Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə5/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   2   3   4   5   6   7   8   9   ...   51

16

 Mətndə işlənmiş “bir-iki” və “beş-altı” sayları aid olduğu əşyanın dəqiq 
miqdarını müəyyənləşdirə bilirmi? Fikrinizi bildirin və faktları qarşılaşdırın.
|
 Aşağıdakı variantlardan hansındakı  söz say deyil?
A) bir-iki         B) beş-altı        C) beş-beş 
D) bir neçə       E) xeyli
|
 Necə bilirsiniz, düzgün variantdan başqa, yerdə qalan sayların hamısını 
eyni qrupa aid etmək olarmı?

  Mətndə  altından  xətt  çəkilmiş  sözlərin  quruluşca  növünü    müəy-
yənləşdirib,  yazılış  qaydasını  izah  edin.  Sonra  sualların  köməyi  ilə  həmin 
sözləri qrammatik mənalarına görə qruplaşdırıb dəftərinizə yazın.

 Necə düşünürsünüz, mətndə qara kursivlə verilmiş sözlərin hamısını 
eyni  nitq  hissəsinə  aid  etmək  olarmı?  Bu  sözlərin  hansı  nitq  hissəsinə  aid 
olduğunu müəyyənləşdirib qrammatik mənalarını izah edin.

 Öz həmyaşıdlarınızda və ya kiçikyaşlı uşaqlarda müşahidə etdiyiniz  
hansı xoşagəlməz hərəkətlər sizi narahat edir? Çıxış yolunu nədə görürsünüz?
Səs tonunuzu tənzimləməklə fikirlərinizi açıqlayın.

  Hekayəni  siz  davam  etdirməli  olsaydınız,  hadisənin  davamını  necə 
təsvir edərdiniz və o nə ilə nəticələnərdi? Fikirlərinizi mətnin əvvəlki abzasları 
ilə əlaqələndirib, öz variantınızı yoldaşlarınıza təqdim edin.

 Mətnin adındakı “saqqallı” sözü necə  tələffüz edilməlidir? Qoşasamitli 
sözlərin tələffüzü ilə əlaqədar müvafiq  qaydanı yadınıza salın və əlavə misal-
lar söyləməklə fikrinizi əsaslandırın.
§ 4. SAQQALLI  UşAQ
II hissə
Bizim bir müştərimiz var idi ki, ayda bir, həftədə bir, sağ əlində bir vedrə 
yağ, sol əlində bir səbət yumurta, 
çiynində
 tərəzi, hıqqana-hıqqana pilləkənləri 
çıxar və bizə salam verəndən* sonra həmişə belə deyərdi: “Qab gətirin...”
Bu kişinin adı Kəblə Əzimdir. Yaşı qırx-qırx beş olar. Ucaboy, bir kasıb 
və fağır İran əhlidir.
Dünən yenə Kəblə Əzim yağ və yumurta gətirmişdi. Yağı çox təriflədi ki, 
Dərbənd yağıdır, çıxarı az olacaq, yeyəndə 
ətrindən
 doymaq* olmayacaq*. 
Yumurtaları  da  guya  Qurnaşın  kəndindən*  gətirib,  oranın  toyuqları*  guya 
çəmənlərin otundan* və çiçəyindən* başqa, bir şey yemirlər.
Yağdan beş-altı manat, yumurtadan da yenə bir qədər borcumuz qaldı. 
Çünki o günü xırda pulumuz olmadı. Kəblə Əzim şeylərini götürdü və çıxdı 
dalana ki,  getsin, mən də girdim otağa. Birdən yadıma düşdü ki, Kəblə Əzimə 
Çap üçün deyil


17
tapşırım, Ərdəbildən gələn olsa, mənə xəbər versin.
Tez çıxdım dalana və gördüm ki, kişi yağı və yumurtanı qoyub yerə və 
keçib qapının dalına və  bir gödək karandaşın ucunu 
ağzına
 soxub fikrə gedib. 
Divarda heyvana oxşar bir cızma-qara çəkilib, altından* bir neçə əlif, yanında 
bir  neçə  girdə  şey.  Mən  çox  təəccüb  elədim  və  əhvalım  da  birdən  nədənsə 
dəyişildi. Kəblə Əzim mətləbi duydu və mən soruşmamış dedi:
– Molla Əmi, doğrusu, mənim dərsim-zadım yoxdu, bu, bir yaddaşdı, 
yazdım ki, hesablar dolaşmasın.
Mən qəh-qəh çəkib güldüm. Kişi də bir az gülümsündü. Mən bircə bunu 
soruşdum ki, divara yazdığının mənası nədir?   
Mənası bu imiş: Kəblə Əzim istəyirmiş bir inək çəkə və inəyin altında 
yazdığı beş cızığın mənası bu imiş ki, mən ona beş manat inək yağından* 
borc lu qaldım. Girdə yazılar da yumurtadan qalan borcumun hesabı imiş.
Mən yenə güldüm və uşaqlarımı* çağırdım və onlara belə  dedim: 
– Uşaqlarım, uşaqlarım, gəlin, bura gəlin!
Uşaqlar gəldilər və gözləri divara sataşan kimi çox-çox  təəccüb elədilər  
və məndən* soruşmağa başladılar:
– Dədə, bunu kim yazıb?
Dedim:
– Balalarım, bu yazını yazan da sizin kimi uşaq* idi; ancaq bircə fərqiniz 
oradadır ki, onun saqqalı var, sizin hələ saqqalınız yoxdur.
Uşaqlar çox gülüşdülər...     
SÞZLÖK
müştəri – клиент
fağır – бедный
hıqqana-hıqqana – спотыкаясь
girdə – круглый        İran əhli – 
mətləb – мысль        житель Ирана
cızıq – царапина

 Siz, yəqin ki, yazıçının öz hekayəsini nə üçün “Saqqallı uşaq” adlan-
dırmasının səbəbini  başa düşdünüz. Kəblə Əzimi uşağa bənzətməklə ata nə 
demək istəyirdi? Əsərdən çıxardığınız nəticə haqqında danışın və fikirlərinizi 
yoldaşlarınızla bölüşün.

 Necə bilirsiniz, “Tez çıxdım dalana və gördüm ki, ...” cümləsi ilə baş-
lanan abzası hekayədən çıxarsaq, divardakı şəkillərin kim tərəfindən çəkildiyi 
məlum olardımı? Bu abzası təkrar oxuyun, onun mətnin əvvəlki hissələri ilə 
necə əlaqələndiyini təsvir edin və hekayədəki əhəmiyyətini əsaslandırın.

 Hekayədə sarı fonla fərqləndirilmiş abzası təkrar oxuyun. Əlamət və 
keyfiyyət  bildirən  sözlərdən    istifadə  etməklə  Kəblə  Əzimi  hərtərəfli  təsvir 
edin, onun haqqında ətraflı danışın. Nitqinizdə şəkilçi variantlarından istifadə 
edərkən  ahəng qanununa əməl etməyi unutmayın!
Cəlil Məmmədquluzadə
Çap üçün deyil


18
Qeyd. Kəblə Əzim haqqında danışarkən bildiyiniz atalar sözləri və afo-
rizm lərdən istifadə etsəniz, nitqiniz daha məzmunlu və cəlbedici olacaq!

  Kəblə  Əzimin  qeydlərini  divarda  cızma-qara  şəklində  aparmasının 
səbəbi nə ilə bağlı idi? Bu barədə hekayədə hər hansı bir işarə varmı?
Fikirlərinizi  əsaslandırarkən  tarix  fənnindən  öyrəndiyiniz  müvafiq 
məlumatlardan, baxdığınız kinofilmlərdəki uyğun nümunələrdən istifadə edin. 
|
 Nöqtələrin yerinə hansı ifadəni yazsanız, mətnə uyğun fikir alınar?
    Əgər Kəblə Əzim ... qeydlərini divarda cızma-qara şəklində yazmazdı.
A) ağıllı  olsaydı           B) savadlı olsaydı                   C) bacarıqlı olsaydı   
D) düşüncəli olsaydı     E) qoçaq və cəsarətli olsaydı

 Bilirsiniz ki, indi də evlərə qatıq-süd, meyvə-tərəvəz, pal-paltar gətirib 
satan insanlar var. Hekayədə olduğu kimi, indi də alıcıların bəzən onlara borc-
lu qaldıqları vaxt olur. Kəblə Əzimlə indiki “Kəblə Əzimləri” müqayisə edin: 
onlar arasındakı fərq nədədir? Danışarkən “açar sözlər”dən istifadə edin və 
nitqinizi uyğun səs tonu ilə tənzimləyin.
Açar sözlər:
 maşın, bloknot, qələm, siqnal, təhsil, orta məktəb, telefon ...

  Necə  düşünürsünüz,  hekayədən  götürülmüş  aşağıdakı  cümlə  mətnin 
hansı hissəsində işlənmişdir? Fikrinizi mətnə istinad etməklə əsaslandırın.
Girdə yazılar da yumurtadan qalan borcumun hesabı imiş.
A) giriş hissəsində   
 
 
B) əsas hissədə        
C) nəticə hissəsində   
 
 
D) girişlə əsas hissənin arasında          
E) nəticə ilə əsas hissənin arasında 

 Aşağıda  verilmiş  sözləri Azərbaycan  dilinə  tərcümə  edin  və  onla ra 
müxtəlif şəxslərə aid mənsubiyyət şəkilçiləri (ahəng qanununa uyğun) ar tır-
maqla cümlələrdə işlədin.
память, счет, стена, долг, разница, борода

 Mətndə üzərində ulduz işarəsi qoyulmuş sözləri tələffüz xüsusiyyəti 
baxımından  qruplaşdırıb  müvafiq  sütunlarda  yazın.  Sonra  qruplaşdırmanı 
düzgün apardığınızı əsaslandırmaq üçün müvafiq tələffüz qaydalarını yadınıza 
salın və konkret nümunələr əsasında izah edin. 

  Mətndə  qara  şriftlə  verilmiş  sözləri  bağlı  olduqları  sözlərlə  birlikdə 
dəftərinizə köçürün. Sonra həmin sözlərdəki mənsubiyyət şəkilçilərini müəy-
yənləşdirib altından xətt çəkin, hansı şəxsi bildirdiyini, təkdə, yoxsa cəmdə 
olduğunu söyləyin.
|
 Altından xətt çəkdiyiniz şəkilçilərin şəxsə, yaxud əşyaya aid mənsubluq 
bildirdiyini faktlarla izah edin. 
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə