AZßRBAYCAN
DÈLÈ
HƏVVA ABDULLAYEVA
İRADƏ ƏFƏNDİYEVA
MƏLAHƏT ƏLƏSGƏROVA
Ömumtÿhsil mÿktÿblÿrinin 7-ci sinfi ö÷ön
“Azÿrbaycan dili” (dþvlÿt dili kimi)
fÿnni özrÿ dÿrslik
Азярбайъан Республикасы Тящсил Назирлийинин
07.08.2014-ъö ил тарихли 869 нюмряли
ямри иля тясдиг едилмишдир.
“KÞVSßR”
NßØRÈYYATI
B A K I – 2 0 1 6
7
Çap üçün deyil
Dil vÿ ixtisas redaktoru:
KAZIMOV
filologiya elmlÿri doktoru, professor
Dərslikdə istifadə olunmuş şərti işarələr:
* – mətndə tələffüzü üzərində iş aparılması nəzərdə tutulan sözləri fərqləndirir;
.. – çalışmaların mətnində buraxılmış hərf və ya şəkilçinin yerində işlədilir;
... – cümlələrdə buraxılmış
hissənin əvəzinə işlədilir;
– – çalışmaların mətnində buraxılmış sözlərin yerində işlənir;
|
– çalışmalara aid əlavə tapşırıqları fərqləndirir;
– mətn və çalışmalarda buraxılmış sözlərin yerində işlədilir.
ABDULLAYEVA
H.
, ƏFƏNDİYEVA
İ.
, ƏLƏSGƏROVA
M.
Ömumtÿhsil mÿktÿblÿrinin 7-ci sinfi ö÷ön
“Azÿrbaycan dili” (dþvlÿt dili kimi) fÿnni özrÿ dÿrslik.
Bakû, «KÞVSßR» nÿøriyyatû 2016, 160 sÿh.
ISBN 978-9952-8142-8-6
Möÿlliflik höquqlarû qorunur. Xösusi icazÿ olmadan bu nÿøri vÿ yaxud
onun hÿr hansû hissÿsini yenidÿn ÷ap etdirmÿk, surÿtini ÷ûxarmaq,
elektron informasiya vasitÿlÿri ilÿ yaymaq qanuna ziddir.
Dÿrsliklÿ baülû rÿy, irad vÿ tÿkliflÿrin
kovserneshriyyat@gmail.com
vÿ
derslik@edu.gov.az elekt on önvanlara gþndÿrilmÿsi xahiø olunur.
ßmÿkdaølûüûnûz ö÷ön ÿvvÿlcÿdÿn tÿøÿkkör edirik!
r
© Az
ərbaycan Respublikası Təhsil Nazirliyi – 2016
-
L
Y
İ
A
SM
I
____________________________________________________________________________________
Çap üçün deyil
5
PLANINIZ 1 İLLİKDİRSƏ – DÜYÜ ƏKİN, 10 İLLİKDİRSƏ –
AĞAC BAS IRIN, 100 İLLİKDİRSƏ – İNSANLARA TƏHSİL VERİN.
ÇİN ATALAR SÖZÜ
§ 1. DOSTUM
Mənim bir dostum* var ki,
Ayrılmır ondan ürək.
Söhbət edib
görüşək
Dostumla hər gün gərək.
Maraqlı söhbətləri*
Necə də şirin olur.
Sahilsiz
dəniz qədər
Sözləri dərin olur.
Açır Yerin sirrini,
Öyrədir ulduzları*.
Təsvir edir payızı,
Yayı, qışı, baharı...
Çaylardan, dənizlərdən*,
Bulaqlardan* danışır.
Meşələrdən, düzlərdən*,
Yaylaqlardan* danışır.
Onun böyük hünəri
Dağlar qədər
qəlbidir
.
Hər alimin, ədibin
Qəlbi onun
qəlbidir
.
Kim sevməz belə dostu* –
Ki, var min bir hikməti.
Kimin olmaz kitaba
Hörməti, məhəbbəti?
Mirmehdi Seyidzadə
SÞZLÖK
qəlbi – высокий
təsvir etmək – изобразить
❶
Temp və fasiləni gözləməklə şeiri oxuyun və məzmununu öyrənin.
❷
Şairin hər gün görüşməyə ehtiyac duyduğu dostunun kimliyi şeirin
hansı bəndində açılır?
A) birinci və altıncı B) ikinci C) dördüncü D) altıncı
❸
Necə
düşünürsünüz, şair kitabı niyə insan kimi əzizləyərək onu ürək
dostu adlandırır? Görəsən, bu dost hansı keyfiyyətlərə malikdir ki, şairin ürəyi
ondan ayrıla bilmir? Fikirlərinizi şeirdən gətirdiyiniz misallarla əsaslandırın.
|
Bəs siz necə, kitabı özünüzə dost hesab edirsinizmi? Kitaba “hörmət”
və “məhəbbət”inizin olduğunu necə əsaslandıra bilərsiniz? Faktlarınız varmı?
D
Çap üçün deyil
6
❹
Artıq yeddinci ildir ki, siz kitablar vasitəsilə müxtəlif elmlərin sirlərinə
yiyələnirsiniz. Bu illərdə oxuduğunuz kitablar ən yaxın köməkçiniz, dos-
tunuz olduğuna sizi inandıra bildimi? Debata qoşulun və fikirlərinizi faktlarla
əsaslandırın.
1) Elmlərin sirlərinə yiyələnməkdə ən yaxın köməkçi müəllimdir.
2) Elmlərin sirlərinə yiyələnməkdə ən yaxın köməkçi kitablardır, çünki
müəllim olmadıqda belə kitablar insanı öyrədə bilir.
❺
Şeirin ikinci bəndində dostu haqqında dediyi:
“Sahilsiz dəniz qədər
Sözləri dərin olur”, – misralarında şair nəyə işarə edir? Misralarda
gizlənmiş mənanı yoldaşlarınızla müzakirə edin.
❻
Şairin dostu ilə “söhbət”inin nə barədə olduğunu şeirin 3-cü və 4-cü
bəndlərinə əsasən müəyyənləşdirə bilərsinizmi? Fikrinizi nümunələrdən
istifadə etməklə əsaslandırın.
❼
Necə düşünürsünüz, –
Onun böyük hünəri
Hər alimin, ədibin
Dağlar qədər qəlbidir.
Qəlbi onun qəlbidir, –
misraları ilə şair nə demək istəyir? Kitabın “böyük hünəri” barədə fikirləri nizi
yoldaşlarınızla bölüşün.
❽
Şeirdə göy rəngdə verilmiş sözlərin kontekstə uyğun mənalarını izah
edin. Bu sözləri omonim hesab etmək olarmı? Müzakirəyə qoşulun və fikir lə-
rinizi əlavə misallarla əsaslandırın. Sözlərdəki şəkilçilərin sayında diqqətli olun!
1)
Bu sözlər omonimdir, çünki ...
2) Bu sözlər omonim deyil, çünki ...
❾
Şeirdən seçilmiş aşağıdakı sözlərin məcazi mənada işləndiyini söy-
ləmək olarmı? Onları aid olduqları sözlərlə birlikdə oxuyun və fikirlərinizi
əsaslandırın.
şirin, dərin, öyrədir, təsvir edir, qəlbi, hörməti
❿
Şeirdə altından xətt çəkilmiş feillər digərlərindən nə ilə seçilir? Bu
feillərin hansı zamanda olduğunu müəyyənləşdirin.
|
Siz feilin zaman şəkilçilərini tanıyırsınız. Bəs şeirdə qara şriftlə verilmiş
feilin zamanını müəyyənləşdirə bilərsinizmi? Özünüzü sınayın: bu feildə za-
man şəkilçisi varmı? Necə bilirsiniz, bəlkə, feillərin sizin hələ bilmədiyiniz
xüsusiyyətləri də var?! Düşünün!
⓫
Yalnız çıxışlıq halda olan isimlər şeirin neçənci bəndindədir?
Həmin isimləri seçib səsləndirin və şəkilçilərin sözlərə artırılmasındakı
Çap üçün deyil