Prizmatik hissənin yerləşdirmə yönəldici və dayaq bazalaşdırılması



Yüklə 15,87 Kb.
tarix30.12.2023
ölçüsü15,87 Kb.
#164461
Mar - 4


Prizmatik hissənin yerləşdirmə yönəldici və dayaq bazalaşdırılması

Mexaniki emal texnoloji proseslərinin layihələndirilməsində bu ən məsul mərhələlərdən biridir.


Bazaların seçilməsi pəstahın emal marşrutunun işlənməsi ilə sıx bağlıdır.
Bazaları seçəndə pəstahın ümumi emal planını dəqiq təsəvvür edə bilmək lazımdır. Bu plan layihələndirmənin sonrakı mərhələlərində xırdalanır və dəqiqləşdirilir.
Bazaların seçilməsi üçün ilkin verilənlər pəstahın və hissənin cizgiləri, və texniki şərtləri olur.
Yerləşdirmə bazalarının seçilməsinin əsas prinsipləri burada nəzərə alınmalıdır. Emal olunan hissənin konstruksiyasının və texnoloji məsələlərinin mürəkkəbliyindən asılı olaraq bir neçə bazalaşdırma sxemi alına bilər.

1. Pəstah emal edilməmiş səthlər üzrə bazalaşdırılır və bir yerləşdirmədə (bir əməliyyatda) tam emal edilir.


Bu sxem sadə hissələrin avtomatlarda, aqreqat dəzgahlarında emalı zamanı, avtomatik xətlərdə müşayiətçi tərtibatlarda yerləşdirməklə emalı zamanı tətbiq olunur.

2. Əməliyyatların əsas hissəsi pəstahı emal edilmiş, dəyişməz səthlər üzrə bazalaşdırmaqla yerinə yetirilir.


Bu səthləri texnoloji prosesin başlanğıcında pəstahı qara səthlər üzrə yerləşdirməklə emal edirlər.
Bu sxem mexaniki emalı bir neçə yerləşdirmədə aparılan, nisbətən mürəkkəb hissələrin emalında tətbiq olunur.

3. Bu sxem 2-ci sxem ilə eynidir.


Lakin qəbul edilmiş texnoloji bazalar texnoloji prosesin son təmiz çatdırma mərhələsindən əvvəl təkrar (təmiz) emal edilir.
Bu sxem yüksək dəqiq, mürəkkəb hissələrin emalında tətbiq olunur.

4. Pəstah ardıjıl dəyişən, emal edilmiş səthlər üzrə ardıjıl bazalaşdırılmaqla emal edilir.


Bu bazaların bir hissəsini pəstahı qara səthlər üzrə yerləşdirməklə, digər hissəsini isə emal edilmiş səthlər üzrə yerləşdirməklə emal edilir.
Bəzi əməliyyatları yerinə yetirəndə emal edilmiş səthlər ilə eyni zamanda bəzi qara səthlərdən də baza kimi istifadə oluna bilər.
Bu sxem xüsusi tələblər verilən hissələrin emalında tətbiq oluna bilər

5.Ardıjıl dəyişən texnoloji bazalar hər dəfə yenidən emal edilir (bir neçə dəfə).


Misal olaraq prizmatik hissənin və ya disk şəkilli hissənin maqnit stolunda yerləşdirməklə qarşı tərəfinin ilkin və təmiz pardaqlanmasını göstərmək olar.
Texnoloji bazaların seçilməsi zamanı ölçmə bazası ilə texnoloji bazaların üst-üstə salınması prinsipinə tam riayət olunmasına çalışmaq lazımdır.
Bu halda bazalaşdırma xətası sıfır olur və emal dəqiqliyi yüksəlir. Bu prinsipi gözləmək mümkün olmayanda ən az xəta verən sxem seçməyə çalışmaq lazımdır.
Texnoloji bazanın dəyişməzliyi prinsipinin gözlənilməsi nətijəsində səthlərin qarşılıqlı nisbi vəziyyət dəqiqliyi yüksək alınır.
Bu baxımdan ən yaxşı nətijə müxtəlif səthlərin emalını pəstahın bir yerləşdirilməsində yerinə yetirəndə alınır.
Bazaların dəyişməzliyi prinsipinin gözlənilməsi yerləşdirmə sxemlərinin və tərtibatların eynitipliyini yüksəldir.
Bu, emal proseslərinin aıvtomatlaşdırılmasında xüsusilə əhəmiyyətli olur.
Bu prinsipin gözlənilməsini mümkün etmək məqsədi ilə bir çox hallarda hissədə süni yerləşdirmə bazaları yaradılır (mərkəz yuvaları, tuşlayıjı kəmərlər, çıxıntılar və s.).
Texnoloji bazaları emal ardıcıllığı üzrə dəyişməyə məjbur olanda hər sonrakı yerləşdirməni daha dəqiq emal edilmiş səth üzrə bazalaşdırmaqla yerinə yetirməyə çalışmaq lazımdır.
Hər dəfə baza dəyişəndə hissənin mürəkkəbliyindən asılı olaraq bir neçə bazalaşdırma sxemi təklif oluna bilər.
Bu sxemləri araşdırıb müqayisə edəndə yerləşdirmə xətalarını hesablayır, ölçüləri və müsaidələri yenidən hesablayır, texnoloji bazaların ölçülərinin müsaidələrini təyin edirlər.
Bazalaşdırma sxemlərinin variantlarını azaltmaq məqsədi ilə mümkün qədər tipik yerləşdirmə sxemlərindən istifadə etməyə çalışmaq lazımdır.

Bazaların seçilməsi zamanı aşağıdakı məsələləri də nəzərə almaq lazımdır: pəstahın yerləşdirilməsi və açılması asan olmalı, bərkitmə qüvvələrinin tətbiq olunajağı yerlər üzrə pəstahın bərkidilməsi etibarlı və rahat olmalı, pəstahın müxtəlif tərəflərinə kəsən alətlərin yaxınlaşması asan olmalıdır.

Seçilmiş baza səthləri üçün dəqiqlik və səthin kələ-kötürlük göstəriciləri verilməlidir.



Ədəbiyyat

  1. Mövlazadə V. Z., Rəsulov N. M və b. – Maşınqayırma texnologiyası. I hissə. Maşınqayırma texnologiyasının əsasları. Dərslik, Bakı, 1995, 386 s.

  2. Rəsulov N. M., Mövlazadə V. Z., Mirzəcanov C. B. – Maşınqayırma texnologiyası (Ölçü əlaqələri və bazalaşdırma), Dərs vəsaiti. Bakı, Çaşıoğlu, ƏİF, 1995, 105 s.

Yüklə 15,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə