Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki


Sovet Ġttifaqı Qəhrəmanı, akademik



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə42/123
tarix04.04.2022
ölçüsü1,19 Mb.
#85050
1   ...   38   39   40   41   42   43   44   45   ...   123
Sovet Ġttifaqı Qəhrəmanı, akademik 
BÜNYADOV Ziya Musa oğlu 
(1921-1997) 
 
Azərbaycanın  Astara  şəhərində  dünyaya  göz  açmış  və  1939-cu  ildə  hərbi 
xidmətə çağırılmışdır.  1941-ci ildə Bakıda hərbi məktəbi qurtarmış və 1942-ci ilin 
avqustunda  5-ci  Zərbə  Ordusu  tərkibində  (I  Belarus  cəbhəsi)  olan  xüsusi  atıcı 
rotaya komandir göndərilmişdir. 
1945-ci  ilin  14  yanvarında  kapitan  Ziya  Bünyadovun  rotası  Pilitsa  çayını 
keçərək, körpünü müdafiə etmiş və arxadan gələn Sovet ordu hissələrinin körpünü 
keçərək  hücumu  genişləndirməsini  təmin  etmişdir.  Bu  döyüşdə  kapitan  Ziya 
Bünyadovun  rotası  100  nəfərdən  çox  düşməni  məhv  etmiş  və  45  nəfərini  əsir 
götürmüş, 5 mina atan və 3 top qənimət götürmüşdür. Bu döyüşə görə ona 1945-ci 
ilin 27 fevralında Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. 
Podpolkovnik Ziya Bünyadov 1946-cı ildə orduda xidmətdən tərxis edilmiş 
və  elmi  işdə  böyük  uğurlar  qazanmışdır.  Moskvada  Şərqşünaslıq  İnstitutunu 
qurtardıqdan  sonra  (1950)  Azərbaycan  Respublikası  Elmlər  Akademiyasının 
müxbir  üzvü  və  həqiqi  üzvü  (1969)  seçilmiş,  uzun  illər  Akademiyanın 
Şərqşünaslıq İnstitutunda direktor və Akademiyanın Vitse Prezidenti vəzifələrində 
işləmişdir. 
Akademik  Ziya  Bünyadov  şovinist  erməni  tarixçilərinin  çoxsaylı 
saxtakarlıqlarını  təkzibedilməz  elmi  faktlarla  ifşa  etmiş,  onların  Azərbaycan 
torpaqlarına sahib olmaq iddialarının əsassızlığını, Ermənistanın hazırki ərazisində 
vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığını elmi əsərlərində sübut etmişdir. 
Azərbaycanda  tarix  elminin  totalitarizm  buxovundan  azad  edilməsi, 
Azərbaycan  Demokratik  Respublikası  (1918-1920)  tarixinin  öyrənilməsi,  siyasi 
repressiya qurbanlarına bəraət verilməsi üçün lazımi sənədlərin axtarılıb tapılması 
sahəsində onun elmi axtarışları vətəndaşlıq mövqeyinin təntənəsidir. Azərbaycanda 
tarix  elmi  və  şərqşünaslıq  sahəsində  əldə  edilmiş  nailiyyətlərin  böyük  bir  hissəsi 
akademik Ziya Bünyadovun adı ilə bağlıdır. “60-70-ci illərdə Ermənistan millətçi 
və  separatçı  qüvvələri  tərəfindən  Qafqaz  tarixinə  aid,  o  cümlədən  Ermənistan-
Azərbaycan  tarixinə  dair  cürbəcür  və  tariximizi  təhrif  edən,  saxtalaşdıran, 
Ermənistanda  meydana  çıxmış  müxtəlif  yazıların,  məqalələrin  əleyhinə  ilk  dəfə 


66 
 
səsini  qaldıran  və  onlara  əsaslı,  dəlilli  mənbələrə  istinadan  cavab  verən,  onların 
qarşısını daim alan Ziya Bünyadov idi...” (H.Əliyev). 
Akademik Ziya Bünyadov müqəddəs kitabımız Qurani-Kərimi Azərbaycan 
dilinə  tərcümə  etmiş  və  ömrünün  son  aylarında  “Dinlər,  təriqətlər,  məzhəblər” 
kitabını  yazıb  qurtarmışdır.  İslami  dəyərlər  haqqında  müəllifin  bu  xidmətləri  və 
digər  əsərləri  Azərbaycan  xalqının  mənəviyyatının  zənginləşməsinə  böyük 
töhfədir. 
 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə