R b a y c a n X z r d n z g m



Yüklə 337,66 Kb.

səhifə1/8
tarix01.02.2018
ölçüsü337,66 Kb.
  1   2   3   4   5   6   7   8


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


Qiyməti 50 qəpik

30 iyun 2016-cı il    № 37-40 (9043) 

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə 

“Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 



qərara alıram:

Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əmək-

dar mühəndis” fəxri adı verilsin:

Mahmudov Əmir Hüseyn oğlu

Talıbov Nurməhəmməd Şixməhəmməd oğlu.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2016-cı il.

Azərbaycan  Respublikası  Konstitusiyasının 

109-cu  maddəsinin  32-ci  bəndini  rəhbər  tutaraq 

və  “Azərbaycan  Respublikası  Prezidentinin  fərdi 

təqaüdünün  təsis  edilməsi  haqqında” Azərbaycan 

Respublikası  Prezidentinin  2002-ci  il  11  iyun  ta-

rixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara 

alıram:

1. Azərbaycanda dəniz nəqliyyatının inkişafın-

da xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbay-

can Respublikası Prezidentinin fərdi təqaüdü veril-

sin:

Axundov Muxtar Bəhrəm oğlu



Ərəbov Nazim Yaqub oğlu

Kazımov Soltan Ağaqulu oğlu

Novruzov Şamil Nəcəf oğlu.

2.  Azərbaycan  Respublikasının  Nazirlər  Ka-

bineti bu Sərəncamdan irəli gələn məsələləri həll 

etsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2016-cı il.

Azərbaycan  Respublikası  Konstitusiyasının 

109-cu  maddəsinin  23-cü  bəndini  rəhbər  tutaraq 

qərara alıram:

Azərbaycanda  dəniz  nəqliyyatının  inkişafında 

xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edil-

sinlər:


Abdullayev Şaiq Bəhram oğlu

Behbudov Ağalar Mürşüd oğlu

Əliyev Azər Əhməd oğlu

Fərəcli Cəlal Həsənağa oğlu

Xamoyev İsaməddin İslam oğlu

İsmayılov Elvin Fərman oğlu

Qurbanov Fuad Hacı oğlu

Məmmədov Adil Əhməd oğlu

Mirqulamov Rəfail Mirdadaş oğlu

Mirzəyev Seymur Əmirxan oğlu

Panəliyev Rza Talıb oğlu

Rəfiyev Azər Kamil oğlu

Rəsulov Nazim Nadir oğlu

Sadıqov İlyas Əlixan oğlu

Şahbazi Samir Faiq oğlu.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2016-cı il.

O gün dəniz nəqliyyatı iş-

çilərinin üz-gözlərindəki sevinc 

özgə bir sevinc idi. Qürurdan, 

iftixardan doğan sevinc! Tale-

yini dəniz nəqliyyatı ilə bağla-

yanların şərəfli peşə sahibləri 

olduqları üçün keçirdikləri qa-

nuni iftixar hissini ilk baxışdan 

da hiss etmək çətin deyildi.

Hər  birinin  sevinməyə  haqqı  vardı 

o  gün.  Fırtınalar  qoynunda  müntəzəm 

səfərlərə  çıxan  dənizçilərin  də,  ləngərli 

gəmilərin ömrünə ömür calayan gəmi tə-

mirçilərinin də, dəniz nəqliyyatı ilə bağlı 

digər  müəssisə  və  təşkilatlarda  çalışan-

ların da... O gün onların peşə bayramı - 

möhtərəm  Prezidentimiz  İlham  Əliyevin 

19  iyun  2014-cü  il  tarixli  Sərəncamı  ilə 

təsis edilən “Dənizçi günü” idi.

Ölkə  başçısının  peşə  bayramı  ərəfə-

sində - 2016-cı il iyunun 24-də imzaladığı 

Sərəncamlar isə onların bayram sevincinə 

özgə bir sevinc qatmışdı. Dəniz nəqliyya-

tında  səmərəli  əmək  fəaliyyətlərinə  görə 

15 nəfər “Tərəqqi” medalı ilə təltif edil-

miş, 2 nəfər “Əməkdar mühəndis” fəxri adına layiq 

görülmüş,  4  nəfərə  isə  Azərbaycan  Respublikası 

Prezidentinin fərdi təqaüdü verilmişdi.

“Dənizçi günü”nə həsr olunmuş təntənəli mə-

rasimdən əvvəl Dövlət Dəniz Administrasiyasının 

və  “Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi”  Qapalı 

Səhmdar Cəmiyyətinin kollektivləri iyunun 25-də 

Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Li-

deri,  müasir  müstəqil Azərbaycan  dövlətinin  me-

marı və qurucusu Heydər Əliyevin xatirəsini ehti-

ramla yad edib, məzarı önünə əklil və gül dəstələri 

qoydular.

Görkəmli  oftalmoloq  alim,  akademik  Zərifə 

xanım Əliyevanın da xatirəsi anıldı, məzarı üzərinə 

tər çiçəklər düzüldü.

Sonra  Şəhidlər  xiyabanına  gələn  ziyarətçilər 

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğ-

runda  mübarizədə  canlarından  keçən  qəhrəman 

Vətən  övladlarının,  o  cümlədən  dənizçilərin  xa-

tirəsini ehtiramla yad etdilər, məzarları üzərinə gül 

dəstələri  düzüb,  “Əbədi  məşəl”  abidəsinin  önünə 

əklil qoydular.

Həmin  gün  Azərbaycan  Xəzər  Dəniz  Gəmi-

çiliyinin  Təlim-Tədris  Mərkəzində  yeni  dinamik 

mövqeləşdirmə (DP2) trenajorunun istifadəyə ve-

rilməsi mərasimi də keçirildi. Mərasimdə Azərbay-

can Respublikasının Dövlət Dəniz Administrasiya-

sının rəisi Qüdrət Qurbanov və “Azərbaycan Xəzər 

Dəniz  Gəmiçiliyi”  QSC-nin  sədri  Rauf  Vəliyev 

iştirak etdilər.

(Ardı 2-ci səhifədə)

BU SAYIMIZDA

“Türk axını” layihəsi üzrə 

Türkiyə ilə danışıqların yenidən 

başlanması üçün dialoqa hazırıq”

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti “Türk 

axını” qaz boru kəməri (Turkish Stream) layihəsi üzrə 

Türkiyə tərəfi ilə danışıqların yenidən başlanması 

üçün dialoqa hazırdır.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xə-

bər verir ki, bu barədə “Gazprom”un rəsmi nümayəndəsi 

Sergey Kupriyanov deyib. O bildirib ki, “Gazprom” “Türk 

axını” layihəsi üzrə dialoqa hər za-

man açıq olub.



BeYnƏlxAlq TRAnSxƏZƏR 

nƏqliYYAT MARşRUTUnUn inkişAf 

PeRSPekTivlƏRi MüZAkiRƏ olUnUB

Çində Beynəlxalq Transxəzər Nəqliyyat Marşru-

tunun inkişaf perspektivləri müzakirə olunub.

“Müzakirələr Çin Xalq Respublikasının Şanxay şəhə-

rində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inki-

şaf perspektivlərinə həsr olunmuş “dəyirmi masa”da apa-

rılıb.

Səh. 5

oRDUMUZA GüvƏniRik!

iyunun 26-da Azərbaycan Silahlı qüvvələrinin  

yaranmasının 98-ci ildönümü tamam oldu.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhu-

riyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi 

hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin 

il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə 

qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələr-

dən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsiz-

ləşdirmək üçün nizami orduya malik olmalı,  

özünün silahlı qüvvələrini  

yaratmalıdır. 



Səh. 3

Səh. 4

RUSiYA xƏZƏR nefTinin 

MühüM TRAnZiT kAnAlInI 

iTiRƏ BilƏR

AZƏRBAYcAn foRMUlA-1 AvRoPA 

qRAn-PRiSinin TARixinƏ 

öZünƏMƏxSUS PARlAq SƏhifƏ YAZDI

“Transneft”: “Sənaye təhlükəsizliyi tələblərinin 

pozulması faktlarına görə 11 inzibati işin başlanması-

na baxmayaraq, vəziyyət daha pisləşib”.

Rusiyanın  “Transneft”  şirkəti  kriminal  vəziyyət-

lə əlaqədar Mahaçqala-Novorossiysk marşrutu ilə nəql 

olunan  neftin  həcminin  azaldığını  və  Mahaçqala  li-

manındakı  “Daqnefteprodukt”  terminalına  boşaldılan  

zaman  neftin  həcmində  itkilərin  qeydə  alındığını  

bildirib.

Azərbaycan son illər iri miqyaslı tədbirlərə, o cümlədən 

mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi 

edir. Artıq dünyada idman ölkəsi kimi tanınan Azərbaycan 

“Bakı-2015” ilk Avropa Oyunlarının əla təşkili ilə diqqəti 

bir daha özünə yönəltdi. Bütün bunlar dövlətimizin uğurlu 

idman siyasətindən xəbər verir. Avropa və dünya çempio-

natları, irimiqyaslı yarışlar mükəmməl təşkilatçılıq, yerli 

idmançıların beynəlxalq arenada uğurlu çıxışı ölkəmizdə 

idmana göstərilən dövlət qayğısının 

bariz nümunəsidir.

Səh. 6

Səh. 8

Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə 

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinin 

“Tərəqqi” medalı ilə təltif edilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

DƏniZ nƏqliYYATI işÇilƏRi 

PeşƏ BAYRAMlARInI qeYD eTDilƏR

25 iyun “Dənizçi günü” idi





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə