Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ


Qəbul  edilmiĢ  qoruma  tədbirləri



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə37/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   33   34   35   36   37   38   39   40   ...   91

 
 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na 
daxil edilmişdir. 
Zəruri  qoruma  tədbirləri:  Yeni  mühafizə  sahələrinin  yaradılması  zə-
ruridir. 
 Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.2.  1951;  Флора 
Азербайджана.  т.3.  1952;  Azərbaycanın  ağac  və  kolları.  II  cild.  1964; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Красная  Книга  СССР.  1984;  Azərbaycanın 
“Qırmızı  Kitabı”.  1989;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  
2005; 2006; 2008; Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı 
bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin repro-
duksiyasının,  reproduksiyasının  və  repatriasiyasının  elmi  əsasları,  b.e.d. 
alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı. 2011. 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
Familia: Fagaceae Dumort
Fıstıq fəsiləsi                                                           
Genus: Quercus L– Palıd cinsi 
Species: Quercus araxina (Taurtv.) Grossh. – Araz palıdı  
syn:Quercus × mannifera Lindl.  
Fl. Kavkaza 2: 23 1930
 
Ümumi yayılması:  İran,  Kiçik Asiya,  İraq, Əfqanıstan və Ermənistanda 
təbii arealları vardır.  
Azərbaycanda yayılması:  Zəngilan rayonu (Bərgüşadçay) və Naxçıvan 
MR-də Babək, Ordubad rayonu ərazilərində yayılmışdır. 
Statusu: Azərbaycanın nadir bitki növüdür.  CR A1ab;B1bc(iii,iv).  
Bitdiyi yer: Orta dağ qurşağının qarışıq meşələrində daha çox rast gəlinir. 
Təbii ehtiyatı: Arealı çox da geniş deyildir. 
Bioloji  xüsusiyyətləri:  Təbiətdə  10-15  metr  hündürlükdə  olan  ağacdır. 
Cavan  yaşlarında  zoğları  yaş-
lımtıl  rəngdə,  tüklü  olur,  sonra-
dan  qırmızımtıl  rəng  alır.  Yar-
paqları  böyük,  uzunsov,  tərsinə 
yumurtaşəkilli olub, üst tərəfdən 
açıq-yaşıl,  tüksüz,  bəzən  sonra-
dan  tökülən  məxməri  tükləri 
vardır.  Yarpağın  kənarları  tam 
və  ya  küt  dişli,  kiçik  və  qısa 
dilimli  ola  bilir.  Yarpaq  saplağı 
0,3-2,5  sm  uzunluğunda  olur. 
Tumurcuq  pulcuqları  qırmızı  rəngdədir.  Meyvə  saplağı  qısa,  0,5-1,5  sm 
uzunluğunda  olur.  Meyvə  çanaqcığı  kürə  şəklində  olub,  2-3  sm  boyun-
dadır. Meyvənin üçdə bir hissəsi qədəhin içindədir. Dəniz səviyyəsindən 
1000 m-ə qədər  yüksəkliklərə qalxa bilir. May-iyun ayları arasına çiçək-
ləyir, oktyabr-noyabr aylarında toxumu yetişir  
Çoxalması: Təbiətdə toxum vasitəsilə çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir.  
Becərilməsi: Mədəni şəraitdə becərilir.  
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na 
daxil edimişdir. 


 
Zəruri qoruma tədbirləri:Yeni yasaqlıqların yaradılması vacibdir
Məlumat  mənbələri:  Дерево  и  кустарники  СССР.  т.2.  1951;  Флора 
Азербайджана  т.3.  1952;  Azərbaycanın  ağac  və  kolları.  II  cild,  1964; 
Красная  Книга  СССР.  1984;  Azərbaycanın  “Qırmızı  Kitabı”.  1989;  
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  kitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.1996;  Azərbaycan  florasının  konspekti,  I-III  cildlər. 
2005;  2006;  2008;  Naxçıvan  Muxtar  Respublikası  florasının  taksonomik 
spektri.  2008;  Azərbaycanın  nadir  və  nəsli  kəsilməkdə  olan  oduncaqlı 
bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin repro-
duksiyasının,  reproduksiyasının  və  repatriasiyasının  elmi  əsasları,  b.e.d. 
alimlik  dərəcəsi almaq  üçün  dissertasiya.  Bakı.  2011;  Naxçıvan  MR-nın 
flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
Familia:Hamamelidaceae R.Br
Dəmirağac                                 
Genus: Parrotia  C.A.Mey.- Dəmirağac cinsi  
Species:Parrotia persica C.A.Mey.   Dəmirağac 
Verz. Pfl. Casp. Meer. 46 1831
 
Ümumi yayılması: Iranda təbii halda rast gəlinir 
Azərbaycanda  yayılması:  Lənkəran,  Astara,  Masallı,  Qəbələ  rayon 
ərazilərində təbii yayılma sahələri vardır.  
Statusu: Azərbaycanın nadir və relikt növüdür. NT. 
Bitdiyi  yer:Aşağı  dağ  qurşağında  yamaclarda  çay  vadilərində  daha  çox 
rast gəlinir. 
Təbii ehtiyatı:Arealı çox da geniş deyildir. 
Bioloji  xüsusiyyətləri:  Təbii  şəraitdə  hündürlüyü  16-20  m-ədək  olan 
ağacdır, çox budaqlanandır. Dəmirağacın çətiri enli yumurtaya bənzərdir. 
Gövdəsi boz  və  ya qırmızı-qonur rəngdə olub üzəri hamardır. Qabığında 
çatlar  yoxdur.  Qabığın  pərakəndə  tökülməsi  nəticəsində  gövdə  alabəzək 
görünür. Budaqları və gövdələri çox vaxt bir-birinə bitişir.  Cavan zoğları 
əvvəl  yaşılımtıl  rəngdə  olur,  sonradan  qonur  rəng  alır.  Tumurcuqlarının 
iyi  vardır.  6-11  mm  uzunluqdadır,  üzərlərində  2-4  ədəd  qonur  rəngli  xa-
rici  pulcuq  vardır,  həmin  pulcuqların  üzəri  sıx  ulduzvarı  tüklüdür.  Yar-
paqları  5-12  sm  uzunluğunda  və  3-8  sm  enində  ola  bilir.  Yarpaqlar  zoğ 
üzərində növbə ilə düzülmüş, forma etibarilə yumurtaşəkilli və ya tərsinə 
yumurtaşəkillidir. Saplağının uzunluğu 2-6 mm, ulduzvarı tüklüdür. Yar-
paqaltlıqları ensiz, biz şəklindədir. Çiçəkləri ikicinsli olub, başcıqlardadır, 
kasacığı zəngvarı, dərivarıdır, alt tərəfdən yumurtalığa bitişmişdir. Çiçək-
altlıqları  pərdəyəoxşar,  yumurtavarı-oval,  qonur  keçə  tüklüdür.  Erkək-
cikləri  6-7-dir,  onlar  kasacığın  dilimləri  qarşısında  yerləşmişdir,  telləri 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə