Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə36/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   32   33   34   35   36   37   38   39   ...   91

 
Çoxalması: Toxum vasitəsilə çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri: 
Başlıca  olaraq  insan  fəaliyyəti  və  bəzi 
abiotik amillərin təsiridir. 
Becərilməsi: Mədəni halda becərilir. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Qəbul 
edilmiş qoruma tədbiri yoxdur. 
Zəruri  qoruma  tədbirləri:  Azərbaycanın 
“Qırmızı  Kitabı”na  daxil  edilməsi  tövsiyə 
olunur. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.2.  1951;  Флора 
Азербайджана.  т.3.  1952;  Azərbaycanın  ağac  və  kolları.  II  cild.  1964; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycanın  “Qırmızı  Kitabı”.  1989;  Azər-
baycan  florasının  konspekti.  I-III  cildlər.  2005;  2006;  2008;  Naxçıvan 
Muxtar Respublikası florasının taksonomik spektri. 2008; Naxçıvan MR-
nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia:Fagaceae Dumort
Fıstıq fəsiləsi                                                           
Genus:Quercus L. – Palıd cinsi 
Species:Quercus crispata Steven – Qumral palıd  
Syn.: Quercus pubescens subsp. crispata (Steven) Greuter & Burdet  
Byull. Moskovsk. Obshch. Isp. Prir., Otd. Biol. 30: 386 1857
 
 Ümumi yayılması: Qafqazda və Rusiyada (Krım) təbii arealı vardır. 
Azərbaycanda  yayılması:  Şərqi  Böyük  Qafqazda  –  Quba,  Qusar,  Də-
vəçi,  İsmayıllı,  Qəbələ,  Goranboy,  Xankəndi,  Lənkəran,  Lerik  rayonla-
rının  meşələrində  dəniz  səviyyəsindən  500-1000  m  yüksəklikdə  yayıl-
mışdır.  
Statusu: Azərbaycanın nadir bitkisidir.DD. 
Bitdiyi yer: Orta dağ qurşağında meşələrdə rast gəlinir.  
Təbii ehtiyatı: Təbii arealı çox geniş deyildir. 
Bioloji  xüsusiyyətləri:  Təbiətdə  hündürlüyü  30  m,  diametri  60  sm-ə 
çatan  uzunömürlü  ağacdır.  Qumral  palıdı  gürcü  palıdından  fərqləndirən 
əsas əlamətlərdən başlıcası onun yarpaqlarının alt tərəfində damarların ol-
masıdır.  Gürcü  palıdının  yarpaqları  isə  çılpaq  olur.  Qumral  palıdın  yar-
paqlarında  yan  damarlar  5-7  ədəd,  gürcü  palıdında  isə  yan  damarları  bir 
qədər  artıq  olur.  Qumral  palıdın  yarpaqları  nazik,  uzunsov  və  ensiz,  tərs 
ovalvarı  olduğu  halda,  gürcü  palıdının  yarpaqları  isə  tərs  oval  və  ya 
uzunsov  oval,  üstdən  parıldayan  tünd-yaşıl  rəngli  olmaqla  möhkəm 
dərivarıdır.  
Bitkinin  zoğları  boz  sıx  keçə  tüklüdür  və  sonralar  tədricən  çılpaq-
laşır. Yarpaqların uzunluğu 3-8 sm, eni 2-5 sm olub, ovalvarı-uzunsovdur. 
Üst tərəfdən tünd-yaşıl, sıx, xırda keçəvarı tüklərlə, alt tərəfdən açıq-yaşıl, 
sıx, boz, uzun keçəvarı tüklərlə örtülmüşdür. Yarpaqların qaidəsi ürəkvarı 
və  ya  zəif  pazvarıdır.  Yarpağın  uc  hissəsində  yerləşən  dilimlər  iti, 


 
yandakılar isə uzunsov, yuxarıya tərəf sıxılmış iti, bəzən küt, çox hallarda 
1-2 dişli dalğavarı burulmuşdur. 
Dilimlər arasındakı yarıqlar yarpaq ayasının yarısına qədər və ya bir 
qədər dərindir. Yarpaqların saplağı 0,5-1  sm uzunluqdadır, çanaqcığı  ya-
rımşar  formalı  olub,  səthi  boz  keçə  tük-
cüklüdür. Qozalar oturan olub, 3 sm uzun-
luqdadır.  Çanaqcıqlar  yarımşar  formalı 
boz  keçə  tüklüdür.  Pulcuqlar  zəif,  şişkin, 
tüklü  olub,  uzun  sıx  uclara  malikdir. 
Mart-aprel  ayında  çiçəkləyir,  oktyabr 
ayında toxumları yetişir. 
Çoxalması:Təbiətdə toxum vasitəsilə çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliyyəti 
və bəzi abiotik amillərin təsiridir. 
Becərilməsi:Botanika bağlarında mədəni halda becərilir. 
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur. 
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-
məsi tövsiyə olunur. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.2.  1951;  Флора 
Азербайджана.  т.3.  1952;  Azərbaycanın  ağac  və  kolları.  II  cild.  1964; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycanın  “Qırmızı  Kitabı”.  1989;  Azər-
baycan  florasının  konspekti.  I-III  cildlər.  2005;  2006;  2008;  Naxçıvan 
Muxtar Respublikası florasının taksonomik spektri. 2008; Naxçıvan MR-
nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Fagaceae Dumort
Fıstıq fəsiləsi                                                         
Genus: Quercus L. – Palıd cinsi 
Species: Quercus castaneifolia C.A.Mey. – ġabalıdyarpaq palıd  
Verz. Pfl. Casp. Meer. 44 1831
 
Ümumi yayılması: Iranda yayılmışdır.  
Azərbaycanda yayılması:  Astara,  Lənkəran,  Lerik, Masallı, Lerik, Yar-
dımlı və Ismayıllı rayonları ərazilərində rast gəlinir.  
Statusu: Azərbaycanın nadir, relikt növüdür. VU
 B1b(i,ii,iv)
.  
Bitdiyi  yer:  Orta  dağ  qurşağında  qarışıq  meşələrində  daha  çox  rast 
gəlinir. 
Təbii ehtiyatı:Arealı çox da geniş deyildir. 
Bioloji  xüsusiyyətləri:  Təbiətdə  əlverişli  şəraitdə  hündürlüyü  40  m-ə 
qədər olan ağacdır. Meşədə birinci yarusu təşkil edən növlərdəndir. Geniş 
çətirə  malikdir.  Cavan  zoğları  əvvəlcə  sıx  və  zərif  tüklərlə  örtülü  olur, 
sonradan həmin tüklər tökülür. Zoğları sarımtıl yaşıl rəngdədir. Tumurcuq 
pulcuqları  tüksüz  olur.  Yarpaqları  7-16  sm  uzunluğunda  olub,  ellipsvarı, 
yumurtaşəkilli və uc hissəsi sivridir, yarpaqlarının kənarı da sivri dişlidir. 
Yarpaqların  üst  hissəsi  tünd  yaşıl,  alt  üzü  isə  bozumtul-yaşıl  rənğdədir, 
tüklü və bəzən tüksüz olur.  
Mart-aprel  ayında  çiçəkləyir,  oktyabr-noyabr  ayında  toxumları 
yetişir. 
Çoxalması:Təbiətdə toxum vasitəsi ilə çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir.  
Becərilməsi: Mədəni şəraitdə becərilir.  


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə