Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə28/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   24   25   26   27   28   29   30   31   ...   113

146

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Romanın fatehlik mücəssəməsi

Gəlir at belində məğrur, pürvüqar.

Önündə süvari, mətin alaylar.

Yanında müntəzir fleytaçılar

Musiqi dililə verilir qərar.

Kişnəyir havalı fateh atları,

Hələ qarşıdadır fütuhatları.

Keçir legionlar sərrast marş ilə,

Cənab at belində düşünür hələ:

Bir yanda Şamaxı, bir yanda Bakı.

Qobustan bu yollar ayrıcındakı

Qüdrətdən yaranmış qalaya bənzər.

Lənkəran, Astara – gül üstündə zər.

Narınclı, limonlu, almalı bağlar

İnsanı bu yerə əbədi bağlar.

Çəmənli, çəltikli, çaylı Masallı

Qışın qışlığında bahar misallı.

Daşınsın Romaya bu dövlət, bu var!

Kürə işıq salan qızıl balıqlar.

Kəs daha, dinləyə bilmirəm! Yetər!

Təzədən düşürəm alova, oda.

Nifrət bəsləyirəm mən fatehlərə,

Fatehdən danışan misralara da.

Mən Azər oğluyam! Qaradır gözüm.

Zaman öz milini çəkdi gözümə.

Bəlkə də gözlərim qaralmazdı heç,

Neftimin zülməti çökdü gözümə.

Soyub daşıdılar var­dövlətimi

Əvvəl dəvələrlə, sonra qatarla.

Ərəblər tuluqla içdi neftimi,

Avropa, Amerika nəhəng çanlarla.



147

Kəmərlər çəkildi, nəhəng kəmərlər.

Ölçdülər boyunu, diametrini.

Kəmərlər qurd kimi sorub əmərlər

Yerin şirəsini, yerin ətrini.

Vişşau, Denstrvil, Rotşild, Mantaşov...

Mənfur adınızı yenə də saydım.

Mən ötən illərin üstündən aşıb

Sizi öz əlimlə parçalasaydım!...

Görəsən qayalarda ürək ağrısı varmı?

Gəmirirmi köksünü

Qayaların qəzəbi

Qayaların əsəbi?..

Yox, əsəbi olsaydı

Sökülərdi qayalar.

Dönüb bir yanar dağa,

Fatehlərin başına tökülərdi qayalar.

Qalx ayağa, Domisian!

Mən səni qayalara dirəmək istəyirəm.

Bütün qəsbkarlara.

Nifrətimin, qeyzimin alovlarına səni

Bürümək istəyirəm.

Nəsilbənəslinizi... Sizi Yer kürəsindən

Kürümək istəyirəm.

Mənə elə gəlir ki, ölməmisən hələ sən.

Hələ dirisən, diri.

XX əsrdə bir az başqalaşıbdır fatehliyin növləri.

İndi fatehlər ancaq sərvət, sovqat aparmır,

Mənəviyyat aparır.

Vətən nemətilə bir

Vətən duyğusunu da

Şüurlardan qoparır!

Ürəklərdən qoparır!

Müstəmləkə xərçəngi

kök atır vicdana da.



148

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Virus kimi işləyir

iliyə də, qana da.

Formozada, Qanada, Kanadada, Konqoda

Dinlə, gör nələr deyir

İllər boyu susmayan o qırhaqır, qan­qada.

Ərzin gör neçə yerdən bağrı para­paradır.

Sağalmayan yaranı qəsbkarlar yaradır.

XX əsrdə dəyişib qəsbkarlar,

Bir az mədəni olub,

Bir az modern olubdur vicdanı, qəlbi karlar.

Gəlir xoş bir qılıqla,

Yaxınlıq,

Yaxşılıqla.

Gözündə buz təbəssüm, dişinin dibində öd!

Addımı gen, qəlbi dar

O qəssab qəsbkarlar.

Yadlar sanma vətənin

Bir gülünü aparır.

Vətəni yerli­dibli

Rişəsindən qoparır!

Qəsbin, qəsbkarlığın min ləkəsi yaranır!

Vətən xainlərinin şəbəkəsi yaranır.

Yaranır məmləkətdə milli satqınlar toru.

Yarsın qaranlıqları

Mənim bəbəklərimin qəzəb projektoru!

XX əsrdə dəyişib qəsbkarlar.

Heç bilsən neçə donda

Fatehlik iblisi var.

Aşkarı, gizlisi var.

Bürünmüş, maskalanmış ən iyrənci, pisi var.

Nə yamandır şüurda, idrakda müstəmləkə.

Başına sığal çəkə, sərvətinə süpürgə.




149

...Dişlərim ağ kəlbətin.

İmkan vermir nifrətim diqqətlə baxam sənə.

Aç gözünü, nəzər sal cahan xəritəsinə:

Sərhədlər dilim­dilim,

Ölkələr didim­didim.

Vətənlər parça­parça! Parçalar bizə tanış:

Koreya parçalanmış!

Almaniya parçalanmış!

Hərbin cəhənnəmində

Vyetnam parçalanmış!

Sönmüş vulkanlar yanır

insanların oduna.

Girir buqələmuntək

fatehlər dondan­dona.

Hörür hörümçək kimi

fitnə­fəsad torları.

İldırımlar doğrasın assimilyatorları!

Onların öz səngəri,

Öz xüsusi cəbhəsi.

Çox dürüst düşünülmüş

Layihəsi, nəqşəsi.

Assimilyasiyanın

dərəcəsi, faizi.

Kənddəki dairəsi,

şəhərdəki çəkisi.

İllik təsir qüvvəsi.

harda, hansı zərbəsi.

Bu dərdlər dünyasında

öz qubarım var mənim:

Azərbaycan dilində

hələ təzə dil açan Şəhriyarım var mənim.

Yenə alışıb yanır

diktorların nəfəsi.

Od tökür qəzetlərin yenə son səhifəsi.



150

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Batır yenə al qana Təl­Əvivin əlləri,

Ərəb balalarının saf, günahsız qanına.

qədər ki, başları əzilməyib, çəkilsin

Gürzələr yuvasına, qəsbkarlar qınına.

Qəsbkar əsri deyil XX əsr, yox!

Qurd niyyətli planlar dağım­dağım dağılır.

Cahan meridianları fateh gözlərinə ox.

Beş milyard insanlığın yumruqları sıxılır.

Görəsən qayaların ürək ağrısı varmı,

Gəmirirmi köksünü qayaların qəzəbi

Qayaların əsəbi?..

Yox, əsəbi olsaydı sökülərdi qayalar.

Dönüb yanar vulkana,

Fatehlərin başına tökülərdi qayalar.



1966

ÇAYLARIMIZ

Yalçın qayaları yırtıb dağıdan,

İldırım qeyzini sel­sel axıdan,

Çapaqdan, xəşəmdən, qızıl balıqdan

Rəng alan, dad alan dəli çaylarım,

Dağların dənizdə əli – çaylarım.

Sevirəm hayını, hay­harayını,

Nə qədər doğmadır o səs, o səda.

Müşfiq təlatümlü Tərtər çayının

Arzular çırpınar qıjhaqıjında.

Ov üstə atılan cavan şir kibi

Zəyəmçay şığıyar, sıçrar irəli.

Girdiman suları Cavanşir kibi

Dağıdar çiynilə dar sahilləri.




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə