1
PROF. Ġ.Z.ĠSMAYILOV
(tarix elmləri doktoru)
AZƏRBAYCANLILARIN II DÜNYA MÜHARĠBƏSĠNDƏ ĠġTĠRAKI
Bakı şəhər veteranlar şurası
Nəzdindəki elmi-metodik komissiyanın
23.06.99 tarixli qərarına əsasən nəşr edilmişdir.
(protokol № 1)
Bakı 2000
2
“BİZİM ÜÇÜN II DÜNYA MÜHARİBƏSİNDƏ, FAŞİZMƏ QARŞI
APARILAN BÖYÜK VƏTƏN MÜHARİBƏSİNDƏ İŞTİRAK ETMİŞ HƏR BİR
ŞƏXS YÜKSƏK HÖRMƏTƏ MALİKDİR...”
HEYDƏR ƏLĠYEV
Mətnə rəy vermişlər:
Müharibə veteranı, prof. Ə.ġAKĠRZADƏ
Müharibə veteranı, prof. H.HACIYEV
Ġsmayılov Ġ.Z. Azərbaycanlıların II dünya müharibəsində iĢtirakı. Bakı,
2000.
Kitabın nəşrinə qismən sponsorluq etdiyinə görə müəllif Azərbaycan
Respublikası Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Tahir QULİYEVƏ və
Məişət Xidməti Şirkətinin prezidenti Eldar MİRZƏYEVƏ öz təşəkkürünü
bildirir.
Nəşrin xərcinin bir hissəsi müəllif tərəfindən ödənilmişdir.
Ġ.Z.ĠSMAYILOV, 2000.
3
“Hətta ağılsızlar arasında belə müharibə istəyən olmamalıdır. Çünki
dinclik olanda atalar övladlarının çiynində aparılaraq dəfn edilirlər, müharibə
olduqda isə atalar övladları dəfn etməli olurlar”.
Herodot
Oxucuya müraciət
Eramızdan əvvəl beşinci əsrdə yaşamış və “Tarixin Atası” sayılan
Herodotun bu sözləri müasir müharibələrin ön və və arxa cəbhələrində viranedici
atış qüvvəsinin zərbələri müqabilində sönük görülür: çünki indiki geniş miqyaslı
müharibələrdə atalar həlak olmuş övladlarının nəinki dəfn edə bilmir, hətta bir çox
hallarda özləri də cəbhə arxasında təyyarələrdən buraxılan bombalardan və top
atəşi zərbələrindən həlak olurlar. Lakin bununla belə Tarixin Atası Herodotun
sözlərində böyük məna vardır. Burada söhbət müharibə dövründə valideyn və
övladların aqibətindən gedir.
Müharibələrin xronikası tarixin ən qədim alt qatlarından başlayır. Lakin
qədim dövrdəki və XX əsrə qədər baş vermiş müharibələr əsasən lokal xarakter
daşımışdır. Hətta dünya ağalığı iddiası ilə ayrı-ayrı fatehlərin (Makedoniyalı
İskəndər, Çingiz xan, Napaleon və s.) başladıqları böyük müharibələr dünyanın
əksəriyyət ölkələrini eyni zamanda əhatə etməmişdir.
II dünya müharibəsində 60-dan çox ölkənin 2 milyarddan artıq əhalisi cəlb
edilmişdi ki, bu da o zaman dünya əhalisinin 80 %-ni təşkil edirdi.
Birinci və ikinci dünya müharibələri arasında Dünyanın nisbətən dinc
yaşaması dövrü 20 il çəkdi. Lakin bu “dinc dövr”də də bəşəriyyət hərbi
qarşıdurmalardan böyük itkilər vermişdir. Məşhur İsveç siyasətçisi Pyer Almark
“Açıq yara” kitabında (1997) yazır ki, XX əsrin “dinc dövrlərində” Dünyada 170
milyon insan məhv edilmişdir. 110 milyonu kommunistlərin hakimiyyətdə
olduqları ölkələrin payına düşür (bundan 62 milyonu 1917-1987-ci illər üzrə
Sovetlər İttifaqı xalqlarının verdiyi itkilərdir). Əlbəttə buraya repressiya dövrünün
siyasi qurbanları da daxildir.
1920-ci ilin mayından 1921-ci ilin əvvəllərinədək 40 mindən çox
azərbaycanlı Fövqəladə komissiyanın qərarı ilə məhv edilmişdir. 1934-38-ci illərdə
isə yenə də siyasi düşmən adı ilə 27854 nəfər məhv edildi. Bütövlükdə 1920-30-cu
illərdə Azərbaycanda xalq düşməni damğası ilə 400 mindən çox vətəndaş məhv
edilmiş, yarım milyondan artıq azərbaycanlı isə sürgünlərə göndərilmişdir. Bu
qədər böyük qırğının icraçılarının əksəriyyəti isə xalqımıza düşmən kəsilən yadlar
olmuşdur (bax “Xalq qəzeti”, 28 mart, 1999).
XX əsrin 70 ilində SSRİ-də hökm sürmüş ifrat dərəcədə mərkəzləşmiş
totalitar üsul-idarə, mərkəzin imperiya siyasəti Sovetlər İttifaqının dağılması
4
prosesini daha da sürətləndirdi. Zahirən möhtəşəm görünən Sovet dövlətinin
nisbətən qısa müddətdə dağılmasının səbəbləri hətta tamamilə öyrənilməmişdir. Bu
dağılma prosesinin nisbətən qısa müddətdə başa çatması həmin prosesin şahidləri
olan hətta bizləri də bəzən təəccübləndirirsə, görünür, bu dağılmanı görməyən
gələcək nəsillər üçün o, daha çox sirli görünəcəkdir.
Sovet hakimiyyəti illərində xalqın faşist Almaniyasının hücumuna qarşı
apardığı ən ağır və qanlı müharibə Böyük Vətən müharibəsi adlanır və bu
müharibədə SSRİ tərkibində yaşayan xalqlar 27 milyon nəfər itirdilər. Həmin
müharibədə Azərbaycanın itkisi 300 min nəfərdən çoxdur.
Birinci dünya müharibəsinin başlanmasında əsasən Antanta (İngiltərə,
Fransa, Rusiya) dövlətləri başçıları ittiham edilir. Lakin ondan dəfələrlə
çoxdağıdıcı olan və bir neçə dəfə çox insan itkisi ilə nəticələnən İkinci dünya
müharibəsinin əsas səbəbini Hitler ilə Stalin xarici siyasətlərinin barışmazlığı ilə
izah edənlər də az deyildir. Ədalət naminə demək lazımdır ki, bu tezislə çıxış
edənlər yaddan çıxarırlar ki, Hitler-Stalin qarşıdurması real olaraq 1941-ci ildə
başladı, II Dünya müharibəsi isə 1939-cu ildə başlamışdı və Sovetlər İttifaqının
müharibəyə cəlb edilməsi ilə başlanan Böyük Vətən müharibəsi II Dünya
müharibəsinin davamını, ikinci dövrünü təşkil edir. II Dünya müharibəsinin
sonunda antihitler ittifaqı dövlətləri (Sovetlər İttifaqı, Amerika Birləşmiş Ştatları
və İngiltərə) Almaniya faşizmi və Yaponiya militarizmi üzərində qələbə çalsa da,
qalib dövlətlərdən biri olan Sovetlər İttifaqının insan itkisi daha çox olmuşdur.
Müharibə qurtardıqdan sonra Sovetlər İttifaqının hakim dairələri bu itkinin
müqabilində qələbə üçün onu əsas götürdülər ki, nəticədə dünya sosializm
sisteminin yaradılmasına şərait əldə edildi və bu sistemin özəyi olan Sovetlər
İttifaqı öz hərbi gücünə görə dünyanın ən güclü iki ölkəsindən birinə (ABŞ ilə
yanaşı) çevrildi. SSRİ-nin dağılması ilə bu tarixi bəraətin (ümumi tarixi inkişaf
nöqteyi nəzərindən) əsassız olduğu ortaya çıxdı.
SSRİ dağıldıqdan sonra onun yerində 15 müstəqil dövlət yarandı və
bunların hər biri öz xalqlarının II dünya müharibəsində iştirakı haqqında
tədqiqatlar apararaq əsərlər nəşr edirlər. Təəssüflər olsun ki, Azərbaycanda bu iş
hələlik zəif aparılır.
Azərbaycanlıların II Dünya müharibəsində işrirakı mövzusunun geniş
işlənməsi və təbliği bir neçə səbəbə görə vacibdir:
Əvvəla: Azərbaycan indi Dünya dövlətləri sistemində müstəqil dövlətdir və
onun xalqının II Dünya müharibəsində iştirakı müstəqil bir mövzu kimi
işlənməlidir. Məlumdur ki, bu iştirak “Sovetlər İttifaqının Böyük Vətən
Müharibəsi” mövzusu içərisində çox səthi şərh edilirdi və solğun görünürdü.
Dostları ilə paylaş: |