F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları


F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə8/10
tarix01.07.2018
ölçüsü1,28 Mb.
#52708
1   2   3   4   5   6   7   8   9   10

 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

gərəksiz  və  yaramaz  adam  olmayıb  da  ev  kişisi,  ailə  başçısı  kimi  ailə  üçün  çalışdığını  anasına 

göstərməyi düşünürdü. 

Genka  ilə  birlikdə  cələ  qurmaq  üçün  meşəyə  gedir,  qar  yığınlarına  dırmaşır,  çox  əziyyətlər 

çəkirdi. Lakin dovşana rast gəlmirdilər. 

Genka onu inandırmağa çalışaraq deyirdi: 

 

Dovşan ovuna axşam çağı getmək lazımdır. 



 

Bazar günü Pelageya meşədən çırpı gətirməyə hazırlaşırdı. 

 

Lyonya, bala, bərabər gedək, yoxsa çırpını üzü yuxarı çəkməyə tək gücüm çatmaz. 



Lyonka cavabında: 

 



Nikolkanı apar, — dedi: 

Bu gün də dovşan ovuna getmək üçün Lyonka Genka ilə sözləşmişdilər. Genkanın tüfəngi iri 

qırma ilə doldurulmuşdu. Onun dediyinə görə meşənin hər yerində çoxlu dovşan izi var idi. 

 



Hansı tərəfə baxırsan dovşandır! Dovşan ovunun vaxtı elə indidir! 

Pelageya özü ilə Nikolkanı aparmadı. O, kiçik uşaqlarla qaldı. Anası Lyonkaya artıq etibar edə 

bilmirdi. 

Pelageya başına şal bağlayıb uzun bir kirşəyə qoşuldu və həyətdən çıxdı. 

Axşama yaxın Lyonka ilə Genka qar ilə dolu dərin çuxurları dırmaşıb çıxmaqdan yorulmuş, ac 

və əsəbi halda evə dönürdülər. Gecə şiddətli şaxta torpağı

 

bərk dondurmuşdu. Yol üzü yuxarı idi. 



Kirşənin hamarlanmış olan abı izi dik, başı yuxarı qalxmış və meşədə yox olmuşdu. 

Onlar yolu susaraq gedirdilər. Genka taqsırkar olduğunu hiss edirdi, lakin təslim olmur, o yan-

bu yana baxır və qarda olan hər bir balaca çuxur haqqında deyirdi: 

 



Burada dovşan oturubmuş... onun izidir! 

Genka qəflətən qoca bir palıd ağacının gövdəsində böyük bir koğuş gördü, sevinərək dedi: 

 

Bax, elə burada gizlənib, güdmək lazımdır! Gedəkmi ora? 



Cavab  gözləmədən  qar  yığınının

   


içinə  girdi,  Lyonka  da,  keçə  ayaqqabılarına  qar  dola-dola 

onun  dalınca  getdi.  Koğuş  geniş  idi,  divarları  kömürə  dönmüş  və  tüstü  iyi  verirdi.  Koğuşa  olan 

girişdə kim isə çırpı yığıb qoymuşdu. Oğlanlar onun üstündə oturdular. 

 



Burada  kim  isə  canavardan  gizlənibmiş.  Bütün  gecəni  ocaq  yandırıbdır,  —  deyə  Genka 

xəbər verdi. 

Lyonka şübhə ilə gülümsünərək: 

 



Hamısını yalan deyirsən, gah canavardan, gah da dovşandan danışırsan... 

O birdən diqqətlə qulaq asdı. Yolda qar xırıldayırdı. 

Genka boylanıb baxdı və balaca bir fit çalaraq geri çəkildi. 

 



Gizlən! Gizlən! Anan gəlir! 

Lyonka yola baxdı. Pelageya kəndirləri döşünə çəkərək bütün bədəni ilə qabağa əyilib çırpı ilə 

dolu  kirşəni  üzü  yuxarı  yavaş-yavaş  çəkirdi.  Onun  ayağı  sürüşürdü,  başına  örtdüyü  şal  boynuna 

düşmüşdü. Nəmləşmiş saçlarını qırov örtmüşdü. O, tez-tez dayanır və çətinliklə nəfəs alırdı. 

Lyonka  ixtiyarsız  olaraq  anasına  doğru  qaçdı,  lakin  Genka  onun  qolundan  bərk-bərk  tutaraq 

buraxmırdı: 

 

Ay  axmaq!  Axı  sənə  acıqlanacaq!  Yəqin  ki,  indi  o  çox  acıqlıdır.  Onlar,  analar...  Hamısı 



belədirlər.  Bir  az  əziyyətə  düşdülərmi,  acıqları  tutur...  bizə  hücum  edirlər...  Mənim  də  anam 

belədir... 

Lyonka  başını  aşağı  saldı  və  uzaqlaşmaqda  olan  kirşənin  cırıltısına  qulaq  asırdı.  Cırıltı  sabit 

deyildi. Gah yavaşıyır, gah da kəskinləşirdi. 

Lyonka  sanki  anasının  çətin  nəfəs  almasını  eşidirdi.  Həyəcandan  onun  özü  də  ağır

 

və  dərin 

nəfəs alırdı. 

«O  zəifdir...  evə  çatdıra  bilməz»  fikri  onun  başında  hərlənirdi.  Lakin  qolları  yanına  düşmüş, 

keyləşmiş  ayaqları  hərəkətə  gəlmirdi.  Ancaq  anasının  bədəni  alaqaranlıqda  qara  nöqtəyə  dönərək 

yox olduqdan sonra o, başını qaldırıb Genkaya çevirdi: 

—Dovşanların da başına dəysin, sən də!.. Bu — mənim səninlə axırıncı veyllənməyim olsun! 

Bir neçə gün keçdi. Lyonkanın sinifdəki yeri hələ də boş idi. Tatyana Petrovna sinfə daxil olan 

kimi  bu  boş  yer  onun  gözünə  görünürdü.  Şagirdinin  dərsə  gəlməməsi  onu  əsəbiləşdirir  və  təşvişə 



 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

salırdı. 

O, Lyonka ilə özünün evdəki söhbətini, sonra da Lyonkanın sinifdəki xoşa gəlməyən izahatını 

xatırladı.  Biri  o  biri  ilə  düz  gəlmirdi,  odur  ki,  Tatyana  Petrovna  anlaşılmazlıq  əlaməti  olaraq 

çiyinlərini atdı və özü-özünə qüssə ilə: «Anlamıram» dedi. Lyonkanın onunla görüşdən qorxması və 

çəkinməsi yəqin idi. 

O, Lyonka haqqında uşaqlardan bir şey öyrənməyə çalışdı, lakin hərə bir söz deyirdi: 

 



Anasına kömək edir... 

— Genka ilə veyllənir... 

Tatyana  Petrovna  Eqorkanı  yanına  çağırdı.  Eqorka  Lyonka  haqqında  heç  bir  şey  bilmirdi.  O, 

axırıncı dəfə Lyonkanı müvəffəqiyyətsiz ovdan qayıdarkən görmüş olduğundan ancaq bu haqda da 

nağıl etdi və sadəqəlbliklə əlavə etdi: 

— Nə üçün veyllənir? Başım çıxmır... Tamam donmuşdu..». 

«Ailəm, — deyir, — böyükdür», amma özü Genka ilə dovşan ovuna gedir. 

 



Dovşan ovuna? 

 



Bəli! Tüfənglə gedir. Uşaqların hamısı onları görüblər. 

Tatyana Petrovna fikirli halda Eqorkaya baxdı. 

 

Bunların hamısını öyrənməliyəm. 



Eqorka qaşlarını çataraq: 

 



Mən  onun  yanına  gedə  bilmərəm.  O  vaxt  onun  haqqında  danışdığım  üçün  mənə  acığı 

tutmuşdur. 

Tatyana Petrovna ah çəkərək divanda oturdu. Eqorka sandalyanın bir kənarında oturdu və girdə 

qonur gözlərilə müəlliməyə baxdı. 

 

Axı  o,  dərsə  gəlmir!  —  deyə  Tatyana  Petrovna,  demək  olar  ki,  qışqırdı  və  yanağında 



qırmızı ləkələr göründü. 

Eqorka  cəld  ayağa  durdu.  O,  müəllimənin  yanağında  əmələ  gələn  bu  qırmızı  ləkələrə  görə 

Lyonkadan bir yaxşı hayıf almaq qərarına gəldi. 

O, öz-özlüyündə «Mən ona göstərərəm!» deyə düşündü. 

 

Siz narahat olmayın, Tatyana Petrovna! Narahat olmayın... 



Tatyana Petrovnanın acığı tutdu: 

 



Nə  üçün  sən  mənə  «Narahat  olmayın»  deyə  təkrar  edirsən?  Mən  sənə  deyirəm  ki,  sinifdə 

yoldaşın oturan yer boşdur! Sən isə mənə «narahat olmayın, narahat olmayın» deyə təkrar edirsən! 

Eqorka ağzını açdı, lakin Tatyana Petrovna sözünə davam etdi: 

 



Əgər ailənizdə masa arxasında sənin yanında oturmalı olan balaca bacın və  ya qardaşının 

yeri boş qalsa, sən narahat olmazsanmı? 

Eqorka qorxaq bir səslə: 

 



O ki, sağdır... xəstə deyil, eşitmişəm... 

Tatyana Petrovnanın acığı tutdu. 

 

«Eşitmişəm», daha nə eşitmisən? 



Eqorka başını aşağı salıb dedi: 

 



Mən onunla dostluq etmirəm. 

Tatyana Petrovna səsini uzadaraq: 

 

Dostluq  etmirsən?  Onda  əlbəttə...  Sənin  üçün  fərqi  yoxdur...  Qoy  xəstələnsin,  qoy  ölsün, 



qoy nadan olsun... 

Eqorka dinmirdi. 

- Siz dörd il bir məktəbdə, bir yerdə oturmusunuz. Demək, səncə bunun heç bir mənası yoxdur. 

Mən sizə adamlığı nə vaxt öyrədə biləcəyəm? 

Eqorka papağını üsulluca götürdü. 

Tatyana Petrovna onu yola salarkən dedi: 

 

Uşaqlardan  özünlə  apar!  Onların  təsərrüfat  işlərinə  kömək  edin.  Bəlkə  də  o,  işin 



öhdəsindən tək gələ bilmir. Demə ki, səni mən göndərmişəm. 

 

Lyonka  arıqlamışdı.  Yanağının  sümükləri  görünürdü,  çənəsinin  ucu  nazikləşmişdi.  Boynunu 



içinə  çəkərək  həyətdə  gəzdikdə  və  ya  dirsəklənərək  masanın  arxasında  oturduğu  zaman  Nikolka 

anasından soruşardı: «Ona nə olub, belə sakitdir?» 

Lyonka anasına meşədə rast gəldikdən sonra evdən qaçmağı tərgitdi. O, səhər tezdən durardı, 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə