Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə41/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   37   38   39   40   41   42   43   44   ...   91

 
Familia: Lamiaceae Lindl
Dodaqçiçəklilər fəsiləsi 
Genus: Thymus L. – Kəklikotu cinsi 
Species:  Thymus  daghestanicus  Klokov  &  Des.-Shost.  (Hadzhievii 
Grossh.)- Dağıstan (Hacıyev) kəklikotu 
Trudy Bot. Inst. (Baku) 2: 309 1936

 
Ümumi yayılması: Qafqaz. 
Azərbaycanda yayılması: Şamaxı rayonunda (Kızıldərə, Astarxan kəndi 
yaxınlığında) rast gəlinir. 
Statusu: Azərbaycanın nadir bitkisidir.VU C2a(i). 
Bitdiyi yer:Yamaclarda, günəş düşən açıq sahələrdə bitir. 
Təbii ehtiyyatı :Azərbaycanda arealı dardır. 
Bioloji  xüsusiyyətləri:  Çoxsaylı,  meyvəsiz,  sürünən  zoğları  olan  yarım-
kolcuqdur.  Çiçəkli  zoğları  düz  dayanan,  hündürlüyü  7-15  sm,  sıx,  qısa 
tücüklüdür.  Yarpaqları  uzunsovlansetvari  və  ya  əks-yumurtavari,  uzun-
luğu 6-10 mm, eni 2-3 mm, çox cod, çılpaq, az bilinən nöqtəli vəzicikli, 
kənarları tükcüklüdür; yan damarcıqları alt tərəfində üstə 
çıxandır. Çiçək qrupu başcıqlı, möhkəmdir. Kasacığın uzunluğu 4-5 mm, 
sıx  və  qısa  tükcüklüdür;  yuxarı  dişcikləri  üçkünc,  kənarları  tükcüklüdür. 
Çiçək  tacının  uzunluğu  7  mm,  parlaq  çəhrayıdır.  İyun-iyul  aylarında 
çiçəkləyir, avqust ayında isə meyvə verir. 
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır. 


 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir. 
Becərilməsi: Becərilməsi haqda məlumat yoxdur. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Qəbul  edilmiş  mühafizə  tədbiri 
yoxdur. 
Zəruri  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na  daxil 
edilməsi tövsiyə edilir. 
Məlumat  mənbələri:  Флора  Азербайджана.  т.7.  1957;  Azərbaycanın 
“Qırmızı”  və  “Yaşıl  Kitabları”na  tövsiyə  olunan  bitki  və  bitki  forma-
siyaları.1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  2005;  2006; 
2008. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Lamiaceae Lindl. 
Dodaqçiçəklilər fəsiləsi 
Genus:Thymus L. – Kəklikotu cinsi 
Species: Thymus collinus Biber – Biber kəklikotu 
Fl. Taur.-Caucas. 3: 401 1819

 
Ümumi yayılması: Qafqaz. 
Azərbaycanda  yayılması:  Quba  və  Naxçıvan  MR-da  dağlıq  yerlərində 
rast gəlinir. 
Statusu: Azərbaycanın nadir və relikt növüdür. VU D2. 
Bitdiyi yer: Orta və subalpda quru daşlı yamaclarda bitir. 
Təbii ehtiyatı:Azərbaycanda arealı dardır. 
Bioloji xüsusiyyətləri: Çoxillik, alt hissəsində şaxələnmiş gövdəli, yuxarı 
hissəsində tükcüklü kolcuqdur.  Çiçək saplaqlarının hündürlüyü 7-12 sm-
dir.  Yarpaqları  saplaqlı,  uzunsov-yumurtavaridən  yumurtavariyədək, 
uzunluğu  7-11  sm,  eni  3-5  mm,  nöqtəli-vəziciklidir.  Çiçəkləri  çəhrayı, 
başcıq  çiçək  qruplarına  yığılmışdır.  Meyvəsi-qozadır.  İyun  aynda  çiçək-
ləyir iyul avqust ayında toxum verir. 
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir. 
Becərilməsi: Məlumat yoxdur. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Qəbul  edilmiş  qoruma  tədbirləri 
yoxdur. 
Zəruri  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na  daxil 
edilməsi tövsiyə edilir. 


 
Məlumat  mənbələri:  Флора  Азербайджана.  т.7.  1957;  Azərbaycanın 
“Qırmızı” və “Yaşıl Kitabları”na tövsiyə olunan bitki və bitki formasiya-
ları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  2005;  2006; 
2008; Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008; 
Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 
2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia:Limoniaceae Ser(Plumbaginaceae Lindl.) 
QurĢunçiçəyikimilər fəsiləsi 
Genus: Acantholimon Boiss. – Tıs-tıs cinsi 
Species: Acantholimon tenuifolium Boiss. – Nazikçiçək tıs-tıs 
Diagn. Pl. Orient. 7: 78 1846
 
Ümumi yayılması: Qafqaz. 
Azərbaycanda  yayılması:  Kiçik  Qafqazda  (Gəncə  yaxınlığında)  təbii 
halda  bitir. 
Statusu: Azərbaycanın nadir növüdür. EN B1ab(ii,iii,iv)+2ab(ii,iii,iv). 
Bitdiyi yerDağ ətəyində, quru, gilli və çınqıllı yamaclarda bitir. 
Təbii ehtiyatı:Arealı dardır. 
Bioloji  xüsusiyyətləri:  Alçaq  kolcuqdur.  Yastıqcası  çox  möhkəm,  dia-
metri  10-20  sm  (və  daha  çox),  hündürlüyü  8-12  sm,  bəzən  yarım  şar-
şəkillidir. Yay yarpaqları açıq-göyümtül, hamar, üç hissəli və ya xətvarı-
bizvarı,  cod,  bünövrəsində 
uzunluğu  11-16  (25)  mm 
və  eni  1-1,5  mm,  ucu  biz, 
çılpaq, kənarları xırda tük-
cüklüdür.  Yaz  yarpaqları 
çox  qısadır.  Çiçək  saplaq-
ları  5-8  dəfə  yarpaqlardan 
uzun,  uzunluğu  15-25  sm, 
yuxarı  tərəfində  budaqlı, 
2-5  və  ya  daha  çox  əyrili, 
bəzən  sadədir.  Çiçəkləri 
çiçək qrupunda seyrək yer-
ləşmiş,  sünbüllərin  arasın-
da  məsafələri  onların  uzunluğundan  çoxdur  və  ya  ona  bərabərdir.  Sün-
bülləri  bir  çiçəkli,  uzunluğu  10-11  mm-dir.  Çiçək  altlıqları  çılpaq,  üst 
çiçək altlığının uzunluğu 4-5 mm, yumurtavarı-lansetvarı, içəri çiçək alt-
lıqları  üstdəkindən  uzun,  pərdəli,  ucu  qısadır.  Kasacığın  uzunluğu  9-10 
mm,  qıfvari  olub,  borucuğu  tükcüklüdür.Kasacığın  büküyü  ağ,  eni  təx-
minən 3 mm, 10 qanadlı, çılpaq, qonur damarcıqlıdır.  Ləçəkləri çəhrayı-
dır. May-iyun aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. 
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır. 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə