Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə51/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   43   44   45   46   47   48   49   50   51

153
vaxtıdır*.
Həsənin bir pis xasiyyəti vardı kiçox inadcıl* idi. Başına bir iş girdi-
migərək hər nə cür olursa-olsun, yerinə yetirəydi. Buna görə də sözündən
dönmədi:
– Məgər, – dedi, – quşların* hamısı birdən bala çıxarır?
Mən istər-istəməz razı oldum. 
Səhər balaca heybələrimizi yumru daşlarla doldurduq*, zəmidə gizlənib 
turacın  oxumasını  gözlədik.  O,  oxumağa  başlayan  kimi,  biz  yavaş-yavaş 
səs gələn tərəfə süründük. Çox axtardıq*, bir şey tapa bilmədik. Birdən lap 
ayağımızın  altından*  pırıltı  ilə  bir  quş  uçaraq*  havaya  qalxdı.  Həsən  hazır 
saxladığı gödəkqollu sapandını tovlayıb atdı. Turac bir qədər havaya millənib, 
sonra qurğuşun kimi yerə düşdü.  Biz adam boyu qalxmış sünbülləri aralaya-
aralaya  quş  düşən  yerə  yüyürdük  və  gördük  ki,  o,  kolun  dibində  bir  ayağı 
üstündə dayanıb ürkək nəzərləri* ilə ətrafına baxır. Bizi görən kimi gücünü 
toplayıb  havaya  qalxdı.  Biz  arxasınca  yüyürdük.  [O,  bir  qədər  uçduqdan*  
sonra balaca böyürtkən koluna qondu.] 
Necə bilirsiniz, uşaqlar turacı tuta biləcəklərmi, yoxsa o uçub canını qur-
ta racaqmı? Əhvalatı siz necə davam etdirərdiniz? Variantınızı təqdim edin.
Fikirləşdim*  ki,  yəqin,  heyvan  yaralı  canını  bizdən  qurtarmaq*  üçün 
bu balaca kola pənah gətirdi. Ancaq* yaxınlaşdığımız zaman elə mənzərəyə 
rast gəldik ki, mən onu heç vaxt unutmayacağam. Yumurtadan təzəcə çıxmış 
kiçik bala anasına baxaraq* zəif səslə civildəyir və elə bil ki, deyirdi: “Ana, 
bəs mənim üçün gətirdiyin yem hanı?” Yaralı turac isə tək ayağının üstündə 
dayanıb ürkək nəzərləri ilə gah bizə, gah da balasına baxırdı.
“Yazıq  quşcuğaz!  Sən  sınıq*  ayağınla  bu  körpə  balaya  necə  yem  tapıb 
gətirəcəksən? Bəs bu gecə o, nə yeyəcək?” – deyə düşünürdüm. [Bu mənzərə 
yoldaşıma da təsir etmiş olmalıydı kiqaşqabağını sallayıb başını buladı.]
– Yaxşı iş görmədik, – dedi. 
  Mən onu məzəmmət etdim:
– Axı sənə dedim ki, indi quşların* bala çıxaran vaxtıdır*.
[– Keçib, – deyə o, üzümə baxmadan kədərlə dilləndi.]
Heç nədən xəbəri olmayan körpə bala anasına baxıb hey civildəyirdi*.
– Bəs bunlar* necə olacaq*? – deyə Həsəndən* soruşdum.
– Aparaq* evə.
Körpə balanı  ananı üsulluca götürüb evə gətirdik. Onlar* üçün qəfəsdə 
yer düzəltdik. Qabaqlarına* dən səpdik, su qoyduq*. Qoca nənəm sınıqçı* idi. 
[O, quşun qıçını sarıdı.]
[O gecə Quruçay yenə də əvvəlki kimi şırıldayır, qurbağalar səslənirdi.] 
Yaz  gecəsi  heç  bir  şey  olmamış  kimi,  yenə    öz  əfsanələrini  söyləyirdi.  
La kin evimizin arxasındakı zəmidən daha turac nəğməsi eşidilmirdi. 
 
       İlyas Əfəndiyev                                                                                
Çap üçün deyil


154
SÞZLÖK
  sapand –  рогатка, пращ                
millənmək – подняться ввысь            
qurğuşun –  свинец                   
peyda olmaq – появиться
üsulluca – осторожно
sınıqçı – костоправ
SЮZ EHTИYATI
quşu gözündən vurmaq – метко стрелять   
pənah gətirmək – burada: приютиться

 Nitqinizi uyğun səs tonu ilə tənzimləyərək mətni oxuyun və hekayədən 
çıxardığınız nəticə barəsində fikirlərinizi bir-birinizlə bölüşün.

 Müəllimin köməyi ilə aşağıdakı atalar sözlərinin mətnlə əlaqəsini izah 
etməyə çalışın.  Necə düşünürsünüz, bunların içərisində mətnin məzmunu ilə 
səsləşməyəni varmı? Həmin atalar sözünü səsləndirin və fikrinizi əsaslandırın.
1) Sonrakı peşmançılıq fayda verməz.  2) Daldan atılan daş topuğa dəyər. 
3) Əvvəl danışan bilsə ki, sonrakı nə danışacaq, heç danışmaz. 4) Zərərin 
yarısından  qayıtmaq  da  qazancdır.  5)  Saqqalım  yoxdur,  sözüm  keçmir.  
6) Böyük sözünə qulaq asmayan xeyir tapmaz.
ATALAR SЮZЦ – AЬLIN GЮZЦ
❸ 
Necə düşünürsünüz, Həsənlə razılaşmaqla yoldaşı düzmü hərəkət etdi? 
Əslində o nə etməli idi? Debata qoşulun və fikirlərinizi mətnə istinad etməklə 
əsaslandırın. Nitqinizdə “məncə, fikrimcə, görünür, təəssüf ki, nəticədə, sözün 
düzü” və s. kimi modal sözlərdən istifadə etməyə çalışın.
1) Yoldaşı Həsənlə razılaşmamalı idi.
2) Yoldaşı Həsənlə razılaşmaya bilməzdi.

 Mətn üzrə plan tərtib etməli olsanız, aşağıdakı variantlardan hansına 
üstünlük verərdiniz?  Bu variantlar bir-birindən nə ilə fərqlənir? Müzakirə edin 
və fikrinizi açıqlayın.
I. 1) Bizim kəndin yaz axşamları gözəl olur.
2) Çox axtardıq, bir şey tapa bilmədik.
3) Biz də ovçu olmaq xəyalına düşmüşdük.
4) Bəs bunlar necə olacaq?
5) Quşların bala çıxaran vaxtıdır.
6) Mən onu heç vaxt unutmayacağam.
II.  1) Dostum Həsənin qərarı.   
4) Yaralı turac.
2) Qayğıkeş ana. 
 
 
5) Kəndimizin axşamları.
3) Yardım. 
 
 
 
6) Peşmançılıq.
Çap üçün deyil


155
|
 Hansı  planda mətndəki ardıcıllıq pozulmuşdur? Fikrinizi əsaslandırın  
və düzgün ardıcıllığı bərpa edin. 

 Necə düşünürsünüz, Həsənin öz əməlindən peşman olduğunu söyləmək 
olarmı? Müzakirə edin və fikirlərinizi mətndəki konkret faktlarla əsaslandırın. 
|
  Bəs  siz  bu  uşaqların  yerində  olsaydınız,  necə  hərəkət  edərdiniz? 
Söylənən müxtəlif fikirlərə münasibət bildirməklə müzakirə edin.

  Mətndə  kursivlə  verilmiş  sözlərin  və  ifadələrin  kontekstə  uyğun 
mənalarını izah edin, sinonimlərini və antonimlərini səsləndirin.

 Mətndə altından xətt çəkilmiş sözləri məna növləri üzrə qruplaşdırın 
və qrammatik mənasını izah edin. Onlardan bir neçəsini aid olduğu sözlərlə 
birlikdə səsləndirin.

 Mətndə mötərizə içərisində verilmiş cümlələrdə “o”, “bu” əvəzlik lərin dən 
sonra nə üçün vergül qoyulduğunun, yaxud qoyulmadığının səbəbini izah edin.  
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Modal sözlər cümlənin əvvəlində gəldikdə ondan sonra, ortada gəldikdə hər 
iki tərəfdən, axırda gəldikdə isə ondan əvvəl vergül işarəsi qoyulur. Məsələn:  
1) Məncə, bu il yaz gecikir. 2) Sabah, deyəsən, yağış yağacaq. 3) Onlar gecikirlər, 
deyəsənSanki, elə bil guya -modal sözlərində vergül işarəsi qoyulmur.
❾ 
Mətndə  qara  şriftlə  verilmiş  sözləri  qrammatik  mənaları  üzrə  qrup-
laşdırıb ayrı-ayrı sütunlarda dəftərinizə yazın. Onların aralarındakı oxşar və 
fərqli cəhətləri izah edin. Hər birinin qarşısında məna növünü qeyd etməyə 
çalışın.

 Aşağıdakı cümlələrdə “da, də”-nin qrammatik mənasını izah etməyə 
çalışın. Çətinlik çəkdikdə müəllimin köməyindən istifadə edin.
1) Alim də, şair də, dağda çoban da 
Deyir mahnısını ana dilində (S.Vurğun). 2) Bu mənzərə yoldaşıma da təsir 
etdi. 3) Atamgil Kirs meşələrində ovçuluq edirdilər. 4) Sən də vaxtında gəl çıx 
da! 5) İldə qurban bir olar, sənə qurban gündə mən.

  Mətndə  yaşıl  rənglə  fərqləndirilmiş  ifadənin  mənasını  necə  başa 
düşmək lazımdır? Fikrinizi söyləyin.

  Cütlərlə  işləyin.  Hərəniz  aşağıdakı  birləşmələrdən  birini    müxtəlif 
qrammatik formalarda cümlələrdə işlədin və tərcümə edin. 
yaz axşamları, qalın meşələr,   qəribə əfsanələr, turac nəğməsi, böyürtkən 
kolu,  adam  boyu  qalxmış  sünbüllər,  balaca  heybələrimiz,  yaşıl  yamaclar, 
maraqlı nağıllar, yoldaşım Həsən, pis xasiyyət, yazıq quşcuğaz
Çap üçün deyil


156
⓭ 
 Aşağıdakı cümlələrdə işlənmiş köməkçi nitq hissələrini tapıb səsləndirin 
və hər birinin qrammatik mənasını, dildə rolunu izah edin. 
1) O, pul sahibinin halına da acıyırdı: düşünürdü ki, kim bilir, bəlkə, indi 
ağlaya-ağlaya  pulunu  axtarır?  2)  “Olmaya,  İmran  səni  incidib?”  –  dedim.   
3) Əlini cibinə salan kimi rəngi qaçdı, elə bil barmaqlarına ilan toxunmuşdu. 
4) Doğrusu, ona birinci cavab verən elə balaca oğlan oldu. 5) O, İmrangilə də 
gəldi, ancaq İmran evdə yox idi. 6) Deyəsən, Əlişir məni ələ salır. 7) Elə bu vaxt 
Əlişir saraya girdi. 8) Əlişir, düzünü de, bu gecə bir yerdə od qalanmamışdı ki? 
|
 Yuxarıdakı cümlələrdə işlənmiş köməkçi nitq hissələrinin  orfoqrafik 
xüsusiyyətini  və  onlarda  durğu  işarələrindən  istifadə  qaydalarını  faktlar 
əsasında izah edin.
⓮ 
 Müxtəlif quşların bala verməsi ilə əlaqədar  araşdırma aparın və əldə et-
diyiniz  maraqlı məlumatlar əsasında təqdimat hazırlayıb sinifdə yoldaşlarınıza 
oxuyun.  Zoologiya  müəlliminizin  köməyindən  və  internetin  imkanlarından 
istifadə edin.

 Əgər mətn “Qoca nənəm quşun qıçını sarıdı” cümləsi ilə bitsə idi,  siz 
onu necə davam etdirərdiniz? Qruplara bölünün və öz variantınızı hazırlayıb, 
təqdim edin. Cümlələrin düzgün əlaqələnməsinə və sonluğun  orijinal olmasına 
çalışın. 
§ 42. ƏLLAMƏ
Azərbaycan xalq nağılı
Qədim zamanda Gəncə şəhərində bir oğlan yaşayırdı. Ağıllı və hazırcavab 
olduğundan* hamı ona Əllamə deyərdi. Bir dəfə o, qala divarlarınındibində 
yoldaşları* ilə oynayırdı*. Başını qaldıranda uzaqdan* bir kəndlinin* onlara* 
tərəf gəldiyini gördü. Kəndli eşşəyə minmişdi, qoltuğunda bir xoruz da var 
idi.1  
Kəndli paltarı geymiş qonşu öl kə nin 
vəziri  idi.  Vəzir  çox  tədbirli  və  hazır-
cavab  olduğu  üçün  padşah  onu  tez-tez 
başqa ölkələrə danışığa göndərirdi. Vəzir 
həmişə sual-cavabda qalib gəlir və o ye-
rin  hökmdarından*  yüz  qızıl  alıb  geri 
qayıdırdı.  Bu  dəfə  padşah  onu  Gəncə 
hökmdarının yanına göndərmişdi.2
Vəzir uşaqlara* yaxınlaşıb* dedi:
– 
Ay
 uşaqlar*, bir bura gəlin görüm!
Əllamə irəli keçib soruşdu: 
Çap üçün deyil


157
– Nə buyurursan, əmi?
De görüm, bu şəhərdəki böyükləri harada görmək olar?
– Gedək, mən sənə göstərim.
Onlar yola düşdülər. Bir qədər getmişdilər ki, Əllamə bir karvansaranın 
qabağında dayandı.
– Bax, əmi, bizim şəhərdə böyüklər burada yaşayırlar*. Odur, özləri* də 
orada durublar.
Vəzir Əllamənin göstərdiyi tərəfə baxanda üç-dörd dəvə görüb ucadan 
güldü.3
– 
Ay
 ağılsız uşaq, bu cür böyüklər yox 
ey
, mən deyənlərin* uzun saqqalı* 
olur, – deyə öz saqqalını* göstərdi.
– Başa düşdüm, gedək.
Onlar* gəlib bir həyətə çatdılar.4
– Əmi, bizim şəhərdə bunlardan* uzun saqqallı* yoxdur.
Söz döyüşdürməyə gələn vəzir bərk acıqlandı*:
– Buna bax, bir qarış boyu ilə məni dolayır. Böyük deyəndə dəvə, saqqal 
deyəndə keçi göstərir. Mən danışmağa adam axtarıram, bildin?
– Hə, siz adam axtarırsınız, adam mən, elə mənimlə danışın da.
Əlacı kəsilmiş vəzir:
– Adama bax, – dedi, – gör kimlə danışmaq* istəyir?! – Yaxşı, biz uzaq* 
yerdən gəlib bərk acmışıq*. Bircə dinar da pulum var. Bu bircə dinara nə alım 
ki, həm özüm, həm xoruzum, həm də eşşəyim ondan yeyə bilsin? 
Əllamə gözlərini* qıyıb başını qaşıya-qaşıya cavab verdi: 
– Gedək, əmi! Mən sizin üçünüzə də yaxşı bir şey alaram.
Yenə vəziri dalınca apardı. Onlar* böyük bir bazara gəldilər. Əllamə təpə 
kimi qalanmış yemişlərdən* birini seçib vəzirə verdi:
– Buyurun, lap siz deyən şeydir. İçini özünüz yeyin, toxumlarını xoru-
zunuza verin, qabığını da atın eşşəyə.5
Özünü hamıdan ağıllı hesab edən vəzir: “Bir şəhərin uşaqları* bu qədər 
ağıllı olanda, gör böyükləri necə olar!” – fikirləşib* geri qayıtdı. 
SÞZLÖK
  dolamaq – burada: издеваться
dinar – денежная монета
söz döyüşdürmək – спорить
tədbirli – предусмотрительный

 Nitqinizi uyğun səs tonu ilə tənzimləyərək mətni rollar üzrə oxuyun və 
mətndən çıxardığınız nəticəni müzakirə edin. 

  Necə  düşünürsünüz,  mətndə  cümlələr  arasında  əlaqənin  pozulması 
faktına yol verildiyini söyləmək olarmı? Fikrinizi əsaslandırmaq üçün  mətndən 
həmin hissəni tapıb oxuyun və uyğun bildiyiniz cümlələrlə əlaqəni bərpa edin.
Çap üçün deyil


158

  Qruplara  bölünün  və  mətn  üzrə  suallar  tərtib  edib  yazın.  Sualları 
müəllimin tövsiyə etdiyi qrupa ünvanlayın və cavablara münasibət bildirməklə  
qiymətləndirmə aparın. 
❹ 
Mətni səhnələşdirin.

 Necə düşünürsünüz, aşağıdakı cümlələrin mətndə işlədilməsi zəru ri-
dirmi? Bəs bu cümlələr  mətndəki hansı rəqəmin yerində  işlədilməlidir? 
Əllamə keçib tövlənin qapısını açdı. Oradan beş-altı keçi çıxdı.
         A) 1            B) 2              C) 3              D) 4              E) 5

  Necə  bilirsiniz,  Əllamənin  hansı  hərəkəti  vəziri  güldürdü,  hansı 
hövsələdən çıxardı və hansı onu təəccübləndirdi? Həmin situasiyaları yadınıza 
salın və münasibət bildirməklə öz sözlərinizlə danışın.

 Aşağıdakı  aforizmləri  oxuyun  və  yadda  saxlayın.  Onlarda  işlənmiş 
düzəltmə  və  mürəkkəb  sözləri  seçib  səsləndirin,  hansı  nitq  hissəsinə  aid 
olduğunu  deyin.  Sonra  həmin  sözlərin  hansı  nitq  hissələrindən  düzəldiyini 
müəyyənləşdirin və  düzəlmə yollarını izah edin. 
HИKMЯT XЯZИNЯSИNDЯN
1) Ağıllı adamla dost ol, söhbət aç, 
    Namərddən uzaq ol gündə min ağac. Ömər Xəyyam
2) Ağıllı adamlar uzaqgörən olurlar. Fridrix Şiller
3) Ağıl gücə çevrilər, güc ağıla çevrilə bilməz. Əbu Turxan
4) Fikirləri yox, fikirləşməyi öyrənmək lazımdır. İmmanuel Kant
5) Qaranlığı günahlandırmaqdansa, bir şam yandır. Konfutsi
|
 Aforizmlərdə altından xətt çəkilmiş sözlərdən biri feil olmaq şərti ilə  
eyniköklü sözlər düzəldib yazın, sonra onları söz birləşmələri və cümlələrdə 
işlədin. 

 Mətndə altından xətt çəkilmiş sözlər arasındakı ümumi cəhət nədən 
ibarətdir? İzah edin və fikirlərinizi əsaslandırın.

 Mətndə çoxlu ədat işlənmişdir. Onları seçib səsləndirin, əlavə misal-
larla məna çalarlarını izah etməyə çalışın.
|
  Mətndən  qoşma  və  bağlayıcılara  aid  nümunələr  tapıb  deyin,  nə 
bildirdiklərini  cümlələrdə işlətməklə izah edin.

 Mətndə qırmızı rəngdə verilmiş sözlərin qrammatik mənasını izah edə 
bilərsinizmi? Fikrinizi bildirin və səbəbini izah edin.
Çap üçün deyil


159

  Necə  bilirsiniz,  mətndə  kursivlə  verilmiş  söz  müxtəlif  məqamlarda 
aşağıdakı  variantların  hamısına  sinonim  kimi  işlədilə  bilərmi?  Bəs  variant-
lardan hansı burada daha çox yerinə düşür? 
A) çox kiçik        B) bapbalaca       C) balaca        D) xırda        E) kiçik

 Mətndən sifət, say və əvəzliklərə aid nümunələr seçib ayrı-ayrı sütun-
larda yazın, hər birinin quruluşca növünü qarşısında qeyd edin və qrammatik 
mənasını izah edin.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Nitqdə hiss və həyəcan bildirmək üçün istifadə edilən sözlərə nida deyilir.
Nidalar  sevinc,  şadlıq,  ağrı,  alqış,  təəccüb,  kədər,  qorxu,  çağırış,  nifrət, 
narahatlıq  və  s.  kimi    mənalar    ifadə  edir:  Məsələn:  1)  Bəh-bəh,  nə  gözəl 
güllərdir! 2) Ay aman, nə qaranlıq gecədir! 3) Ay uşaqlar, bir bura gəlin görüm! 
cümlələrindən birincisində  işlənmiş  nida sevinc, ikincisində qorxu, üçüncüsündə 
isə  çağırış mənası bildirir.
Azərbaycan dilində ən çox işlənən nidalar aşağıdakılardır: ay can-ay can, bəh-
bəh, paho, ura, ay aman, of, uf, ax, ay dad, ey, ay, hey, a, ah, vay, bıy, tfu, xox, bah, 
xa-xa-xa, eh, oxay, ehey, bay, ey vay, vay-vay, ay-hay, boy, can ey, heyhat və s. 

 Aşağıdakı  atalar sözlərində buraxılmış sözləri yerinə qoyub oxuyun.
1) Ağıllı bildiyin söyləməz, – söylədiyin bilməz. 2) Ağıllı – nadan dost-
dan yaxşıdır. 3) – düşməndən qorxma, dəli dostdan qorx. 4) Ağıllı gördüyünü, 
ağılsız – söylər. 5) Ağıllı olan – aldanar. 6) Ağıl yaşda olmaz, – olar.
Köməkçi:
 düşmən, ağıllı, dəli, eşitdiyini, bir dəfə, başda 

 Aşağıdakı birləşmələri tərcümə edin və cümlələrdə işlədin. 
другие  страны,  Гянджинский  повелитель,  перед  каравансарай, 
громко смеялся, длинная борода, большой базар, крепостные стены, один 
крестьянин

 Mətndə qara şriftlə verilmiş  sözləri aşağıdakı sütunlara uyğun olaraq 
qruplaşdırıb köçürün. Sonra həmin sözləri mənalı hissələrinə ayırıb yazın.
Yalnız hal şəkilçili sözlər            Mənsubiyyət şəkilçili  sözlər     

 Aşağıdakı cümlələri oxuyun və nidaları seçib nə bildirdiyini izah edin.
1) Aa, günorta oldu ki!... 2) Ah! – deyə ana fəğan etdi. 3) Ay-hay, – dedi. 
– Bu ilxının yiyəsi ölüb ki, hər yoldan ötən bir at aparsın?! 4) Eh, getmir-
sən,  getmə,  onda  mən  getdim!...  5)  –  Bıy,  ay  Namiq,  nə  qəşəngləşmisən?!  
6)  – Ayə,  yoxsa  sən  qaçaq*  Kərəmsən?!  –  deyə  ilxıçı  sevincək  və  heyrətlə 
soruşdu. 7) Eh, sən hara, mən hara? – dedi. 8) Gül açanda yaz olur, bəh-bəh-bəh!  
9) Of, başım nə yaman ağrıyır, allah!
Çap üçün deyil


MüNDƏRİCAT
§ 1. Dostum ............................................................................................ 5
§ 2. Gözəl təşəbbüs ................................................................................. 8
§ 3. Saqqallı  uşaq. I hissə .................................................................... 12
§ 4. Saqqallı  uşaq. II hissə ................................................................... 16
§ 5. Burada nə var ki? .......................................................................... 20
§ 6. Səhərin keşikçiləri ......................................................................... 25
§ 7. İnşa ................................................................................................ 29
§ 8. Maraqlı görüş ................................................................................ 33
§ 9. Zəncinin arzuları ............................................................................ 38 
§ 10. Qazılıq qoca oğlu Yeynək boyu. I hissə ...................................... 42
§ 11. Qazılıq qoca oğlu Yeynək boyu. II hissə ..................................... 4
§ 12. Azərbaycan .................................................................................. 51
§ 13. Hüseynqulu xan ........................................................................... 54
§ 14. Bayrağımız .................................................................................. 58
§ 15. Doğrudan da, fizikdir ... ............................................................... 60
§ 16. Yox, montyor gəlməyəcək ........................................................... 64
§ 17. Rezin elektriki keçirmir ............................................................... 67
§ 18. Köməkçi ...................................................................................... 70
§ 19. Qızıl payız ................................................................................... 74
§ 20. İlk qabar ....................................................................................... 77
§ 21. Dinə bilmədi ................................................................................ 82
§ 22. Saat .............................................................................................. 85
§ 23. Ağa Musa Nağıyev ...................................................................... 89
§ 24. Xeyriyyəçi  Hacı Zeynalabdin Tağıyev ........................................ 93
§ 25. Sizinlə işləyəcəyəm...  ................................................................. 96
§ 26. Sərv ağacı .................................................................................... 99
§ 27. Ayların düzümü .......................................................................... 103
§ 28. Qırmızı  giləli  budaqlar ............................................................ 106
§ 29. Koroğluynan Dəli Həsən. I hissə ............................................... 109
§ 30. Koroğluynan Dəli Həsən. II hissə .............................................. 113
§ 31. Fətəli  xanın  beşiyi. I hissə ....................................................... 118
§ 32. Fətəli  xanın  beşiyi. II hissə ..................................................... 122
§ 33. Zirvə üstə ................................................................................... 125
§ 34. Qoçaqlar  həmişə  ürəkli  olur!.. ............................................... 128
§ 35. Qələbənin  sirri. (rəvayət) ......................................................... 132
§ 36. Mənim  dilim ..............................................................................135
§ 37. İki  dost  qaçırdı ......................................................................... 138
§ 38. Tamaşa  baş  tutmadı .................................................................. 142
§ 39. İki  ana ....................................................................................... 145
§ 40. Novruz  yeni  gün  deməkdir ...................................................... 148
§ 41. Zəmidə  bir  turac  səslənirdi... ................................................... 152
§ 42. Əllamə ........................................................................................156
7
Çap üçün deyil

Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə