F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə1/10
tarix01.07.2018
ölçüsü1,28 Mb.
#52708
  1   2   3   4   5   6   7   8   9   10


F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

V. OSEYEVA 

 

 

 



 

 

 



 

 

 



 

 

 



SEHRLİ SÖZ 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Azərbaycan LKGİ MK 

Uşaq və Gənçlər Ədəbiyyatı Nəşriyyətı 

Bakı—1949 

 

 




F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İBTİDAİ MƏKTƏB ŞAGİRDLƏRİ ÜÇÜN


F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

 

 



 

 

 



 

SEHRLİ SÖZ 

 

Uzun və ağ saqqallı, qısa boylu qoca bir kişi skamya üzərində oturmuşdu. O, əlindəki ağac ilə 



qumun üstündə cürbəcür şəkillər çəkirdi. 

Pavlik ona: 

 

Çəkilin o yana, — deyib skamyanın kənarında oturdu. 



Qoca kişi çəkildi. O, oğlanın qızarmış, acıqlı üzünə 

baxdı və dedi: 

 

Sənə nə olub? 



Pavlik ona tərs-tərs baxaraq: 

 



Nə olub, olub da! Sizə nə? 

 



Mənə heç bir şey. Ancaq sən indicə qışqırmış, ağlamış və kiminləsə savaşmısan... 

Oğlan acıqlı-acıqlı dodaqaltı mızıldadı: 

 

Əlbəttə, savaşaram! Hələ bu yaxında evdən də tamamilə qaçacağam. 



 

Qaçacaqsan? 



Pavlik yumruqlarını sıxaraq: 

 



Qaçacağam!  Bircə  Lenanın  əlindən  qaçacağam!  İndi  az  qala  onu  yaxşıca  əzişdirəcəkdim! 

Şəkil çəkməyə bir xeyli rəngi vardır, bircəciyini də olsa mənə vermir. 

 

Vermir? Daha buna görə də evdən qaçmağa dəyməz ki. 



—Tək elə buna görə deyil. Nənəm məni bir kökə görə 

Mətbəxdən əski ilə qovdu... 

Pavlikin qəlbi sınmış olduğundan doluxsundu. 

Qoca dedi: 

 

Fikir vermə! Biri acıqlanar, o biri isə sevər. 



Pavlik qışqıraraq: 

 



Heç  kim  məni  sevmir!  Qardaşım  qayıqla  gəzməyə  gedir,  məni  aparmır.  Mən  də  ona 

deyirəm ki, «səndən əl çəkən deyiləm, yaxşısı budur ki, məni də apar, yoxsa avarları oğurlayaram, 

qayığa özüm minərəm!» 

Pavlik yumruğunu skamyaya vurdu və qəflətən susdu. 

 

Qardaşın səni nə üçün aparmır? 



 

Nə üçün siz bu qədər çox sual verirsiniz? 



Qoca uzun saqqalını sığallayaraq dedi: 

 



Sənə kömək etmək istəyirəm. Bir sehrli söz var... 

Pavlik heyrətindən ağzını açdı. 

 

Mən  o  sözü  sənə  deyəcəyəm.  Ancaq  yadında  saxla  ki,  o  sözü  mülayim  səslə  deməli  və 



danışdığın adamın düz gözlərinə baxmalısan. Yadında saxla ha... gözünə baxaraq mülayim səslə... 

 



O necə sözdür? 

 



 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

Qoca əyilib oğlanın lap qulağına nə isə pıçıldadı və bərkdən əlavə etdi: 

 

Bu söz sehrli sözdür. Ancaq onu deməyin qaydasını yadından çıxarma. 



Pavlik gülümsəyərək: 

 



Mən bu saatca təcrübə edərəm. 

O, yerindən sıçrayıb evə yüyürdü. 

Lena mizin dalında oturub şəkil çəkirdi. Onun qabağıında yaşıl, göy, qırmızı rəngli karandaşlar 

var idi. O, Pavliki görcək karandaşları bir yerə yığdı və əli ilə üstünü örtdü. 

Oğlan pərt oldu və öz-özünə belə dedi: 

«Qoca məni aldatdı! Belə bir adam da sehrli söz başa düşərmi?..» 

Pavlik  bacısına  yanakı  yaxınlaşdı  və  onun  paltarının  qolundan  yapışıb  ehmallıca  özünə  sarı  çəkdi. 

Bacısı dönüb ona baxdı. Bu zaman oğlan onun düz gözlərinə baxaraq mülayim səslə dedi: 

 

Lena, xahiş edirəm... rəngli karandaşlarından birini mənə ver... 



Heyrətdən  Lenanın  gözləri  böyüdü.  Karandaşların  üstünü  örtən  barmaqları  boşaldı.  O,  əlini 

mizin üstündən götürərkən hərəkətindən utanmış bir halda dodaqaltı dedi: 

 

Han...sını istəyirsən? 



• 

Pavlik cəsarətsiz halda: 

 

Göyünü, — dedi. 



O,  rəngli  karandaşı aldı,  əlində  tutub  otaqda  o  başa,  bu  başa  gəzdi  və  bacısına  qaytardı.  Ona 

rəngli karandaş lazım deyildi. O, indi yalnız sehrli söz haqqında düşünürdü. 

«Gedim nənəmin yanına, indi onun xörək hazırlayan vaxtıdır, görüm qovacaq ya yox?» 

Pavlik mətbəxin qapısını açdı. Qarı bişmiş qutabları tavadan çıxardırdı. 

Nəvəsi  onun  yanına  yüyürdü,  nənəsinin  qızarmış  qırışıq  üzünü  iki  əli ilə  özünə  tərəf  çevirdi; 

gözünə baxıb mülayim bir səslə dedi: 

 

Nənəcan, xahiş edirəm, mənə bir qutab ver! 



Nənə bükülmüş belini dikəltdi. 

Bu sehrli söz onun üzündəki hər bir qırışıqda və gözlərində bir təbəssüm yaratdı... 

O, ən yaxşı qızarmış bir qutab seçərək dedi: 

 



Balamın könlü isti qutab istəyib... ay aman, isti qutab!.. 

Pavlik şadlığından atılıb düşdü və nənəsinin hər iki yanağından öpdü. 

Pavlik qocanı xatırlayaraq «sehrbaz! sehrbaz!» deyə təkrar edirdi. 

Pavlik  nahar  zamanı  sakit  oturmuşdu  və  qardaşının  söhbətinin  hər  kəlməsinə  diqqətlə  qulaq 

asırdı. Qardaşı qayıqla gəzməyə gedəcəyini söylərkən Pavlik əlini onun çiyninə qoyub mülayim bir 

səslə dedi: 

 

Xahiş edirəm... məni də apar! 



Mizin ətrafında əyləşənlərin hamısı birdən susdu. Qardaşı qaşlarını qaldırdı və gülümsündü. 

Birdən bacısı: 

 — Onu da apar, sənə ki, çətin deyil, — dedi. 

 



Nə üçün də aparmasın? — deyərək nənəsi gülümsədi, — əlbəttə aparar. 

 



Xahiş edirəm, — deyərək Pavlik təkrar etdi. 

Qardaşı bərkdən güldü, oğlanın çiynindən tutub silkələdi və onun saçlarını qarışdıraraq dedi: 

 

Ay balaca səyyah! Yaxşı, hazırlaş! 



«Kömək  etdi!  Yenə  də  kömək  etdi!»  deyərək  Pavlik  yerindən  sıçrayıb  küçəyə  qaçdı.  Lakin 

qoca şəhər bağçasında  yox idi. Skamya boş idi, yalnız qumun üstündə çəkilmiş anlaşılmaz şəkillər 

qalmışdı.



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə