Familia: Rosaceae Juss.
Gülçiçəkkimilər fəsiləsi
Genus: Rоsа L.- Itburnu cinsi
Species: Rosa oxyodon Boiss.– ĠtidiĢli itburnu
Fl. Orient. [Boissier] 2: 674. [Dec 1872 or Jan 1873]
Ümumi yayılması: Gürcüstanda (Tuşeniya) və Dağıstanda təbii arealı
vardır.
Azərbaycanda yayılması: Böyük Qafqazda - Quba rayonu ərazisində
rast gəlinir.
Statusu: Azərbaycanın nadir bitkisidir. VU D2.
Bitdiyi yеr: Yuxarı dağ və subalp qurşaqlarda meşələrin kənarlarında, kol-
luqlarda çayların kənarlarında, çəmənliklərdə və
yamaclarda yayılmışdır.
Təbii ehtiyatı: Azərbaycanda dar bir arealı vardır.
Bioloji xüsusiyyətləri: Hündürlüyü 1 m-ə qədər olan qırmızımtıl və ya
tünd qırmızı qabıqlı alçaqboy koldur. Qopartikanları möhkəm, düz yönəl-
miş tək-tək və ya cüt-cüt yеrləşmişdir. Yarpaqları 5-7 ədəd yumru və ya
ellipsşəkilli ikiqat dərin dişli yarpaqcıqlardan təşkil olunmuşdur.
Çiçəkləri
tək-tək və ya 2-7-dir. Çiçək saplağı 1-4 sm uzunluqda, sıx vəzicikli-kobud
tüklüdür. Ləçəkləri çəhrayı rəngli olub, zəif oyuqludur. Meyvəsi yumur-
tavarı, armudvarı və ya kürəcikvarı оlub adətən tüklüdür. İyun ayında
çiçək açır.
Çoxalması: Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri səbəbləri: Başlıca olaraq insan
fəaliyyətidir.
Becərilməsi: Məlumat yoxdur.
Qəbul edilmiĢ qoruma tədbirləri: Xüsusi mühafizə tədbirləri tərtib
edilməmişdir.
Familia: Rosaceae Juss.
Gülçiçəkkimilər fəsiləsi
Genus: Rоsа L.- Itburnu cinsi
Species: Rosa sosnovskiana Таmamsch. – Sosnovski itburnu
Bot. Mater. Gerb. Bot. Inst. Komarova Akad. Nauk S.S.S.R. 11: 90. 1949
Ümumi yayılması: Cənubi Zaqafqaziyada - Ermənistanın Makravani
rayonu
ərazisində təbii arealı vardır.
Azərbaycanda yаyılması: Naxçıvanın MR-in dağlıq sahəsində rast
gəlinir.
Statusu: Azərbaycanın nadir bitkisidir. VU A2c+3c.
Bitdiyi yer: Yuxarı dağ və subalp qurşaqlarında, meşələrin kənarlarında,
kolluqlarda, çay kənarlarında, çəmənliklərdə və
yamaclarda yayılmışdır.
Təbii ehtiyatı: Azərbaycanda dar bir arealı vardır.
Bioloji xüsusiyyətləri: Bozumtul-darçını qabıqlı budaqlаrı olan, bir qədər
hündürboylu koldur. Qopartikanları xırda, samanı-sarı rəngdədir, düz və
ya bir qədər əyilmişdir, Qaidə hissəsi enliləşmişdir. Yarpaqları 10-12 sm
uzunluğundadır. Yarpaqları 7-9 ədəd yarpaqcıqdan əmələ gəlmişdir. Yar-
paqcıqlarının kənarları mişardişlidir. Çiçəkləri əksərən tək-təkdir, bəzən
3-3, 4-4 bir yerdə yerləşmişdir.
Çiçək saplağı qısa, qaidə hissəsi qopartikancıqlıdır. Kаsаyаrpаqcıq-
lаrı lansetşəkilli, dar və ya uzun əlavələrə malik olub, çiçəklənmənin so-
nunda yuxarıya meyillidir. Meyvəsi çox iri, kürəcikvarıdır. İyun və iyul
aylarında çiçək açır.
Çoxalması: Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliy-
yətidir.