Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə46/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   42   43   44   45   46   47   48   49   ...   91

 
Familia: Oleaceae Hoffmgg. Lınk.  
Zeytunkimilər fəsiləsi                              
Genus: Fraxinus L.- GöyrüĢ cinsi 
Species: Fraxinus coriariifolia Scheele. –Sumaqyarpaq göyrüĢ 
syn: Fraxinus excelsior subsp. coriariifolia (Scheele) A.E.Murray  
Linnaea 17: 350 1843
 
Ümumi yayılması: Rusiya (Dağıstan) və İranda təbii halda yayılmışdır. 
Azərbaycanda yayılması: Böyük Qafqazda, Talış-Alazan-Əyriçay vadi-
lərində yayılmışdır. 
Statusu: Azərbaycanın nadir relikt bir 
növüdür. LC.  
Bitdiyi yer: Qarışıq enliyarpaq meşə-
lərdə əsasən tək halda rast gəlinir. 
Təbii ehtiyatı:Arealı dardır. 
Bioloji  xüsusiyyətləri:  Hündürlüyü 
20-25  m-ədək  olan  ağacdır,  Lənkəran 
dağlarında  rast  gəlinir.  İşıqsevən  bitki 
növüdür. Yarpaqları təklələkvarı olub, 11-13 yarpaqcıqdan ibarətdir.  
Aprel  ayında  çiçəkləyir,  iyul-avqust  aylarında  meyvəsi  yetişir.  III  buz-
laşma dovrunun relikt elementidir. 
Çoxalması:  Təbiətdə  əsasən  generativ 
yolla çoxalır.  
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri: 
Başlıca olaraq insan fəaliyyətidir. 
 Becərilməsi: Mədəni halda becərilir. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Qəbul 
edilmiş qoruma tədbiri yoxdur. 
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-
məsi  və  müasir  dövrdə  bitkinin  populyasiya  vəziyyətinin  nəzarət  altına 
alınması tövsiyə olunur. 
Məlumat mənbələri: Деревья и кустарники. СССР. т. 4. 1958; Флора 
Азербайджана  т.6.  1955;  Azərbaycanın  ağac  və  kolları.  III  cild.  1970; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  kitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  
2005; 2006; 2008. 


 
Familia: Oleaceae Hoffmgg. Lınk. 
Zeytunkimilər fəsiləsi                                   
Genus: Syrinca L.-Yasəmən cinsi 
Species: Syringa × persica L. – Ġran yasəməni 
Sp. Pl. 9 1753

 
Ümumi yayılması: Qafqazda (Ermənistan) təbii arealı vardır. 
Azərbaycanda  yayılması:  Zəngilanda  (Mülk,  Daştun  kəndləri)  və  Had-
rutda təbii halda yayılmışdır. 
Statusu: Azərbaycanın nadir bitki növüdür. CR B1ab(i,ii,iii,iv).  
Bitdiyi yer: Enliyarpaqlı meşələrin kənarında rast gəlinir. 
Təbii ehtiyatı: Arealı geniş deyildir.  
Becərilməsi: Azərbaycanda təbii ehtiyatı məlum səbəblərdən dəqiq təyin 
edilməmişdir.  
 
Bioloji xüsusiyyətləri: Iran yasəməninin hündürlüyü birdən iki metrədək 
olan, şaxələnmiş budaqlı koldur. Cavan budaqları zəif tükcüklüdür. Daha 
iri budaqları boz və ya qonur rəngli, sallaq, nazikdir. Yarpaqları dərivari, 
hamar, bütöv, uzunluğu 2-4 sm-dir. Xırda yarpaqları enli-lansetvari və ya 
ensiz-oval  formalı,  eni  1  sm-ədək,  bünövrəsində  daralmış,  yuxarısında 
ucu  bizdir.  Çiçək  qrupları  çoxləçəkli  olub,  yuxarı  yan  tumurcuqlardan 
inkişaf  edir.  Uzunluğu  5-10  sm,  eni  5-7,5  sm,  yumurtavari,  şaxələnmiş 
nazik  oxludur.  Yan  çiçək  qrupları  budaqlardan  qısadır.  Çiçəkləri  ağ-bə-
növşəyi  və  ya  ağ  rəngli,  ətirlidir.  Kasacığın  uzunluğu  təxminən  2  mm, 
meyvələrində iki hissəyə bölünmüşdür. Kasacığı hissələri enli-üçküncdür. 
Çiçək tacının borucuğu silindrik və ya zəif qıfşəkilli, uzunluğu təxminən 
1  sm,  çiçək  tacının  hissələri  enli-oval  və  ya  oval-lansetvari  formalı,  ucu 
bizdir. Meyvəsi-dörd hissəli, uclarında ensiz qanadlı, uzunluğu 1 sm-dək, 
diametri  0,3  sm,  tünd  narıncı,  yuxarı  hissəsində  küt  və  ya  bəzən  bizdir. 


 
İran  yasəməninin  çiçəkləməsi  mayda  başlayır  və 
iyuna  qədər  davam  edir.  İyulda-avqustda  meyvə 
verir.  
Çoxalması: Generativ və vegetativ yolla çoxalır.  
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca 
olaraq insan fəaliyyətidir.  
Becərilməsi:  Mədəni  halda  Nəbatat  bağlarında 
park və bağlarda becərilir.  
Qəbul edilmiĢ qoruma tədbirləri: Qəbul edilmiş 
qoruma tədbiri yoxdur. 
Zəruri  qoruma  tədbirləri:  Azərbaycanın  Qırmızı  Kitabı”na  daxil 
edilməsi zəruridir.  
Məlumat mənbələri: Деревья и кустарники. СССР. т. 5. 1960; Флора 
Азербайджана  т.7.  1957;  Azərbaycanın  ağac  və  kolları.  III  cild.  1970; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  kitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  
2005; 2006; 2008.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia :Oleaceae Hoffmgg. Lınk
Zeytunkimilər fəsiləsi                                 
Genus: Jasminum L.- Jasmin cinsi 
Species: Jasminum fruticans L. – Kolvari jasmini  
Sp. Pl. 7 1753
(Şəkil dəyişilsin) 
Ümumi yayılması: Qafqaz. 
Azərbaycanda yayılması: Naxçıvan dağlarında yayılmışdır.  
Statusu: Azərbaycanın nadir növüdür. VU D2.  
Bitdiyi  yer:  Orta  dağ  qurşağında  nəmli  yamaclarda  ,  kolluqlarda  rast 
gəlinir. 
Təbii ehtiyatı: Azərbaycanda arealı dardır. 
Bioloji xüsusiyyətləri: Yarpaqları sadə və ya lələkvaridir. Kasacığı zəng-
vari,  boruvari-zəngvari,  konusvari  və  ya  boruvari,  meyvəvermə  vaxtı 
dəyişmir və ya bir az artır; yuxarı dodağı üç dişlidir. Çiçək tacı həmişə iki 
dodaqlıdır;  yuxarı  dodağı  oraqvari  və  ya  düzdür;  aşağı  dodağın  orta 
qanadı yanlardan çox iridir; bəzən yanlara bərabərdir. Erkəkcikləri ikidir, 
sütuncuğu  sapvaridir;  dişicik  ağzı  iki  qanadlıdır.  Qozaları  yumurtavari, 
yumru və ya bəzən təxminən üç hissəli, hamardır.  
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsilə çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir.  
Becərilməsi: Mədəni şəraitdə becərilir. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Qəbul  edilmiş  qorunma  tədbiri 
yoxdur. 
Zəruri  qoruma  tədbirləri:  Azərbaycanın  Qırmızı  Kitabı”na  daxil 
edilməsi tövsiyə olunur. 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə