Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə54/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   50   51   52   53   54   55   56   57   ...   91

 
Familia: Rosaceae Juss
Gülçiçəkkimilər fəsiləsi                                                    
Genus: Pyrus L. – Armud cinsi 
Species: Pyrus zangezura Maleev – Zəngəzur armudu 
Trudy Bot. Inst. Akad. Nauk S.S.S.R., Ser. 1, Fl. Sist. Vyssh. Rast. 3: 195 (1937).  
 
Ümumi yayılması: Ermənistanda (Basarkeçər  rayonu Məzrə kəndi, Sav-
Çay dərəsi) təbii halda yayılmışdır. 
Azərbaycanda yаyılmаsı:. Qаrаbаğdа, Naxçıvan MR Şahbuz rayonunun  
Biçənək  kəndində  meşəlikdə,  Sərxanbiçən  ərazisində  1900-2000  m 
yüksəklikdə rast gəlinir. 
Stаtusu: Аzərbаycаnın nаdir bitкi növüdür. CRA2abc; C1.  
Bitdiyi  yеr:  İşıqlı  qarışıq  meşələr-
,  daşlı-qayalı  quru  yamaclarda 
aşağı  və  orta  dağ  qurşaqlarında  çay 
vadilərində rast gəlinir. 
Təbii еhtiyаtı: Azərbaycanda arealı 
geniş deyildir. 
Biоlоji  хüsusiyyətləri:  Təbiətdə  10 
m-ə qədər hündürlükdə ağacdır. Bit-
ki tikansızdır. Bitkinin cavan zoğları 
tündboz  rəngdə  olub  tökülən  tüklü-
dür.  Ağacın  yarpaqları  ellips  və  ya  lansetşəkillidir.  Yarpaqları  5-10  sm 
uzunluğunda 3,5-4 sm enində ola bilir. Yarpaqları küt və ya sivri ucludur. 
Meyvələri  armudvarı  və  ya  şar  şəklindədir.  Mеyvələri  bərk  lətli  və 
uzunluğu təхminən 2 sm оlаn, sаncаqvаrı qаlınlаşmış sаplаqlıdır. Aprel-
may  aylarında  çiçəkləyir,  avqust-sentyabr  ayları  arasında  isə  meyvəsi 
yetişir. 
Çохаlmаsı: Təbiətdə əsasən generativ yolla çoxalır.  
Təbii еhtiyаtın dəyiĢilməsi səbəbləri: Bаşlıcа оlаrаq insаn fəаliyyətidir.  
Bеcərilməsi: Mədəni halda Nəbatat bağlarında becərilir.  
Qəbul  еdilmiĢ  qоrumа  tədbirləri:  Qəbul  edilmiş  qorunma  tədbiri 
yoxdur. 
Zəruri qоrumа tədbirləri: Аzərbаycаnın “Qırmızı Kitabı”na dахil еdil-
məsi tövsiyə olunur. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.3.  1954;  Флора 
Азербайджана.  т.5.  1954;  Azərbaycanın  ağac  və  kolları.  III  cild.  1970; 


 
Красная  Книга  СССР.  1984;  Azərbaycanın  “Qırmızı  Kitabı”.  1989; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  
2005;  2006;  2008;  Naxçıvan  Muxtar  Respublikası  florasının  taksonomik 
spektri.  2008;  Naxçıvan  MR-nın  flora  müxtəlifliyi  və  onun  nadir  növ-
lərinin qorunması. 2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Rosaceae Juss
Gülçiçəkkimilər fəsiləsi                                                    
Genus: Pyrus L. – Armud cinsi 
Species: Pyrus voronovii Rubtz. - Vоrоnоv armudu 
 
Ümumi yayılması: Ermənistanın Meqri rayonunda Taştun, Liçk, Arevik 
kəndləri ərazisində təbii arealı vardır. 
Azərbaycanda yаyılmаsı: Naxçıvan MR-in Şahbuz Dövlət Təbiət qoru-
ğunda Sərxanbiçən ərazisində 1900-2100 m yüksəkliklərdə rast gəlinir. 
Stаtusu:  Аzərbаycаnın  nаdir 
bitкi növüdür. CRA2abc; C1. 
Bitdiyi  yеr:  İşıqlı  qarışıq  me-
şələrdə,  daşlı-qayalı  quru  ya-
maclarda aşağı və orta dağ qur-
şaqlarında  çay  vadilərində  rast 
gəlinir. 
 Təbii  еhtiyаtı:  Arealı  geniş 
deyildir. 
Biоlоji хüsusiyyətləri: Təbiətdə hündürlüyü 9 m-ə qədər olan ağac və ya 
koldur. Bitkinin tac hissəsi yumru olub gövdəsi hamardır.Bitkinin budaq-
ları  tikanlıdır.  Cavan  zoğları  tünd  qırmızı  rənglidir,  sonradan  bozumtul 
rəngə  çevrilir  və  tikanlı  olur.  Yarpaqları  rombşəkilli  olub  yarpağın  orta 
hissəsi enli olur. Yarpaqlarının uzunluğu 6,5-8 sm eni isə 4-5 sm arasında 
olur. Yarpaqları tüksüz olub alt hissədə solğun rəngdə olur. Meyvələri kü-
rəşəkilli olub yaslımtıl bəzən qırmızımtıl rəngdə olur. Meyvə saplağı 2-3 
sm arasında olur. Aprel ayında çiçək açır avqust ayında meyvələri yetişir. 
Çохаlmаsı: Təbiətdə əsasən generativ yolla çoxalır.  
Təbii  еhtiyаtının  dəyiĢilməsi  səbəbləri:  Bаşlıcа  оlаrаq  insаn  fəаliy-
yətidir.  
Bеcərilməsi: Mədəni halda Nəbatat bağlarında becərilir.  
Qəbul еdilmiĢ qоrumа tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur. 
Zəruri  qоrumа  tədbirləri:  Аzərbаycаnın  “Qırmızı  Kitаbı”nа  dахil 
еdilməsi tövsiyə olunur.  
Məlumat  mənbələri:  Флора  Кавказа.  1952;  Деревья  и  кустарники 
СССР.  т.3.  1954;  Флора  Азербайджана.  т.5.  1954;  Azərbaycanın  ağac 
və  kolları.  III  cild.  1970;  Красная  Книга  СССР.  1984;  Azərbaycanın 
“Qırmızı  Kitabı”.  1989;  Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na 


 
tövsiyə  olunan  bitki  və  bitki  formasiyaları.  1996;  Azərbaycan  florasının 
konspekti. I-III cildlər.  2005; 2006; 2008; Naxçıvan Muxtar Respublikası 
florasının taksonomik spektri. 2008; Naxçıvan MR-nın flora müxtəlifliyi 
və onun nadir növlərinin qorunması. 2011. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə