Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə46/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   43   44   45   46   47   48   49   50   51

138

  Şeirdə  məcazi  mənada  işlənmiş  sözləri  seçib  səsləndirin  və  onları 
həqiqi mənada işlətməklə fikrinizi əsaslandırın.

  Türk  dilləri  ailəsi  haqqında  araşdırma  aparın  və  tədqiqatınızın 
nəticəsini təqdimat formasında hazırlayın, sinifdə yoldaşlarınıza oxuyun.
|
 5-ci, 6-cı siniflərdə və indiyə qədər  öyrəndikləriniz əsasında Azərbaycan 
dilinin qrammatik quruluşu haqqında danışın.

 Şeirdə qara şriftlə verilmiş feilləri dəftərinizə köçürün; hansı formada 
və şəxsdə işləndiyini müəyyənləşdirib, qarşısında qeyd edin. Əvvəlinci iki feili 
şəxslər üzrə dəyişib cümlələrdə işlədin.

 Aşağıda  ana  dili  haqqında  indiyə  qədər  öyrəndiyiniz  şeirlərdən  par-
çalar verilib. Bu parçaların kimlərə məxsus olduğunu deyin və onların “Mənim 
dilim” şeirindəki hansı hissələrlə səsləşdiyini müəyyənləşdirin. Uyğunluğun 
səbəbini izah etməyə çalışın.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə. 
 
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu
Tarixi varaqlanır. 
 
Mən nankor deyirəm, nacins deyirəm
Öz ana dilini bilməyənlərə.
 
§ 37. İKİ  DOST  QAçIRDI ...
– Ara, vur, onu gəbərt. 
Gör necə 
həyasızdır, səs-küyünə 
bir bax
. Ha-ha-ha...
– Ara, 

 durmusan, at 
da
. Türkün köpəyinə 
bax da

Gör bir
 necə dayanıb? 
Qorxusu-hürküsü yoxdur. Vur onu, vur…
Tamerlan  vahimə  içində  gözlərini*  açdı.  Gördüyünün  yuxu  olduğuna 
sevindi. Yorğanı üstündən* atıb qalxmaq* istədi. Anası onun tərpəndiyini hiss 
etdi. Qalxıb oturdu:
– Hara belə? Niyə durmusan?  
Sonra əlini onun alnına çəkdi. – Bu nədir? Su içindəsən 
ki
?
–Yuxu görürdüm, ana. Gördüm ki, ermənilər mənim Ala itimi güllələyirlər*.
– Yat, bala. Ermənilərin itlə nə işi var! Allahın heyvanıdır. Dili yox, ağzı 
yox. Həm də Allah bilir, Ala köpək o vəhşilərin əlindən çoxdan qaçıb canını 
qurtarıb*.
– 
Yox
, ana, yox. O, məni gözləyir. Mən yaxşı dost deyiləm, ana.
Ağlamağını gizlətmək üçün uzanıb yorğanı başına çəkdi. Çox keçmədi 
ki, yuxuya getdi. Açılan güllə səsindən* diksindi. Bu dəfə parça-parça ətrafa 
səpələnən onun Ala itinin güllə dağıtmış başı idi. Oyandı. İşıqlanırdı… Ehmal-
Çap üçün deyil


139
ca yerindən* durdu. Dəhlizin qapısında dayanıb öz-özünə fikirləşdi*:
– Getməliyəm, nəyin bahasına olursa-olsun. Yolu 
ki
 tanıyıram.
Necə  düşünürsünüz,  Tamerlan  heç  nədən  qorxmayıb, Ala  itin  dalınca 
gedəcəkmi, yoxsa fikrindən dönəcəkmi? 
Həyətə düşdü. Ağzını su kranına dirəyib doyunca içdi.
Kənd  yoluna  çıxdı.  Gah  aramla  yeriyir,  gah  da  qaçırdı.  Belə  getsə, 
kəndlərinə* çatardı. Yolu çox yaxşı tanıyırdı. Neçə dəfə xalası oğlu ilə gəzə-
gəzə  gedib  kəndlərinə*  çıxmışdılar.  Yolüstü  suyu  çox  da  olmayan  Qarqar 
çayının yatağına düşüb oynayar, cürbəcür çay daşları* toplayar*, orda-burda 
qabaran yumru-yumru, ovuc boyda təpəcikləri qazıb oradan göbələk çıxardar, 
yığıb evlərinə gətirərdilər.
–  Ha,  ha,  ha…  İtini?  Eləmi?  Burda  indiyə  it  qalar? Allah  bilir  harada 
gəbərib. İndi səni 

 göndərərəm onun yanına.
Bunları düşünə-düşünə nə qədər getmişdi, özü 

 bilmədi. Onda ayıldı 
ki, qarşısında doğma kəndlərinin acınacaqlı* mənzərəsi tüstülənir. Kənddə 
səs-səmir  yox  idi.  Tamerlan  çəpərdən  tullanıb  əmisigilin  həyətinə  düşdü. 
Əmisigilin evi salamat idi. İlk gözünə dəyən nənəsinin yana-yana xatırladığı 
ağ  əriyin  dibində  oturan  kişi  oldu.  Erməni  əsgəri  idi.  Ərik  yeyirdi.  Hənirti 
eşidən kimi başını qaldırdı.
– Dayan! Kimsən, dur! Tərpənmə!
Sözün düzü, Tamerlan heç tərpənə 

 bilmirdi. Qorxudan quruyub qalmışdı.
Erməni yaxınlaşdı*. Əlini onun boynuna atıb sıxmağa başladı. Boğulmağa 
az qalan uşağı özünə tərəf çəkdi:
– Hə, nədir? Yanan xarabalarınıza yas tutmağa gəlmisən, ay musurman 
küçüyü?
Mən itimi, Ala itimi aparmağa gəlmişəm.
Tamerlan vahimə içində onun gözlərinə baxdı. Ona elə gəldi ki, qarşısındakı 
insanın gözləri* şüşədəndi. Qışqırmaq* istədi. Amma bacarmadı, səsi çıxmadı. 
Böyümüş gözlərini* şüşə gözlərə zillədi. Sonra onları bərk-bərk yumub tətiyin 
çəkiləcəyi anı gözlədi. Birdən qulağına Ala itin hənirtisi gəldi. Hansı dəhşətdən 
gözlərini qapadığını unutdu. Gözlərini açanda 
artıq
 şüşə gözlərin sahibi Ala 
itin ayaqları* altında çapalayırdı.
Tüstülənən kənd evlərinin arası ilə iki dost qaçırdı…  
SÞZLÖK
  hənirti – шорох
dirəmək – упереться
qabarmaq – burada: вздувать
acınacaqlı – плачевный, жалкий 
gəbərmək – издохнуть
yolüstü – по пути
SЮZ EHTИYATI
çayın yatağı – русло реки         quruyub qalmaq – замереть (от страха)
Gülzar İbrahimova
Çap üçün deyil


140

  Səs  tonu  və  fasiləni  gözləməklə  mətni  oxuyun,  əsas  fakt  və  hadi-
sələri müəyyənləşdirin. Hadisələrin harada və nə vaxt baş verməsi ilə bağlı 
fikirlərinizi yoldaşlarınızla bölüşün.

 Mətn üzrə suallar tərtib edib yoldaşlarınıza verin və cavablara münasi-
bətinizi bildirin. Cavablar sizi qane etmədikdə əlavələrinizi edin. 

  Mətn  üzrə  tərtib  edilmiş  planı  nəzərdən  keçirin  və  uyğunsuzluqları 
müəyyənləşdirib aradan qaldırın. Plana yeni bəndlər əlavə etmək istərdinizmi?
1) Doğma kəndin acınacaqlı mənzərəsi.           4) Tamerlanın yuxusu.
2) Açılan güllə səsi. 
 
 
         5) Əsirlərlə gizli görüş.
3) Tətiyin çəkiləcəyi an.    
 
         6) Tamerlan kənd yolunda.
|
  Mətn  üzrə  fərqli  üslubda  özünüz  yenidən  plan  tərtib  edin.  Planın 
bəndlərini nəqli cümlələrlə formalaşdırın.
Köməkçi: 
1) Tamerlan yuxu görür.  ... 

  Mətndə  bir  abzasın  yeri  dəyişik  düşdüyünə  görə  iki  yerdə  hissələr 
arasında əlaqə pozulmuşdur.  Həmin abzası tapıb yerinə qoysanız, mətndəki 
əlaqəsizlik aradan qalxacaqdır. Özünüzü yoxlayın.

  Qruplara  bölünün  və  mətnin  hissələrini,  həmçinin  hissələr  arasında 
əlaqə yaradan cümlələri müəyyənləşdirib, nəticələri müqayisə edin. 

  Mətndə  işğal  olunmuş  torpaqlarımızın  mənzərəsini  əks  etdirən 
abzası müəyyənləşdirin. Bu ərazilərdə indi nələr baş verir? Tamerlanın orada 
gördüklərini əlavə fakt və misallarla genişləndirib öz sözlərinizlə təsvir edin.
|
 Həmin abzasda fərqləndirilmiş cümlənin mənasını izah edin. “Tüstülənir” 
sözünün hansı məqsədlə işləndiyini açıqlayın.

 Nə üçün Tamerlana elə gəldi ki, qarşısındakı erməninin gözləri şüşə-
dəndir? Bunu nə ilə izah etmək olar? Fikirlərinizi yoldaşlarınızla bölüşün.
|
 Mətndəki erməni əsgərinin dilindən deyilmiş cümlələr, həmçinin eşit dik-
ləriniz, oxuduqlarınız və gördükləriniz (Xocalı faciəsi zamanı çəkilmiş fotolar, 
“Fəryad” filmi) əsasında erməni faşistlərini geniş şəkildə xarakterizə edin. 

 Aşağıdakı bayatıları oxuyun və əzbərləyin. Sizcə, onlardan hansının 
mətnin  məzmunu  ilə  birbaşa  bağlılığı  vardır?  Fikirlərinizi  həmin  bayatını 
mətnin müvafiq hissəsi ilə əlaqələndirməklə əsaslandırın. 
Gəzdim dağı, aranı, 
 
 
Araz gəldi yan axdı,
Seçdim ağdan qaranı. 
 
 
Dibindən min can axdı.
Vətən viran olsa da
 
 
Vətən sarı baxanda
Cənnət gördüm oranı. 
 
 
Ürəyimdən qan axdı.

 Ahəng qanununa uyğun şəkilçi variantları seçmək və sözləri düzgün 
əlaqələndirməklə cümlələri yazılı şəkildə tərcümə edin.
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə