Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə39/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   35   36   37   38   39   40   41   42   ...   91

 
Familia: Lamiaceae Lindl
Dodaqçiçəklilər fəsiləsi                                        
Genus: Thymus L. – Kəklikotu cinsi 
Species: Thymus migricus Klokov & Des.-Shost. – Miqri kəklikotu 
Syn.: Thymus kotschyanus ssp. migricus (Klokov & Des.-Shost.) Menitsky 
Thymus kotschyanus var. migricus (Klokov & Des.-Shost.) Ronn. ex Rech. f 
Trudy Bot. Inst. (Baku) 2: 302 1936
 
Ümumi yayılması: Azərbaycan. 
Azərbaycanda yayılması: Naxçıvan MR-də Şərur rayonunun Ardıc dağı, 
Şahbuz  rayonunda  Biçənək  kəndi,  Ordubad  rayonunda  Kotam  və  Kilid 
kəndləri ətrafında rast gəlinir:  
Statusu: Azərbaycanın nadir bitkisidir.VU C2a(i).  
Bitdiyi yer: Dağ qurşaqlarında daşlı-qayalı yamaclarda yayılmışdır. 
Təbii ehtiyyatı:Azərbaycanda arealı dardır. 
Bioloji  xüsusiyyətləri:  Təbiətdə  hündürlüyü  8-15  sm  olan  yarımkoldur. 
Bitki də budaqlanma güclüdür. Üzərində çiçək olan budaqları 5-12 sm ola 
bilir.  Çiçəkaltlığı  aşağıya  doğru  əyilmiş  tüklərlə  örtülüdür.  Bitkinin  yar-
paqları saplaqlı olub uzunsov və ya yumurtavaridir. Yarpaqlar 0,6-1,3 sm 
uzunluğunda 0,3-0,7 sm enində ola bilir. Yarpağın üst hissəsi çılpaq olub 
kənarları  bir  qədər  kirpiklidir  və  yan  damarları  görünür.  Çiçək  saplağı 
qısa  tüklüdür.  Bitkinin  kasacığı  3-4  mm  uzunluğundadır,  çılpaqdır.  Tacı 
ağımtıl  və  yabənövşəyi  ola  bilir.  İyun-iyul  aylarında  çiçək  açır  və  iyul-
avqust ayları arasında meyvə verir. 
Çoxalması: Çoxalması generativ yolla həyata keçir. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir. 
Becərilməsi: Məlumat yoxdur. 


 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Qəbul  edilmiş  mühafizə  tədbiri 
yoxdur. 
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-
məsi tövsiyə edilir. 
Məlumat  mənbələri:  Флора  Азербайджана.  т.7.  1957;  Azərbaycanın 
“Qırmızı”  və  “Yaşıl  Kitabları”na  tövsiyə  olunan  bitki  və  bitki  forma-
siyaları. 1996; florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008; Nax-
çıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008; Naxçıvan 
Muxtar  Respublikasının  “Qırmızı  Kitabı”.  2010;  Azərbaycan  Naxçıvan 
MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Lamiaceae Lindl. 
Dodaqçiçəklilər fəsiləsi 
Genus: Thymus L– Kəklikotu cinsi 
Species: Thymus fedtschenkoi Ronniger – Fedçenko kəklikotu 
Syn.: Thymus ararati-minoris Klokov & Des.-Shost. Thymus kjapazi Grossh. 
Repert. Spec. Nov. Regni Veg. 31: 139 1932
 
Ümumi yayılması:Qafqaz. 
Azərbaycanda yayılması: Ancaq, Azərbaycan daxilində Kiçik Qafqazda 
bitir. 
Statusu: Azərbaycanın nadir bitkisidir .CR B1ab(i,ii,iii,iv,v). 
Bitdiyi yer: Yuxarı dağ zolağında daşlıq yamaclarında bitir. 
Təbii ehtiyyatı:Azərbaycanda arealı dardır. 
Bioloji  xüsusiyyətləri:  Qısa,  sürünən  zoğları  olan,  çox  alçaq  yarımkol-
cuqdur.  Çiçək  saplaqlı  budaqları  nazik,  hündürlüyü  3-7  sm,  sıx  və  çox 
qısa  tükcüklüdür.  Yarpaqları  saplaqlarda,  qalıntəhər,  təxminən  eyni  öl-
çülü,  yumurtavari,  uzunluğu  4-5  mm,  eni  2,5-3  mm,  çılpaq,  sıx  nöqtəli-
vəzicikli,  kənarları  uzun  tükcüklüdür;  yan  damarcıqları  iki  cüt,  qalındır. 
Çiçək  qrupu  başcıqlıdır.  Çiçək  saplaqları  qısa  tükcüklüdür.  Kasacığın 
uzunluğu  3,5-4  mm,  zəngvari,  üstü  çılpaqdır;  yuxarı  dişcikləri  çox  qısa, 
üçküncdür.  Çiçək  tacı  ağ,  üstdən  tükcüklü  və  sıx,  nöqtəli-vəziciklidir. 
İyun-iyul  aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. 
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir. 
Becərilməsi: Becərilməsi haqda məlumat yoxdur. 


 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Qəbul  edilmiş  mühafizə  tədbiri 
yoxdur. 
Zəruri  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na  daxil 
edilməsi tövsiyə edilir. 
Məlumat  mənbələri:  Флора  Азербайджана.  т.7.  1957;  Azərbaycanın 
“Qırmızı”  və  “Yaşıl  Kitabları”na  tövsiyə  olunan  bitki  və  bitki  forma-
siyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər.  2005; 2006; 
2008. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə