Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə52/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   48   49   50   51   52   53   54   55   ...   91

 
Familia: Rosaceae Juss
Gülçiçəkkimilər fəsiləsi                    
Genus: Laurocerasus Duham.- Dəfnəgilənar cinsi 
Species: Laurocerasus officinalis M.Roem. – Dərman dəfnəgilənarı 
Fam. Nat. Syn. Monogr. 91 91 1847
Ümumi  yayılması:  Balkan  yarımadası,  Kiçik  Asiya  və  İranda  təbii 
arealları vardır.  
Azərbaycanda  yayılması:  Astara,  Balakən  rayonları  ərazilərində  təbii 
halda yayılmışdır.  
Statusu: Azərbaycanın nadir bitkisidir. CR B1bc(i,ii,iv
)
.  
Bitdiyi yer: Daşlı-qayalı quru yamaclarda rast gəlinir. 
Təbii ehtiyyatı: Azərbaycanda dar bir arealda yayılmışdır. 
Bioloji xüsusiyyətləri: Təbiətdə hündürlüyü 8 m-ə qədər olan ağac və ya 
koldur.  Dəniz  səviyyəsindən  600-800  m  yüksəkliklərə  qalxa  bilir.  Bit-
kinin  gövdəsinin  rəngi  boz  və  ya  qaramtıl  rngdə  olur,  hamar  deyil,  azca 
tüklüdür.  Zogları  tüklü  olub,  yaşıl  sonra 
isə  boz  rəngə  çevrilir.  Yarpaqları  1,0-1,5 
sm  uzunluğunda  olur  və  ellipsşəkillidir. 
Yarpaqlarının üst tərəfi tünd, alt tərəfi isə 
açıq  yaşıl  rəngdə  olur.  Çiçəkləri  ag  rəng-
dədir,  qisa  saplaqlı  olub,  ətirlidir.  Çiçək-
ləri  salxımşəkilli  çiçək  qrupunda  toplan-
mışdır.  
Çoxalması: Generativ və vegetativ yolla çoxalır.  
Təbii ehtiyatının dəyiĢmə səbəbləri: Başlıca olaraq insan fəaliyyətidir.  
Becərilməsi: Mədəni halda Nəbatat bağlarında becərilir.  
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na 
daxil edilmişdir. 
Zəruri qoruma tədbirləri: Yeni yasaqlıqların yaradılması vacibdir. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.3.  1954;  Флора 
Азербайджана.  т.5.  1954;Azərbaycanın  ağac  və  kolları.  III  cild.  1970; 
Красная  Книга  СССР.1984;  Azərbaycanın  “Qırmızı  Kitabı”.  1989; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  
2005; 2006; 2008. Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı 
bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin repro-
duksiyasının,  reproduksiyasının  və  repatriasiyasının  elmi  əsasları,  b.e.d. 
alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı.2011.  


 
Familia: Rosaceae Juss.  
Gülçiçəkkimilər fəsiləsi                                                    
Genus: Pyrus L. – Armud cinsi 
Species: Pyrus boissieriana Buhse – Buassye armudu 
Nouv. Mém. Soc. Imp. Naturalistes Moscou 12: 87 87 1860
 
Ümumi yayılması: Türkmənistan və İranda təbii arealları vardır. 
Azərbaycanda yayılması: Astara və Lənkəran rayonları ərazilərində təbii 
halda rast gəlinir.  
Statusu: Azərbaycanın nadir bitki növüdür. CR B1bc(i,ii,iv
)

Bitdiyi yer: Daşlı-qayalı quru yamaclarda rast gəlinir. 
Təbii ehtiyatı: Azərbaycanda dar bir arealda yayılmışdır. 
Bioloji  xüsusiyyətləri:  Təbiətdə  Buassye  armudu  5-6  hündürlüyə  qalxa-
bilən  və  sərt  tikanlı  ağacdır.  Azərbaycanın  Lənkəran  rayonunun  meşələ-
rində  və  tala  kənarlarında  yayılmışdır.  Budaqları tünd  rənglidir.  Yarpaq-
ları yumru və ya yumurtaşəkilli olub, kənarları dişlidir, uzunluğu 2-3 sm-
dir. Yarpağın üst tərəfi tüksüz, yaşıl rəngdə, alt tərəfi isə seyrək tüklü, gir-
də yumurtavari və ya ovalşəkillidir. Çiçəkləri və meyvələri (1-2sm) xırda-
dır. Meyvəsinin saplağı, özündən bir neşçə dəfə uzun, tüksüz və  xallıdır. 
Aprel ayında çiçəkləyir, meyvəsi avqust ayında yetişir. 
Çoxalması: Təbiətdə əsasən generativ yolla çoxalır.  
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir. 
Becərilməsi: Mədəni halda Nəbatat bağlarında becərilir.  
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na 
daxil edilmişdir.  
Zəruri qоrumа tədbirləri: Yeni yasaqlıqların yaradılması vacibdir. 


 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.3.  1954;  Флора 
Азербайджана.  т.5.  1954;Azərbaycanın  ağac  və  kolları.  III  cild.  1970; 
Красная  Книга  СССР.1984;  Azərbaycanın  “Qırmızı  Kitabı”.  1989;  
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  
2005; 2006; 2008. Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı 
bitkilərinin  in  situ  və  ex  situ  şəraitində  bioekoloji  xüsusiyyətlərinin  rep-
roduksiyasının, reproduksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d. 
alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı.2011.  
  
  
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə