Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə43/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   39   40   41   42   43   44   45   46   ...   91

 
borucuğuna  bərabər  və  ya  bir  az  ondan  uzun,  enli  haşiyələnmişdir. 
Kasacığın uzunluğu 10-11 mm olub qıfvaridir. Borucuğu tükcüklü, bükü-
yü  ağ,  10  qanadlı,  tünd-qonur,  kənarlarına  qədər  çatan  damarcıqlıdır. 
Çiçək tacı açıq- qırmızıdır. Toxumu uzunsov olub uzunluğu 5-6 mm, eni 
təxminən 0,5 mm, qonurdur. May-iyun aylarında çiçəkləyir. 
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsilə çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir. 
Becərilməsi: Məlumat yoxdur. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Qəbul  edilmiş  qoruma  tədbirləri 
yoxdur. 
Zəruri  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na  daxil 
edilməsi tövsiyə olunur. 
Məlumat  mənbələri:  Флора  Азербайджана.  т.7.  1957;  Azərbaycanın 
“Qırmızı”  və  “Yaşıl  Kitabları”na  tövsiyə  olunan  bitki  və  bitki  forma-
siyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 
2008. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia:Limoniaceae  Ser.  (Plumbaginaceae  Lindl.) 
QurĢunçiçəyikimilər fəsiləsi 
Genus: Acantholimon Boiss. – Tıs-tıs cinsi 
Species: Acantholimon schemachense Grossh. – ġamaxı tıs-tısı 
Trudy Obshch. Pas. Ser. A 7: 99 1931. 
 
Ümumi yayılması: Azərbaycan. 
Azərbaycanda yayılması: Abşeronda, Qobustanda rast gəlinir 
Statusu: Azərbaycanın nadir növüdür.VU D2. 
Bitdiyi  yer:  Aşağıdan  orta  dağ  zolağına  qədər  quru,  daşlıq  yamaclarda 
bitir. 
Təbii ehtiyatı: Arealı dardır. 
Bioloji  xüsusiyyətləri  Alçaq  koldur.  Yastıqcığı  çox  möhkəm,  yarımşar-
şəkilli,  diametri  15-35  sm-dir.  Yay  yarpaqları  açıq  göyümtül,  çoxsaylı, 
açıq, əhəngli nöqtəli, hamar, üçhissəli, cod, qısa, uzunluğu 5-7 (bəzən 10-
15)  mm,  eni  təxminən  1  mm,  ucu  biz,  çılpaq,  kənarları  xırda  tükcüklü,  
sıx oturandır. Yaz yarpaqları bir az qısa və enlidir. Çiçək saplaqları qısa, 
təxminən yarpaqlardan uzun deyil, əsasən sadə, bəzən az budaqlı, hündür-
lüyü 2-2,5 sm, çox qısa tükcüklüdür. Çiçəkləri seyrək 1-5(6) sünbüllərdə 
yerləşir. Sünbüllərin uzunluğu (9)10-12 mm, birçiçəklidir. Çiçək altlıqları 
çılpaqdır. Üst çiçəkaltlığı təxminən iki dəfə içəridəkilərdən qısa, uzunluğu 
4-5 mm, uzunsov-yumurtavari, qısa uclu, ensiz haşiyəlidir. Içəri çiçəkalt-
lıqları  təxminən  kasacığın  borucuğuna  bərabər,  enli  haşiyələnmiş,  qısa 
ucludur.  Kasacığın  uzunluğu  8-10  (11)  mm,  qıfşəkillidir.  Borucuğun 
uzunluğu 6-7 mm olub, damarcıqlarının tükcüklüdür. Borucuğun büküyü 


 
ağ, eni təxminən 4 mm, tünd -qonur, kənarlarına qədər küt damarcıqlıdır. 
Çiçək tacı çəhrayıdır. May-iyun aylarında çiçəkləyir. 
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsilə çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir. 
Becərilməsi: Məlumat yoxdur. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri  Azərbaycanın  “Qırmızı  Kitabı”na 
daxil edilmişdir. 
Zəruri  qoruma  tədbirləri:  Bitkinin  sıx  bitdiyi  yerlərin  mühafizə  altna 
alınması zəruridir. 
Məlumat  mənbələri:  Флора  Азербайджана.  т.7.  1957;  Azərbaycanın 
“Qırmızı”  və  “Yaşıl  Kitabları”na  tövsiyə  olunan  bitki  və  bitki  formasi-
yaları.1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  2005;  2006; 
2008. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Lythraceae Jaume St.-Hil. 
Ağlarotkimilər fəsiləsi
 
Genus: Punica L. – Nar cinsi 
 
Species: Punica granatum L. - Adi nar 
Sp. Pl. 1: 472 472 1753. 
 
Ümumi  yayılması:  Rusiya,  Orta  Asiya,  İran,  Əfqanıstan  və  Türkiyədə 
təbii arealları vardır. 
Azərbaycanda yayılması Ağdaş, Ağsu, Lənkəran, Şəki, Astara, Naxçıva 
MR-in ərazilərində təbii halda rast gəlinir. 
Statusu: Azərbaycanın relikt nadir növüdür. NT. 
Bitdiyi  yer:  Aşağıdan  orta  dağ  qurşağına  qədər  quru,  daşlı  yamaclarda 
bitir. 
Təbii ehtiyatı: Arealı dardır. 
Bioloji xüsusiyyətlər: Adi nar qışda yarpağını tökən, 2-7 m-ə qədər 
hündürlükdə koldur. Bitkinin gənc zoğları 4 künclü olub, kül rəngində və 
ya  qəhvə  rəngindədir.  Tüksüzdür.  Tumurcuqları  2  cüt  pulcuqludur,  qır-
mızı  –  şabalıdı  rəngindədir.  Yarpaqları  tərsinə  yumurta  şəklindədir,             
2-7 sm uzunluğunda ola bilir. Meyvələri əvvəlcə yaşılımtıl olur, yetişdik-
də  rəngi  dəyişir.  Meyvədə  olan  toxumlar  çoxsaylıdır.  Toxumun  xarici 
hissəsi ətlidir. 
Çoxalması: Təbiətdə əsasən toxum vasitəsilə çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir. 
Becərilməsi: Mədəni şəraitdə becərilir. 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə