172
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Qalxıram Savalan yüksəkliyinə,
Dilimdə, qəlbimdə Vətən nəğməsi.
Hər şeyin zirvəsi gərəkdir mənə:
Sevincin zirvəsi, qəmin zirvəsi.
Ver mənə odunu, Odlar diyarı!
Sanma bu atəşdən yan duracağam.
Bütün yoluqları, yarımçıqları
Sənin atəşinlə yandıracağam!
Türkan, 17 oktyabr 1970
SƏRVƏT
Mən görmüşəm yay günü çöllərə yağan qarı,
O qarı od içindən itkisiz yığanları.
Tonton qızıl pambığı qramqram dərincə
Barmaqlarının ucu alışıb yananları.
Son payızda elə bil qayalar çapar onlar,
Selin, suyun içindən incilər tapar onlar.
Hər pambıq əlçimini ağ günün özü kimi
İldırımın, gürşadın əlindən qapar onlar.
Paltarı didikdidik, əziz, məktəbli bala,
Mən səni də ananla bir cərgədə görmüşəm.
Çəkdirdiyi pambığa göz qoyanda maraqla,
Qapan yanında, çöldə, düşərgədə görmüşəm.
Misqalmisqal dərilən, xırmanxırman sərilən,
Önlükönlük boşalan xaralxaral gərilən
Yumşaq qızıl, ağ qızıl xəzinədir qarşıda,
Burazlarla sarınmış dağ boyda yüz maşında!
173
Görmüşəm yerlərə enmiş neçə min ağ buludu,
Demişəm: sərvətə bax, ən ulu dağdan uludu.
Şairin hey dolaşıb bir sözü qəlbimdə mənim:
“Pənbeyidağicünun içrə nihandır bədənim”.
Bakı, 1 noyabr, 1970
HƏSRƏT
“Mən öz qardaşıma mehman gələndə
Bir qələm, bir kağız, bir can gətirdim.
Bir şair könlünün arxalandığı
Ləkəsiz, boyasız vicdan gətirdim”.
Bizə əbəs yerə qardaş deyirlər,
Biz dostdan, qardaşdan yaxınıq bir az.
Bizə əbəs yerə sirdaş deyirlər,
Bilirsən, sirdaşdan yaxınıq bir az.
Bir az aramızda fərq yaranıbsa,
Mənim kədərimdir bu fərqin özü.
Qardaş demək azdır... Bəxtimsən mənim,
Gözlərində yanır günüm, gündüzüm.
Dərdimi həmişə gizlətdim ki, mən
Duyub dərd çəkməsin bizim əzizlər.
Qoy öpüm – deyirəm – dalğın gözündən,
Təbrizi görübdür bu xoşbəxt gözlər.
Görən bilir, ana Təbriz
qızılgüllər şəhəridir.
Şərqin mavi gövhəridir.
Yollarında Səttarxanın, Bağırxanın ayaq izi,
“Qırmızı su” qəbiristanı yazda çiçək, gül dənizi.
Mənim dəmir dükanıma kimlər gəldi, kimlər getdi,
Gah Ərani, gah Firudin işçilərlə söhbət etdi.
Çəkic vurdum,
174
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Kürələrə nəfəsimlə od doldurdum.
Daş kömürün alovları üzlərdə əks edən zaman
Dolur çəkic sədasıyla kiçik dükan.
Kürə yanar. Can alovlu. Gözlər odlu. Bayırda qar.
Qaynar dəmir suya düşcək qalxdı buxar.
Anladım ki, xalqımızın o dəmirə bənzəri var.
Dəmirləri döyədöyə dəmirləşdik,
Ciyər yandı, su içmədik, alov içdik.
Sən bilirsən, ağ gün ancaq
Çörək, köynək tapmaq deyil.
Süfrəndəki duza, qəndə,
Nəfəsinə qarışırsa kədər, nisgil,
Xoşbəxtliyin bütöv deyil.
Yalnız çörək, köynək üçün
sarılmadıq silaha biz.
Sarıldıq ki, elobalar cərgəsində
Sıxılmasın, büzüşməsin,
Boy göstərsin Vətənimiz!
Yadımdadır, gəldi bir gün
İri, qara gözlük taxmış
İki nəfər,
Əl boydaca bir kisədə
Mənə qızıl gətirənlər.
Qoydu qızıl kisəsini
Zindan üstə çeşməkli bəy:
Götür – dedi – haqqındı bu,
Səndən bizə kömək gərək.
Onun çopur sifətinə
Mən çırpmadım nifrətimi,
Cilovladım qəzəbimi, əsəbimi, hiddətimi.
Gözlərimin içinə bax,
Dedim məni yaxşı tanı.
Sən bu yurdun oğlusansa,
Bəs vicdanın, qanın hanı?
Oğlun, qızın həsrət qalıb
Heç olmasa dörd sinifli, ana dilli məktəbə də.
Sənə tiryək yedizdirən
175
Yad kitablar nəşr olunur neçəneçə mətbəədə.
Yolun bağlı, qolun bağlı, gözün bağlı, dilin dustaq.
Mənə rüşvət təklif edən kor qurumsaq!
Bax... küncdəki qara zibil qutusuna,
Bil ki, mənim nəzərimdə
O zibilin bu qızılla fərqi yoxdur.
Sizin şahın tacındakı cəvahirlə
Pas bağlamış o bürüncün fərqi yoxdur.
Gördüklərin, zənn etmə ki, bir yuxudur,
Sənin qafil olmağındı mənim dərdim.
Bacarsaydım,
Dar beynini söküb, töküb, dəyişərdim.
...Çıxıb getdi.
Baxdım, gördüm kürə sönmüş,
Fəqət mənim gözüm, könlüm oda dönmüş, közə dönmüş.
Sökdü qara buludları ildırımlar,
Qəlbimiztək göy gurladı.
Biz Təbrizdən qovduq yadı,
Ağzımızda şərbət oldu suyun dadı, duzun dadı.
Təbrizimin haqq səsinə bütün aləm qulaq asdı,
Balalarım ana dilli məktəblərə ayaq basdı.
Dayan, ey dost, yoruldun... Mən danışım ardını.
Yad əllər süfrənizdən ağ günü qopardımı?
Kim sındırdı Təbrizdə ucaboy çinarları?
Kim boyadı al qana ağappaq divarları?
Kim açdı gəlinlərin boynundan inciləri?
Kim tapdadı bağlarda qıznəfəs qönçələri?
Mənim gözlərimdədir sənin ilk gəncliyin, bax:
Başında bir çal papaq,
Əynində hərbi köynək.
Əynində hərbi köynək, boğazacan düyməli,
Cibləri iki yandan, paqonları şöləli.
Qarda, seldə, günəşdə qarsalanmış tunc sifət,
Hündür çiyinlərində əzəmət və ləyaqət.
Cilovunu dartdığın bir qızıl köhlən üstə
Dayanmısan şəst ilə.
176
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Bəli, rəngi qırmızı bu at Laləmdir mənim,
Sevincimdi bir zaman, indi naləmdir mənim.
Laləmlə gəldi keçdi gəncliyimin çoxusu,
Burnumun ucundadır onun yonca qoxusu.
Şaqraq kişnərtisində Ərdəbilin selləri,
Nəfəsinin ətrində Astaranın gülləri.
Ona qoşa ovcumda kişmiş yedirmişəm mən,
Canımı vermişəm mən.
Cilovunu çəkməsəm, ildırıma dönərdi.
Möhkəm, incə ayaqlı,
Qara, polad dırnaqlı,
Qaya sağrılı atdı,
Doğma övladdı mənə.
Övladlarım balaca:
Beş yaşlı körpə Səlcuq,
Üç yaşlı körpə Oqtay,
Anaları Aypara.
Al, bax bu məktublara.
Ayrılanda son kərə,
Komalaşdıq bir yerə.
Heç unuda bilmərəm,
balalar bərk ağladı,
Hərəsi bir qıçımdan yapışıb qucaqladı.
Danışır qardaşım... yanğılı, həzin,
Çiynində dağların yükü var kimi.
Sən demə dünyada həsrət də, dərd də
Yaşarmış qayalar, dalğalar kimi.
Birdən hiss edirəm ləngərlənir su,
Tufan həvəsi var bəlkə ümmanda.
Təbrizin dərdini dinləyən zaman
Dözməz, dəniz boyda səbri olan da.
Baxıram qranit, sal qayalara,
Üstü qırışqırış, bir növ yazıdır.
Dostları ilə paylaş: |