Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə49/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   43   44   45   46   47   48   49   50   51

147

 Səs tonu, temp və fasiləni gözləməklə şeiri oxuyun.
CEYRAN
Yerdən ayağını quş kimi üzüb,               Bir məsəl qalmışdır ata-babadan:
Yay kimi dartınıb, ox kimi süzüb,          Uçarda turacdır, qaçarda ceyran.
Yenə öz sürünü nizamla düzüb,                 
 
Bir mən deyiləm ki hüsnünə heyran,
Baş alıb gedirsən hayana, ceyran?          Şöhrətin yayılıb hər yana, ceyran!
Əzəldən meylini salıb çöllərə,             
  
 Ovçu, insaf elə, keçmə bu düzdən!
Bəxtini tapşırdın bizim ellərə.                O çöllər qızını ayırma bizdən!
O qara gözlərin düşdü dillərə,      
  
    
Qoyma ağrı keçə ürəyimizdən,–
Dişlərin oxşayır mərcana, ceyran!         Qıyma öz qanına boyana ceyran!
                                                         Nə gözəl yaraşır Muğana ceyran!
   
 
 
 
 
   
 
  Səməd Vurğun
⓫ 
 Oxuduğunuz mətnlə  “Ceyran” şeiri arasındakı əlaqəni müəyyənləşdirin. 
Sizcə,  bu  əsərlərdən  hansında  ceyranın  təsvirinə  daha  geniş  yer  verilib? 
Səbəbini izah edə bilərsinizmi? Bir-birinizin fikirlərinə münasibət bildirməklə 
müzakirə edin və yekun fikri səsləndirin.

  Şeirdə  ceyranın  təsviri  verilmişdir.  Bu  təsviri  genişləndirib,  şeirin 
məzmununu öz sözlərinizlə danışın. Nitqinizdə “həqiqətən, fikrimizcə, doğ-
rudan  da,  görünür,  məsələn  və  s.”  kimi  sözlərdən  istifadə  etməyə  çalışın. 
Danışarkən səs tonunuzu tənzimləyin və cümlələrin bir-biri ilə əlaqələnməsinə 
diqqət yetirin.

 Şeirin birinci bəndində işlənmiş köməkçi nitq hissəsini tapıb, qramma-
tik mənasını (məna növünü göstərməklə) izah edin. 
|
 Necə bilirsiniz, şeirdə başqa köməkçi nitq hissəsi işlənmişdirmi? 

 Şeirdə mənsubiyyət şəkilçisi ilə işlənmiş sözləri seçib dəftərinizə yazın. 
Hər bir sözün qarşısından neçənci şəxsdə olduğunu qeyd edin. Altından xətt 
çəkilmiş sözləri müxtəlif şəxslərdə cümlələrdə işlədin.

 Şeirdə qara şriftlə verilmiş misrada ”bir” sözü hansı qrammatik mənada 
işlənib? Debata qoşulun və fikrinizi əsaslandırın:
1) Miqdar sayıdır.  
2) Burada bu söz say bildirmir.
|
 Bu sözü hansı sözlərlə əvəz edə bilərsiniz? Özünüzü yoxlayın və məna 
növünü göstərin.

 Necə düşünürsünüz, mətndə və şeirdə işlənmiş “o”, “bu” əvəzliklərin-
dən sonra nə üçün vergül qoyulmamışdır?  Səbəbini izah edin və əlavə misal-
lardan istifadə etməklə fikrinizi əsaslandırın.
Çap üçün deyil


148

 Ceyran Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş heyvan nö vü-
dür.  Onun  haqqında  araşdırma  aparın  və  əldə  etdiyiniz  məlumatları  sinifdə 
yoldaşlarınızla bölüşün.  
“Novruz  hər  bir  azərbaycanlının  qəlbinin  bayramıdır,  hər  bir  insanın, 
ailənin  bayramıdır,  bizim  müstəqil  Azərbyacan  Respublikasının  bayramıdır. 
Novruz xalqımızı bir-biri ilə  həmişə daha sıx birləşdirib, insanlarımız arasında 
mehribanlıq əlaqələri yaradıb, insanları bir-birinə dost edibdir”. 
 
       Heydər Əliyev
§ 40. NOVRUz  “YENİ  GüN”  DEMƏKDİR 
 
Novruz  yeni  gün,  yeni  həyat  demək - 
   dir.  Məhz  Novruzda  həyat  yenidən  can-
lanır,  torpaq*  qış 
yuxusundan
*  oyanır, 
bitkilər*  baş  qaldırır,  ağaclar*  çiçəkləyir, 
günəşin istisi* artır, gecə ilə gündüz bə ra-
bərləşir*, beləliklə, yeni həyat başlayır*. 
Novruz  bayramı  Şimal  yarımkürə-
sində  astronomik  yazın  başlandığı,  gecə 
ilə  gündüzün  bərabərləşdiyi  gündə  – 
mar tın  20-si,  21-i  və  ya  22-sində  qeyd  olunur.  Qədim  zamanlardan*  baş la -
yaraq*,  Azərbaycan,  İran,  Əfqanıstan,  Tacikistan,  Özbəkistan  və  bir  çox 
Şərq  ölkələrində  yaz  fəslinin  gəlməsini  təbiətin*  canlanması*  ilə  bağlamış, 
bu  münasibətlə 
şənliklər
*  keçirmiş,  onu  yeni  ilin  başlanğıcı  kimi  bayram 
etmişlər. Bu şənliklər* içərisində  Novruzqabağı qeyd olunan 4 ilaxır çərşənbə 
mərasimlərinin, ayinlərinin* zənginliyi* diqqəti daha çox cəlb edir. Belə ki,  
qədim 
inanclara
 görə kainat* 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. 
Odur  ki,  gecə  ilə  gündüzün    bərabərləşməsindən*  əvvəl  insanlar*  hər  il  4 
çərşənbəni xüsusi mərasimlərlə təntənəli şəkildə  qeyd etmiş, yeni təsərrüfat* 
ilinin  başlanması  şərəfinə  Novruzu  böyük  coşqu  ilə  qarşılamışlar.  Təsadüfi 
deyildir  ki,  Azərbaycanda   
Novruz
    bayramında  göyərdilən 
səməni
  yazın 
gəlməsinin, təbiətin canlanmasının*, 
əkinçiliyin
 rəmzi hesab olunur.
Novruz  bayramı  qabağı  evlərdə,  həyətlərdə 
abadlıq
*, 
təmizlik
  işləri 
aparılır, ağac əkilir, 
bağ-bağat
 qaydaya salınır. Hər bir evdə 
qoğal

fəsəli

paxla-
va
,  
şəkərbura

şəkərçörəyi
 ... və  
plov
 bişirilir. Yumurtalar rəngbərəng  boyanır, 
xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin* xatirəsi 
yad  edilir,  küsülülər  barışır,  qohum-qonşular  bir-birinə  qonaq*  gedir,  pay 
göndərirlər*. Oğlan və qızlar* təzə paltar geyib çalıb-oynayır, yallı gedirlər*. 
Cavanlar* at çapır, güləşirlər*. Novruz bayramında süfrədə yalnız 
acılıqdan
*, 
şorluqdan
* uzaq, şirniyə baxan xörəklər olmalıdır. Adətə görə, süfrəyə “s” 
Çap üçün deyil


149
hərfi ilə başlayan 7 növ ərzaq qoyulur: 
su

süd

səməni

sünbül

sucuq

siyənək 
balığı

süzmə
  və  s.  bayram  süfrəsinin  bəzəyidir.  Şirniyyatlardan*  daha  çox  
şəkərbura
,  
paxlava

badambura

ballıbadı
 və s. üstünlük* verilir.  
SÞZLÖK
  coşqu – оживление   
ayin – обряд   
ballıbadı – лепёшка с
sucuq – вид сладости  
məhz – именно 
 
      мёдом

 Səs tonu, temp və fasiləni gözləməklə mətni oxuyun və aşağıdakı sual-
lara cavab verin:
1) Novruzda yeni həyatın başlandığını nədən başa düşmək olur?
2) Qədim zamanlardan yaz fəslinin gəlməsi nə üçün şənliklərlə qarşı lan-
mışdır?
3) Nə üçün insanlar hər il axırıncı 4 çərşənbəni xüsusi mərasimlərlə tən-
tənəli şəkildə  qeyd etmişlər?
4) Azərbaycanda  
Novruz
  bayramında nə üçün 
səməni
 göyərdilir?
5) Novruz bayramı qabağı evlərdə, həyətlərdə hansı işlər görülür?
6) Adətə görə, süfrəyə “s” hərfi ilə başlayan hansı ərzaqlar qoyulur?
7) Bayram süfrəsində bəs hansı şirniyyatlara daha çox üstünlük verilir?

 Tapmacaları oxuyun və cavablandırın. Diqqətli olsanız, cavabları tap-
maqda çətinlik çəkməzsiniz, çünki cavabların hamısı mətndə var.
Qar altında yatmışam,
Dərdə-qəmə batmışam.
Qaranquşlar gəlməmiş,
Torpaqdan boy atmışam.
Özüm isti, rəngim al,
Ağrı-dərdi məndə sal.
Kəmərim qırmızı,
Yaşıl köynəyəm.
Novruz bayramında,
Hər bir evdəyəm.
Ağzı bağlı, bizə tanış,
Ayparadı, üstü naxış.
Qapısız günbəzəm,
Üzüm ağ, içim sarı.
Novruzda bəzənərəm,
Qırmızı, yaşıl, sarı.

  Tapmacalarda  işlənmiş  feilləri  seçib  səsləndirin,  onların  formasını, 
zama nını və şəxsini müəyyənləşdirin.

 Tapmacalarda işlənmiş sifətlərdən  bir neçəsini azaltma və çoxaltma 
dərəcələrində  cümlələrdə işlədin. Sifətlərin orfoqrafiyasına diqqət yetirməklə 
cümlələri dəftərinizə yazın.

  Təsəvvür edin ki, sizə Azərbaycanda Novruz bayramına hazırlıq və 
onun  keçirilməsi  barədə  elmi-kütləvi  (научно-популярный)  bir  mətn  tərtib 
etmək  tapşırılıb.  Bu  mətni  necə  yazardınız? Araşdırma  aparın  və  əldə  etdi-
yiniz  məlumatlar  əsasında  yığcam  bir  mətn  hazırlayın.  Mətndə  abzaslar  və 
cümlələrin düzgün əlaqələnməsinə diqqət yetirin. 

  Oxuduğunuz  mətnin  1-ci  abzasında  yeddi  düzəltmə  söz  işlənmişdir. 
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə