Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə45/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   41   42   43   44   45   46   47   48   ...   51

135
birinci, finaldakı, cüssəli, rəqib, ürək-dirək, doqquz, maraq, inadkar, qorxaq,  
müdafiəçi, sağlam, fikirləşmək, fəaliyyətsizlik, beyin, onurğa, tarazlıq, qüsurlu
|
 “Beyin” və “fikir” sözlərini mənsubiyyətə görə dəyişib yazın və sözlərin 
kökündə baş verən dəyişikliyin səbəbini əlavə misallarla izah edin.

 Fiziki qüsuru olan insanların idmanla məşğul olmasına necə baxırsınız? 
Doğrudanmı, idmanın müxtəlif növləri ilə məşğul olmaq bu insanların həyata 
bağlanmasına,  cəmiyyətə  inteqrasiya  olunmasına  xidmət  edə  bilər?  Debata 
qoşulun və fikirlərinizi faktlarla əsaslandırın. 

  Aşağıdakı  birləşmələrdən  istifadə  etməklə  cümlələr  qurun  və  para-
olimpiya hərəkatı, onun əhəmiyyəti haqqında düşüncələrinizi ifadə edin.
əlil idmanının inkişafı, sağlamlıq imkanları məhdud, peşəkar idman, id-
man  və  bədən  tərbiyəsi,  cəmiyyətə  inteqrasiya,  reabilitasiya,  fiziki  qüsurlu 
uşaqlar, “Uşaq Paralimpiya Hərəkatı” 

  Üzərində  ulduz  işarəsi  qoyulmuş  sözlərin  içərisindən  qoşasaitli  və 
qoşasamitli olanları seçib səsləndirin və onların tələffüzü ilə əlaqədar qaydaları 
əlavə misallarla izah edin.
 
 
Xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir 
 
 
– bundan daha güclü olan eynilik təsəvvür etmək çətindir.
 
 
 
 
 
 
 
 
Vilhelm fon Humboldt   
§ 36. MƏNİM  DİLİM
(ixtisarla)
Lay-lay dedimyatasan
Qızılgülə batasan ...
Hardan gəlir bu səs-səda?..
Bəlkə, illər arxasında
Layla çalır gəlin ana...
Layla axır... cocuq* baxır,
Bəs
 nə üçün mürgüləmir?
Bayaq* ana südü əmib,
İndi ana ruhu əmir.
İllər ötdü, yaşa doldum,
Anladım ki, ana dilim
Ürəyimdən* çıxmaz mənim,
doğransam da dilim-dilim.
Anladım ki, sinəmdəki sözlər deyil 
babalarin nəfəsidir.
Dizlərimə* taqət, qüvvət*
Gözlərimə* işıq* verən,
Çənlibeldə at oynadıb
şimşəklərlə qoşa gedən
igidlərin* nərəsidir*.
... Sağdır dilim,
demək, sağdır şərafətim, ləyaqətim.
Sağdır, demək, milyard yaşlı* 
 
 
 
məmləkətim.
... Kim qoruya bilməyirsə
öz yurdunu, yuvasını,
udmasın yurd havasını.
Kim qorumur öz dilini,
İtsin mənim gözümdən 
qoy
 ilim-ilim.
O sahili bu sahillə birləşdirən
Polad körpüm, qılıncımdır,
Günəşimdir mənim dilim.                    
 
                xəlil Rza Ulutürk
Çap üçün deyil


136
 
SÞZLÖK
  şərafət –  почёт, величие, честь 
 
taqət – сила, мощь 
ilim-ilim itmək – исчезать, исчезнуть 
ləyaqət – достоинство

 Səs tonu, temp və fasiləni gözləməklə şeiri oxuyun. Əsas ideyanı müəy-
yənləşdirin  və  şeirdən  çıxardığınız  nəticə  barəsində  fikrinizi  yoldaşlarınızla 
bölüşün.

 Şeirin məzmunundan çıxış edərək misraları öz sözlərinizlə tamamlayın, 
sonra onları şeirdəki ardıcıllığa uyğun olaraq dəftərinizə yazın.
1) Anladım ki, sinəmdəki ... 
 
4) Anladım ki, ana dilim ...
2) Sağdır dilim, demək, ... 
 
5) Lay-lay dedim, yatasan,
3) Heç bir dildən əskik deyil ...   
    Qızılgülə batasan ...

 Necə düşünürsünüz, şair ana dilinə həsr etdiyi şeirini nə üçün layla 
misraları  ilə  başlayır?  Müzakirə  edin  və  yoldaşlarınızın  fikirlərinə  mü na-
sibət bildirməklə düşüncələrinizi ifadə edin. Diqqətli olsanız, fikrinizi əsas-
landırmaqda şeirin məzmunu sizə kömək edəcək.

  Şeirdə  mənsubiyyət  şəkilçisi  ilə  işlənmiş  sözləri  seçib,  aid  olduğu 
sözlərlə birlikdə dəftərinizə yazın və hansı şəxsdə olduğunu müəyyənləşdirib 
qarşısında qeyd edin. Sonra həmin sözləri digər şəxslərdə də işlədin.

 Laylaya qulaq asaraq mürgüləməyən uşaq haqqında şair:–
Bayaq ana südü əmib,
İndi  ana  ruhu  əmir  –  misraları  ilə  nə  demək  istəyir?  Müzakirə  edin  və 
fikirlərinizi yoldaşlarınızla bölüşün.

  Şeirdə qırmızı rəngdə verilmiş sözün qrammatik mənasını müəy yənləş-
dirə bilərsinizmi? Debata qoşulun və indiyə qədər öyrəndikləriniz, həmçinin 
rus dilindəki bilikləriniz əsasında fikrinizi əsaslandırmağa çalışın.
1) Bu söz  feildir.  
 
2) “Qoy” sözü burada feil deyil, ədatdır.

  Şeirdə  qara  kursivlə  verilmiş  misraların  mənasını  necə  başa  düşür-
sünüz? Şair nə üçün dili “polad körpü”,”qılınc” adlandırır? Müzakirə edin və 
yoldaşlarınızın fikirlərinə münasibət bildirməklə fikrinizi əsaslandırın.

 “Mənim dilim” şeirindən götürülmüş aşağıdakı parçanı oxuyun. Necə 
bilirsiniz, bu parça şeirin hansı hissəsinə əlavə edilməlidir? Müzakirə edin və 
fikirlərinizi əsaslandırın.
Mənim dilim – Göygöl,
Xəzər, mənim dilim – Şahdağıdır.
Heç bir dildən əskik deyil
Bəşərin dil ağacının şah budağı dilim mənim.
Çap üçün deyil


137
|
  Şair  nə  üçün  ana  dilini  Göygöl,  Şahdağı  hesab  edir.  Bu  misraların 
mənasını başa düşdüyünüz şəkildə açıqlayın və fikrinizi əsaslandırın.
|
 Bu parçada qara şriftlə verilmiş misranın mənasını necə başa düşürsünüz?        
Səs tonunuzu tənzimləməklə suallar əsasında fikirlərinizi ardıcıl ifadə edin.
1) Şair dünya dillərini nəyə bənzədir?
2) Nə üçün o, öz dilini bu ağacın şah budağı hesab edir? 
3) Bunun səbəbi nə ilə bağlıdır? 
4) Şairin bənzətməsi ilə razılaşırsınızmı?

  Şeirdə  bir  neçə  mürəkkəb  söz  işlənmişdir.  Həmin  sözləri  seçib, 
dəftərinizə yazın və misalların sayını artırın. Bu sözlərin yazılışı ilə əlaqədar 
öyrəndiyiniz qaydaları yadınıza salın və əlavə misallarla izah edin.

  Qruplara  bölünün  və  şeirdən  çıxarılan  aşağıdakı  nəticələrdən  biri 
əsasında  fikirlərinizi  formalaşdırıb  bir  neçə  cümlə  ilə  ifadə  edin.  Fikrinizi 
şeirdən götürdüyünüz misralar, həmçinin  əlavə misallar, faktlarla  əsaslandıra 
bilərsiniz.
1) Dilimiz ruhumuzun sözlərlə ifadəsidir.
2) Ana dilim əcdadlarımızdan bizə  yadigardır.
3) Ana dilim tariximizin yaşıdı, yol yoldaşıdır.
4) Ana dilim xalqımın şərəf və ləyaqətinin  tarix kitabıdır.
5) Mənim çox zəngin bir dilim var; o, Göygöl qədər dərin, Şahdağı qədər 
ucadır. 
6) Kim ana dilini qorumursa, onda yurd sevgisi ola bilməz.
7) Dilimizi qorumalı və yaşatmalıyıq, çünki o, harada yaşamasından asılı 
olmayaraq, bu dildə danışan insanları birləşdirən ən möhtəşəm bir körpüdür.

  Şeirdə  altından  xətt  çəkilmiş  sözün  qrammatik  mənası  haqqında 
deyilənlərdən yalnız biri doğrudur. Doğru cavabı tapın və fikrinizi əsaslandırın. 
A) qoşmadır       B) bağlayıcıdır       C) sual əvəzliyidir       D) sual ədatıdır
 

 Aşağıda verilmiş aforizimləri oxuyun və yadda saxlayın. Necə bilir-
siniz, onların içərisində şeirin məzmunu ilə bilavasitə bağlı olmayanı varmı? 
Fikrinizi konkret nümunə üzrə əsaslandırın.
HИKMЯT XЯZИNЯSИNDЯN
1) Öz ana dilini bilməyənlər şikəst adamlardır!  Heydər Əliyev
2) Dil öz köklərinin bütün incə telləri ilə xalq ruhuna bağlıdır.  V.Humboldt
3) Bir xalqın dilinə hücum etmək, onun qəlbinə hücum etmək deməkdir. Laube
4) Yaxşı danışmağı yaxşı yazan müəllifləri oxumaqla öyrənmək olar. F.Volter
|
 Aforizmlərdə  deyilən  fikirlərlə  razılaşırsınızmı?  Hansı  aforizm  daha 
çox xoşunuza gəldi? Fikrinizi əsaslandıra bilərsinizmi?
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə