44
"Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında
Azərbaycan Respublikası Ali Sovetinin
BƏYANNAMƏSİ
Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq
və onun iradəsini ifadə edərək,
1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış
müstəqil dövlət kimi mövcud
olduğunu qeyd edərək,
Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının suverenliyi haqqında və
Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında konstitusiya qanunlarına
əsaslanaraq, Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün məsuliyyətini
dərk edərək,
Milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün
vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulan bütün insan hüquqlarına və əsas azadlıqlarına təminat
verərək,
Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyü üçün təhlükəni aradan qaldırmağa
çalışaraq, Azərbaycan Respublikasının təhlükəsizliyini və dövlət sərhədlərinin toxunulmazlığını təmin
etmək kimi müqəddəs
borcu rəhbər tutaraq,
Respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini dərk edərək,
Azərbaycan Respublikasının və onun xalqının mənafeyinə zidd olmayan beynəlxalq paktları,
konvensiyaları və başqa sənədləri qəbul edərək, SSR İttifaqına daxil olan bütün respublikalarla dostluq
münasibətlərini bundan sonra da saxlamağı arzu edərək,
Beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabərhüquqlu münasibətlər yaratmağa hazır olduğunu
bildirərək,
Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının
nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə
müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən
tanınmasına ümid bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olduğunu elan
edir".
Azərbaycan xalqının tarixində yeni dövr başlandı. 1991-ci il sentyabrın 5-də SSRİ xalq
deputatlarının V qurultayı keçid dövrünün hakimiyyəti haqqında Konstitusiya qanunu qəbul etdi və öz
səlahiyyətini respublikaların yüksək vəzifəli şəxslərindən təşkil olunmuş SSRİ Dövlət Şurasına verdi.
Lakin respublikalarda, o cümlədən Azərbaycanda bu qərarın həyata keçirilməsinə qarşı ciddi mübarizə
başlandı. Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan MR Ali Məclisi 1 oktyabr tarixli qərarı ilə keçid dövrü
ittifaq orqanlarında Azərbaycan Respublikasının iştirakını qeyri-mümkün saydı, respublika rəhbərliyinin
müstəqillik məsələsində qeyri-ardıcıl mövqeyini tənqid etdi.
Digər respublikalar kimi, Azərbaycan da SSRİ Dövlət Şurasına öz nümayəndələrini yalnız
məşvərətçi səlahiyyəti ilə göndərdi. Yeni ali qanunverici orqan təşkil etmək mümkün olmadı.
Respublikalarda dövlət müstəqilliyi uğrunda mübarizə daha da genişləndi.
Sentyabrın 8-də Azərbaycanda prezident seçkiləri keçirildi. Demokratik qüvvələr bu seçkiləri
boykot etməyə çağırmışdı. Prezident seçkiləri Naxçıvan Muxtar Respublikası ərazisində keçirilmədi.
Seçicilərin çoxu seçki məntəqələrinə gəlməmişdi. Lakin nəticələr saxtaşdırıldı və A.Mütəllibov yenidən
prezident "seçildi".
Xalqın rəğbətini qazanmağa çalışan birinci katib - prezidentin təşəbbüsü ilə sentyabrın 14-də artıq
tam iflasa uğramış Azərbaycan Kommunist Partiyası XXXIII fövqəladə qurultayını çağıraraq özünün
buraxıldığını bəyan etdi.
Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi.
Mühafizəkarların cəhdlərinə baxmayaraq, müxalifətin təklifi ilə sessiya Qorbaçovun yeni ittifaq üçün
iqtisadi baza yaratmaq məqsədi ilə irəli sürdüyü iqtisadi birlik haqqında vahid müqavilə bağlamaq
təşəbbüsünə Azərbaycanın qoşulmasına etirazını bildirdi, Azərbaycanın başqa respublikalarla birtərəfli
iqtisadi müqavilələr bağlamasına üstünlük verdi.
Noyabrın 14-də Moskva yaxınlığında Novo-Oqaryovoda yeddi respublikanın, o cümlədən
Azərbaycanın rəhbərləri yeni dövlətlərarası birlik - "Suveren Dövlətlər İttifaqı"nı yaratmaq haqqında
niyyətlərini bildirdilər. Lakin hazırlanmış müqaviləyə Qorbaçovdan başqa heç kim imza atmadı.
Demokratik qüvvələr düşmənlər tərəfindən müstəqil Azərbaycanı diz çökdürmək üçün təzyiqlərin
artdığı şəraitdə iqtidarı fəaliyyətsizlikdə təqsirləndirir, vətəndaşları hakimiyyətə tabe olmamağa çağırır,