Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə47/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   43   44   45   46   47   48   49   50   51

141
1) Мальчик все время во сне видел родное село. 2) Он понимал, что 
друзей забывать нельзя. 3) Тамерлан увидел горящее село. 4) В страхе oн 
посмотрел на стеклянные глаза врага. 5) Среди пламени горящих домов 
села бежали два друга.
❿ 
 Mətndə altından xətt çəkilmiş sözlərin kontekstə uyğun qarşılıqlarını 
tapıb səsləndirin və  onlardan hansının burada daha çox yerinə düşməsi ilə 
bağlı fikrinizi bildirin.
⓫ 
 Mətndə qırmızı rəngdə verilmiş sözlər üzərində müşahidə aparın. Necə 
düşünürsünüz, bunlar  sözlərin və cümlələrin təsir gücünü artırmaqla bərabər, 
onlarda hər hansı bir məna çaları yaradırmı? Fikirlərinizi müvafiq nümunələrlə 
izah edin.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Ədatlar sözlərin və cümlələrin təsir gücünü artırmaqla, həm də onlara müəyyən 
məna çalarları verir. Bu baxımdan ədatların aşağıdakı məna növləri vardır: 
1. Qüvvətləndirici ədatlar – ən, lap, artıq, axı, da, də, ha, olduqca, daha, -ca
2
, bir;
2. Məhdudlaşdırıcı ədatlar – yalnız, bircə, tək, təkcə, ancaq; 
3. Sual ədatları – məgər, bəs, ki, yəni, -mı
4
;
4. Əmr ədatları – di, bax, baxın, baxsana, qoy, qoyun, qoysana, -sana
2
, gəl ...
Bunlardan başqa, ədatların dəqiqləşdirici (elə, məhz, əsl), arzu (kaş, təki, kaş ki, 
barı), təsdiq və inkar (hə, yox, bəli, xeyr, heç) kimi növləri də var. 

 Mətndə qara şriftlə verilmiş köməkçi nitq hissələrini qrammatik mə-
na sına görə qruplaşdırıb, ayrı-ayrı sütunlarda yazın. Hər birinin məna növünü 
qarşısında qeyd edin.

  Mətnin  əvvəlinci  cümlələrində  işlənmiş  “at”,  “vur”  və  “gör”,  “bax” 
söz lərinin  qrammatik mənası üzərində müşahidə aparın. Necə düşünürsünüz, 
bunlar  mətndə  eyni,  yoxsa  fərqli  qrammatik  məna  bildirir?  Rus  dilindəki 
biliklərinizdən və müəllimin  köməyindən istifadə edərək debata qoşulun.
1) Bu sözlərin hamısı feildir. 2) Burada “at, vur” feil, “gör, bax” isə ədatdır.

  Necə  düşünürsünüz,  mətnin  sonuncu  cümləsi  hadisə  barədə  aydın 
təsəvvür yarada bilirmi? Bəs siz hekayəni necə bitirərdiniz? Öz variantınızı 
təqdim edin və mətnin sonunu bir qədər genişləndirməklə danışın.

  Necə  düşünürsünüz,  Tamerlan  Ala  itin  dalınca  getməkdə  düzmü 
hərəkət etdi? Axı onların kəndləri erməni faşistləri tərəfindən işğal edilmişdi.  
Belə hərəkəti düşüncəsizlik, yoxsa cəsurluq kimi qiymətləndirirsiniz? Debata 
qoşulun və fikirlərinizi konkret nümunələrlə əsaslandırın. 
Çap üçün deyil


142
  
Bu dünyada şirin şey, bir anadır, bir Vətən! 
       
Atalar sözü
§ 38. TAMAşA  BAş  TUTMADI 
1941-ci  ilin  iyun  ayı.  Teatr  institutunun  tələbələri  imtahan  tamaşası 
hazırlayırdılar*. Şillerin “Məkr və məhəbbət” pyesi üzərində qızğın məşqlər 
gedirdi.  Hələ  ilk  günlərdən*  özünü  istedadlı* 
bir
  tələbə 
kimi
  göstərən  Zi-
baya Ledi Milford rolunu tapşırmışdılar. Ledi Milfordun mürəkkəb* xarak-
terini canlandırmaq* 
üçün
 Ziba öz üzərində çox işləməli, həftələrlə* güzgü 
qabağında məşq etməli olmuşdu. Rejissor deyirdi 
ki
, sənin xarici görkəmin 

  Ledi  Milforda  yaraşır, 
əsl
  Ledisən 
ki
  durmusan.  Uca  boyun,  yaraşıqlı* 
qamətin, iri cazibəli gözlərin* ...
Hazırlıq  işləri*  sona  yetdi.  Tamaşaya  daxili  baxış  oldu.  İnstitutun 
müəllimləri*, görkəmli teatrşünaslar*, professorlar* Zibanın oyununu yüksək 
qiymətləndirdilər,  onun  nadir  istedad  olduğunu  söylədilər. 
Hətta
  institutun  
rektoru ağsaçlı professor öz çıxışında  əlini Zibaya 
tərəf
 uzadaraq* dedi:
–  Səhnəmizin  gələcəyi  Siz  gənclərin  əlindədir.  Mən  Ziba  Qəniyevanın 
şəxsində gələcəyin teatr ulduzunu görürəm!
Alqışlar*,  gül-çiçək  dəstələri*,  xoş  sözlər...    Afişalar  vurulmuş,  bütün 
hazırlıq işləri* görülmüşdü. 
Ziba  bütün  gecəni  yata  bilmədi.  Xəyalın  qanadlarında*  Özbəkistana, 
anası  Kamilənin,  atası  Paşanın  yanına  uçdu.  Müvəffəqiyyətinə 
görə
  onları 
muştuluqladı*, gözaydınlığı* verdi.
Tamaşanı iyun ayının 22-nə təyin eləmişdilər. 
Amma
 tamaşa baş tutmadı. 
Tamaşa  əvəzinə,  mitinq  oldu. Alman  faşistlərinin*  Vətənimizə  xaincəsinə* 
basqın etməsi barədə mitinq.
Mitinqdə tələbələr adından* Ziba Qəniyeva çıxış etdi:
– Bildiyiniz 
kimi
, bu axşam biz “Məkr və məhəbbət” pyesini göstərməli 
idik. Tamaşa baş tutmadı. İndi biz Vətənin belə ağır günündə tələbə paltarını  
soyunub  əsgər  paltarı  geyməliyik!  Mən 
elə
  günü  sabahdan  könüllü  olaraq 
cəbhəyə gedirəm! Anamız Vətən çağırır bizi! Azğın düşmənə 
qarşı
 döyüşlərə* 
çağırır, başının üstünü almış qara buludları* qovmağa çağırır! Mən bu çağırışa 
ürəkdən hay verirəm! Yaşasın Vətən! Yaşasın ana! İşğalçılara ölüm!   
 
       Əlfi Qasımov
SÞZLÖK
  canlandırmaq –  воссоздать                    azğın – burada: коварный
SЮZ EHTИYATI
gözaydınlığı vermək – burada: поздравить
Çap üçün deyil


143

  Mətni  oxuyun  və  suallara  cavab  verin.  Sualların  içərisində  mətnin 
məzmunu ilə səsləşməyəni varmı? Fikrinizi mətnin məzmunundan çıxış edərək 
əsaslandırın. 
1) Ledi Milford  rolunu nə üçün məhz Zibaya tapşırmışdılar?
2) Tapşırılan rolun öhdəsindən gəlmək üçün Ziba nə edirdi?
3) Tamaşaya daxili baxış zamanı Zibanın işini necə qiymətləndirdilər?
4) Nə üçün Ziba bütün gecəni yata bilmədi?  
5) Zibanın kurs yoldaşlarına hansı rollar tapşırılmışdı?
6) Tamaşa nəyə görə baş tutmadı?
7) Vətənin ağır günlərində Ziba necə hərəkət etdi?
|
 Mətn üzrə hansı fakt və hadisələri dəqiqləşdirmək istərdiniz? Eşitmək 
istədiyiniz sualları özünüz tərtib edib yazın və cavablandırın.

 Necə bilirsiniz, Zibanın xarakterindəki hansı cəhətlər bu gün də gənclər 
üçün  nümunə  sayıla  bilər?  Söylənilən  fikirlərə  münasibət  bildirməklə  möv-
zunu müzakirə edin.

 Ziba Qəniyevanın əsl vətənpərvər bir gənc olduğu nə zaman ortaya 
çıxır? Mətndəki müvafiq hissəni bir daha nəzərdən keçirin və səs tonunuzu 
tənzimləməklə öz sözlərinizlə danışın. 

 Ahəng qanununa uyğun şəkilçi variantları seçməklə müəllimin təqdim 
etdiyi mətni yazılı şəkildə Azərbaycan dilinə tərcümə edin.

  Mətndə  çoxlu  sifət  işlənmişdir.  Onları  seçib  aid  olduqları  sözlərlə 
birlikdə dəftərinizə köçürün. Hər birinin əlamət və ya keyfiyyət bildirdiyini 
təyin edin.
|
 Seçdiyiniz sifətləri quruluşca növləri üzrə qruplaşdırıb ayrı-ayrı sütun-
larda yazın. Düzəltmə və mürəkkəb sifətlərin yaranma yollarını izah edin.
|
 Seçdiyiniz sifətləri mümkün müqayisə dərəcələrində işlədin.  

 Aşağıdakı mətn parçasını oxuyun. Necə bilirsiniz, onun oxuduğunuz 
mətnlə hər hansı bir əlaqəsi varmı? Bu parçanı mətnin hansı hissəsinə əlavə 
edərdiniz? Fikrinizi mətnin məzmununa istinad edərək əsaslandırın.
Ziba  Qəniyeva  cəbhəyə  könüllü  getdi.  İlk  günlərdən  Ziba  öz  arzusunu  
komandirinə bildirdi: “Mən snayper olmaq istəyirəm”.
Komandir  Zibanın  arzusunu  yerinə  yetirdi.  Onu  snayperlər  dəstəsinə 
yazdı. Təlimlər başlandı. ... 

  Ağsaçlı  professor:  “Mən  Ziba  Qəniyevanın  şəxsində  gələcəyin  te-
atr ulduzunu görürəm!” – demişdi. Necə bilirsiniz, müharibədən sonra Ziba 
Qəniyeva  teatr  ulduzu  oldumu?  Onun  həyat  yolunu  izləmək  istəyirsinizsə, 
araşdırma aparın və əldə etdiyiniz məlumatları yoldaşlarınıza oxuyun.
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə