147
❿
Səs tonu, temp və fasiləni gözləməklə şeiri oxuyun.
CEYRAN
Yerdən ayağını quş kimi üzüb, Bir məsəl qalmışdır ata-babadan:
Yay kimi dartınıb, ox kimi süzüb, Uçarda turacdır, qaçarda ceyran.
Yenə öz sürünü nizamla düzüb,
Bir mən deyiləm ki hüsnünə heyran,
Baş alıb gedirsən hayana, ceyran? Şöhrətin yayılıb hər yana, ceyran!
Əzəldən meylini salıb çöllərə,
Ovçu, insaf elə, keçmə bu düzdən!
Bəxtini tapşırdın bizim ellərə. O çöllər qızını ayırma bizdən!
O qara gözlərin düşdü dillərə,
Qoyma ağrı keçə ürəyimizdən,–
Dişlərin oxşayır mərcana, ceyran! Qıyma öz qanına boyana ceyran!
Nə gözəl yaraşır Muğana ceyran!
Səməd Vurğun
⓫
Oxuduğunuz mətnlə “Ceyran” şeiri arasındakı əlaqəni müəyyənləşdirin.
Sizcə, bu əsərlərdən hansında ceyranın təsvirinə daha geniş yer verilib?
Səbəbini izah edə bilərsinizmi? Bir-birinizin fikirlərinə münasibət bildirməklə
müzakirə edin və yekun fikri səsləndirin.
⓬
Şeirdə ceyranın təsviri verilmişdir. Bu təsviri genişləndirib, şeirin
məzmununu öz sözlərinizlə danışın. Nitqinizdə “həqiqətən, fikrimizcə, doğ-
rudan da, görünür, məsələn və s.” kimi sözlərdən istifadə etməyə çalışın.
Danışarkən səs tonunuzu tənzimləyin və cümlələrin bir-biri ilə əlaqələnməsinə
diqqət yetirin.
⓭
Şeirin birinci bəndində işlənmiş köməkçi nitq hissəsini tapıb, qramma-
tik mənasını (məna növünü göstərməklə) izah edin.
|
Necə bilirsiniz, şeirdə başqa köməkçi nitq hissəsi işlənmişdirmi?
⓮
Şeirdə mənsubiyyət şəkilçisi ilə işlənmiş sözləri seçib dəftərinizə yazın.
Hər bir sözün qarşısından neçənci şəxsdə olduğunu qeyd edin. Altından xətt
çəkilmiş sözləri müxtəlif şəxslərdə cümlələrdə işlədin.
⓯
Şeirdə qara şriftlə verilmiş misrada ”bir” sözü hansı qrammatik mənada
işlənib? Debata qoşulun və fikrinizi əsaslandırın:
1) Miqdar sayıdır.
2) Burada bu söz say bildirmir.
|
Bu sözü hansı sözlərlə əvəz edə bilərsiniz? Özünüzü yoxlayın və məna
növünü göstərin.
⓰
Necə düşünürsünüz, mətndə və şeirdə işlənmiş “o”, “bu” əvəzliklərin-
dən sonra nə üçün vergül qoyulmamışdır? Səbəbini izah edin və əlavə misal-
lardan istifadə etməklə fikrinizi əsaslandırın.
Çap üçün deyil
148
⓱
Ceyran Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş heyvan nö vü-
dür. Onun haqqında araşdırma aparın və əldə etdiyiniz məlumatları sinifdə
yoldaşlarınızla bölüşün.
“Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır, hər bir insanın,
ailənin bayramıdır, bizim müstəqil Azərbyacan Respublikasının bayramıdır.
Novruz xalqımızı bir-biri ilə həmişə daha sıx birləşdirib, insanlarımız arasında
mehribanlıq əlaqələri yaradıb, insanları bir-birinə dost edibdir”.
Heydər Əliyev
§ 40. NOVRUz “YENİ GüN” DEMƏKDİR
Novruz yeni gün, yeni həyat demək -
dir. Məhz Novruzda həyat yenidən can-
lanır, torpaq* qış
yuxusundan
* oyanır,
bitkilər* baş qaldırır, ağaclar* çiçəkləyir,
günəşin istisi* artır, gecə ilə gündüz bə ra-
bərləşir*, beləliklə, yeni həyat başlayır*.
Novruz bayramı Şimal yarımkürə-
sində astronomik yazın başlandığı, gecə
ilə gündüzün bərabərləşdiyi gündə –
mar tın 20-si, 21-i və ya 22-sində qeyd olunur. Qədim zamanlardan* baş la -
yaraq*, Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bir çox
Şərq ölkələrində yaz fəslinin gəlməsini təbiətin* canlanması* ilə bağlamış,
bu münasibətlə
şənliklər
* keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram
etmişlər. Bu şənliklər* içərisində Novruzqabağı qeyd olunan 4 ilaxır çərşənbə
mərasimlərinin, ayinlərinin* zənginliyi* diqqəti daha çox cəlb edir. Belə ki,
qədim
inanclara
görə kainat* 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb.
Odur ki, gecə ilə gündüzün bərabərləşməsindən* əvvəl insanlar* hər il 4
çərşənbəni xüsusi mərasimlərlə təntənəli şəkildə qeyd etmiş, yeni təsərrüfat*
ilinin başlanması şərəfinə Novruzu böyük coşqu ilə qarşılamışlar. Təsadüfi
deyildir ki, Azərbaycanda
Novruz
bayramında göyərdilən
səməni
yazın
gəlməsinin, təbiətin canlanmasının*,
əkinçiliyin
rəmzi hesab olunur.
Novruz bayramı qabağı evlərdə, həyətlərdə
abadlıq
*,
təmizlik
işləri
aparılır, ağac əkilir,
bağ-bağat
qaydaya salınır. Hər bir evdə
qoğal
,
fəsəli
,
paxla-
va
,
şəkərbura
,
şəkərçörəyi
... və
plov
bişirilir. Yumurtalar rəngbərəng boyanır,
xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin* xatirəsi
yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq* gedir, pay
göndərirlər*. Oğlan və qızlar* təzə paltar geyib çalıb-oynayır, yallı gedirlər*.
Cavanlar* at çapır, güləşirlər*. Novruz bayramında süfrədə yalnız
acılıqdan
*,
şorluqdan
* uzaq, şirniyə baxan xörəklər olmalıdır. Adətə görə, süfrəyə “s”
Çap üçün deyil
149
hərfi ilə başlayan 7 növ ərzaq qoyulur:
su
,
süd
,
səməni
,
sünbül
,
sucuq
,
siyənək
balığı
,
süzmə
və s. bayram süfrəsinin bəzəyidir. Şirniyyatlardan* daha çox
şəkərbura
,
paxlava
,
badambura
,
ballıbadı
və s. üstünlük* verilir.
SÞZLÖK
coşqu – оживление
ayin – обряд
ballıbadı – лепёшка с
sucuq – вид сладости
məhz – именно
мёдом
❶
Səs tonu, temp və fasiləni gözləməklə mətni oxuyun və aşağıdakı sual-
lara cavab verin:
1) Novruzda yeni həyatın başlandığını nədən başa düşmək olur?
2) Qədim zamanlardan yaz fəslinin gəlməsi nə üçün şənliklərlə qarşı lan-
mışdır?
3) Nə üçün insanlar hər il axırıncı 4 çərşənbəni xüsusi mərasimlərlə tən-
tənəli şəkildə qeyd etmişlər?
4) Azərbaycanda
Novruz
bayramında nə üçün
səməni
göyərdilir?
5) Novruz bayramı qabağı evlərdə, həyətlərdə hansı işlər görülür?
6) Adətə görə, süfrəyə “s” hərfi ilə başlayan hansı ərzaqlar qoyulur?
7) Bayram süfrəsində bəs hansı şirniyyatlara daha çox üstünlük verilir?
❷
Tapmacaları oxuyun və cavablandırın. Diqqətli olsanız, cavabları tap-
maqda çətinlik çəkməzsiniz, çünki cavabların hamısı mətndə var.
Qar altında yatmışam,
Dərdə-qəmə batmışam.
Qaranquşlar gəlməmiş,
Torpaqdan boy atmışam.
Özüm isti, rəngim al,
Ağrı-dərdi məndə sal.
Kəmərim qırmızı,
Yaşıl köynəyəm.
Novruz bayramında,
Hər bir evdəyəm.
Ağzı bağlı, bizə tanış,
Ayparadı, üstü naxış.
Qapısız günbəzəm,
Üzüm ağ, içim sarı.
Novruzda bəzənərəm,
Qırmızı, yaşıl, sarı.
❸
Tapmacalarda işlənmiş feilləri seçib səsləndirin, onların formasını,
zama nını və şəxsini müəyyənləşdirin.
❹
Tapmacalarda işlənmiş sifətlərdən bir neçəsini azaltma və çoxaltma
dərəcələrində cümlələrdə işlədin. Sifətlərin orfoqrafiyasına diqqət yetirməklə
cümlələri dəftərinizə yazın.
❺
Təsəvvür edin ki, sizə Azərbaycanda Novruz bayramına hazırlıq və
onun keçirilməsi barədə elmi-kütləvi (научно-популярный) bir mətn tərtib
etmək tapşırılıb. Bu mətni necə yazardınız? Araşdırma aparın və əldə etdi-
yiniz məlumatlar əsasında yığcam bir mətn hazırlayın. Mətndə abzaslar və
cümlələrin düzgün əlaqələnməsinə diqqət yetirin.
❻
Oxuduğunuz mətnin 1-ci abzasında yeddi düzəltmə söz işlənmişdir.
Çap üçün deyil
Dostları ilə paylaş: |