F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları


F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix01.07.2018
ölçüsü1,28 Mb.
#52708
1   2   3   4   5   6   7   8   9   10

 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

YAXŞI   İŞ 

 

Yurik səhər yuxudan oyandı. Pəncərədən baxdı. Günəş çıxmışdı. Yaxşı gün idi. Oğlan bir yaxşı 

iş görmək arzu etdi. Bu məqsədlə də o oturub belə düşünürdü: 

«Əgər balaca bacım suda boğulsaydı, mən də onu xilas etsəydim, yaxşı iş olardı!» 

Elə bu zaman balaca bacısı onun yanına gəlib dedi: 

 



Yura, məni gəzməyə apar! 

 



Get buradan, mən fikirləşirəm, mənə mane olma! 

Balaca bacısı incidi və getdi. 

Yura isə düşünürdü: 

«Əgər  nənəmə  canavarlar  hücum  etsəydilər,  mən  isə  onları  güllə  ilə  vursaydım,  yaxşı  iş 

olardı!» 

Elə bu zaman nənəsi onun yanına gəlib dedi: 

 

Yuracan, qabları yığışdır. 



 

Özünüz yığışdırın, mənim vaxtım yoxdur. 



Nənə başını yırğaladı. Yura isə yenə də düşünürdü. 

«Əgər Toplan kəhrizə düşsəydi, mən də onu oradan çıxarsaydım, yaxşı iş olardı!» 

Elə bu zaman Toplan onun yanına gəldi. 

Heyvan quyruğunu bulayaraq sanki: «Yura, mənə içməyə su ver» deyirdi. 

 

İtil buradan! Düşünməyimə mane olma! 



Toplan ağzını yumdu və quyruğunu qısıb qaçdı. 

Yura isə anasının yanına gedib soruşdu: 

 

Yaxşı iş görmək üçün nə edim? 



Anası Yuranın başını sığalladı və dedi: 

—Balaca bacını gəzməyə apar, qabları yığışdırmaqda nənənə kömək et, Toplana içməyə su 

ver. 

 

OĞULLAR 

 

İki arvad kəhrizdən su çəkirdi. Üçüncü bir arvad da onların yanına gəldi. Ağ



 

saqqallı bir kişi də 

yorğunluğunu almaq üçün daşın üstündə oturmuşdu. 

Arvadlardan biri o birinə belə dedi: 

—Mənim oğlum həm cəld, həm də qüvvətlidir, heç kim onunla bacarmır. 

O biri arvad öz oğlunu tərifləyərək: 

 

Mənimki isə bülbül kimi oxuyur. Onun səsi kimi səs heç kimdə yoxdur,  - dedi: 



Üçüncü arvad isə dinmirdi. Yanındakı arvadlar ondan soruşdular: 

 



 

Bəs sən nə üçün öz oğlun haqqında bir söz demirsən? 

Arvad cavabında dedi: 

 



Nə deyim? Onda bir xüsusiyyət yoxdur. 

Arvadlar vedrələrini su ilə doldurub yola düşdülər. Qoca da onların dalınca gedirdi. Arvadların 

vedrələri ağır olduğundan dayana-dayana gedirdilər. Qolları ağrıyır, kürəkləri az qala partlayırdı. 

Birdən qarşıdan üç oğlan çıxdı. 

Biri mayallaq aşır, təkər kimi yuvarlanırdı. Arvadlar ona baxıb fərəhlənirdilər. 

O biri bülbül kimi oxuyurdu, arvadlar onun oxumasına maraqla qulaq asırdılar. 

Üçüncü  oğlan  isə  anasını  görcək  onun  yanına  yüyürdü,  ağır  vedrələri  onun  əlindən  alıb  evə 

yollandı. 

Arvadlar qocadan soruşdular: 

 



Hə, necədir? Oğlanlarımız xoşuna gəldimi? 

Qoca cavab verdi: 

 

Oğlanlarınız haradadırlar? Mən burada yalnız bir oğul görürəm. 



 

 

 




 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

ATANIN GÖDƏKCƏSİ 

 

Gödəkcə qara məxmərdən idi, cibləri dik dururdu. Onun yaxasındaki yumşaq təpçik üzərindəki 



girdə  düymələr  gümüşə  çalırdı.  O  gödəkcə  atanın  çiyinlərini  möhkəmcə  tutur,  geniş  döşünü  kip 

saxlayırdı. 

Lyonka öz qısa pencəyini dartaraq düzəldir və kəkilli başını sığallayaraq həsədlə deyirdi: 

 



Atacan, ay atacan! Bu gödəkcəni mənə ver. Qocalmısan. O, sənə yaraşmır. 

 



Mən qocayamsa, sən də çox cavansan, — deyərək atası zarafatla cavab verirdi. 

Həqiqətən Lyonka hələ çox cavan idi. O, dördüncü sinifdə oxuyurdu, lakin ailənin böyük uşağı 

o idi. Bundan başqa qonşu oğlu Genka da onun ilə gəzirdi. Genka isə bir il əvvəl məktəbin yeddinci 

sinfini  bitirmişdi,  indi  isə  kəndin  yanğın  dəstəsində  işləyirdi.  Onun  işi  növbətçi  otağının  taxtı 

üstündə  tənbəlcəsinə  uzanmaq  və  hər  gələndən  isə  bir  yerdə  yanğın  olub-olmadığını  soruşmaqdan 

ibarət  idi.  Kənddə  yanğın  yox  idi.  Çox  vaxt  hətta  bacalardan  da  tüstü  çıxmırdı.  Adamlar  məhsul 

yığımına  tələsirdilər.  Orduya  taxıl  lazım  idi.  Lyonkanın  atası  evə  gec  qayıdırdı,  fənər  işığında 

həyətdə çox əlləşirdi və oğluna baxaraq qayğı ilə: 

 

Əzizim,  sən  də  işə  alış.  Mən  bu  gün-sabah  cəbhəyə  gedəcəyəm.  Evin  kişisi  sən 



olacaqsan, — deyirdi. 

 



Evin kişisi! — deyərək Lyonka gülümsədi. — Baş qoşası deyiləm! Təkcə hələ Nikolkanın 

peysərinə dürtmə ilə vuranda o saat anasına şikayətə qaçır. 

 

Sən vurma. Ev kişisi baş işlətməlidir, əllərini yox! Mən səni çoxmu döymüşəm? 



 

Atanı  yola  salan  günü  komada  aləm  qarışmışdı.  Ana  özünü  itirmişdi,  bu  yan,  o  yana 

vurnuxurdu. O, biş-düş hazırlayır və tələsə-tələsə sandıqcaya bəzi şeylər yığırdı. 

Ata isə haman şeyləri sandıqdan çıxarıb geri qaytararaq deyirdi: 

—Yığışdır bunları. Qonaq getmirəm ki! 

Məxmər  gödəkcəni  ananın  əlində  görcək  o,  Lyonkaya  baxdı,  gülümsədi  və  mehribancasına 

dedi: 



 



Ev kişisi, al gey! 

Lyonka utandığından qızardı. 

Anası etiraz edərək: 

 



Eh! Bu heç ona yaraşırmı? O, hələ balacadır! — dedi. 

Ata inandırıcı bir halda ananın çiynini sığallayaraq: 

 

Böyüyüb irilənər. Sənə köməkçi olar! — dedi. 



Ata  sandıqcasını  səhmanladıqdan  sonra  geniş  otağa  nəzər  saldı  və  kürsünün  bir  kənarında 

oturub dedi: 

 

Gəlin, rus xalqının adəti üzrə səfərqabağı oturaq. 



Ana  tələsərək  uşaqların  hamısını  oturtdu,  özü  də  onlarla  yanaşı  oturub  üçyaşlı  Nyurkanın 

yellənməkdə olan ayaqlarını tutdu. Hamısı susmuşdu. Lyonka atasına baxdı, onun boğazı qurudu. 

O, atasının doğrudan da uzaq səfərə və uzun müddətə getdiyini birdən başa düşərək «Biz tək nə 

edəcəyik?» deyə düşündü. 

Onlar  kəndin  kənarında  vidalaşdılar.  Ata  Nyurkanı  qucağından  yerə  qoydu  və  ana  ilə 

görüşərkən: 

 

Məni bağışla, ola bilsin ki, açığım tutan vaxt səni incitmişəm, —dedi. 



Ana ağlamadan ona təzim edərək: 

 



Birlikdə keçirdiyimiz güzəran və yaşadığımız həyata görə sənə təşəkkürlər edirəm, Pavel 

Petroviç! 

Arvadlar onun qolundan tutdular. Elə bu zamanda Lyonka incə bir fəryad və müxtəlif avaz ilə 

ağızaçma və oxşama səsləri eşitdi. 

Atanın üzü titrədi. O, qat salmış yaylığını çıxarıb alnını, yanaqlarını sildi və Lyonkanı yanına 

çağıraraq dedi: 

 

Məni Veselovkaya qədər ötür. 



Onlar yolu dinməz gedirdilər. 

Lyonka atasının gödəkcəsini çiyninə salmış, qollarını yellədərək yeriyirdi və atasına baxmaq 

üçün nazik boğazını tez-tez ona sarı çevirirdi. Lakin atası nə isə fikirləşir və arabir dərindən nəfəs 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə