Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə50/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   43   44   45   46   47   48   49   50   51

150
Həmin sözləri seçib səsləndirin, sonra kök və şəkilçiyə ayırıb yazın, hər birinin 
hansı nitq hissəsindən düzəldiyini qarşısında qeyd edin. 
|
 Bu sözlərin hər biri ilə eyniköklü sözlər düzəldib  cümlələrdə işlədin.

 Mətndə göy rəngdə verilmiş sözlərin hansı nitq hissəsinə aid olduğunu 
deyin və onları quruluşca növləri üzrə qruplaşdırın.  Düzəltmə və mürəkkəb 
sözlərin yaranma yollarını izah edin.

  Mətndə  altından  xətt  çəkilmiş    köməkçi  nitq  hissələrini  qrammatik 
mənalarına  görə  qruplaşdırıb  ayrı-ayrı  sütunlarda  yazın  və  məna  növlərini 
qarşısında qeyd edin.

  Mətndə  altından  xətt  çəkilmiş  sözlərdən  ikisi  digərlərindən  fərq lən-
dirilmişdir.  Bu  sözlərin  qrammatik  mənasını  müəyyənləşdirməkdə  çətinlik 
çəkdinizmi? Səbəbini izah etməyə çalışın.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Azərbaycan dilində işlənən köməkçi söz qruplarından biri də modal sözlərdir
Modal sözlər danışanın ifadə etdiyi fikrə münasibətini (yəqinlik, nəticə, təəssüf, 
ardıcıllıq, güman, şübhə, fikrin mənbəyini, müqayisə və s.) bildirir. Məs.: Məncə
Lalə düzgün hərəkət etdi. Nəhayət, imtahanlar başladı. 
Dilimizdə  ən  çox  işlənən  modal  sözlər  aşağıdakılardır:  həqiqətən,  əlbəttə, 
doğrudan (da), sözsüz, şübhəsiz, deyəsən, bəlkə (də), yəqin (ki), deməli, nəhayət, 
beləliklə, axır (ki), əvvəla, birincisi, heyif (ki), təəssüf (ki), məncə, fikrimizcə, 
mənə görə, sanki, elə bil (ki) və s.  

 Aşağıda verilmiş Novruz inanclarını oxuyun. Onlardan mətnin hansı 
hissəsində bir nümunə kimi istifadə etmək olar? Fikrinizi əsaslandırın. 
Novruz  inancları
1)  Novruz    bayramı  axşam  yandırılan  tonqaldan  xeyir-bərəkət  istənilər.  
2) Deyirlər, Novruz bayramında bağdakı ağacların quru budaqlarını kəsməsən, 
ağac küsər, bar verməz. 3) Axır çərşənbədə qonşuya ələk verməzlər. 4) Axır 
çərşənbədə  sağmal  malın  buynuzuna  qırmızı  bağlarlar.  5)  Novruz  bayramı 
üçün göyərdilən səməni tez cücərib düz qalxarsa, deyərlər ki, həmin il məhsul 
bol  olar.  6) Axır  çərşənbədə  gün  çıxmamış  su  üstündən  atlanarlar.  7) Axır 
çərşənbədə  heyva  çubuğundan  gözmuncuğu  düzəldərlər.  8)  Axır  çərşənbə 
günü şamı yarımçıq söndürməzlər.
|
 Oxuduğunuz inanclarda feilin  hansı formaları işlənmişdir? 
|
 Yuxarıdakı inanclarda modal sözlər işlənmişdirmi? 
⓫ 
 Mikayıl Müşfiqin “Bayram axşamı” şeirini oxuyun və mətndə təsvir 
olu nanların həyatda necə yaşandığına şahid olun. Sonra şeiri nəsrə çevirib öz 
sözlərinizlə danışın.     
Çap üçün deyil


151
     BAYRAM  AxşAMI 
Toplaşardıq* bir süfrənin 
Gülə-gülə dövrəsinə. 
Nənəm derdi: – Qurban olum
Yaradanın süfrəsinə. 
Ocaq* yaxıb, od qalayıb
Üzərindən* atlanırdıq*. 
Oynayırdıq* yorulunca,
Yorğunluğa qatlanırdıq*. 
“Gün çıx” deyə, “Gün çıx” deyə
Çalxanırdı sevincimiz. 
 
“Kəhər atı min çıx” deyə 
 
Qışqırırdı ən dincimiz. 
Əynimizdə təzə paltar,
Başımızda təzə papaq*.
Odlu* məşəl əlimizdə
Dolaşırdıq* soqaq-soqaq*.
Qışqırırdıq*, bağırırdıq* 
Ölçə-ölçə küçələri.  
Söz qısası, xoş keçirdi 
Bizə bayram gecələri.
Sabah Novruz* bayramıdır
Deyə-deyə yatıyorduq*.
Çəkdiyimiz acıları  
Sevinclərə* qatıyorduq*.  
                       Mikayıl Müşfiq
SÞZLÖK
  yaxmaq – burada: разжечь               yorğunluğa qatlanmaq – burada:  
çalxalanmaq – burada: бушевать 
 
              терпеть усталость

 Şeirdə milli folklor nümunələrindən olan “Günəşi çağırmaq” mövsüm-
mərasim  nəğməsi  xatırlanır.  Şeirdən  həmin  bəndi  tapıb  oxuyun  və  aşağı da-
kılardan uyğun bəndi seçərək  bu nəğməni davam etdirin:
Oğlun qayadan uçdu, 
Qızın təndirə düşdü 
Keçəl qızı qoy evdə 
Saçlı qızı götür çıx. 
Yağ verin yağlamağa,
Bal verin ballamağa
Qodu gülmək istəyir,
Qoymayın ağlamağa.
Novruz-novruz bahara
Güllər-güllər nübara,
Bağçamızda gül olsun,
Gül olsun, bülbül olsun...

 Şeirdə altından xətt çəkilmiş sözləri dəftərinizə köçürün və qarşısında 
ədəbi dilimizə uyğun variantı yazın. Şəkliçilərin yazılışındakı fərqlərin səbəbini 
izah etməyə çalışın. Müəlliminizin köməyindən istifadə edin.

 Şeirin yazıldığı dövrdən 100 ilə yaxın bir vaxt keçməsinə baxmaya-
raq, oradakı hadisələr, sanki indi baş verir. Şeirdən uşaqların bayram sevin-
cini  təsvir  edən  hissələri  tapıb  bir  daha  oxuyun.  Bəs  siz  Novruz  bayramını 
necə  keçirirsiniz?  Tarixi  ənənələrimizi  yaşada  bilirsinizmi?  Yoldaşlarınızın 
fikirlərinə münasibət bildirməklə müzakirəyə qoşulun.  

  Cümlələri düzgün əlaqələndirməklə şəxsi təəssüratınız (впечатлeние) 
əsa sında  “ Novruz gəlir, xoş gəlir” mövzusunda kiçik bir inşa yazın.
Çap üçün deyil


152

  Aşağıda  verilmiş  Novruz  adətlərindən  hansılar  şeirdə  öz  əksini 
tapmamışdır? 
A) tonqal üzərindən tullanmaq
B) təzə paltar geyinib, əldə məşəl küçələri dolaşmaq
C) bayram axşamı bütün ailə üzvlərinin bir süfrə arxasında toplaşması
D) “Kosa-kosa” və digər xalq oyunlarının  keçirilməsi
E) mərasim nəğmələri oxumaq

  Uyğun  gələn  ədat  və  modal  sözləri  artırmaqla  aşağıdakı  cümlələri 
köçürün.
1)  –  xalqımız  Novruz  bayramını  –  çox  sevir.  2)  –  Novruz  bayramının 
gəlişinə  uşaqlar  –  çox  sevinirlrər.  3)  Novruzun  –  qədim  adətlərindən  biri 
də od üzərindən tullanmaqdır. 4) – Novruz süfrəsinə “S” ilə başlayan 7 növ 
ərzaq qoyulur. 5) – bu il qar az yağdı. 6) “ –, fizikdir”, – deyə Nadir öz-özünə 
fikirləşdi. 7) Nə üçün, oğul, –, başa düşməmisən? 8) – bu gecə o, nə yeyəcək?
Köməkçi: 
ən,  çox,  daha,  həqiqətən,  fikrimizcə,  fikrimcə,  doğrudan  da,  
məncə, heyf ki, bəlkə, şübhəsiz, bəs, məgər
|
 Necə bilirsiniz, şeirdə modal söz işlənmişdirmi? Fikrinizi konkret fakt 
əsasında izah edin.
§ 41. zƏMİDƏ  BİR  TURAC  SƏSLƏNİRDİ...
Bizim kəndin yaz axşamları gözəl olur. Kəndimizin yarım kilometrliyin-
dən* axan Quruçay şırıldayır, elə bil ki, axıb gəldiyi qalın meşələrdən bizə 
qəribə  əfsanələr  danışır.  Qurbağalar  aramla  səslənir.  Evimizin  arxasındakı 
zəmidə isə bir turac dalbadal oxuyur: 
Tut-du-du, tut-du-du... Tut-du-du, tut-du-du.
Bizim yaşıl yamaclarda*, çay kənarındakı Laləli dərədə turac* çox olur. 
Lakin evimizin yaxınlığında* hər səhər, hər axşam oxuyan bir turac təzə pey-
da olmuşdu. 
Biz iki yoldaş idik. İkimizin  atası ovçu idi. Onlar otuz-qırx il idi ki
bal-
ta dəyməmiş qorxulu Kirs meşələrində
 ovçuluq* edirdilər. Başlarına gəlmiş 
işlər barəsində o qədər maraqlı* nağıllar danışmışdılar ki, biz  ovçu olmaq* 
xəyalına düşmüşdük. Lakin  tüfəngimiz var idi, nə də ov itimiz. Bunların* 
əvəzində,  ala-bəzək iplərdən toxunmuş sapandımız var idi ki, daş qoyub atan-
da tapança kimi şaqqıldayırdı*. Yoldaşım Həsən kəndimizdə birinci sapand 
atan idi. Quşu gözündən* vurardı. Onun qorxusundan* zəmilərimizə bir qarğa 
qona bilməzdi.
Bir axşam Həsən bizə gəlib dedi ki, hər nə cür olsa, gərək, [o turacı sabah 
tapıb ovlayaq*.] Mən etiraz edib dedim:
– Axı atamgil indi heç ova getmirlər*, deyirlər*, quşların* bala çıxaran 
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə