100
çatışmazlığını milli burjuaziyanın səyləri nəticəsində aradan qaldırmaq mümkün olmuşdusa, silah və hərbi
texnika ilə təchizat olduqca zəif idi. Gürcü və erməni milli hissələri hələ müharibə dövründə silahla təmin
edilmiş, üstəlik 1917-ci ildə erməni diasporunun səyləri ilə Müvəqqəti Hökumətlə əlaqələr yaradılmış və erməni
hərbçilər rus ordusunda hərbi vəzifələrdən çox təminat və təchizata cavabdeh olan vəzifələri tuturdular.
Bolşeviklər hakimiyyətə gəldikdə də Qızıl Ordunun silah və sursatla təminatına cavabdeh olan idarələrdə
ermənilərin sayı kifayət qədər idi. ZK, azərbaycanlı deputatların səylərindən sonra, bəzi rus hissələrinin silah və
sursatlarının Müsəlman Korpusuna təhvil verməsi barədə qərar qəbul etdi. 1918-ci il yanvarın 7-də "Açıq söz"
qəzeti yazırdı ki, yaradılmaqda olan Müsəlman Korpusu tədricən Rusiyanın keçmiş 6-cı ordu korpusunu (5-сi və
7-ci atıcı diviziyalar) əvəz etməlidir, bu korpusun silah və sursatı Müsəlman Korpusuna veriləcək. Əslində isə
bu məsələ yubadılırdı. Yubadılmanın səbəbi bir tərəfdən rus hərbi hissələrinin bolşevik təbliğatına uyması və
milli hissələrə silah verməməsi idisə, digər tərəfdən ZK-nın rus, erməni və gürcü deputatları rus hərbi
hissələrindən Azərbaycan hissələrinə silah ayrılmasını qəsdən gecikdirirdilər. Silah çatışmazlığı problemini həll
etmək üçün yeganə yol rus ordusunun anbarlarına hücumlar təşkil etmək idi. A.Səfikürdski bildirmişdi: "..
.Müsəlmanlar günahkar deyillər ki, komissarlıqda təmsil olunan hökumət öz borclarını yerinə yetirmədiyi bir
halda, zorakı yolla silah əldə etməyə məcburdurlar...".
304
Nəhayət Zaqafqaziya Komissarlığından tərksilah
prosesini həyata keçirmək üçün razılıq alındı və bu prosesdə Müsəlman Milli şuralarının könüllüləri ilə bərabər
əsas rolu Tatar süvari alayı oynamalı idi. Lakin proses olduqca çətin gedirdi. Belə ki, 219-cu atıcı alay öz
silahlarını Tatar süvari alayına təhvil verməli idi və bu barədə razılıq əldə edilmişdi. Lakin bolşeviklərin
təbliğatı altına düşmüş alay bunu etməkdən imtina etdi. Təkcə Tatar süvari alayının qətiyyəti nəticəsində
tərksilahı həyata keçirmək mümkün oldu, 11 pulemyot, 200-dən çox tüfəng, patronlar, yük arabaları, bir neçə
əsgər mətbəxti və 40-a qədər minik atı ələ keçirildi. Lənkəranda 4-cü və 7-ci sərhəd alayları tərksilah edildi.
Kərim bəy Şaxtaxtinskinin rəhbərliyi altında olan Şahsevən
dəstələri İrandan geri qayıdan rus hissələrinin bir qismini
tərksilah edərək 6 pulemyot, 3 min tüfəng, 85 min patron, 10
yeşik bomba (qumbara) ələ keçirdilər. Yanvarın 15-də Şahsevən
süvariləri Astara Sovetinin 60 nəfərlik dəstəsini tərksilah
etdilər.
305
Zaqafqaziya Komissarlığı hərbi hissələrin zabitləri ilə
razılıq əldə edir, lakin bolşeviklərin təsiri ilə rus əsgərlərinin öz
zabitlərinə qarşı çıxıb (bəzən isə öldürüb) komissarların
dedikləri ilə oturub-durması razılaşmanı pozur, bu isə
gözlənilməz hadisələrlə nəticələnirdi. Belə gözlənilməz
hadisələrdən biri 1918-ci ilin yanvar ayının 8-10-da Şəmkir stansiyasında baş verdi. Şəmkir dəmir yolu
stansiyasından bir neçə eşelonun silahları vermədən Bakıya keçəcəyi xəbərini alan Yelizavetpol Müsəlman
Milli Komitəsinin üzvləri, Müsəlman Korpusunun komanda heyəti bu eşelonları tərksilah etmək qərarına gəldi.
Başda polkovnik L. Maqalov olmaqla Tatar süvari alayı və polkovnik S. Əfəndiyevin rəhbərlik etdiyi 5-ci
Yelizavetpol alayı silahları təhvil almalı idilər. Zaqafqaziya Komissarlığı hərbi hissələrlə razılığın əldə
olunmasını bildirmiş, hər ehtimala qarşı bir zirehli qatar və 100 nəfərlik gürcü dəstəsi göndərmişdi. Başda milli
ziyalılardan Ələkbər və Xudadat bəy Rəfibəyov qardaşları, A. Səfikürdski, X. Rüstəmbəyov olan Yelizavetpol
Müsəlman Milli Komitəsinin bir çox üzvləri də tərksilahda iştirak etməli idilər.
306
Yanvarın 6-da Qarayazı dəmir
yolu stansiyasına bir eşelon əsgər gəlmiş, Ukraynadan olan bu
əsgərlər razılığa əsasən silahları bir vaqona toplayaraq təhvil
vermiş, əvəzində ərzaq alaraq yola salınmışdılar. Dinc yolla
tərksilahın başa çatması digər eşelonlarla da problemlərin
olmayacağına ümid etməyə imkan verirdi. Lakin həmin Qarayazı
stansiyasına gələn növbəti eşelon büsbütün bolşevik təbliğatına
uymuş, nəinki öz silahlarını verməmiş, hətta əvvəlki eşelonun
təhvil verdiyi silahları ələ keçirməyə cəhd etmişdi.
ZK-nın göndərdiyi zirehli qatar eşelonun yolunu kəsmiş,
knyaz Maqalov ukraynalılardan götürülmüş silahlarla Müsəlman Milli Komitəsinin üzvlərini silahlandırmışdı.
307
Yanvarın 7-si, 8-i və 9-da danışıqlar aparılmış, danışıqları ZK adından polkovnik Maqalov və gürcü dəstəsinin
komandiri ştab - rotmistr Abxazava aparmışdılar. Bu "müsəlmanlar silahları alandan sonra rusları qıracaqlar"
deyən bolşevik təbliğatının qarşısını almalı idi. Dəmir yolu stansiyasında 10 eşelon düzülmüşdü. Bu
eşelonlardakı canlı qüvvənin bütün növ silahlara, о cümlədən toplara malik olması nəticəsində əsgərlər nəinki
304
Süleymanov M.S. Qafqaz İslam
Ordusu və Azərbaycan, s. 43.
305
SüleymanovM.S.Qafqaz İslam Ordusu və Azərbaycan, s.40-42.
306
Süleymanov M.S. Qafqaz İslam Ordusu və Azərbaycan, s.43
307
Süleymanov M.S. Qafqaz İslam Ordusu və Azərbaycan, s.44.