Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ


Qəbul  edilmiĢ  qoruma  tədbirləri



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə44/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   40   41   42   43   44   45   46   47   ...   91

 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na 
daxil edilmişdir. 
Zəruri  qoruma  tədbirləri:  Bitkinin  sıx  bitdiyi  yerlərin  mühafizə  altına 
alınması zəruridir. 
Məlumat  mənbələri:  Флора  Азербайджана.  т.7.  1957;  Azərbaycanın 
“Qırmızı”  və  “Yaşıl  Kitabları”na  tövsiyə  olunan  bitki  və  bitki  forma-
siyaları. 1989; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 
2008; Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin 
in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin reproduksiyasının, 
reproduksiyasının  və  repatriasiyasının  elmi  əsasları,  b.e.d.  alimlik  dərə-
cəsi almaq üçün dissertasiya. Bakı. 2011; Naxçıvan Muxtar Respublikası 
florasının taksonomik spektri. 2008; Naxçıvan MR-nın flora müxtəlifliyi 
və onun nadir növlərinin qorunması. 2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Moraceae Lindl
Tut fəsiləsi 
Genus: Ficus L. – Əncir  cinsi 
Species: Ficus carica L. – Adi əncir 
Sp. Pl. 1059 1753. 
 
Ümumi  yayılması:  Qafqaz,  Orta  və  Kiçik  Asiya,  İran,  Əfqanıstan,  Çin, 
Rusiya (Krım) və Türkiyədə təbii arealı vardır. 
Azərbaycanda  yayılması:  Dağlıq  Qarabağ  və  Lənkəranda  Naxçıvan 
MR-də yayılmışdır. 
Statusu: Azərbaycanın nadir və relikt növüdür. NT. 
Bitdiyi yer: Aşağı dağ qurşağında günəşli yamaclarda və tək tək orta dağ 
qurşaqlarında rast gəlinir. 
Təbii ehtiyatı: Arealı çox geniş deyildir. 
Bioloji xüsusiyyətləri: Təbiətdə hündürlüyü 10-15 m-ə çatan ağac və ya 
koldur.  Yarpaqları  kələ-kötür,  əl  ayası  şəklində,  az  və  ya  çox  yarılmış 
olub,  budaq  üzərində  növbəli  düzülmüşdür.  Yarpaqları  tam,  ya  da  bar-
maqvarı,  3-5  dilimlidir.  Üst  tərəfdən  tünd-yaşıl,  həm  də  qalın  olub,  yar-
pağı  töküləndir.  Yarpaqda  damarlar  görünür.  Yarpaq  tumurcuqları  pul-
cuqlarla örtülmüşdür. 
Gövdəsi  hamar  və  boz  rəngdədir.  Yaşlı  gövdələri  üzərində  dayaz 
çatlar  və  ağ  ləkələr  olur.  Enli  dağınıq  qollu-budaqlı,  şarvarı  çətirə  ma-
likdir. Bəzən budaqlar seyrək, cavan vaxtlarda yaşıl, ikinci ildə isə boz və 
ya  qəhvəyi rəngdə olur. Çiçək tumurcuqları iki və üç cərgəli pulcuqlarla 
örtülü olur. Pulcuqlar iyun ayının əvvəllərində və ya 2-ci yarısında tökül-
dükdən  sonra  yarpağın  qoluğundan  böyük  çiçəklər  əmələ  gəlir.  Əncir 
ikievli bitkidir. Əncir ağaclarının çiçək qrupunda həm erkək çiçəklər, həm 


 
də  dişi  çiçəklər  vardır.  Erkək  çiçəklər  üst  hissədə,  dişi  fırlı  çiçəklər  isə 
çiçək qrupunun dib hissəsində toplanmışdır. 
Dişi  çiçəkli  ağacların  meyvə  qruplarnda  dişicikli  çiçəklər,  nadir 
hallarda gözcüyün yanında erkəkcikli çiçəklər olur. 
Bir  çiçək  qrupunda  1000-dən  artıq  çiçək  olur.  Çiçəkyanlığını  əmələ 
gətirən yarpaqcıqlar çoxdur. Yumurtalıq qısa sütuncuqlu bir yumurtacıq-
dan  ibarətdir.  Çiçəklər  mayalandıqdan  sonra  meyvə  qrupunda  meyvə-
ciklər əmələ gətirir. Aprelin axırında və iyulda çiçək açır. 
Çoxalması: Təbiətdə əsasən generativ və vegetativ yolla çoxalır. 
Təbii ehtiyatın dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliyyətidir. 
Becərilməsi: Mədəni halda becərilir. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na 
daxil edilmişdir. 
Zəruri  qoruma  tədbirləri:  Qoruq  və  ya  yasaqlıqların  yaradılması 
zəruridir. 
Məlumat mənbələri: Флора Кавказа. т. 3.1945; Флора Азербайджана 
т.3.  1952;  Azərbaycanın  ağac  və  kolları.  I  cild.  1961;  Azərbaycan  SSR-
nin “Qırmızı Kitabı”. 1989; Naxçıvan Muxtar Respublikası florasının tak-
sonomik  spektri.  2008;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  
2005;  2006;  2008;  Naxçıvan  Muxtar  Respublikasının  “Qırmızı  Kitabı”. 
2010; Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin 
in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin reproduksiyasının, 
reproduksiyasının  və  repatriasiyasının  elmi  əsasları,  b.e.d.  alimlik  dərə-
cəsi  almaq  üçün  dissertasiya.  Bakı.  2011;  Naxçıvan  MR-nın  flora  müx-
təlifliyi və onun nadir növlərinin qorunması. 2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Moraceae Lindl
Tut fəsiləsi 
Genus: Ficus L. – Əncir  cinsi 
Species: Ficus hyrcana A.Grossh. – Hirkan ənciri 
syn:  Ficus carica L. 
in Izvest. Azerb. Fil. No. 1-2, 111 (1939). 
 
Ümumi yayılması: Azərbaycan. 
Azərbaycanda  yayılması:  Azərbaycanda  Lənkəran,  Astara  və  Yuxarı 
Qarabağ ərazilərində təbii halda yayılmışdır. 
Statusu: Azərbaycanın endem bir növüdür. NT. 
Bitdiyi yer: Aşağı dağ qurşağında günəşli yamaclarda və tək tək orta dağ 
qurşaqlarında rast gəlinir. 
Təbii ehtiyatı: Arealı dardır. 
Bioloji  xüsusiyyətləri: 10 m-ə qədər hündürlükdə olan ağac və  ya ağac-
vari  koldur.  Yaşlı  ağaclarda  gövdə  qabığı  çatsız  olub  ağımtıl  boz  rəng-
dədir.  Uc  tumurcuğu  apikal  olub,  yan  tumurcuqlardan  daha  böyükdür. 
Ümumiyyətlə  hər  yarpaq  qoltuğunda  2  ədəd  tumurcuq  vardır.  Yan 
tumurcuqlar 2 və ya 3 pulcuqludur. Zoğları qalın olub yaşılımtıl-qəhvəyi 
rəngdədir,  tüksüzdür.  Cavan  zoğlar  kəsildikdə  ağ  rəngli  süd  (latex)  ifraz 
edir. Yarpaqları 3-5 dilimlidir və 10-20 sm uzunluğundadır. Yarpaq ayası-
nın  bir  tərəfi  ürəkşəkillidir.  Tərsinə  yumurtaşəklində  olan  dilimlərin  ucu 
küt  olub,  kənarları  dişlidir.  Yarpaqlarının  üst  tərəfi  sərt,  alt  tərəfi  isə 
yumşaq tüklüdür. Yarpaq saplağının uzunluğu 2-5 sm arasında olur. 
Hirkan  əncirinin  meyvələri  armudşəklində  olub,  uzunluğu  3-4  sm, 
eni  isə  2-3  sm-dir.  Payız  meyvələri  isə  bir  qədər  böyük  olub,  çəhrayı 
rəngindədir. Hər meyvə saplağın da bir meyvə olur. 
Çoxalması: Təbiətdə əsasən generativ və vegetativ yolla çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir. 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə