Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə48/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   43   44   45   46   47   48   49   50   51

144

  Aşağıdakı  cümlələrə  müvafiq  ədatlar    artırmaqla  köçürün.  Çətinlik 
çəksəniz, “Köməkçi”yə müraciət edə bilərsiniz.
1) Ziba öz üzərində – çox işləməli idi, – o, məşhur aktyor olmaq istəyirdi. 
2)  –  afişalar  vurulmuş,  bütün  hazırlıq  işləri  görülmüşdü.  3)  –  ilk  günlərdə 
Ziba öz arzusunu komandirinə bildirdi. 4) – Zibaya qəhrəman demək olar – ?  
5) Mərmi yarası alan Ziba – 11 ay ölüm-qalım savaşı verdi. 6) Bunu – o bacara 
bilərdi.
Köməkçi:
 bax, elə, qoy, axı, düz, lap, bəs, artıq, -mı, məgər, yalnız, ancaq

 Aşağıdakı  aforizmi  oxuyun.  Onun  mətnin  ideyası  ilə  bağlılığı  hansı 
hissədə daha qabarıq görünür? Mətnin axırıncı abzasını bir daha oxuyun və 
fikrinizi əsaslandırın.
HИKMЯT XЯZИNЯSИNDЯN
Vətənin qüdrətini o şəxs bilir ki, Vətən ilə onun ruhən rabitəsi olsun; 
Vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün.  Nəriman Nərimanov
|
 Aforizmdə  fərqləndirilmiş feillərin hansı formada və şəxsdə olduğunu 
deyin və onları digər şəxslərdə də işlədin. 

  Mətndə  qırmızı  rəngdə  verilmiş  sözləri  qrammatik  mənalarına  görə 
qruplaşdırıb,  ayrı-ayrı  sütunlarda  yazın.  Sonra  bu  qruplar  arasındakı  or-
taq cəhətlərin nədən ibarət olduğunu deyin və hər bir qrup üçün xarakterik 
əlamətləri sadalayın. 
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Ədatlar, əsasən, sözdən ayrı yazılır.  Məsələn: 1) 
Əsl
 Ledisən 
ki
 durmusan.  
2)  Səs-küyünə 
bir
  bax.  3)  Uşaq 
artıq
  yorulmuşdu.  4) 
Məhz
  Novruzda  həyat 
yenidən canlanır. 
Şəkilçiləşmiş 
-sana
2
, -ca
2
, -mı
4
 
ədatları sözlərə bitişik yazılır.
 -mı
4
 ədatı yalnız 
da,  də
  bağlayıcılarından  sonra  ayrı  yazılır.  Məsələn:  1)  De,  yolun  düşdü

 
Muğan düzünə? 2) Sən də 
mi
 yazmamısan? 3) Uşaq oturduğu yerdə

 yatmışdı. 
4) Gəl
sənə
 yarışaq!

 Mətndə qara kursivlə verilmiş feilləri dəftərinizə köçürün, hər birinin  
qarşısında formasını və şəxsini qeyd edin. Sonra həmin feilləri şəxslər üzrə 
dəyişin və müxtəlif şəxslərdə  cümlələrdə işlədin. 

  Aşağıdakı  birləşmələri  tərcümə  edin  və  mətnin  məzmununa  uyğun 
cümlələrdə işlədin. Cümlələri elə əlaqələndirin ki, kiçik bir mətn alınsın.
талантливый  студент,  сложный  характер,  перед  зеркалом,  внешний 
вид,  привлекательные  глаза,  высокий  рост,  будущее  сцены,  приятные 
слова, предательское нападение, чёрные тучи, профессия снайпера
Çap üçün deyil


145
§ 39. İKİ  ANA
Gülyaz Küdrü düzündə göy yığırdı. Buludun yaşıllıqlara* saldığı kölgə 
altında qoyduğu südəmər körpəsi yatırdı.
Birdən  azacıq*  aralıdan  qopan  gurultu  Gülyazın  nəzərini  cəlb  etdi.  O 
döndü ...
Bir sürü ceyran gurultu ilə dərədən çıxıb düzənlik* boyu Gülyaza tərəf 
qaçırdı. Lakin sürü başçısı Gülyazı görəndə bir anlığa* dayandı  istiqaməti 
dəyişdi.  Gülyazın  həssas  qəlbindən*  ana  fəğanı  qopdu.  Ceyranlar*  onun 
südəmər  körpəsini  tapdalayacaq*,  körpə  dırnaqlar*  altında  didiləcəkdi.  O 
qaçmağa  başladı,  lakin  dəstə  qundağa  çatınca  nədənsə  birdən-birə  durdu.  
Gülyaz bir bala ceyranın büdrəyib üzüqoylu yıxıldığını gördü:                                      
Ah! – deyə fəğan etdi. Ceyranlar* yıxılan balanı  yatan qundağı dövrəyə 
alıb  durdular.  Lakin  Gülyazın  yaxınlaşdığını*  görüncə  hürküb  qaçmağa 
başladılar*. Bala ceyran isə qalxa bilmədi. Başını sürünün getdiyi tərəfə çevir-
di. Zərif boynunu uzadıb mələdi.
Sürüdən bir ceyran geri qaldı. O da ana idi. O da balasına səs verdi.
Gülyaz bunu görüncə durdu. İndi hər iki körpə, ceyranla Gülyazın arasında 
qalmışdı.  Qadın  ceyrana  acıdığından*  bir  addım  da  atmırdı.  Bala  ceyran 
mələyib çağırır, ana ceyran isə insanı görüb yaxınlaşmağa qorxur, lakin ayrılıb 
gedə bilmir, yazıq-yazıq mələyirdi.
Bu  aralıq*  bala  ceyran  daşa  dəyib  sıyrılan  qıçını  güclə  sürüyə-sürüyə 
anasına  doğru  getdi.  Ana  ceyran  ürəklənib  yanaşdı    hürkək  baxışlarla* 
ətrafını, Gülyazı nəzərdən keçirərək əziz balasını əmizdirməyə başladı.
Gülyaz da körpəsinə yanaşdı. Gözləri ceyranlarda* ikən balasını qaldırdı 
 oyanan körpəsinə süd vermək üçün yaxasını açdı.
Onlar* hər ikisi ana idi ...  
 
       
 
 
 
 
Əzizə Cəfərzadə
SÞZLÖK
  həssas – чувствительный      acımaq – burada: жалеть
fəğan – крик души     
qundaq – burada: ребёнок в пелёнках

  Mətni  oxuyun  və  ideyasını  müəyyənləşdirin.  Mətndən  çıxardığınız 
nəticə barəsində danışın. 

 Hansı cümlədəki fikir  mətnin məzmunu ilə ziddiyyət təşkil edir? 
1) Ceyran sürüsü Gülyazı görəndə istiqamətini dəyişdi.
2) Gülyaz sürünü görəndə özünü itirmədi, yerində durub gözlədi.
3) Ana ceyran Gülyazdan qorxub balasına yaxınlaşmırdı.
4) Gülyazın ceyrana yazığı gəldiyi üçün yerindən tərpənmirdi.
5) Əvvəlcə bala ceyran anasına yaxınlaşdı.
Çap üçün deyil


146

  Bəs  siz  mətni  necə  bitirərdiniz?  Nöqtələrin  yerinə  aşağıdakı  cüm-
lələrdən uyğun gələni seçib deyin və mətnin sonunu təsəvvür etdiyiniz kimi 
genişləndirib, danışın.
A) və ona görə  də ana öz körpəsini ölümdən xilas etdi.
B) və balaları təhlükədən qurtulduğuna görə sakitləşmişdilər.
C) odur ki, hər kəs öz balasını qorumaq istəyirdi.
D) ona görə də sürüdəki ceyranlar qaçıb getmişdilər.
E) analar isə öz balalarını çox sevirlər.  

 Mətndə fərqləndirilmiş cümlənin mənasını izah edin. Necə bilirsiniz, 
Gülyazın qəlbindən niyə fəğan qopdu? Bunun səbəbi nə ilə bağlı idi? Hadisəni 
öz sözlərinizlə təsvir edin. 

  Aşağıdakı  atalar  sözlərindən  hansının  mətnin  məzmunu  ilə  birbaşa 
bağlılığı vardır? Fikrinizi mətnin məzmununa istinad etməklə  əsaslandırın.
1) Ananın canı övlada bağlı olar. 2) Ağlarsa, anam ağlar, başqası yalan 
ağlar. 3) Ananın səbri tükənməz olur. 4) Anadan əziz, yenə anadır. 5) Ana 
bala ucundan canını oda yaxar. 6) Hər kəsə öz balası şirindir.
ATALAR SЮZЦ – AЬLIN GЮZЦ

 Birinci cümlədə altından xətt çəkilmiş söz hansı mənada işlənib?
  A) rəng bildirir            B) yaşıllıq yer     
С) yetişməmiş, kal        
 
    D) “səma” mənasında işlənib          E) göyərti mənasındadır        

 Qara şriftlə verilmiş sözləri qrammatik mənalarına görə qruplaşdırıb 
dəf tərinizə  yazın.  Hər  qrupla  bağlı  əlavə  misallar  göstərin  və  cümlələrdə 
işlədin.

 Ananı qorxudan hadisə nə ilə nəticələndi? Abzaslar və cümlələr  arasın-
dakı əlaqəni gözləməkıə hadisə barədə danışın.

 Aşağıdakı aforizmləri oxuyun və yadda saxlayın. Qara şriftlə verilmiş 
sözlərin sinonim və antonimlərini deyin.
HИKMЯT XЯZИNЯSИNDЯN
1) Yoxsa da dünyanın ucu-bucağı, Hər yerdən istidir ana qucağı. S.Vurğun.
2) Bir ana ürəyi dağ qalasıdır! S.Vurğun.
3) Ana səbri böyük olar! S.Vurğun.
4) Bu qoca dünyada bir adət də var: Qadın olan yerdə ədalət də var!.. S.Vurğun.
|
 Mənsubiyyət şəkilçili sözləri tapıb səsləndirin, hansı şəxsi bildirdiyini 
izah edin.
|
 Necə bilirsiniz, aforizmlərdə hansı köməkçi nitq hissəsi işlənib? İzah edin.
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə