Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə38/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   34   35   36   37   38   39   40   41   ...   91

 
uzunlaşmış, parlaq rəngli (tünd-bənövşəyi və ya qırmızı rəngli), dördüzlü 
tozluqları vardır. Bu tozluqlar öz oturaq hissələri ilə tellərə bərkimişdir.  
Meyvəsi  dəyirmi-ovalşəkillidir.  Toxumları  oval-yumurtavarı,  sivri, 
açıq-qonur  rəngli,  parlaqdır,  qaidə  hissəsində  ağ  rəngli  iki  göbəkcik 
vardır.  Fevral  və  mart  aylarında  çiçək  açır,  sentyabr-oktyabr  aylarında 
meyvə verir. 
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsilə çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir.  
Becərilməsi: Mədəni şəraitdə becərilir. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na 
daxil edilmişdir. Milli Park və Dövlət qoruqlarında mühafizə edilir. 
Zəruri  qoruma  tədbirləri:  Təbii  arealı  olan  ərazilərdə  yeni  qoruma 
sahələrinin yaradılması tövsiyə edilir. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР  т.3.  1954;  Флора 
Азербайджана  т.4.  1953;  Azərbaycanın  ağac  və  kolları.  II  cild.  1964; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  kitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Красная  Книга  СССР.  1984;  Azərbaycanın 
“Qırmızı  Kitabı”.  1989;  Azərbaycan  florasının  konspekti,  I-III  cildlər.  
2005; 2006; 2008; Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı 
bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin repro-
duksiyasının,  reproduksiyasının  və  repatriasiyasının  elmi  əsasları,  b.e.d. 
alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı. 2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Hyperıcaceae Juss
(Guttiferae Juss.)–Dazıotukimilər fəsiləsi   
Genus: Hypericum L. – Dazıotu cinsi 
Species: Hypericum atropatanum Rzazade – Atropatan dazıotu 
Syn: Hypericum helianthemoides subsp. atropatanum (Rzazade) Sennikov  
Dokl. Akad. Nauk Azerb. SSR x. 882 (1954).  
 
Ümumi yayılması: Azərbaycan. 
Azərbaycanda yayılması: Naxçıvan MR dağlarında bitir. 
Statusu: Azərbaycanın nadir növüdür.VU D2.  
Bitdiyi yer: Dağ yamaclarında açıq sahələrdə rast gəlinir. 
Təbii ehtiyatı:Azərbaycanda arealı dardır. 
Bioloji  xüsusiyyətləri:  Hündürlüyü  10-20  sm  olan  yarımkolcuqdur. 
Gövdələri çoxsaylı, nazik,  yumru, budaqlıdır. Yarpaqları üzbəüz, oturaq, 
xətvari,  uzunluğu  4-7  mm,  ucu  biz,  eni  1,5  mm,  burulmuş,  vəzicikldir. 
Çiçək qrupu salxımvari, 1-9 çiçəkli, 
uzunluğu 3-5 sm, eni təxminən 1 sm; 
yarımçətirləri saplaqlarda, uzunluğu 
5-12  mm-dir.  Çiçək  altlıqları  yu-
murtavari, uzunluğu 1-2 mm, kənar-
ları  vəzicikli,  çiçək  saplaqlarından 
çox  qısadır.  Kasayarpaqları  ellips-
vari-yumurtavari,  küttəhər,  uzunlu-
ğu 2-2,5 mm, eni təxminən 1,5 mm, 
kənarları  bərabər  vəzicikli,  bünöv-
rəsi  qonurdur.  Ləçəkləri  ellipsvari 
və ya yumurtavari, uzunluğu 5-8 mm, eni təxminən 3 mm, bəzən ucunda 
3-5 ədəd vəziciklidir. Erkəkcikləri 3 dəstədə yerləşir. Yumurtalığı təxmi-
nən şarşəkillidir. Sütuncuqları 3 ədəd, yumurtalıqdan uzundur. Qutucuğu 
yumurtavari,  uzunluğu  5  mm,  eni  3  mm-dir.  VII  ayda  çiçəkləyir,  VIII 
ayda isə  meyvə verir.  
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir.  
Becərilməsi: Məlumat yoxdur. 
 
 


 
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur. 
Zəruri qoruma tədbirləri: Azərbaycanın «Qırmızı Kitabı»na daxil edil-
məsi tövsiyə edilir. 
Məlumat  mənbələri:  Флора  Азербайджана  т.  6.  1955;  Azərbaycanın 
“Qırmızı”  və  “Yaşıl  Kitabları”na  tövsiyə  olunan  bitki  və  bitki  formasi-
yaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  2005;  2006; 
2008; Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008; 
Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 
2011. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Lamiaceae Lindl.-
Dodaqçiçəklilər fəsiləsi                                        
 
Genus: Thymus L. - Kəklikotu cinsi 
Species:Thymus karamarianicus Klokov & Des.-Shost.–Qara mərğəm 
kəklikotu 
 Trudy Bot. Inst. (Baku) 2: 308 1936
 
Ümumi yayılması: Azərbaycan. 
Azərbaycanda yayılması: Kür düzənliyində rast gəlinir. 
Statusu: Azərbaycanın nadir və relikt növüdür. CR B1ab(i,ii,iii,iv,v).  
Bitdiyi yer: Aşağı dağ zolağında quru, daşlıq yamaclarda bitir. 
Təbii ehtiyatı:Azərbaycanda arealı dardır. 
Bioloji  xüsusiyyətləri:  Hündürlüyü  15-25 
sm olan yarımkolcuqdur. Düz dayanan mey-
vəsiz zoğları və daha cod, düz dayanan çiçək 
saplaqları çiçək qrupunun altında uzun, əyil-
miş tükcüklərlə örtülmüşdür. Yarpaqları sap-
laqlarda,  orta  gövdə  saplaqları  ellipsvari, 
uzunluğu  15-25  mm,  eni  4-8  mm,  kənarları 
tükcüklü,  aşağı  gövdə  yarpaqları  uzun  sap-
laqlarda, daha xırdaları yumurtavaridir. Yar-
paqların yan yan damarcıqlarında olan, vəzicikli nöqtələr az bilinir. Çiçək 
qrupu  uzunsov,  başcıqlı,  çox  vaxt  şaxələnmişdir.  Çiçək  saplaqları  uzun 
tükcüklüdür.  Kasacığı  zəngvari,  uzunluğu  təxminən  4  mm,  uzun  tük-
cüklüdür; yuxarı dişcikləri lansetvari, kənarları tükcüklüdür. Çiçək tacı ağ 
borucuqlu və bükükdə bənövşəyi xallıdır. V-VI aylarında çiçəkləyir, VII 
ayında meyvə verir.  
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir.  
Becərilməsi: Becərilməsi haqda məlumat yoxdur. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Qəbul  edilmiş  mühafizə  tədbiri 
yoxdur. 
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-
məsi tövsiyə edilir. 
Məlumat  mənbələri:  Флора  Азербайджана.  т.7.  1957;  Azərbaycanın 
“Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və  bitki  forma-
siyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər.  2005; 2006; 
2008.  


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə