılır.  May  ayında  çiçək-
ləyir iyunda meyvəsi yetişir. 
Çoxalması: Təbiətdə toxumlarla çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir.  
Becərilməsi: Azərbaycanda botanika bağlarında becərilir. 


 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Azərbaycanın  «Qırmızı  Kitabı»na 
daxil edilmişdir. 
Zəruri qoruma tədbirləri: Qəbul edilmiş xüsusi qoruma tədbiri yoxdur. 
Məlumat  mənbələri:  Флора  Азербайджана.т.5.  1954;  Флора  Кавказа 
т.5. 1954; Деревья и кустарники СССР. т.4.1958. Azərbaycanın ağac və 
kolları. I cild. 1961; Naxçıvan Muxtar Respublikası florasının taksonomik 
spektri.  2008;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  2005;  2006; 
2008;  Naxçıvan  Muxtar  Respublikasının  “Qırmızı  Kitabı”.  2010;  Azər-
baycanın  nadir  və  nəsli  kəsilməkdə  olan oduncaqlı  bitkilərinin  in  situ  və 
ex  situ  şəraitində  bioekoloji  xüsusiyyətlərinin  reproduksiyasının,  repro-
duksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d. alimlik dərəcəsi al-
maq  üçün  dissertasiya.  Bakı.  2011;  Naxçıvan  MR-nın  flora  müxtəlifliyi 
və onun nadir növlərinin qorunması. 2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə