Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   28   29   30   31   32   33   34   35   ...   48

81 
 
Lev Maneviçin sonrakı həyatı hərbi xidmətə həsr olunmuşdur. İkinci Dünya 
müharibəsi  illərində  antifaşist  istiqamətində  hərbi  kəşfiyyatçı  olmuş  və  həbs 
edilərək  polkovnik  Starostin  adı  ilə  hərbi  düşərgədə  (Almaniyada)  saxlanılırdı. 
1945-ci ilin may bayramı günlərində hərbi düşərgədə məhv edilmişdir.  
Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra verilmişdir. 
 
MĠRONOV Valentin Akimoviç 
 
Saratov vilayətində 1923-cü ildə dünyaya  göz açmış Valentin uşaq ikən öz 
valideynləri ilə Bakıya gəlmiş və onun uşaqlıq və gənclik dövrü burada keçmişdir.  
1941-ci  ildə  könüllü  olaraq  orduda  xidmətə  getmiş  və  hərbi  məktəbə 
göndərilmişdir.  
Pulemyotçular  dəstəsinin  komandiri  kiçik  leytenant  V.Mironovun  cəbhə 
həyatı 1943-cü ilin oktyabrında Şimali Qafqazdan başlamışdır.  
Sonrakı illərdə onun döyüş yolu Ukrayna, Krım və Pribaltikadan keçmişdir. 
Cəsur  rota  komandiri  leytenant  V.Mironovun  ən  ağır  döyüşü  Sapun-Qarada  oldu. 
Bu  döyüşdə  rotadan  yalnız  iki  nəfər  sağ  qalmışdı:  komandir  və  bakılı  döyüşçü 
Seyfulla  İsmayılov.  Hərbi  tapşırıq  böyük  qəhrəmanlıqla  yerinə  yetirilmişdi  və 
Sevastopol azad edildi. 
Sovet  İttifaqı  Qəhrəmanı  adı  Valentin  Mironova  1944-cü  ilin  16  mayında 
verilmişdir.  
Müharibə  qurtardıqdan  sonra  V.Mironov  Bakıya  qayıtmış  və  burada  Tibb 
institutuna qəbul olaraq hərbi həkim peşəsinə yiyələnmişdir. 
 
MƏMMƏDOV Məmməd Cəbrayıl oğlu 
(1920-1945) 
 
Qax rayonunun Baydarlı kəndində dünyaya göz açmış və 1940-cı ildə hərbi 
xidmətə  çağırılmışdır.  I  Ukrayna  cəbhəsində  döyüşən  52-ci  ordunun  373-cü  atıcı 
diviziyası tərkibində sanitar təlimatçısı, baş serjant Məmməd Məmmədov 1945-ci 
ilin  24  yanvarında  Oder  çayının  keçilməsi  (Polşa)  əməliyyatında  döyüş 
meydanında  ağır  yaralanmış  16  döyüşçü  və  bölmə  (rota)  komandirini  sudan 
çıxarmışdır. Həmin döyüşlər zamanı düşmən tərəfindən mühasirə edilmiş binadakı 
yaralıları silahla müdafiə edərkən atışmada həlak olmuşdur.  
Sovet İttifaqı Qəhrəmanı adı ona 1945-ci ilin 10 aprelində verilmişdir. Qax 
rayonu mərkəzində bir küçəyə onun adı verilmişdir.  
 
 
 


82 
 
MƏMMƏDOV Xəlil Məhəmməd oğlu 
(1916-1992) 
 
Şuşada  dünyaya  göz  açmış  və  1938-ci  ildə  hərbi  xidmətə  çağırılmışdır. 
1942-ci  ildə  II  Ukrayna  cəbhəsində  23-cü  tank  korpusu  tərkibində  batalyon 
komandiri  olan  kapitan  Xəlil  Məmmədov  1944-cü  ilin  avqustunda  Rumıniyanın 
Tırqu-Frumov  şəhərinin  faşistlərdən  azad  edilməsi  əməliyyatında  düşmənin 
gözləmədiyi  yerdən  hücum  edərək  qələbəni  təmin  etmişdi.  Bunun  arxasınca 
kapitan X.Məmmədovun tank batalyonu Siret çayını keçərək Roman şəhərinə daxil 
olmuş və düşmənin 4 minə qədər əsgər və zabitini əsir götürmüşdü. 
Sovet İttifaqı Qəhrəmanı fəxri adı ona 1945-ci ilin 24 martında verilmişdir. 
Mayor  X.Məmmədov  1946-cı  ildə  hərbi  xidmətdən  buraxılmış  və  Daxili  İşlər 
Nazirliyi  sistemində  general-mayor  rütbəsi  ilə  Nazir  müavini  səviyyəsinə  qədər 
yüksəlmişdir. 
 
MĠRZƏYEV Bahəddin ġahvələd oğlu 
 
1914-cü  ildə  İsmayıllı  rayonunun  Sulut  kəndində  dünyaya  göz  açmış  və 
1936-cı  ildə  hərbi  xidmətə  çağırılmışdır.  1942-ci  ildə  416-cı  Azərbaycan  Milli 
diviziyasının  1054-cü  topçu  alayında  batareya  komandiri  olan  baş  leytenant 
B.Mirzəyev  ağır  döyüşlərdə  iştirak  etmişdir.  Onun  komandir  olduğu  topçular 
batareyası 1945-ci ilin yanvarında I Belorusiya cəbhəsi tərkibində Polşa ərazisində 
döyüşərkən  yanvarın  16-dakı  döyüşdə  düşmənin  4  tankını  və  10  topunu  məhv 
edərək qələbəni təmin etmişdi.  
Sovet İttifaqı Qəhrəmanı adı ona 1945-ci ilin 24 martında verilmişdir.  
Kapitan B.Mirzəyev 1945-ci ildə orduda xidmətdən tərxis edilmiş və Rabitə 
nazirliyi sistemində hərbiləşdirilmiş müdafiə şöbəsi rəisi olmuşdur. 
 
MUSAYEV Mərdan Məmməd oğlu 
(1907-1982) 
 
Tovuz rayonunun Əlimərdanlı kəndində dünyaya göz açmış və 1941-ci ildə 
hərbi xidmətə çağırılmışdır. 
Qvardiya  baş  serjant  M.Musayev  III  Ukrayna  cəbhəsində  28-ci  ordu 
tərkibində  motoatıcı  batalyonda  bölmə  komandiri  olarkən  1944-cü  ilin  10  martı 
gecəsində  Borislov  şəhəri  uğrunda  döyüşdə  iştirak  etmiş,  Dnepr  və  İnqulen 
çaylarını  keçərkən  düşmənin  cəbhə  xəttindəki  silahlı  qüvvələri  məhv  etmiş  və 
hücumun  uğurlu  olmasını  təmin  etmişdir.  Həmin  döyüşdə  o,  şəxsən  batalyon 
komandirini həlak olmaqdan mühafizə etmişdir. 


83 
 
Sovet İttifaqı Qəhrəmanı fəxri adı ona 1944-cü ilin 3 iyununda verilmişdir. 
Müharibədən sonra Tovuz rayonunda müxtəlif vəzifələrdə işləmişdir.  
 
MUSTAFAYEV Bəkir Dursun oğlu 
(1898-1970) 
 
Gürcüstanın Axaltsix rayonunun Qlazar kəndində anadan olmuş və 1941-ci 
ilin  avqustunda  könüllü  olaraq  hərbi  xidmətə  getmişdir.  1942-ci  ilin  martında 
Şimali  Qafqazda  döyüşən  56-cı  Ordunun  164-cü  atıcı  alayının  tərkibində  döyüşə 
başlayan qvardiyaçı əsgər Bəkir Mustafayev 1943-cü ilin noyabrında məşhur Kerç 
əməliyyatında  (Krım  vilayəti)  qəhrəmanlıq  göstərmişdir.  Noyabrın  3-də  o, 
düşmənin möhkəmləndirilmiş səngərinə birinci daxil olaraq onun 9 nəfər əsgərini 
qranat  və  silah  ilə  məhv  etmiş  və  düĢmən  pulemyotundan  düĢmənə  atəĢ 
açmıĢdır. Bu döyüşdə yaralansa da döyüş yerindən çıxmamışdır. 
Sovet  İttifaqı  Qəhrəmanı  adı  ona  1944-cü  ilin  16  mayında  verilmişdir. 
Müharibə  qurtardıqdan  sonra  Səmərqənddə  (Özbəkistan)  yaşamışdır  və  orada  bir 
küçəyə onun adı verilmişdir. 
 
MUSTAFAYEV Xıdır Həsən oğlu 
(1905-1975) 
 
Gözəldərə kəndində (Ermənistan) dünyaya göz açmış və 1927-ci ildə hərbi 
xidmətə çağırılmışdır. Motoatıcı batalyon komandiri rütbəsində cəbhələrdə döyüşə 
1942-ci ilin sentyabrında başlamışdır. I Ukrayna cəbhəsində döyüşən 3-cü qvardiya 
tank ordusunda batalyon komandiri olan mayor X.Mustafayevin batalyonu 1943-cü 
ilin 7 noyabrında Kiyev vilayətində Fastov şəhərinə birinci olaraq daxil olmuş və 
onu azad etməkdə həlledici rol oynamışdır. 
Sovet İttifaqı Qəhrəmanı adı ona 1944-cü ilin 10 yanvarında verilmişdir. 
Polkovnik  X.Mustafayev  1954-cü  ildə  hərbi  xidmətdən  tərxis  edilərək 
Bakıda işləmişdir. 
 
MƏHƏRRƏMOV Məhəmməd Əli oğlu 
(1919-1977) 
 
Qasım İsmayılov rayonunun (indiki Goranboy) Qarasuçu kəndində dünyaya 
göz açmış və 1939-cu ildə hərbi xidmətə çağırılmışdır.  
Cəbhədə  döyüşlərə  1941-ci  ildə  52-ci  ordunun  254-cü  atıcı  diviziyasında 
bölmə komandiri vəzifəsində başlamışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə