xarı, 4 hissəli, ucunda 4 qısa sütuncuqlu və başcıq, dişicik ağızlıdır. Mey-
vəsi – düz və ya oxunda burulmuş, bərk meyvə yanlıqlı, qanadlı və ya
tükcüklü qozadır. Tükcükləri bir neçə dəfə qozadan uzundur və meyvəyə
şarşəkilli forma verir. Qanadlı toxumları küləklə asanlıqla yayılır. Odun-
caqlı qabığı cücərməni zəiflədir və ona görə toxumların cücərməsi əsasən
az olur. Bu səhra kollarının vegetasiyası martın axırları - aprelin əvvəlləri
başlayır. Çiçəkləmə aprelin ortalarında və ya axırlarında, meyvəvermə və
toxum əmələ gətirmə isə mayın axırları və ya iyunun əvvəlləri müşahidə
edilir.
Çoxalması: Təbiətdə əsasən generativ və getativ yolla çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliyyə-
tidir.
Becərilməsi: Mədəni halda botanika bağlarında becərilir.
Qəbul edilmiĢ qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na
daxil edilmişdir.
Zəruri qoruma tədbirləri: Naxçıvan MR-də bitkinin populyasiyası çox
olan yerlərdə mühafizə ocaqlarının yaradılması zəruridir.
Məlumat mənbələri: Деревья и кустарники. СССР. т.2.1951; Флора
Азербайджана. т.6. 1955; Флора Кавказа т.6.1962; Azərbaycanın ağac
və kolları. II cild. 1964; Красная Книга СССР. 1984; Azərbaycanın
“Qırmızı” və “Yaşıl kitabları”na tövsiyə olunan bitki və bitki formasi-
yaları. 1996; Azərbaycanın “Qırmızı Kitabı” 1989; Azərbaycan florasının
konspekti. I-III cildlər. 2005; 2006; 2008; Naxçıvan Muxtar Respublikası
florasının taksonomik spektri. 2008; Naxçıvan Muxtar Respublikasının
“Qırmızı Kitabı”. 2010; Azərbaycanın nadir və nəsli kəsilməkdə olan
oduncaqlı bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlə-
rinin reproduksiyasının, reproduksiyasının və repatriasiyasının elmi əsas-
ları, b.e.d. alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı. 2011; Naxçıvan
MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.
Familia: Rhamnaceae Juss.
Murdarçakimilər fəsiləsi
Genus: Frangula Mill.- Murdarça cinsi
Species: Frangula grandiflora Grub.- Ġriçiçəkli murdarça
Ümumi yayılması: İranda (Gilan) təbii halda rast gəlinir.
Azərbaycanda yayılması: Qusar (Samur çayı kənarı), Lənkaran (Ələzə-
pin Apu kəndləri ətrafı), Lerik (Siov kəndi) rayonlarında təbii halda
yayılmışdır.
Ctatusu: Azərbaycanın nadir və relikt bir bitkisidir. CR A1abc;
B1ab(i,iii).
Bitdiyi yer: Əsasən aşağı dağ qurşağında qarışıq enliyarpaq meşələrdə
çay kənarlarında rast gəlinir.
Təbii ehtiyatı: Azərbaycanda dar bir arealda yayılmışdır.
Bioloji xüsusiyyətləri: Təbiətdə hündürlüyü 6 m-dək olan kol və ya kiçik
ağacdır. Bitkinin gövdəsinin qabığı tünd boz və ya qara rəngdə olur. Bit-
kinin cavan zoğlarının rəngi məxməri yaşıl olur. Yaşlı budaqları isə yaş-
lımtıl boz rəngdə olur. Tumurcuqları iri olub tüklüdür. Yarpaqları ellips-
şəkilli olub 6-23-eni isə 4-13 sm ölçü-
sündə ola bilir. Yarpaqların qaidə his-
səsi yumru və ya ürək şəklində ola bi-
lir. Yarpaqlarının kənarları xırda ya-
rımdairəvi mişardişlidir. Yarpaq sap-
laqları 1-2,5 sm uzunluğundadır. Çi-
çəkləri sarımtıl rəngdə olub, xırdadır.
Meyvələri tünd qırmızı rəngdə olub 5-
9 mm diametrindədir. May-iyun ayla-
rında çiçək açır və avqust aynda mey-
vəsi yetişir.
Çoxalması: Təbiətdə əsasən generativ yolla çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi: Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi: Mədəni halda Nəbatət bağlarında becərilir.
Qəbul edilmiĢ qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na
daxil edilmişdir.
Zəruri qoruma tədbirləri: Yeni yasaqlıqların yaradılması vacibdir.
Məlumat mənbələri: Деревья и кустарники СССР. т.2. 1951; Флора
Азербайджана. т.6. 1955;Azərbaycanın ağac və kolları. II cild. 1964;
Красная Книга СССР.1984; Azərbaycanın “Qırmızı Kitabı”. 1989;
Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və
bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər.
2005; 2006; 2008. Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı
bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin rep-
roduksiyasının, reproduksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d.
alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı.
Familia: Platanaceae Dum.
Dostları ilə paylaş: |